İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə29/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   25   26   27   28   29   30   31   32   ...   56

kişafma xüsusi fıkir verilmişdir. Yaradılan sənaye müəssisələri daxili 
bazar üçün məhsul istehsal etməklə yanaşı, ixrac yönümlü məhsul- 
ların istehsalım da gücləndirmişdir. Xüsusilə son illərdə qurulan sə- 
naye  müəssisələri  “Gəmiqaya”  Şirkətlər  Qrupuna  aid  olan 
müəssisələr, Naxçıvan Avtomobil Zavodu, Badamlı Mineral Su Za- 
vodu,  “Cahan  Holdinq”  Kommersiya  Şirkətlər  Ittifaqınm müəssi- 
sələri,  Kərpic  Zavodu,  Mebel  Fabriki,  “Dizayn”  M M C-nin 
müəssisələri,  “Şərab-2” Yeddilər Aqrar Sənaye Komplcksi”  MMC, 
“Sirab”  Mineral  Sular Zavodu  ən  yüksək  standartlar  səviyyəsində 
məhsul istehsal edirlər.
Beləliklə,  bu  illərdə  muxtar  respublikada  sənaye  sahəsində 
reallaşdırılan islahatlarm başlıca məqsədi mövcud sənaye müəssisə- 
lərinin fəaliyyətinin bərpası və yenidən qurulmasmdan, dünya stan- 
dartlarm a  cavab  verən  sənaye  məhsullarmm  istehsalmdan, 
sənayenin dayanıqlı və davamlı inkişafım təmin etməkdən ibarət ol- 
muşdur.  Tarixən  aqrar  region  kimi  formalaşan  Naxçıvan  M uxtar 
Respublikasmm aqrar-sənaye regionuna çevrilməsi üçün ciddi əsas- 
lar yaradılmışdır.
2.3. Tikinti-quruculuq və abadlıq işləri
Azərbaycan  Respublikasmda yaranmış  sabitlik,  iqtisadi  sa- 
hədə  əldə  olunmuş  nailiyyətlər muxtar  respublikada  1995-ci  ildən 
başlayaraq  tikinti-quraşdırma  və  abadlıq  sahəsində  də  əsaslı  işlər 
görməyə şərait yaratmışdır.
Naxçıvan  M uxtar  Respublikasmda  tikinti-quruculuq  və 
abadlıq işləri ildən-ilə genişlənir.  Yüksək zövqlə, peşəkarlıqla,  şərq 
və qərb memarlıq elementlərindən ustalıqla və yerli-yerində istifadə 
etməklə tikilən binalar, təmir olunan və yenidən qurulan inzibati və 
sosial  obyektlər,  salınan  gülkarlıqlar,  yaradılan  səliqə-sahman 
böyük quruculuq və abadlıq işlərinin yüksək səviyyədə görüldüyünü 
təsdiq edir.  Bütün bu işlərə Naxçıvan M uxtar Respublikası Ali Məc- 
lisinin  Sədri Yasif Talıbov diqqət  və  həssaslıqla  yanaşır,  hər  bir ti- 
kinti, quruculuq və abadlıq işlərinin ən yüksək səviyyədə, keyflyyətlə 
aparılmasına nəzarət və rəhbərlik edir, xeyli vaxt ayırır.  Bütün bun- 
lara  görə  Ali  Məclisin  Sədri  tariximizə  qurucu  və  yaradıcı  rəhbər
114


kimi daxil olmuşdur.
Ölkə başçısı,  Prezident  İlham  Əliyev Naxçıvan M uxtar Res- 
publikasmda  son  illərdə  g ö rübn  işləri,  həyata  keçirilən  tədbirləri 
yüksək  qiymətləndirərək  demişdir:  “Siz Naxçıvanda  işlərin  düzgün 
qurulması, Naxçıvamn rəhbərliyinin, Ali Məclisin sədri Vasif Tahbovun 
fəaliyyəti  nəticəsində  bütün uğurlara  nail  olmusunuz.  Azərbaycanın 
digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxım- 
dan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə 
də liderliyi  saxlayacaqsımz.  Bunu -  abadlıq,  quruculuq işlərini, yeni 
binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn 
hər bir vətəndaş,  qonaq görür.  Hiss olunur ki, bu işlər böyük məhəb- 
bətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin 
əsas  səbəbi  nədir?  Mən  hesab  edirəm  ki,  xalqa  olan  məhəbbətdir. 
Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə 
olan şəxslər də öz doğma xalqma ləyaqətlə, məhəbbətlə xidmət edirlər. 
Bu, Naxçıvanda var və məni çox sevindirir” [1, 2004,15 may].
Vasif Talıbov Naxçıvan Muxtar Respublikasma rəhbərlik et- 
diyi 15 il ərzində yeni və müasir bir Naxçıvan qurmuş, quruculuq və 
abadlıq işləri  muxtar  respublikanm paytaxtmdan tutmuş  ən  ucqar 
kəndlərini belə əhatə etmişdir.
Naxçıvan  M uxtar  Respublikasm da  inkişaf  proqram mm 
əhəmiyyətini  əks  etdirən mühüm göstəricilərdən biri quruculuq,  ti- 
kinti-abadlıq işlərinin ön plana keçirilməsidir.
Heydər Əliyev idarəetmə məktəbinin sədaqətli davamçısı olan 
Vasif Talıbovun 90-cı illərin ortalarm dan muxtar respublikada baş- 
ladığı quruculuq işləri nəticəsində  yüzlərlə  obyekt  tikilib  istifadəyə 
verilmiş, yenidən qurulmuş, təmir edilmiş, yollar çəkilmiş, körpülər 
salmmış, parklar, xiyabanlar və gülkarlıqlar yaradılmışdır. Nəticədə 
Naxçıvanm siması tamamilə dəyişilmişdir.
Naxçıvan M uxtar Respublikasmda 2000-ci ildə  12449,9 min 
manatlıq tikinti-quruculuq işləri aparılmışdı ki, bu da  1995-ci ilə nis- 
bətən 4 dəfə çoxdur. 2005-ci il ərzində muxtar respublikada tikintidə 
126 milyon 51 min manatlıq investisiyadan istifadə edilmişdir. 2005-ci 
ildə muxtar respublikanm tikinti təşkilatları  102 milyon manatlıq iş 
görmüşdür. 2000-2005-ci illər muxtar respublikamn tikinti həyatmda 
dəyərli və bənzərsiz binalarm, sosial və ictimai obyektlərin, elm, təh-
115


sil vo modoniyyot müəssisələrinin tikilməsi, yenidən qurulması və tə- 
miri  kimi  xarakterizə  edilir.  Bu  illərdə  59  orta məktəb,  48  səhiyyə 
obyekti,  28  körpü,  62  inzibati  bina,  9  mədəniyyət  obyekti,  9  abidə 
və dini  obyekt  tikilmiş,  23  orta  məktəb  binası,  35  səhiyyə  obyekti, 
23  körpü,  39  nasos  stansiyası,  98  inzibati  bina,  22  mədəniyyət  ob - 
yekti və yüzlərlə müxtəlif xarakterli obyektlər əsaslı təmir olunmuş- 
dur [23, s. 19-20].
2006-2010-cu illərdə də muxtar respublika böyük tikinti mey- 
danma çevrilmişdir. Belə ki, 2006-cı ildə 757 obyekt, 2007-ci ildə 793, 
2008-ci ildə 854, 2009-cu ildə 726, 2010-cu ildə isə 669 müxtəlif xa- 
rakterli obyektlər istifadəyə verilmişdir.  Son dörd il ərzində muxtar 
respublikada 284 yaşayış  binasmda təmir və bərpa işləri aparılmış, 
301  yaşayış  binasmda  istilik  xətləri  yeniləri  ilə  əvəz edilmiş,  35  lift 
quraşdırılmışdır.  2010-cu  ilin  ilk yarımilində 258  müxtəlif təyinatlı 
obyekt  istifadəyə verilmiş,  286  obyektin isə tikintisi və ya əsaslı tə- 
miri  davam etdirilmişdir  [15,  2010, 24 iyul].  Kəndlərin,  qəsəbələrin 
ictimai tərəqqisi,  bu yaşayış məntəqələrində mərkəzlə paralel infra- 
struktur quruculuğu tədbirlərinə də xüsusi diqqət yetirilir. Kənd əha- 
lisinə  göstərilən  xidmətin  səviyyəsinin  yaxşılaşdırılması,  bu  sahədə 
idarəetmənin səmərəliliyini daha da artırmaq məqsədilə son  15 il ər- 
zində 52 kənd,  3  qəsəbə mərkəzi istifadəyə verilib.
Əhalinin  maddi  rifah  halınm  yaxşılaşdırılması  fərdi yaşayış 
evlərinin tikintisi üzrə müsbət meylli dinamikanı daha da gücləndir- 
mişdir.  2010-cu  ildə muxtar  respublikada əhalinin  şəxsi  vəsaiti  he- 
sabma 259414 kvadratmetr yaşayış sahəsi tikilmişdir. Bu isə  1988-ci 
ildəki  75400  kvadratmetrlik  göstərici  ilə müqayisədə  184014  kvad- 
ratmetr və ya üç dəfə çoxdur.
Ümumiyyətlə,  1995-2010-cu  illərdə  Naxçıvan  M uxtar  Res- 
publikasımn şəhər və kəndlərində 231 elm və təhsil ocağı,  173 səhiyyə 
müəssisosi,  272  mədəniyyət  obyekti,  393  inzibati  bina,  119  yeni 
körpü,  353  subartezian  quyusu,  153  nasos  stansiyası,  3374 yeni  is- 
tehsal, xidmət və əlavə infrastruktur obyektləri tikilərək və ya yeni- 
dən qurularaq istifadəyə verilmişdir.
Bir cəhəti  qeyd  etməliyik  ki,  muxtar  respublikanm  rayonla- 
rında,  qəsəbə  və  kəndlərində,  xüsusilə  sərhəd  kəndlərində tikinti- 
abadlıq  işlərinə  böyük  diqqət  və  qayğı  göstərilir.  Tədqiq  edilən
116


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə