İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/51
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5795
1   ...   17   18   19   20   21   22   23   24   ...   51

 
82 
 
 
 
 
 
 
MÜXTƏLİF 
Bu 
fəsli 
xüsusi 
başlıqda 
deyil, 
"Müxtəlif" 
adlandırmağımızın  səbəbi  əvvəla  buna  görədir  ki, 
bütün  fəqihlər  bu  fəsldə  gələnləri  haram  bilmirlər.  Və 
həm  də  bəzən  haram  sayılsa  da,  bunlar  zati 
haramlıqlarına  malik  olmasına  görə  deyil  (yəni  zati 
haramlığa  malik  deyillər),  əslində  zərərlərinə  görə 
haram sayılır. 
 
 
 
 


 
83 
 
 
 
EKSTAZİ 
Ekistazi  sözü  vəcdə  gəlmək,  dəlilik,  divanəlik 
mənasına olub gecə kulublarında, diskotekalarda və gecə 
partilərində  rəqsgətirici  (oynadıcı)  dərmanlar  kimi 
istifadə edilir. 
Eks həbinin cismi zərərləri 
Mütəxəssislərin fikirincə hətta yoxlamaq üçün bir dəfə 
belə eks tabletkasının istifadəsi çox təhlükəli olub. 
Doktor Nuri deyir: "Bu dərmanların zərərləri sırasında 
görmə  qabiliyyətində  çatışmazlıqlar,  iştahın  azalması, 
görmə  nazaslıqları  (reallıqda  olmayan  əşyaların  gözə 
görsənməsi),  ürək  döyüntülərinin  və  qan  təzyiqinin 
artması,  qərarsızlıq,  bədənin  temperaturunun  qeyri-
münasib  dəyişkənliyi  və  su  və  maye  içməyə  ehtiyac 
özünə  yer  tutur.  Bəzən  isə,  uzunmüddətli  sağalmaz  və 
hətta ölümlə nəticələnə bilən ziyanlar vura bilər. 
Amma  ekstazi  həbi  digər  təhlükəli  fəsadlara  da 
malikdir.  O  cümlədən  hipotalamusun  fəaliyyətinin 
pozulması,  fərdin  danışıq  və  rəftarında  öz  nəzarətini 
əldən  verməsi,  qısa  müddətli  yaddaşda  pozuntunun 
yaranması,  çox  miqdarda  bədənə  daxil  olmuş  suyun 


 
84 
xaric  olmamasından  dolayı  beyin  şişinin  mümkünlüyü, 
duz  və  eliktrolitlərin  azalması,  cinsi  problemlər,  uzun 
müddətli 
düşkünlük 
duyğusu, 
baş 
ağrısı, 
baş 
gicəllənməsi və yuxusuzluq, dəliliyi göstərmək olar". 
Bu  ekspertin  sözünə  görə  "hər  şeydən  çox  təhlükə 
yaradan  və  sonda  ölümə  səbəb  olan  faktor,  bu 
dərmanların  hazırlanmasında  istifadə  edilən  qeyri-xalis 
maddələrdir". 
1
 
TATUİROVKA ETMƏ (Bədənə şəkillər 
döymə) 
İslamda 
caiz 
olmayan 
və 
mərcəi-təqlidlərdən 
bəzilərinin 
haram 
sandığı 
əməllərdən 
biri 
də, 
Tatuirovkadır.
2
.  Tatuirovkanın  ziyanlarından  bir 
hissəsinə işarə edirik. 
Tatuirovkanın cismi zərərləri 
Tatuirovka iki yolla xəstəliyə səbəb olur. 
1- Qan və Tatuirovka üçün istifadə edilən 
vasitələrlə 
Yoluxucu  xəstəliklər  üzrə  mütəxəssis  doktor  Kərimi  bu 
barədə  deyir:"  QİÇS,  hepatit  B,  hepatit  C  kimi 
xəstəliklərin amili virusdur. Bu viruslar qan və bu virusa 
aludə olmuş alətlərlə ötürülür. Bəzən Tatuirovkalar eyni 
alətlərlə  qeyri-gigiyenik  surətdə  həyata  keçirilir.  Bu  da 
                                                 
1
 “Səlamət” həftəlik jurnalı.  
2
 Onun  şəri  hökmünü  bilmək  üçün,  hər  bir  şəs  öz  təqlid  etdiyi 
müctehidin fətvasına müraciət etməlidir. 


 
85 
bir  sıra  şəxsin  infeksion  xəstəliklərə  yoluxmasına  səbəb 
olur.  Əslində  bu  şəxslər  bədənlərinin  sağlamlıqlarını 
onun gözəlliyinə qurban verirlər. 
Aparılmış  araşdırmalara  əsasən  hal  hazırda  İran 
xalqının  2-3  milyon  nəfəri,  hepatit  B  xəstəliyinin 
daşıyıcısıdırlar.  Həmçinin  təxmin  edilir  ki,  təqribən  200 
mindən  300  min  nəfərə  qədər  şəxs,  hepatit  C 
xəstəsidirlər.  Eləcə  də  belə  nəzərə  gəlir  ki,  bu  xəstəliyə 
yoluxmuş 
şəxslərin 
2-dən 
5% 
kiminin 
səbəbi 
Tatuirovkadır.  Geniş  miqyaslı  tədqiqatlar  göstərir  ki, 
bədənə  şəkillər  döydürmüş  şəxslər,  başqalarından  daha 
çox  hepatit  C  xəstəliyinə  yoluxurlar.  Bundan  əlavə 
hepatit  B,  cüzam  və  vərəm  kimi  digər  yoluxucu 
xəstəliklər Tatuirovka vasitəsilə ötürülür. 
Birdəfəlik iynələrlə Tatuirovka 
İlk baxışda nəzərə çarpır ki, səhiyyə nazirliyinin təsdiq 
etdiyi birdəfəlik iynələrdən istifadə etmək,  Tatuirovkaya 
aludə olmuş iynələrlə yoluxmuş bu xəstəliklərin qarşısını 
almaq üçün ən əlverişli yoldur. Ancaq doktor Kərimi bu 
barədə  deyir:  "Stril  iynələrindən  istifadə  etmək,  qan 
vasitəsilə  ötürülən  xəstəliklərə  yoluxma  ehtimalını 
azaldır. Amma əsasən gözəllik salonlarında bulaşıq fəza, 
Tatuirovkanın heç də münasib olmayan mühit şəraiti və 
buna  bənzər  faktorlar  xəstəliyə  yoluxma  ehtimalını 
artırır. 
Ənənəvi məkanlarda Tatuirovka 


 
86 
Tatuirovka  edilən  gözəllik  salonlarının  ümumi 
mühitinin  qeyri-münasib  şəraiti  və  aludə  fəzasından 
yaxa  qurtarmaq  üçün,  ənənəvi  məkanlara  üz  gətirmək 
olmaz.  Doktor  Komeyli  bu  barədə  deyir:  "Ənənəvi  və 
aludə  məkanlarda  Tatuirovka  etmək,  Tatuirovka 
xəstəliklərinə yoluxma ehtimalını artırır". 
2-  Tatuirovka  üçün  istifadə  edilən  rənglər 
vasitəsilə.  
Bu  barədə  doktor  Kərimi  deyir:  "İynədən  başqa, 
Tatuirovkada  istifadə  edilən  rənglər  də  təhlükə  yarada 
bilər.  Ümumiyyətlə,  Tatuirovkada  istifadə  edilən  rəng 
maddələri 
yağdan, 
bitki 
şirəsindən 
və 
heyvan 
sürməsindən  və  ya  dəmir,  və  kobalt  kimi  yeraltı 
maddələrin karbonundan alınır. Amma bəzən müşahidə 
edilmişdir ki, hətta mürəkkəb yaxud avtomobilin yanmış 
yağından  da  istifadə  edilir".  Dəri  həkimləri  xəbərdarlıq 
edirlər  ki,  bir  sıra  rənglərdə  xərçəng  xəstəliyi  yaradan, 
bəzən  də,  şiddətli  allergiyaya  səbəb  ola  bilən  maddələr 
vardır.
 
Təbii rənglər süni rənglərdən daha pisdir 
Bəziləri  güman  edirlər  ki,  təbii  rənglərdən  istifadə 
etsələr, 
problem 
həll 
olunacaqdır. 
Amma 
dəri 
mütəxəssisi doktor Həmid Komeyli bu barədə deyir: "Bir 
neçə  vaxt  bundan  öncə  Almaniyada  tədqiqat  zamanı, 
təbii  rənglər  kimi  istifadə  edilən  23  növ  Tatuirovka 
rəngləri  sınaqdan  keçirildi.  Bu  araşdırmanın  nəticəsinə 
əsasən, dəri altına daxil olmuş rənglərin təqribən hamısı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə