İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə30/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   26   27   28   29   30   31   32   33   ...   56

dövrdə istifadəyə verilən orta ümumtəhsil məktəblərinin  35,5  faizi, 
səhiyyə obyektlərinin 71,4 faizi, ucqar dağ və sərhəd kəndlərində inşa 
edilmişdir.  Bütövlükdə  bu  dövrdə  m uxtar  respublikanm  şəhər  və 
rayon mərkəzlərində, habelə kəndlərində abadlaşma işləri geniş vüsət 
almışdır.
Görülən işlərin həcminin artması öz növbəsində tikinti sekto- 
runa  qoyulan  sərmayənin həcminin ildən-ilə artmasma  səbəb  oldu. 
Əgər 2005-ci ildə Naxçıvan M uxtar Respublikasmda bütün maliyyə 
mənbələri hesabma  126 milyon 52 min manatlıq investisiyadan isti- 
fadə edilmişdirsə, 2006-cı ildə tikinti sektorunda 191 milyon 757 min 
manatlıq sərmayədən istifadə olunmuşdur [24,  s.  9].  2007-ci ildə bu 
məqsədlə 222  milyon  948  min  manat,  2008-ci  ildə  309  milyon  598 
min manat, 2009-cu ildə 411  milyon  522 min manat vəsait  xərclən- 
mişdir.  2010-cu  ildə  501  milyon  106  min manat  vəsaitdən  istifadə 
olunmuşdur  ki,  bu  da  2009-cu  ildəki  müvafıq  göstəricidən  22  faiz 
çoxdur.  tnvestisiya qoyuluşlarmm 443426 min manatı və ya 88 faizi 
tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
Son  illərdə m uxtar  respublikada  aparılan  tikinti,  quruculuq 
və abadlıq işləri nəticəsində Naxçıvan şəhəri və rayon mərkəzləri göz 
oxşayır, şərq və qərb memarlıq elementlərini özündə birləşdirən so- 
sial  obyektlər,  inzibati  binalar,  yaşayış  evləri  diyarımıza  gözəllik 
verir, bu işi görənlərin əməyi yüksək qiymətləndirilir. Heydər Əliyev 
Sarayı,  Naxçıvan  Beynəlxalq  Hava  Limanı,  Duzdağ və  Təbriz  ot- 
elləri,  Diaqnostika-Müalicə Mərkəzi,  Naxçıvan  Dövlət  Universite- 
tinin Beynəlxalq Münasibətlər və Xarici Dillor fakültəsinin yerləşdiyi 
korpus,  Universitet  Konservatoriyası,  Elektron  Kitabxana,  Tələbə 
yataqxanası,  Hüseyn  Cavidin  türbəsi,  Nuh türbəsi və yüzlərlə göz- 
oxşayan memarlıq abidələri yüksək peşəkarlıqla təmir və bərpa edil- 
mişdir.  X an  Sarayı,  Zaviyyə-mədrəsə  binası,  Came  məscidi, 
Qarabağlar  memarlıq  kompleksi,  İmamzadə  kompleksi,  Möminə 
Xatm və Yusif Küseyir oğlu türbələri restavrasiya olunmuşdur.  Bu 
gün  Naxçıvanda  tarixi-memarlıq  abidələrində  şərq  elementləri  ilə 
müasirlik qovuşur, bu elementlər isə şəhərə yaraşıq verir, onu gözəl- 
ləşdirir.  Bütün  bunlar Ali  Məclis  Sədrinin  zövqündən,  şəhərsalma 
sahəsindəki səriştəsindən, memarlıq biliyindən, qurub-yaratmaq hə- 
vəsindən xəbər verir.
117


2.4. Kənd təsərrüfatının inkişafı
Naxçıvan  M uxtar  Respublikasınm  iqtisadiyyatmda  kənd 
təsərrüfatı hər zaman öncül mövqeyə malik olmuşdur.  M uxtar res- 
publikada əsası Ümummilli lider Heydər Əliyev tərəfındən qoyulmuş 
aqrar islahatlarm ardıcıl həyata keçirilməsi, kənd təsərrüfatmda apa- 
rılan  struktur  dəyişiklikləri aqrar bölmənin inkişafı  üçün möhkəm 
zəmin yaratdı.  M uxtar respublikada ərzaq məhsulları istehsalmı ar- 
tırmaq,  əhalini  təhlükəsiz və keyfiyyətli  ərzaq məhsulları  ilə  təmin 
etmək,  sahibkarlıq  mühitini  yaxşılaşdırmaq  məqsədi  ilə Naxçıvan 
M uxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il  17 sentyabr ta- 
rixli  sərəncamı  ilə  təsdiq  edilmiş  “2008-2015-ci  illərdə  Naxçıvan 
M uxtar Respublikasmda əhalinin ərzaq məhsulları ilə etibarlı təmi- 
natma dair Dövlət Proqramı” muxtar respublikada kənd təsərrüfatı 
məhsullarmm  istehsalmm  artırılmasında  yeni  istiqamətləri  müəy- 
yənləşdirdi.  Yeni emal müəssisələrinin yaradılması  məhsul istehsa- 
lına dövlət maliyyə yardımınm göstərilməsi,  güzəştli şərtlərlə gübrə 
satışmm təşkili, məhsulun satışı üçün yarmarkalarm keçirilməsi kənd 
təsərrüfatı sahəsində məhsul istehsalmm həcminin artmasma səbəb 
oldu.  Torpaqlarm meliorasiya və sabit su təminatmm yaxşılaşdırıl- 
ması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirildi.  Qaraçuq- 
Nehrəm kanalı  bərpa  olundu.  Heydər Əliyev Su Anbarında  tikinti 
işləri sürətləndirildi.  1996-2005-ci illərdə 30 yeni nasos stansiyası ti- 
kildi,  57 nasos stansiyasmda əsaslı təmir işləri aparıldı, 238 subarte- 
zian quyusu qazıldı və ya bərpa edildi. Hazırda muxtar respublikada 
suvarma tədbirlərinin həyata keçirilməsi məqsədilə 97 nasos stansi- 
yasından, 766 subartezian quyusundan və 339 kəhrizdən istifadə olu- 
nur [9, s.  126].
Aqrar sahədə əməkçilərin zəruri kənd təsərrüfatı texnikası ilə 
təchizatmı yaxşılaşdırmaq məqsədi ilə “Naxçıvan Aqrolizinq” Açıq 
Səhmdar Cəmiyyəti və onun rayonlarda xidmət bazaları yaradıldı.
2006-cı  ildə  muxtar  respublikaya  82  ədəd,  2007-ci  ildə  180  ədəd, 
2008-ci ildə 84 ədəd, 2009-cu ildə 108 ədəd, 64 ədəd 2010-cu ilin yan- 
var-avqust  aylarında  olmaqla cəmi  518  ədəd müxtəlif təyinatlı tex- 
nika  alındı  [28,  s.  119].  76  ədəd müxtəlif təyinatlı  kənd  təsərrüfatı 
texnikası lizinq yolu ilə məhsul istehsalçılarma verildi.
118


A qrar  sahənin  inkişafı  üçün müxtəlif layihələr,  o  cümlədən 
“Azərbaycanın kənd investisiyası”  layihəsi,  “Dağ və yüksək dağlıq 
ərazilərin inkişaf etdirilməsi” proqramı həyata keçirildi.
M uxtar respublikada kənd təsərrüfatmı inkişaf etdirmək üçün 
əkin sahələrinin strukturunda dəyişikliklər edilir,  əkin sahələri artı- 
rılırdı.  Əkin  sahələri  2003-cü ildə  1995-ci  ilə nisbətən  83,1  faiz  art- 
mışdı.  2006-cı  ildə  əkin  sahələri  49 min 275  hektar təşkil  etmişdir.
2010-cu ilin məhsulu üçün 59 min 204 hektar sahədə əkin aparılmış- 
dır ki, bu da 1988-ci ilin məhsulu üçün əkilmiş  15 min 328 manat sa- 
hədən 43 min 876 hektar və ya 4 dəfə çoxdur [15, 2011, 29 yanvar]. 
Əkinçiliyin dinamik inkişaf etdirilməsi üçün məhsul istehsalçılarmm 
mineral gübrələrlə vaxtmda təchiz edilməsi zəruridir.  2010-cu il  ər- 
zində  “Naxçıvan Aqrolizinq”  Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 
məhsul  istehsalçılarına  ümumi  dəyəri  1  milyon  554  min  manata 
yaxın olan 4033 tondan çox mineral gübrə paylanmışdır.
Görülən  tədbirlər  nəticəsində  kənd  təsərrüfatında  ümumi 
məhsul istehsalı artmağa başlamışdı. Əgər 2005-ci ildə 98 milyon 255 
min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdursa, 2009-cu 
ildə bu göstərici  185 milyon m anatdan çox olmuşdur [27,  14]. Ümu- 
miyyətlə,  kənd  təsərrüfatı  malları  istehsalmm  həcmi  on  beş  ildə  4 
dəfə artmışdır.
A qrar islahatlarla əlaqədar olaraq muxtar respublikada kol- 
xoz  və  sovxozlar  ləğv edilmiş,  onların  torpaq və  əmlakı  kəndlilərə 
paylanmışdı. Əgər 1995-ci ildə muxtar respublikada kənd təsərrüfatı 
məhsulunun  57 faizi  özəl sektorun payma düşürdüsə, 2000-ci ildən 
bu göstərici  100 faiz təşkil etdi.
Muxtar respublikada kənd təsərrüfatınm ümumi məhsulunun 
strukturunda ciddi dəyişikliklər baş vermişdir.  Aparılmış  islahatlar 
kənd təsərrüfatı istehsalı sahəsində mövcud potensialm səmərəli şə- 
kildə  reallaşdırılmasma  imkan  yaratdı.  Hər  bir  rayonun  spesifık 
xüsusiyyətlərinə uyğun kənd təsərrüfatı strukturunun formalaşma- 
smı şərtləndirdi.  Bu,  özünü kənd təsərrüfatı məhsulları istehsalımn 
strukturunda da göstərdi. Görülən tədbirlər nəticəsində muxtar res- 
publikada kənd təsərrüfatı məhsullarınm istehsalı xeyli artdı.  1990- 
2003-cü illərdə taxıl istehsalı 2,5, kartof istehsalı 5,5, tərəvəz istehsalı 
2,7,  meyvə və giləmeyvələr istehsalı  3,4,  bostan məhsulları 7,9  dəfə
119


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə