İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə28/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   24   25   26   27   28   29   30   31   ...   56

lıları  bu  böyük  uğurlar m ünasibətib təbrik etmək  istəyirəm.  Nax- 
çıvan  rəhbərliyinə  və  Naxçıvanm  rəhbəri  Vasif  Talıbova  öz 
minnətdarlığımı bildirmək istəyirəm”  [1, 2009, 5  avqust].
1995-2010-cu illər sosial-iqtisadi inkişaf baxımından Naxçıvan 
Muxtar  Respublikasmm tarixində mühüm mərhələ təşkil  edir.  Bu 
dövrdə Ermənistan tərəfmdən blokadada saxlanılmasma baxmaya- 
raq, muxtar respublikanm daxili imkanlarmdan və ehtiyat mənbələ- 
rindən səmərəli istifadə olunmuş,  1996-cı ildən başlanan sabitləşmə, 
dönüş  və inkişaf konsepsiyası  iqtisadi və  sosial müstəvidə yüksələn 
xətlə davam etdirilmiş, iqtisadiyyatda müsbət meyllər daha da möh- 
kəmləndirilmişdir.  M uxtar respublikada iqtisadi islahatların həyata 
keçirilməsi, dövlət büdcəsinin sabitləşməsi, vergi-bank sisteminin tək- 
milləşdirilməsi,  iqtisadiyyatm idarə  olunması  sahəsində islahatlarm 
həyata keçirilməsi dövlət vəsaitinə xeyli qənaət olunmasına və dövlət 
büdcəsinin mədaxil hissəsinin yerinə yetirilməsinə müsbət təsir gös- 
tərmişdir.  1996-98-ci illərdə muxtar respublika büdcəsinin mədaxil 
hissəsi plandan artıq, məxaric hissəsi isə qənaətlə yerinə yetirilmişdir. 
Sonralar  aparılan  iqtisadi  islahatlar  büdcə  daxilolmalarma müsbət 
təsir  göstərmişdir.  M uxtar respublikanm  dövlət  büdcəsinə 2005-ci 
ildə bütün mənbələr hesabma 21,0 milyon manat daxil olmuşdur ki, 
bu  da  2000-ci  ildə  olduğundan  16,8  milyon,  yaxud  5  dəfə  çoxdur. 
2009-cu ildə isə dövlət büdcəsinə nəzərdə tutulan 28,5 milyon manat- 
dan  2,3  dəfə  çox,  yəni  65,9  milyon  manat  vəsait  daxil  olmuşdur. 
Ümumi daxili məhsul  1994-cü ildəki 37287,7 min manatdan 2009-cu 
ildə  973649,3  min  m anata  yüksəlmişdir,  yəni  26,1  dəfə  artmışdır. 
Ümumi  daxili  məhsulun  həcmi  2010-cu  ilin  6  aymda  2009-cu  ilin 
müvafıq dövrü ilə müqayisədə 20,8 faiz artaraq 512 milyon manatdan 
çox  olmuşdur.  M uxtar  respublikada  ilk  dəfə  olaraq  2009-cu  ildə 
ümumi  daxili  məhsulun  həcmi  1  milyard  ABŞ  dolları  səviyyəsini 
ötmüşdür. Həmin dövrdə adambaşma düşən ümumi daxili məhsulun 
həcmi isə 21,5 dəfə çoxalaraq 113,4 manatdan 2434,7 manata çatmış- 
dır.  2010-cu ildə də iqtisadiyyatm əsas  sahələrinin inkişafı istiqamə- 
tində həyata  keçirilmiş  məqsədyönlü  tədbirlər  öz  bəhrəsini  vermiş, 
əldə olunmuş uğurlu nəticələr sosial-iqtisadi inkişafı xarakterizə edən 
və əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcminin 
artmasma zəmin yaratmışdır.  Özündə ciddi nəticələri əks etdirən bu
111


artımm səciyyovi xüsusiyyəti ondan ibarətdir ki, 2010-cu ildə muxtar 
respublikanm tarixində ilk dəfə olaraq ümumi daxili məhsulun həcmi 
1 milyard manat səviyyəsini keçmişdir. Ümumilikdə ötən il bu göstə- 
rici əvvəlki illə müqayisədə 17 faiz artaraq 1 milyard  171 milyon ma- 
nata, onun hər bir nəfərə düşən həcmi isə  18 faiz artaraq 2883 manata 
çatmışdır [28,  s.  5].  1995-ci ildən başlayaraq muxtar respublika iqti- 
sadiyyatımn əsas sahələrinin, o cümlədən sənayenin, tikintinin, kənd 
təsərrüfatınm, nəqliyyat və rabitənin inkişafı istiqamətində aparılan 
məqsədyönlü siyasət  məhsul  istehsalınm  artımında,  əhalinin  həyat 
səviyyəsinin yüksəldilməsində öz təsirini göstərməkdədir.
2.2. Sənayenin inkişafı. Yeni sonave 
sahələrinin yaradılması
1990-95-ci illərdə muxtar respublikada sənaye müəssisələrinin 
əksoriyyəti öz fəaliyyətini dayandırmış,  1996-97-ci illərdən başlaya- 
raq bu müəssisələrin istehsal fəaliyyəti tədricən bərpa olunmuşdur. 
Bu dövrdə muxtar respublikada 163 sənaye müəssisəsi fəaliyyət gös- 
tərirdi [11,  s.  111].  Halbuki 90-cı illərin ortalarm da muxtar respub- 
likada  56  sənaye  müəssisəsi  mövcud  idi.  M uxtar  respublika 
rəhbərliyinin bu sahəyə ciddi diqqət yetirməsi sayəsində 1999-cu ildə 
diyarm sənaye müəssisələrində 2883,9 min manatlıq sənaye məhsulu 
istehsal edilmiş,  15  adda məhsul istehsalı təmin olunmuşdur.  2000-
2005-ci illər ərzində muxtar respublika sənayesində 229 yeni təsərr- 
üfat subyektinin fəaliyyətə başlaması öz növbəsində bu dövr ərzində 
sənaye məhsulu həcminin üç dəfə artmasına zəmin yaratmışdır [23, 
s.  10]. Nəticədə 2005-ci ildə muxtar respublikada sənaye məhsulunun 
həcmi 41,2 milyon manat  olmuşdur.  Bu da 2000-ci illə müqayisədə 
üç dofə çoxdur.  Sənaye məhsulu həcminin artması mövcud istehsal 
müəssisələrinin  öz fəaliyyətini  bərpa etməsi  ilə yanaşı,  həm  də yeni 
istehsal müəssisələrinin istifadəyə verilməsi nəticəsində mümkün ol- 
muşdur. Belə ki, təkcə 2005-2006-cı illərdə 44 istehsal müəssisəsi fəa- 
liyyətə  başlamışdır.  2007-ci  ildə  32,  2008-ci  ildə  isə  37  sənaye 
müəssisəsi məhsul  istehsal etməyə başlamışdır.  2008-ci  ildə muxtar 
respublikada  164452  min manatlıq  sənaye  məhsulu  istehsal  olun- 
muşdur ki,  bu da 2007-ci ildə istehsal olunan  122680 min manatlıq
112


məhsuldan müqayisəli qiymətlə 26,7 faiz çoxdur [26, s.  5-6]. Həyata 
keçirilən  məqsədyönlü  islahatlarm  nəticəsində  sənaye  muxtar  res- 
publikada  dinamik  inkişaf edən  sahələrdən birinə çevrilmişdir.  Sə- 
naye  müəssisələrinin  işinin  bərpası,  istehsal  olunan  məhsulun 
həcminin və çeşidinin artırılması  istiqamətində aparılan tədbirlərin 
uğurlu nəticəsi kimi 2009-cu ildə 212,5  milyon manatlıq məhsul  is- 
tehsal edilmişdir ki,  bu da 2008-ci ildəki göstəricini 24,5 faiz üstələ- 
mişdi.
Sənaye  sahəsində  həyata  keçirilən  irimiqyaslı  islahatlarm 
uğurlu yekunudur ki,  1995-2010-cu illərdə muxtar respublikada 364 
yeni  sənaye  müəssisəsi  işə başlamışdır.  Əgər  1996-cı  ilin  əvvəlində 
muxtar respublikada 56 sənaye müəssisəsi mövcud idisə, 2010-cu ilin 
sonunadək bu müəssisələrin sayı 423-ə  (11  dəfə çox) çatmışdır Ha- 
zırda sənayə sektorunda 24 istehsal sahəsinin yaradılması işi davam 
etdirilir.
M uxtar respublikada 239 adda sənaye məhsulu istehsal edilir.
2009-cu  ildə  istehsal  edilmiş  sənaye  məhsulunun  ümumi  dəyəri
212469,1 min m anat olmuşdur [27,  s.7].  62220 min ABŞ dolları də- 
yərində  sənaye  məhsulları  xarici  ölkələrə  və respublikamızm digər 
bölgələrinə ixrac olunmuşdur ki,  bu da 2008-ci illə müqayisədə 2,9 
dəfə çoxdur. 2010-cu ildə muxtar respublikada 318565 min manatlıq 
sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 
44 faiz  çoxdur  [15,  2011,  29  yanvar].  Sənaye  məhsulu  həcminin  91 
faizini istehsal, 9 faizini isə xidmət sahələri təşkil etmişdir. Sahibkar- 
lığm inkişafına, qeyri-dövlət sektorunun davamlı yüksəlişinə yönəl- 
dilmiş  komleks  tədbirlərin  nəticəsidir  ki,  istehsal  olunan  sənaye 
məhsulunun 88 faizi, yaxud 279460 min manat özəl sektorun payına 
düşmüşdür [28, s.  7].  Bu, 2009-cu illə müqayisədə 50 faiz çoxdur.
Yeni  sənaye  müəssisələrinin  yaradılması  həm  istehsal  olun- 
muş yeni məhsul növlərinin, həm də bu sektorda işləyən işçilərin say 
tərkibinin  artm asm a  ciddi  təsir  göstərmişdir.  Belə  ki,  əgər  1988-ci 
ildə muxtar respublikanm sənaye müəssisələrində  1620 nəfər işçi ça- 
lışırdısa, 2010-cu ildə bu  göstərici  8  dəfə artaraq  12855-ə çatmışdır 
[15,2011, 29 yanvar].
Naxçıvan  M uxtar  Respublikasmda  sənayeləşmənin  həyata 
keçirilməsi ilə əlaqədar sənaye müəssisələrinin yaradılmasına və in-
113


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə