İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə25/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

açılışında iştirak etmişdir. 430 şagird yerlik Ordubad internat-mək- 
təb kompleksinə yataqxana korpusu, 204 yerlik yeməkxana, idman 
salonu vo meydançası, dəriçilik, çokmoçilik, xalçaçılıq sənətbrini öy- 
rənmək  üçün  peşəyönümlü  kabinolor,  laboratoriyalar  və yardımçı 
tikililər daxildir.
Prezident  bu  səfərində  akademik  Y.Məmmədəliyevin  Ordu- 
bad  şəhərindəki  ev-muzeyi  ilə,  Naxçıvan  şəhərində  «Cahan  Hol- 
dinq» şirkətlər qrupunun istehsal sahələri ilə tanış olmuş, «Duzdağ» 
sanatoriyasınm təməlini  qoymuşdur.  Səfərin  yekununda Prezident 
İlham Əliyevin sədrliyi ilə Naxçıvan MR Ali Məclisində geniş müşa- 
virə keçirilmiş,  əldə olunan uğurlar və qarşıda duran vəzifələr təhlil 
edilmişdir. Ölkə Prezidenti Naxçıvanda aparılan quruculuq, abadlıq 
işlərindən, sosial infrastrukturun yeniləşməsindən razı qaldığım bil- 
dirmişdir.
Ölkə Prezidenti İlham Əliyev 2007-ci il oktyabr ayınm  17-də 
və 2008-ci ilin iyun ayınm 3-4-də Naxçıvanda səfərdə olmuşdur. Sə- 
fərlərdə Prezident İlham Əliyev Naxçıvan Dövlət Universiteti Kon- 
seravatoriyasımn,  Culfa  və  Şərur  rayon  Mərkəzi  Xəstəxanalarmm 
açılışmda  iştirak  və  çıxış  etmişdir.  Türkiyə  Cümhuriyyətinin  Baş 
naziri Rəcəb Tayyib Ərdoğan iyunun 4-də (2008) Naxçıvana rəsmi 
səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşmüşdür.  Görüşdə 
Azərbaycan ilə Türkiyə arasmda dostluq, qardaşlıq münasibətlərinin 
bütün  sahələrdə  uğurla  inkişafmdan  məmnunluq  ifadə  olunmuş, 
ölkələrimizin  qlobal  layihələri  birgə  uğurla  həyata  keçirməsi, 
beynəlxalq aləmdə bir-birinin mövqelərini tam dəstəkləməsi, regional 
əməkdaşlıqla fəal iştirakı bildirilmişdir.  Naxçıvan M uxtar Respub- 
likasmm Ali Məclisində keçirilən birgə mətbuat konfransmda Azər- 
baycan  Respublikasmm  Prezidenti  İlham  Əliyev və Türkiyə  Cüm- 
huriyyətinin  Baş  naziri  Rəcəb  Tayyib  Ərdoğan  bəyanatla  çıxış 
etmişlər. Ölkə rəhbərləri Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyi 
ilə  tamş  olmuş,  «Duzdağ»  Fizioterapiya  Mərkəzinin  açılışmda 
iştirak  etmişlər.  Prezident  İlham  Əliyev  Şahtaxtı-Poldəşt  sərhəd 
keçid məntəqəsinin  açılışmda  iştirak etmiş,  «N»  saylı hərbi hissədo 
olmuş,  Dədə  Qorqud  meydanı  və  Turizm  Mərkəzi,  Zərifə  Əliyeva 
adma Şahtaxtı kənd orta məktəbi ilə tamş olmuş, Naxçıvan şəhərindo 
yeni səhiyyə müəssisəsinin- Doğum Mərkəzinin təməlinin qoyulması
83


ı
morasimində iştirak etmişdir.
Azərbaycan Respublikasınm Prezidenti İlham Əliyevin Nax- 
çıvan  M uxtar  Respublikasma tarixi  səfərləri izsiz qalmadı,  muxtar 
respublikanm sosial-iqtisadi, ictimai-mədəni inkişafma müsbət təsi- 
rini göstərdi.
Heydər  Əliyev  siyasəti  Naxçıvan  M uxtar  Respublikasm da 
uğurla həyata keçirilir və öz müsbət təsirini göstərir. M uxtar respub- 
lika dinamik  inkişaf yolundadır və infrastruktur baxımmdan müa- 
sirləşir.
Naxçıvan M uxtar Respublikasınm yubileylərinin qeyd olun- 
ması xüsusi yer tutur. Ötən dövrlər ərzində Naxçıvanm muxtariyyət 
bayramı 6 dəfə (1949,  1964,1974,  1984,1999,2004) qeyd edilmişdir. 
M uxtar Respublikanm yubileyləri ulu öndərin Azərbaycana birinci 
və  ikinci  rəhbərliyi  dövründə  daha  yüksək,  yaddaqalan  səviyyədə 
keçirilmişdir.  Azərbaycan Respublikasınm Prezidenti İlham Əliyev 
«Naxçıvan M uxtar Respublikasmm  85  illik yubileyinin keçirilməsi 
haqqında» 2009-cu il  6 fevralda Sərəncam imzalamışdır.  Həmin sə- 
rəncamda Naxçıvamn Azərbaycan tarixində oynadığı rol və istiqla- 
liyyət  yolundakı  əvəzsiz  xidmətlər  yüksək  qiymətləndirilmişdir: 
«Azərbaycanm qədim tarixə,  zəngin mədəniyyətə və çoxəsrlik döv- 
lətçilik  ənənələrinə malik  Naxçıvan  diyarı  çətin,  mürəkkəb  və eyni 
zamanda parlaq inkişaf yolu keçmişdir...
Milli  istiqlaliyyət  yolunda  Naxçıvanm   atdığı  cəsarətli  ad- 
dımlar  bütün  Azərbaycan  xalqı  tərəfindən  rəğbətlə  qarşılanm ış, 
respublikada cərəyan edən ictimai-siyasi  proseslərə  öz m üsbət  və 
həlledici təsirini göstərmişdir.  Naxçıvan M uxtar Respublikası  bu 
gün milli  dövlət  quruculuğu prosesinin fəal iştirakçısı olub,  ölkə- 
mizin  iqtisadi  qüdrətinin  artırılm asm a...  dəyərli  töhfələr  verir» 
[9,  2009,  7  fevral].
Naxçıvan M uxtar Respublikasmm yubileylərinin keçirilmə- 
sinin  böyük  siyasi,  tarixi  və  elmi  əhəmiyyəti  vardır.  85  illik  yubi- 
leyin  ölkəmizdə geniş  şəkildə qeyd olunması m uxtar respublikaya 
göstərilən dövlət qayğısmm daha bir ifadəsidir.  Ulu öndər Heydər 
Əliyevin  müəyyənləşdirdiyi  quruculuq  yolu  ilə  gedən  Naxçıvan 
M uxtar  Respublikası  sosial-iqtisadi  sahədə  böyük  inkişafa  nail 
olmuş, intibah və dirçəlişə qovuşmuşdur.  Ümummilli lider Heydər
84


Əliyev şəxsiyyəti  olmasaydı,  Naxçıvan  yaşayaraq  bu  günkü  günə 
gəlib  çata,  onun  m uxtariyyəti  və  ərazisi  qorunub  saxlanıla  bil- 
məzdi.
Naxçıvan M uxtar Respublikasmm 85 illik yubileyi tədbirb- 
rində iştirak  etmək  üçün  Naxçıvana  gələn  Ölkə  Prezidenti  İlham 
Əliyevi  m uxtar  respublika  sakinləri  çox  böyük  coşqu  və  yüksək 
əhval-ruhiyyə ilə qarşıladılar. Prezident İlham Əliyev Heydər Əliyev 
sarayınm yenidən qurulmasmdan sonrakı vəziyyəti ilə tanış  olmuş, 
Doğum Mərkəzinin,  Badamlı mineral  sular zavodunun,  Şərur ray- 
onu Olimpiya İdman Kompleksinin açılışmda iştirak və çıxış etmiş- 
dir. Naxçıvan M uxtar Respublikasınm 85 illik yubileyi tədbirlərində 
iştirak edən  İlham  Əliyev geniş  məruzə  etmiş,  Naxçıvanın  muxta- 
riyyət dövründə keçdiyi tarixi yolu və qazandığı uğurları yüksək qiy- 
mətləndirmiş,  diyarın  qorunub  saxlanılmasmda  və  muxtariyyət 
statusunun möhkəmləndirilməsində ulu  öndər Heydər Əliyevin ta- 
rixi rolundan bəhs etmişdir.
Prezident  çıxışmda həm  də Naxçıvanm  son illərdəki uğurla- 
rmda Naxçıvan M uxtar Respublikası Ali Məclisi Sədrinin və muxtar 
respublika əhalisinin fəaliyyətinə yüksək qiymət vermişdir.
Naxçıvan M uxtar Respublikasmm 85 illiyinin siyasi və tarixi 
əhəmiyyəti  nəzərə  almaraq  bununla  bağlı  elmi  konfranslar  Rusiya 
Federasiyasmm paytaxtı Moskvada və Sankt-Peterburq şəhərlərində 
keçirilmişdir. «Rusiya-Azərbaycan münasibətləri: keçmişi, bu günü, 
gələcəyi» mövzusunda keçirilən konfrans Naxçıvan Muxtar Respub- 
likasınm  85  illiyinə  həsr  edilmişdi.  Konfransda  Azərbaycandan 
getmiş nümayəndələrlə yanaşı, Moskva və Sankt-Petcrburqdan olan 
alim və ziyalılar da çıxış etmişlər [9, 2010,  15 may].
Naxçıvan  M uxtar  Respublikasmm  son illərdəki  dinamik  in- 
kişafı,  quruculuq  və  müasirləşmə baxımından  böyük infrastruktur 
layihələrinin həyata keçirilməsi bir sıra beynəlxalq tədbirbrin burada 
keçirilməsinə əsas  verir.  Bu  mənada Türkdilli  ölkələrin dövlət  baş- 
çılarmm IX zirvə görüşünün Naxçıvanda keçirilməsi təsadüfi deyil- 
dir. Həm də Türk dövlət başçılarımn zirvə toplantısınm Naxçıvanda 
keçirilməsinin çox böyük geosiyasi,  ideoloji,  simvolik mənası və ta- 
rixi əhəmiyyəti vardır.
Türkdilli ölkələrin dövlət başçılarımn IX zirvə görüşü 2009-cu il
85


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə