İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə22/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   18   19   20   21   22   23   24   25   ...   56

orqanlarmın nümayəndələri ilə müşavirə keçirdi.  Müşavirəni Prezi- 
dent  Heydər  Əliyev  açdı.  Naxçıvan  M R  Ali  Məclisinin  sədri Vasif 
Talıbov  M uxtar  Respublikanm  sosial-iqtisadi  həyatı  barədə  məlu- 
mat verdi,  bu sahədə görülən işlərdən danışdı.
Azərbaycan Prezidenti müşavirədə geniş nitq söylədi.  Dövlə- 
timizin başçısı Muxtar Respublikanm hakimiyyət orqanları qarşısmda 
duran  vəzifələrdən  danışdı,  tövsiyyələrini  və  konkret  tapşınqlarım  
verdi.
İyunun  19-da Ölkə başçısı şəhərlə tanış oldu, Əcəmi seyranga- 
hmı gəzdi.  Prezident Heydər Əliyev Naxçıvan M uxtar Respublika- 
smda keçirilən tədbirlərdən razı qaldığım bildirdi.
Azərbaycan Prezidenti Heydər Əliyev 2002-ci ildə ikinci dəfə 
Muxtar Respublikaya səfər etdi. Dövlətimizin başçısı avqustun 10-da 
Naxçıvana  gəldi.  Naxçıvanlılar  Ölkə  başçısmı  yüksək  coşğunluqla 
və sevinclə qarşıladılar.
A vqustun  11 -də Heydər Əliyev Şahbuz rayonunun zəhmət- 
keşləri ilə görüşdü,  rayonun sosial-iqtisadi vəziyyəti ilə tanış  oldu, 
sakinlər qarşısmda çıxış  etdi.  Ölkə başçısı kolanılılarla,  biçənəkli- 
lərlə görüşüb söhbət etdi, B atabatda oldu.  Həmin gün Azərbaycan 
Prezidenti  Heydər  Əliyevin  sədrliyi  ilə  N axçıvan  M R   Ali  Məcli- 
sində müşavirə keçirildi.  M üşavirə Naxçıvan  H ava  Lim anınm ye- 
nidən qurulmasına həsr olundu. Naxçıvan hava limanı  1974-cü ildə 
tikilmiş və «YAK-40» təyyarələri üçün nəzərdə tutulm uşdu.  1992-ci 
ildə burada uzunluğu 3300 m etr olan ikinci uçuş-enmə zolağı tikil- 
mişdi.  Naxçıvan  ermənilər  tərəfindən  blokadaya  alındığm dan, 
dəmir yolu və  şose yolu işləmədiyindən  əhali  ancaq təyyarələrdən 
istiladə  etməli  olurdu.  H azırkı  hava  limanı  isə  tələbatı  ödəmir. 
Müşavirədə  Beynəlxalq  hava  limanmm  tikilməsi  m üzakirə  edildi 
və bu işin 2003-cü ilin sonunadək qurtarılması qərara alındı.  Müşa- 
virədə çıxış edən Heydər Əliyev dedi: «Mən çoxdan bu fıkirdə idim 
ki,  Naxçıvan  hava  limanmı  yenidən  quraq,  yeni  bir  hava  limanı 
tikək.  Birincisi,  gərək elə edək ki,  təyyarələr burdan təkcə Bakıya, 
Ciəncəyə yox, bir çox istiqamətlərə uçsun.  İkincisi də, Naxçıvan öz 
coğrafi  vəziyyətinə  görə  elə  yer  tu tu r  ki,  burada  beynəlxalq  stan- 
dartlara  uyğun  hava  limanınm  olması  təkcə  Naxçıvan  üçün  yox, 
bütün qonşu ölkələr üçün də böyük əhəmiyyəti olacaqdır» [9, 2002,
74


13  avqust].
Prezident Heydər Əliyev avqustun 7-də AMEA-nın Naxçıvan 
Bölməsinin yaradılması haqqında sərəncam imzaladı.  [9,2002, 8 av- 
qust]. Avqustun 12-də həmin sərəncamdan irəli gələn vəzifələrlə bağlı 
Naxçıvan MR-in Ali Məclisində M uxtar Respublikanın rəhbər işçi- 
lərinin, Ali Məclisin deputatlarmın, MEA-nm nümayəndə heyətinin, 
tanmmış alimlərin, ictimaiyyətin iştirakı ilə geniş müşavirə keçirildi. 
Azərbaycan Prezidenti bildirdi ki, «...mən Azərbaycan Elmlər Aka- 
demiyasmm Naxçıvan Bölməsinin yaradılması haqqmda sərəncam 
imzalamışam.  Bu sərəncamda da bu bölmənin qarşısında duran və- 
zifələr haqqm da qısa fıkirlərimi bildirmişəm.
M ən  bununla  Naxçıvan  M uxtar  Respublikasm m   indiyə 
qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, 
ədəbiyyatmm  yenidən  dərindən  araşdırılması  və  onlar  haqqında 
elmi  əsərlərin,  populyar  kitablarm ,  yaxud  başqa  nəşrlərin  hazır- 
lanm ası  məqsədi  daşıyıram .  Eyni  zam anda,  N axçıvanm   özünə- 
məxsus  təbiəti,  təbii  sərvətləri,  torpağı,  təbii  abidələri  də,  təəssüf 
olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib,  bəlkə də düz 
olardı  deyim  ki,  heç  öyrənilməyibdir.  Bunlara,  mənim  irəli 
sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var» [42, 2002, 
13  avqust].
Azərbaycan Prezidenti çıxışmda Naxçıvan Bölməsinin yara- 
dılması zəruriliyindən və qarşıda duran vəzifələrdən bəhs etdi. Qeyd 
etdi ki, «.. .bizim böyük məqsədimiz Naxçıvanm tarixini bütün, hər- 
tərəfli  öyrənmək,  tədqiq etmək»  [14,  s.23],  Gəmiqaya kimi  abidəni 
öyrənməklə «Azərbaycanın qədim tarixini təsdiq edən sübutlar tap- 
maqdır» [14,  s.23].
Ölkə Prezidenti Heydər Əliyev qeyd etdi ki, Elmlər Akademi- 
yasınm Naxçıvan  Bölməsinin yaradılması geniş  müzakirə edilməli- 
dir.  Müşavirədə  M EA-nm  prezidenti  M.Kərimov  çıxış  etdi, 
təkliflərini  bildirdi.  Müzakirələrdə  S.Babayev,  İ.Həbibbəyli, 
L.Hüseynzadə,  İ.Hacıyev, V.Əliyev və b.  çıxış edib arzu və təkliflə- 
rini bildirdilər.
Avqustun  12-də Ölkə başçısı muxtar respublikada böyük bir 
ərazidə suvarmanm təmin olunmasında mühüm rol oynayacaq Vay- 
xır su anbarm da əsaslı yenidənqurma və bərpa işlərinin gedişi ilə ya-
75


xından tanış olmaq üçün buraya gəldi. Heydər Əliyev əraziyə baxdı, 
mütəxəssislərin  rəylərini  dinlədi,  su  anbarm m  tikintisində  işlərin 
sürətləndirilməsi üçün tövsiyələrini verdi. Avqustun  13-də Naxçıvan 
MR Ali Məclisində Azərbaycan Prezidenti Heydər Əliyevin sədrliyi 
ilə Vayxır su anbarmm tikintisinə həsr olunmuş müşavirə keçirildi. 
Qeyd olundu ki, Vayxır su anbarı  1981-ci ildə layihələşdirilib,  1982- 
1983-cü illərdə inşaat işlərinə başlamlıb. 40 metr hündürlüyündə tor- 
paq bənd çəkilmiş, 25 milyon kubmetr su tutan su anbarı yaradılmış, 
su buraxıcı  qurğunun qapıları,  tuneli,  qəza su tullayıcısmm şaxtası 
və tuneli başa çatdırılıb istismara verilib [9,2002,  16 avqust]. Vayxır 
su anbarınm inşası  1989-cu ildə dayandırılıb, layihə gücünə çatdırıl- 
mayıb.  Müşavirədə Vayxır su anbarının layihə gücünə çatdırılması, 
üzərində 4,5 meqavat gücündə hidroelektrik stansiyasınm tikilməsi, 
görüləcək bütün işlərin yüksək keyfıyyətlə aparılması diqqətə çatdı- 
rıldı.  Naxçıvanm  xüsusi  qayğıya ehtiyacı  olduğu  göstərilməklə,  bu 
qayğıdan, köməkdən, yardımdan səmərəli istifadə edilməsi də xüsusi 
qeyd edildi.
Avqustun  14-də Azərbaycan Prezidenti Naxçıvan MR-in Sə- 
dərək, Şərur və Babək rayonlarmm sakinləri ilə görüşlər keçirdi, on- 
ların problemləri ilə maraqlandı, həlli üçün konkret tapşırıqlar verdi. 
Ölkə başçısmm Azərbaycan Respublikası ilə Ermənistan Respubli- 
kasınm sərhəddində yerləşən Sədərək rayonu ərazisində Ermənistan 
prezidenti ilə təkbətək görüşü oldu. Görüş 4 saatdan çox davam etdi.
Azərbaycan Prezidentinin Naxçıvana səfərləri bu bölgənin so- 
sial-iqtisadi  inkişafma təkan verdi,  yeni müəssisələrin -  elm,  təhsil, 
mədəniyyət müəssisələrinin yaranması ilə nəticələndi, bir sıra iri pro- 
qramların həyata keçirilməsinin əsasmı qoydu.
Ölkə başçısı Naxçıvanda görülən işləri,  həyata keçirilən  təd- 
birləri, quruculuq və abadlıq işlərini yüksək qiymətləndirdi, Naxçı- 
van MR Ali Məclisinin sədri Vasif Talıbovun təşkilati fəaliyyətindən 
razı qaldığım bildirdi.
76


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə