İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə54/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   48   49   50   51   52   53   54   55   56

məktəbinə,  1920-ci ildə yeddisinifli natamam orta Lədris ocağma çev- 
rilmiş,  1944-cü ildə isə orta məktəb kimi fəaliyyətə başlamışdır.  1957-ci 
il  m art  aymın  4-də  Naxçıvan  MSSR Ali  Soveti  Rəyasət  Heyətinin 
fərmanı ilə məktəbə Cəlil Məmmədquluzadənin adı verilmişdir.
M uxtar respublikada teatr sənətinin inkişafmda da Cəlilkənd 
məktəbinin mühüm rolu olmuş,  1889-cu ildən etibarən bu məktəbdə 
müəllim və şagirdlərin təşəbbüsü ilə teatr tamaşaları təşkil edilmiş, 
əldə  olunan  vəsait  kasıb  şagirdlərə  və  məktəbin  inkişafma  sərf 
olunmuşdur.
Cəlilkənd məktəbi yarandığı ilk gündən onun yanında kitab- 
xana fəaliyyət göstərmiş,  1901-ci ildə məktəbin kitabxanasmda 825 
adda  1816 kitab və dərslik olmuşdur.
Ölkəmizin  qocaman təhsil  müəssisələrindən  olan  Cəlilkənd 
məktəbində  gənc nəslin təlim-tərbiyəsində mühüm nailiyyətlər  qa- 
zanılmışdır.  Göstərmək  kifayətdir  ki,  məktəbin məzunlarmdan  50 
nəfərə qədəri  ömrünü elm sahəsinə həsr etmiş  və yüksək elmi  dərə- 
cələr almışlar.
Yuxarıda qeyd olunanları əsas götürərək qərara alıram:
1.  2006-ci ilin  sentyabr ayında  Şərur rayonundakı Cəlilkənd 
orta məktəbinin  120 illik yubileyi keçirilsin.
2.  ”Şərur rayonundakı Cəlilkənd orta məktəbinin 120 illik yu- 
bileyinin keçirilməsi ilə əlaqədar tədbirlərin planı” təsdiq olunsun.
3.  Şərur  Rayon  Icra  Hakimiyyəti  və  Naxçıvan  M uxtar  Res- 
publikasmm Təhsil Nazirliyi  bu sərəncamdan irəli  gələn məsələləri 
həll etsinlər.
4.  Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri 
Vasif TALIBOV
Naxçıvan şəhəri,  10 iyul 2006-cı il.
253


NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 
XALQ YARADICILIĞI GÜNLƏRİNİN KEÇİRİLMƏSİ
HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI 
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Hər bir xalqm tarixində xalq yaradıcılığı onun milli-mənəvi 
dəyərlərinin və dünyagörüşünün, təşəbbüskarlıq və novatorluğunun 
təzahür formalarmdan biridir.  Tarixi-mədəni və bədii irsimizin da- 
şıyıcısı olan Azərbaycan xalq yaradıcılığı əsrlər boyu formalaşaraq 
və inkişaf edərək günümüzədək gəlib çatmışdır.
Azərbaycanm qədim Naxçıvan torpağmda yayılmış el sənəti 
nümunələri  böyük  və  zəngin  bir  tarixi  mərhələni,  mədəni  inkişaf 
dövrünü əhatə edir.  Qədim sivilizasiyaya və müasir mədəni inkişafa 
layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsu- 
siyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə 
cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir.
Xalq  yaradıcılığımız  öz  kökünü  ən  qədim  dövrlərdən 
götürür. Naxçıvan M uxtar Respublikası ərazisində aparılmış arxeo- 
loji qazıntılar xalq yaradıcılığmm mühüm qolu olan el sənətkarlığı- 
nın  5-7 min illik inkişaf dövrü keçdiyini sübuta yetirir.  Qədim xalq 
sənəti sahələri olan dulusçuluq və daşişləmə Neolit, metalişləmə isə 
Eneolit dövründən məlum idi. Naxçıvanda əkinçiliyin və maldarlığm 
intensiv inkişafı  sənətkarlığm  da inkişafma təsir göstərmiş, mədəni 
tələbatm artması müxtəlif bəzək əşyalarmm düzəldilməsi, hətta əmək 
alətlərinin, məişət avadanlıqlarmm,  silahlarm müəyyən hissələrinin 
gözəl  bədii  tərtibatla  hazırlanması  ilə  nəticələnmişdir.  Naxçıvan 
M uxtar Respublikasmın indiki və tarixi ərazilərində yaşamış əcdad- 
larımızm sosial həyat tərzi, dini-ideoloji baxışları, inamları və adət- 
ənənələri bu dövrün sənətkarlığmda öz əksini tapmışdır.
Qədim  xalq  sənətkarlığmm  mühüm  sahələrindən  olan du- 
lusçuluq Naxçıvan ərazisində  eradan  əvvəl  7-ci  -   6-cı  minilliklərdə 
yaranmış,  Eneolit  dövründən başlayaraq dulus  çarxlarmda gil qab 
hazırlanması və xüsusi kürələrdə bişirilməsi geniş yayılmışdır.
254


Naxçıvan  eyni  zamanda  dünyanm  ilk metalişləmə  ocaqla- 
rmdan  biri  olmuşdur.  I  Kültəpənin ən qədim  mədəni təbəqəsindən 
müxtəlif mis-mərgümüş,  nikel-mərgümüş  qatışığı  olan  alətlər  və 
bəzək nümunələri əldə edilmişdir. Ordubad rayonunun Plovdağ nek- 
ropolundan tuncdan  hazırlanmış  sancaqlar,  I  Kültəpədən  isə  tunc 
dövrünə aid bıçaq və sancaqlar tapılmışdır. Arxeoloji qazmtılar za- 
manı  əldə  olunmuş  m ateriallar  Naxçıvanm  qədim  sakinlərinin 
sümükdən və daşdan da əmək və bəzək alətləri hazırladıqlarmı gös- 
tərir.  Sonrakı  dövrlərdə  sənətkarlıq daha da inkişaf etmiş,  xalq  sə- 
nətinin  ağacişləmə,  misgərlik,  zərgərlik,  ipəkçilik,  boyaqçılıq, 
papaqçılıq,  dabbaqlıq,  dülgərlik,  toxuculuq,  xüsusilə  də xalçaçılıq 
kimi  sahələri  genişlənmiş,  Naxçıvanm zövqlə  hazırlanmış  müxtəlif 
məişət əşyaları və zərgərlik məmulatları böyük şöhrət qazanmışdır.
Naxçıvanda  toxuculuğun,  boyaqçılığm  və  ipəkçiliyin  inki- 
şafı tarixən milli geyim mədəniyyətiniıı də formalaşmasma şərait ya- 
ratmışdır. Milli geyim və milli mətbəx xalq yaradıcılığmın ən mühüm 
sahələrindən biridir. Naxçıvanda bu sahələr daha qədim dövrlərdən 
yaranmış,  təbii-coğrafi  şəraitə  uyğun  olaraq  formalaşmış,  inkişaf 
etmiş, hər əsrdə özünəməxsus milli cəhətlərlə daha da zənginləşmiş- 
dir. Xalqm tarixini, etnoqrafik və bədii xüsusiyyətlərini özündə cəm- 
ləşdirən  milli  geyimlər  və  mətbəx  nümunələri  bu  gün  maddi  və 
mənəvi  mədəniyyətimizin  qaynaqları  kimi  qorunur və inkişaf etdi- 
rilir.  Təkrarsız  milli  yaradıcılığımızm  nəticəsi  olan  Azərbaycan 
geyimlərini muzeylərimizdə,  ayrı-ayrı  tarixi teatr tamaşalarmda və 
filmlərdə  görə  bilirik.  Müxtəlif folklor  ansamblı  və  qrupları  da  bu 
gün milli geyimlərimizi yaşadır və təbliğ edirlər.
Xalq  yaradıcılığınm  ən  qədim  sahələrindən  biri  də  şifahi 
poetik yaradıcılıq kimi dəyərləndirilən folklordur. Azərbaycan əra- 
zisində  folklorun  tarixi  ilk  insan  məskənlərinin  meydana  gəlməsi 
dövrü  ilə bağlıdır.  Xalqımızın  həyatmda elə  bir  əhəmiyyətli  hadisə 
yoxdur  ki,  o,  şifahi  yaradıcılıqda,  aşıq  poeziyasmda,  xalq  musiqi- 
sində bu və ya digər şəkildə öz əksini tapmasm.  Dünyanm qədim və 
mədəni  xalqlarından  olan Azərbaycan  xalqı  ən  qədim  dövrlərdən 
başlayaraq xalq yaradıcılığmda öz tarixini bu və ya digər şəkildə əks 
etdirmişdir. Xalqımızın mifoloji-bədii dünyagörüşünün izləri indi də 
folklorda  özünü  bürüzə  verməkdədir.  M üxtəlif ayin,  mərasim  və
255


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə