İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə31/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

artmışdır.  Nəticədə  2005-ci  ildə  98,3  milyon manatlıq  kənd  təsər- 
rüfatı məhsulu istehsal olunmuşdursa, 2006-cı ildə bundan  10 milyon 
750 min manat çox -  109 milyon manatlıq məhsul istehsal edilmişdir. 
Sonrakı illərdə bu göstərici daha da artıq olmuşdur. Belə ki, 2009-cu 
ildə  185 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş,
2008-ci  illə müqayisədə  13,4  faiz  artım a  nail  olunmuşdur.  Həyata 
keçirilən kompleks tədbirlər nəticəsində muxtar respublikanm kənd 
təsərrüfatı  sahəsində  dinamik  artım  davam  etdirilmişdir.  2010-cu 
ildə 247 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir 
ki, bu da 2009-cu il üzrə müvafiq göstəricini  13 faiz üstələyir.
Muxtar respublika rəhbərliyinin taxılçılığa mühüm  əhəmiy- 
yətli sahə kimi yanaşması nəticəsində bu sahədə yüksək artım a nail 
olunmuşdur.  Belə ki,  2000-ci ilə nisbətən 2005-ci ildə taxıl əkini  sa- 
həsi 59,3 faiz, məhsul istehsalı isə 71,3 faiz artmışdır.  Ümumiyyətlə, 
muxtar respublikada  1995-ci ildə 23,6 min ton, 2000-ci ildə 54,4 min 
ton, 2005-ci ildə 93,2 min ton, 2009-cu ildə 94,7 min ton taxıl yığıl- 
mışdır. 2010-cu ildə isə taxıl zəmilərindən 96 min ton məhsul toplan- 
mışdır ki, bu da 2009-cu illə müqayisədə 1,4 faiz çoxdur.  1988-ci illə 
müqayisədə taxıl istehsalınm həcmi ötən il 67 min ton artmışdır.
Kənd  təsərrüfatmm inkişafmda  taxıl  anbarlarınm,  elevator- 
larm inşası da mühüm yer tutur.  Bu zərurət nəzərə ahnaraq 2009-cu 
ildə  18  min  ton  taxılı  uzun  müddətə,  20  min  ton  taxılı  isə  qısa 
müddətə  saxlamaq  gücünə malik  Naxçıvan  M uxtar  Respublikası 
Taxıl  Ehtiyatı Anbarı yaradılmışdır.  A nbar kompleksi bir tərəfdən 
məhsul  istehsalçılarmm  taxıl  tədarükü  zamanı  rastlaşdıqları  prob- 
lemləri  aradan  qaldırırsa,  digər tərəfdən muxtar respublikada taxıl 
ehtiyatlarınm yaradılmasında müstəsna rol oynayır.
M uxtar  respublikada taxılçılıqla  yanaşı  kartofçuluğun  inki- 
şafına da xüsusi diqqət yetirilmişdir.  11  aprel 2005-ci il tarixdə təsdiq 
olunmuş 2005-2010-cu illəri əhatə edən “Naxçıvan M uxtar Respub- 
likasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə 
tutulan tədbirlərin icrası  nəticəsində idxaldan asılılığm aradan qal- 
dırılmasında mühüm  irəliləyiş  əldə  olunmuşdur.  Həyata  keçirilən 
tədbirlər nəticəsində 2010-cu ildə 2740,5  hektar sahədə kartof əkil- 
mişdir.  Kartof əkini keçirilmiş sahələrdən 37901  ton məhsul tədarük 
edilmişdir  ki,  bu  da 2004-cü  illə müqayisədə 2,2  dəfə  və ya  20843
120


ton,  1988-ci  ilb  müqayisədə  isə  38  dəfə  və  ya  36896 ton  artım  de- 
məkdir [28, s.  13].
M uxtar respublikada  şəkər çuğunduru istehsalına  da  xüsusi 
əhəmiyyət verilmişdir.  Şəkər çuğunduru istehsalı  1992-ci ildən baş- 
lamış və ilbəil artıma nail olunmuşdur.  2000-ci ildə məhsul istehsalı 
1992-ci illə müqayisədə  143,9 dəfə çox olmuşdur. 2003-cü ildə şəkər 

çuğunduru istehsalı  129 min ton təşkil etmiş, 2010-cu ildə şəkər çu- 
ğunduru  əkin  sahələri 2009-cu ilə nisbətən 41,2  faiz artaraq  1716,4 
hektar olmuşdur.
Naxçıvan M uxtar Respublikasmm kənd təsərrüfatmm inki- 
şafmda heyvandarlığm xüsusi rolu vardır.  M uxtar respublika rəh- 

bərliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində bu sahədə də 
böyük nailiyyətlər əldə edilmişdir. Heyvanlarm müxtəlif xəstəliklərdən 
qorunması, mal-qaranm cins tərkibinin yaxşılaşdırılması istiqamətində 
tədbirlər görülmüşdür.  Naxçıvan M uxtar Respublikası Ali Məclisi 
Sədrinin  2005-ci  il  30  noyabr  tarixli  Fərmanı  ilə  Dövlət  Baytarlıq 
Xidməti yaradılmışdır. 2000-ci ildə xırdabuynuzlu heyvanlarm sayı
425,4 
min  baş  olmuşdur  ki,  bu  da  1995-ci  illə  müqayisədə  146,7 
min  baş  və  ya  1,5  dəfə  çox idi.  Bu  artım  iribuynuzlu  mal-qaranm 
artımmda da özünü göstərirdi.  1995-ci ildə qaramalın baş sayı 55,5 
min olduğu halda 2000-ci ildə bu göstərici artaraq 74 min başa çat- 
mışdır  ki,  bu  da  1995-ci  ildəkindən  18,5  min  baş  çox  idi.  2007-ci 
ildə xırdabuynuzlu heyvanlarm sayı 563897-ə, iribuynuzlu heyvanlarm 
sayı isə 94044-ə çatmışdır. 2010-cu ilin əvvəllərində muxtar respub- 
likada  qaram alm  sayı  98,8  min  baş,  xırdabuynuzlu  heyvanlarm 
sayı  isə  589603  baş  olmuşdur.  01  yanvar  2011-ci  il  tarixə  muxtar 
respublikanın  bütün  təsərrüfat  kateqoriyalarmda  qaramalın  sayı 
101160 baş, qoyun və keçilərin sayı isə 603018 baş olmuşdur ki, bu 
da müvafıq olaraq 2010-cu ilin göstəricilərini 2,4 və 2,3  faiz üstələ- 

 
mişdir.  Bu  dövr  ərzində  ət  istehsalı  4  dəfə,  süd  istehsalı  isə  3  dəfə 
artmışdır.
Heyvandarlıqda məhsuldarlığm yüksəldilməsini, mal-qaramn 
cins tərkibinin yaxşılaşdırılmasını və damazlıq işinin inkişafmı təmin 
etmək üçün son iki ildə muxtar respublikaya 280 baş cins mal-qara 
gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
Bəhs olunan illərdə m uxtar respublikada quşçuluğun, arıçılı-
121


ğın  və  balıqçılığm  inkişafı  da  diqqət  mərkəzində  saxlamlmışdır.
2010-cu ildə quşçuluq sahəsində 7 təsərrüfat subyekti fəaliyyətə baş- 
lamışdır.  Bundan  başqa,  ətlik  və yumurtalıq  istiqamətində  daha  5 
quşçuluq təsərrüfatmm yaradılması istiqamətində işlər davam etdi- 
rilir. 2010-cu ilin sonunda quşların sayı 901  min başdan çox olmuş- 
dur.  Bu  göstərici  isə  1989-cu  ilin  göstəricisindən  3  dəfə  çoxdur.
2011-ci ilin yanvarmda muxtar respublikada 52685 arı ailəsi mövcud 
olmuşdur ki, bunlardan 710 ton bal istehsal edilmişdir [15, 2011, 29 
yanvar].  M uxtar respublikanm zəngin su ehtiyatları balıqçılığm in- 
kişafı və qiymətli balıq cinslərinin yetişdirilməsi üçün əlverişli şərait 
yaradır.  Təkcə 2009-cu ildə 5, 2010-cu ildə isə 2  balıqyetişdirmə tə- 
sərrüfatı istifadəyə verilmişdir.  Ümumilikdə isə hazırda muxtar res- 
publikada  10 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir.
Bütün  bunlar  bir  daha  əyani  olaraq  göstərir ki,  muxtar  res- 
publika  rəhbərliyinin  ardıcıl  və  məqsədyönlü  aqrar  siyasəti  öz 
müsbət  nəticəsini  vermiş,  kənd  təsərrüfatmm  bütün  sahələrində 
yüksək nəticələr qazanılmışdır. Belə ki,  1995-ci illə müqayisədə2010-cu 
ildə taxıl istehsalı 4,1  dəfə,  kartof istehsalı  87 dəfə,  tərəvəz istehsalı
41,1  dəfə, bostan məhsulları istehsalı 81,3 dəfə, meyvə və giləmeyvə 
istehsalı 1,6 dəfə, ət istehsalı 72,9 faiz, süd istehsalı 2,1  dəfə, yumurta 
istehsalı 42,4 faiz, yun istehsalı 74,3 faiz artmışdır.
Naxçıvan M uxtar Respublikasmda torpaq islahatı və özəlləş- 
dirmə  prosesi  ardıcıl  olaraq  aparılmışdır.  2005-ci  ildə  muxtar  res- 
publikanm 205  kəndindən  198-də,  132 təsərrüfatda torpaq islahatı 
başa  çatdırılmış,  54,9  min  hektar  torpaq  sahəsi  xüsusi  mülkiyyətə 
verilmişdi.  M uxtar respublikada  özəlləşdirmə prosesi  1996-cı  ildən 
başlamış və beş il ərzində 2145 müəssisə və obyekt özəlləşdirilmişdir. 
Özəlləşdirilmiş  obyekt və müəssisələrin satışmdan dövlət büdcəsinə 
315,7 milyon manat vəsait daxil olmuşdur. 2005-ci ilə qədər isə 3457 
kiçik  müəssisə  və  obyekt  özəlləşdirilmiş,  46  dövlət  müəssisəsi  isə 
səhmdar cəmiyyətə çevrilmişdir. 2007-ci ildə özəlləşdirmədən 351, 4 
min manat vəsait əldə edilmişdir.
İslahatlar nəticəsində ümumi məhsul istehsalmda özəl bölmə- 
nin  xüsusi  çəkisi  hər il  artmışdır.  Sahibkarlığm  inkişafı  üçün yara- 
dılmış  münbit  şəraitin  nəticəsidir  ki,  2010-cu  ildə  ümumidaxili 
məhsul istehsalmda özəl bölmənin payı 86 faizi  ötmüşdür.  Hazırda
122


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə