İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə48/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

bomun nəşr edilməsini, elmi-kütləvi fılmin çəkilməsini qərara almış, 
1970-1987-ci  illərdə  Gəmiqayada  tədqiqat  işləri  aparılmış,  bir  sıra 
elmi materiallar çap olunmuşdur.
Təəssüflə qeyd olunmalıdır ki, 70-ci illərdən xalqımızın milli 
özünüdərki, tariximizin və mədəniyyətimizin araşdırılması sahəsində 
həyata keçirilən bir çox taleyüklü tədbirlər kimi,  Gəmiqaya abidə- 
lərinin tədqiqi sahəsində aparılan işlər də 1980-cı illərin axırlarından 
unudulmağa başlanmış, tədqiqat işlərinə ara verilmişdir.  Yaranmış 
boşluqdan istifadə edən millətçi erməni «tədqiqatçıları» gizli şəkildə 
Gəmiqayada tədqiqat  aparmışlar.  Aparılan  işlərin  nəticəsi  olaraq 
nəşr edilən  «Navasarın  qaya  təsvirləri»  və «Naxçıvanm memorial 
abidələri və relyefləri» adlı materiallarda erməni alimləri tarixi sax- 
talaşdırmaq  sahəsində  öz  ənənələrinə  sadiq  qalaraq  xalqımızm  ən 
qədim yadigarı olan Gəmiqaya abidələrini heç bir elmi əsas olmadan 
erməni  abidəsi  kimi  qələmə verməyə  çalışmış,  Gəmiqayanm  admı 
«Navasar»,  «Tapanasar» kimi uydurma adlarla əvəz etmişlər.
Qədim türk dünyası mədəniyyəti üçün səciyyəvi olan qayaüstü 
rəsmləri özündə əks etdirən Gəmiqaya abidələri Azərbaycan xalqınm 
ən qədim tarixinin və mənəvi mədəniyyətinin öyrənilməsi üçün xəzinə- 
dir.  Bu abidələrin qorunub  saxlanaraq gələcək nəsillərə çatdmlması, 
ardıcıl və sistemli şəkildə tədqiq edilməsi üçün qərara alıram:
1. Azərbaycan Respublikası Elmlər Akademiyası Naxçıvan 
Regional Elm Mərkəzi və Naxçıvan Dövlət Universiteti Azərbaycan 
Elmlər Akademiyasımn mütəxəssislərini dəvət edib, onlarla birlikdə 
Gəmiqaya abidələrində elmi-tədqiqat işlərinin aparılması üçün Gə- 
miqaya ekspedisiyasmı təşkil etsinlər.
2.  Ekspedisiyaya tapşırılsm  ki,  Gəmiqaya  abidələrinin qo- 
runub saxlanması,  ardıcıl və sistemli şəkildə öyrənilməsi üçün apa- 
rılan tədqiqat işlərinin nəticəsi barədə elmi rəy hazırlayıb Naxçıvan 
M uxtar Respublikası Ali Məclisinə təqdim etsinlər.
3.  Sərəncamm icrasma nəzarət Naxçıvan M uxtar Respubli- 
kası Ali Məclisinin A paratına tapşırılsm.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri 
Vasif TALIBOV
Naxçıvan şəhəri, 26 aprel 2001-ci il.
232


NAXÇIVAN ŞƏHƏRİNDƏKİ «ƏCƏMİ» SEYRANGAHINDA 
AÇIQ SƏMA ALTINDA M UZEYİN YARADILMASI
HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI 
ALİ M ƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Azərbaycanm  ayrılmaz tərkib hissəsi olan Naxçıvan M uxtar 
Respublikası zəngin tarixə malikdir.  Bu torpaqda insan yaşayışmm 
ən qədim dövrlərindən soraq verən tarixi abidələr xalqımızm maddi- 
mənəvi dəyərlərini və qaynaqlarmı yaşadaraq müasir dövrədək gə- 
tirib çıxarmışdır.
Bütövlükdə M uxar Respublika ərazisində 450-ə yaxm abidə- 
nin yeri və tarixi dəqiqləşdirilmiş, tarixi abidələrlə əlaqədar bir sıra 
elmi  araşdırm alar  aparılmış,  bukletlər  və  albomlar nəşr  olunmuş- 
dur.
M üasir tarixşünaslığın tələbləri  baxımmdan tədqiqini  gözlə- 
yən sahələrdən biri də azərbaycanlılarm yaşadıqları ərazilərdə geniş 
yayılmış  qədim  qoç  heykəlləri,  qəbirüstü  abidələr və  daş  üzərində 
oymalardır.
Q oç  heykəlləri,  qəbirüstü  abidələr,  daş  üzərində  oym alar 
azərbaycanlılarda  ən  qədim   m ifoloji  və  dini  baxışlarla  bağlı  ol- 
m uşdur.
Bunlar xalqımızm qədim mədəniyyətindən nümunələr olmaq- 
la bərabər eyni zam anda estetik təsir bağışlayan sənət əsərləridir.
G ülüstan və Türkmənçay müqavilələrindən sonra Naxçıvana 
köçürülmüş  ermənilərin  bu  qədim  Azərbaycan  torpağını  «erməni- 
ləşdirmək» sahəsində apardıqları siyasətin bir istiqaməti də daşdan 
yonulmuş  mədəniyyət nümunələrimizin dağıdılmasmdan ibarət  ol- 
muşdur.
Xalqımızm dekorativ tətbiqi sənətinin ən yaxşı nümunələrin- 
dən olan daşdan yonulmuş mədəniyyət nümunələrimizin mühafızəsi, 
öyrənilməsi və təbliğ edilməsi məqsədi ilə qərara alıram:
1. 
Naxçıvan  şəhərindəki  «Əcəmi»  seyrangahmda Açıq  səma 
altmda muzey yaradılsm.
233


2. 
Naxçıvan  M uxtar  Respublikasınm  Nazirlər  Kabineti  və 
Naxçıvan şəhər icra hakimiyyəti bu sərəncamdan irəli gələn məsələ- 
ləri həll etsinlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri 
Vasif TALIBOV
Naxçıvan şəhəri,  11  iyul 2002-ci il.
234


GÖRKƏMLİ PEDAQOQ, MAARİFÇİ VƏ ŞAİR 
MƏHƏMMƏD TAĞISİDQİNİN 150 İLLİK YUBİLEYİNİN 
KEÇİRİLMƏSİ VƏ XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ
HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI 
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
2004-cü il m art ayınm 22-də Azərbaycan maarifçilik hərəka- 
tmın və ədəbiyyatmm inkişafmda böyük xidmətləri olan Məhəmməd 
Tağı Sidqinin  150 illik yubileyi tam am olur.
1854-cü  ildə  O rdubadda  anadan  olan  M əhəmməd  Tağı 
Sidqi  ilk  təhsilini  M olla  M əhəmməd  Tağı  adlı  axundun  məktə- 
bində almış və sonra təhsilini Hüseyn Soltan mədrəsəsində davam 
etdirm əklə  klassik  şərq  poeziyasım   və  fəlsəfəsini  öyrənmişdir. 
M aarifçilik fəaliyyəti dövründə m əktəbdarlıq,  ədəbiyyat, teatr və 
m ətbuat  sahələrində əvəzsiz  xidmətlər  göstərən  Məhəmməd  Tağı 
Sidqi təkcə A zərbaycanda deyii, Yaxm  Şərq ölkələrində də tanm - 
mışdır.
M əhəm m əd  Tağı  Sidqinin  1892-ci  ildə  O rdubadda  açdığı 
“Ə xtər”  (“U ld u z”)  və  1894-cü  ildə  N axçıvanda  yaratdığı  “Tər- 
biyə”  m əktəbləri  A zərbaycanda  milli  və  dünyəvi  m əktəbin 
genişlənməsinə, m aarifçilik hərakatınm  inkişafm a m ühüm töhfə- 
lər  verm işdir.  B urada  tədris  olunan  fənlər,  keçirilən  ədəbi-maa- 
rifçi tədbirlər,  xüsusən Sidqinin hazırladığı  “Əxlaq nüm unələri” , 
“Q ızlara hədiyyə” ,  “M üxtəsər coğrafiya risaləsi”  kimi mükəmməl 
elm i-pedaqoji  dəyərə m alik  olan dərsliklər ictimai m ühitin tədri- 
cən  m aarifləşm əsinə,  yeni  nəslin  form alaşm asm a  təsir  göstər - 
m işdir.  A zərbaycanm   görkəm li  m ütəfəkkirləri,  yazıçı,  şair  və 
tədqiqatçıları olan Hüseyn Cavid,  Əziz Şərif,  Əliqulu Qəmküsar, 
Rza  Təhm asib,  Əli  Səbri  və  başqaları  Məhəmməd  Tağı  Sidqinin 
m əşhur “Tərbiyə” məktəbində yetişmişlər.  Təsadüfi deyil ki,  Cəlil 
M əm m ədquluzadə bu məktəbi “böyüklər üçün darül-ürfan”-yəni 
akadem iya  adlandırm ışdır.
Məhəmməd Tağı Sidqi Azərbaycan maarifçi-realist ədəbiyya-
235


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə