İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə50/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   46   47   48   49   50   51   52   53   ...   56

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏKİ 
TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN QORUNMASI 
VƏ  PA SPORTLAŞDIRILM ASIİŞİNİN TƏŞKİLİ 
HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI 
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Azərbaycanm  Naxçıvan  M uxtar  Respublikası  zəngin  tarixə 
malikdir. Burada əldə olunan maddi-mədəniyyət nümunələri Naxçı- 
van ərazisində qədim daş dövründən başlayaraq bu yurdun ilkin si- 
vilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir.
Azərbaycan xalqınm ümummilli lideri Heydər Əliyev demişdir: 
”Naxçıvan Azərbaycan xalqınm tarixini əks etdirən abidələri özündə 
cəmləşdirən bir  diyardır”.  Tədqiqatlar  göstərir ki,  hələ  eramızdan 
əvvəl Naxçıvan ərazisində ulu əcdadlarımız yaşamış və yaratmışlar. 
Onların özlərindən sonra qoyub getdikləri tarix və mədəniyyət abi- 
dələri bu qədim yurdun Azərbaycançılıq möhürüdür.
Qədim  Naxçıvan  torpağı  antik,  orta  əsrlər  və  müasir  dövr 
maddi-mədəniyyət  nümunələri və tarixi  abidələrlə -  ilk  insanlarm 
yaşadıqları mağaralar,  qədim yaşayış yerləri,  erkən şəhər mədəniy- 
yəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri, 
xatirə memarlığmın ən mükəmməl nümunələri olan türbələrlə, digər 
tarixi abidələrlə zəngindir. Bu abidələr əcdadlarımızm təsərrüfat, ic- 
timai və mənəvi həyatmı, adət-ənənələrini və incəsənətini öyrənmək 
üçün qiymətli mənbədir.
Muxtar  respublika  ərazisindəki  Qazma,  Əshabi-Kəhf və  Kilit 
mağaraları,  Batabat yaylağmda,  Naxçıvançay və Əlincəçay vadilə- 
rində,  Haçadağm  cənub  ətəyində  aşkar  olunan  tarixi  abidələr  daş 
dövrü mədəniyyətinin qalıqlarmı yaşatmaqdadır. IV minilliyin sonu 
-  II minilliklərdə Naxçıvan ərazisində Oğlanqala,  Çalxanqala, Go- 
vurqala kimi qala-şəhər məntəqələri yaranmışdır.
Naxçıvanm daş dövrü abidələri içərisində ən məşhuru Əshabi- 
Kəhfdir. Eradan əvvəl III minilliyə aid edilən bu abidə ziyarətgahdır. 
Qədim  tariximizin  yadigarı  olan,  xalqımızm  bir  sıra  inamlarmı
240


özündə  yaşadan  bu  abidə  barədə  müqəddəs  dini  kitablarda  bəhs 
edilməsi,  ”Q uran”da  ayrıca  surənin  olması  onun  daha  əvvəllər  də 
tanm masmm sübutudur.
Naxçıvan ən qədim abidələrindən biri də Gəmiqaya qayaüstü 
rəsmləridir.  E radan əvvəl IV-I minilliyə aid olan bu abidə Azərbay- 
can  xalqınm  qədim  tarixini və mədəniyyətini  özündə  yaşadır.  Qa- 
yaüstü rəsmlərlə və simvolik işarələrlə zəngin olan Gəmiqaya abidəsi 
qədim  əcdadlarımızm  bədii  təfəkkürünü,  adət-ənənələrini,  estetik- 
fəlsəfı baxışlarmı və dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli 
təsvirlər qalereyasıdır.
Naxçıvan qədim və orta əsr memarlıq abidələri ilə də zəngindir. 
X II əsrdə  qüdrətli Azərbaycan  atabəyləri  dövlətinin  paytaxtı  olan 
Naxçıvan  əzəmətli  bir  şəhər,  ölkəmizin siyasi,  iqtisadi,  mədəniyyət 
və  sənətkarlıq mərkəzlərindən idi.  Burada  memarlıq  sənəti yüksək 
səviyyəyə  çatmış,  Azərbaycan memarlığmm  özünəməxsus  orijinal 
sənət üslubu yaranmışdır.  Bu üslub sonralar geniş yayılaraq “Nax- 
çıvan memarlıq məktəbi” adı ilə tariximizə daxil olmuşdur. Bu mək- 
təb bəşəriyyətə Əcəmi Əbubəkr oğlu Naxçıvani,  Əmirəddin Məsud 
Naxçıvani, Əhməd ibn Əyyub əl-Hafız Naxçıvani kimi dahi memar- 
lar, sənətkarlar vermişdir.
Azərbaycanda orta əsr xatirə memarlığmm ən geniş yayılmış tipi 
olan  qülləvari  türbələrin  yaradılmasmda  naxçıvanlı  memarlarm 
böyük xidmətləri olmuşdur. Memar Əcəmi Əbubəkr oğlu Naxçıvani- 
nin X II əsrin ikinci yarısmda Naxçıvanda ucaltdığı Yusif Küseyir oğlu 
və Möminə Xatm türbələri orta əsrlər mədəniyyətinin insan xatirəsini 
monumental  ölçülərlə əbədiləşdirən  ən uğurlu nümunələridir.  Haqlı 
olaraq bu dövrü monumental sənət yaradıcılığmm, Azərbaycan mə- 
dəniyyətinin qızıl dövrü adlandırırlar. Əcəmi Naxçıvani öz əsərlərində 
təkcə bədii təfəkkürün dərinliyini və təkrarolunmazlığmı  deyil,  eləcə 
də geniş riyazi biliyə əsaslanan mühəndislik dühası göstərmiş, XII əsr 
Azərbaycan elminin tükənməz imkanlarmı nümayış etdirmişdir.
Tədqiqatlar göstərir ki, X II əsrdən başlayaraq Naxçıvanda 3-4 
mərtəbəli  yaşayış  evləri,  əsilzadə  sarayları,  məscidlər,  zəngin  tərti- 
batlı ham am lar inşa olunurdu. Buradakı qədim dövrlərə və orta əsr- 
lərə  aid  yaşayış  məskənləri,  siklop  tikililəri,  qalalar,  istehkamlar, 
memarlıq abidələri inşaat materiallarmm və tikinti texnikasmm zən-
241


ginliyi ilə diqqəti cəlb edir.
Bu  qiymətli  abidə  və  tikililərdə  Yusif Küseyr  oğlu  (1162)  və 
Möminə Xatm (1186-1187) türbələrini, Gülüstan türbəsini (XII-XIII 
əsrlər),  Q arabağlar  memarlıq  kompleksini  (XlII-XIVəsrlər),  Xa- 
nəgah  (XIII-XV  əsrlər),  Buzxana  (XVI  əsr),  X an evi  (XVIII  əsr), 
İmamzadə kompleksi (XVIII əsr), Şərq hamamı (XVIII-XIX əsrlər), 
Zaviyyə mədrəsəsi  (XVIII-XIX əsrlər),  Cümə məscidi (XIX əsr) və 
sair tarixi memarlıq abidələrini göstərmək olar.
Qədim Azərbaycanm Naxçıvan ərazisinə gəlmiş Övliyə Çələbi, Ta- 
variye, Şarden, Dübuye de-Monpere, Moryer, Robert Ker Perter kimi 
Şərq və Avropa tarixçiləri, coğrafiyaşünaslar, səyyahlar, missionerlər bu 
qədim diyarda tikilmiş abidələr, mədəniyyət ocaqlan haqqmda qiymətli 
məlumatlar, xatirələr qoyub getmişlər. Məşhur sənətşünas M.V.Alpanov 
yazırdı ki,  Firdovsi və Nizami kimi Şərqin ölməz klassiklərinin əsərlə- 
rində duyduğumuz bəşəri təravəti biz “Naxçıvan abidələrində görürük”. 
Görkəmli türkoloq Murad Acı isə tarixi və mədəni abidələrlə zəngin olan 
Naxçıvan diyarmı “İkinci Altay” adlandırmışdır.
Ötən  dövrlərdə  tarixi  abidlərimizə  münasibət  birmənalı 
olmamış,  bu  abidələr  zamanm  ağır  sınağı  qarşısmda  qalmış,  bir 
qismi dağılıb sıradan çıxmışdır.
Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gə- 
lişi tariximizin canlı nümunəsi  olan  arxeoloji  tapmtılara,  abidələrə 
münasibəti dəyişmiş, onlarm yad təsirlərdən qorunması, mühafizəsi 
və bərpası işi diqqət mərkəzində saxlanmışdır.
Möhtərəm Heydər Əliyev tərəfindən Azərbaycan Milli Elmlər 
Akademiyası Naxçıvan bölməsinin təşkil edilməsi Naxçıvan tarixi- 
nin  və maddi-mədəniyyət  nümunələrinin  öyrənilməsinə  göstərilən 
dövlət  qayğısınm daha  bir ifadəsidir.  Ümummilli liderimiz bu elmi 
müəssisənin təşkili ilə əlaqədar Naxçıvanda keçirdiyi müşavirədə de- 
mişdir:  “Naxçıvan ərazisində həddindən çox dünya miqyaslı tarixi- 
memarlıq abidələri var.  Baxmayaraq ki, onlara yüz illərlə heç qayğı 
da  göstərilməyibdir,  hətta müxtəlif proseslər  zamanı,  bəzən müha- 
ribələrlə,  yaxud  da  ki,  başqa  hadisələrlə  əlaqədar  onlarm  uçurdul- 
ması,  dağıdılması  halları  olubdur.  Amma  bu  tarixi-memarlıq 
abidələri yaşayıb və bu gün də yaşayır.  Onların hər biri Azərbaycan 
xalqmın tarixini, mədəniyyətini, adət-ənənlərini göstərən abidələrdir.
242


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə