A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə1/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
  1   2   3   4   5   6   7   8   9   ...   104
12062

A R İ S T O T E L
Sİ  Y A S Ə T  
B Ö Y Ü K   E T İ K A
A zə rb a y c a n   R ^ s p u b lik a s ı  P re z id e n tin in  
İş lə r  İd a rə s i
PREZİDENT  KİTA8XANASI
Bakı  - 2006


Tərcümə  edəni: 
Fikrət Təbibi
Redaktor
Korrektor
Kompyuter tərtibatı
Nizami Zeynalov
Mahmud Yusifli
Mehriban  Quliyeva 
Gülçöhrə  Mirzəyeva
Aristotel.
«Siyasət.  Böyük  etika».  Bakı,  XXI-Yeni  Nəşriər  Evi, 
2006,  432  səh.
Bu  kitabda  dahi  yunan  filosofu  Aristotelin  iki  məşhur  əsəri  -  
«Siyasət»  və  «Böyük etika»  oxuçulara  təqdim  olunur.  Bunlardan  birincisi 
əsasən  qədim  yunan  polislərində  (şəhər-dövlətlərində)  mövcud  olan 
dövlət  quruluşlarına  və  dövlət  quruluşu  layihələrinə,  ikincisi  isə  adından 
göründüyü  kimi  əxlaq  məsələlərinə  həsr  olunmuşdur.  Kitab  geniş  oxucu 
kütləsi və  universitet tələbələri  üçün  nəzərdə tutulmuşdur.
440601000-05
A -----------------------
080-06
© X X I-Y N E ,  2 006
Ön  söz
E.ə.  384-cü  ildə  Stagirdə  anadan  olan  Qədim  yunan 
filosofu  Aristotel  367-ci  ildə  Afinaya  gəlib  Platonun  şagirdi 
olmuş  və  20  il  müddətində,  yəni  Platonun  vəfatına  qədər onun 
akademiyasında  iştirak  etmişdir.  343-cü  ildə  Makedoniya  çarı 
Filipp  oğlu  İskəndərin  tərbiyəçisi  kimi  onu  öz  sarayına  dəvət 
etmişdir.  335-ci  ildə  təzədən  Afinaya  qayıdan  mütəfəkkir  bura- 
da  öz  məktəbini  (Likey)  təşkil  etmişdir.  Sonralar  dinə  qarşı 
cinayətdə taxsırlandırılan  Aristotel  Xalkidə qaçmış və 322-ci  ildə 
orada  da  vəfat  etmişdir.  Aristotelin  elmi  fəaliyyətinin  səciyyəvi 
cəhətlərindən  biri  onun  çoxcəhətliyidir.  Engels  Aristoteli  nahaq 
yerə  qədim  yunan  filosofları  içərisində  «ən  universal  zəka» 
adlandırmamışdır.  Onun  elmi  irsi,  demək olar,  o dövrdə  mövcud 
olan  bütün  sahələri  əhatə  etmişdir.  Dövlət  və  cəmiyyət  onun 
nəzər dairəsindən  kənarda  qalmamışdır.  Bu  yöndə  başlıca  yeri, 
şübhəsiz  ki,  onun  «Siyasət»  əsəri  tutur.  Aristotel  göstərir  ki, 
siyasətin  məqsədi  rifahdır.  Yəni  ümumun  rifahı,  bu  isə  ədalətli 
bir  işdir.  Buna  görə  siyasətçi  ən  yaxşı  dövlətin,  yəni  göstərilən 
məqsədə  cavab  verən  dövlət  quruluşunun  axtarışında  bulun- 
malıdır.
Aristotel  dövlətin  siyasi  quruluşunu  qanunvericilik,  icra  və 
məhkəmə  hakimiyyəti  olmaqla  üç  yerə  bölür.  Siyasi  quruluş 
qanunun  hökm  sürməsini  nəzərdə  tutmalıdır;  çünki  harda  ki, 
qanunlar  hökm  sürmür,  orada  siyasi  quruluş  da  yoxdur.  Dövlət 
öz  növbəsində  bir çox  hissələrdən  ibarətdir,  bu  özü  də  yeganə 
ümumi  yaşayış  forması  deyil.  Digər  formalar  ailə  və  yaşayış 
məntəqəsidir.  Dövlət  quruluşları  layihələrinə  Platonun  (Sokra- 
tın)  layihəsinin  araşdırılmasından  başlayır.  Bunun  ardınca  bir-bir 
o  dövrün  qanunvericilərinin  layihələrini  müzakirəyə  çıxarır.  Da- 
ha  sonra  onun  dövründə  mövcud  olan  ən  yaxşı  -   lakedemon,
3


krit  və  karfagen  dövlət  quruluşlarını  nəzərdən  keçirir.  Dövlət 
quruluşu  formaiarını  araşdırarkən  ilk  öncə  vətəndaş  anlayışını 
müzakirə  edir.  Göstərir  ki,  dövlət  vətəndaşlardan  təşkil  olun- 
muşdur.  Hər  dövlət  quruluşunun  özünəməxsus  vətəndaş 
anlayışı  var.  Aristotelə  görə  məhkəmədə  və  idarəetmədə  iştirak 
edənlər  dövlətin  vətəndaşlarıdır.  Bu  mütləq  vətəndaş  anlayı- 
şıdır.  Vətəndaşlar  vətəndaş  imtiyazlarından  istifadə  edirlər.  Ən 
yaxşı  dövlətin  vətəndaşları  heç bir peşəyə yiyələnməməli,  ovçu- 
luqla,  balıqçılıqla,  əkinçiliklə  və  ümumiyyətlə,  fiziki  əməklə  məş- 
ğul  olmamalıdır.  Onlartorpaq,  mal-mülk sahibi  olub,  barbar-qul- 
ların  əməyindən  faydalanmaqia  öz  vətəndaş  borcunu  yerinə 
yetirməlidir:  orduda qulluq  etməli,  qanunvericilik işlərində bulun- 
malı,  məhkəmə  işlərini  aparmalı,  məbədlərdə  Allaha  xidmət 
göstərməlidiriər.
Aristotel  altı  dövlət  quruluşu  formasını  təxmin  edir və  bun- 
lardan  üçünü  düzgün,  qalan  üçünü  isə  qeyri-düzgün  sayır.  Aristo- 
telə görə çar hakimiyyəti  (monarxiya),  aristokratiya və politiya düz- 
gün,  istibdad  üsul-idarəsi  (tiraniya),  oliqarxiya  və  demokratiya 
qeyri-düzgün  dövlət  quruluşu  formalarıdır.  Çar  hakimiyyəti  -   bir 
nəfərin  idarəçiiiyi  olub,  ümumun  rifahını  nəzərdə  tutur;  istibdad 
üsul-idarəsi  -   bir  nəfərin  idarəçiliyi  olub,  şəxsi  mənafeyə  əsas- 
lanır.  Aristokratiya  -   ən  yaxşılardan  ibarət  azlığın  idarəçiliyi 
olub,  hamının  marağını  güdür;  oliqarxiya  -   bir  para  varlı  vətən- 
daşın  idarəçiliyi  olub,  yalnız  bunların  şəxsi  mənafeyini  nəzərə 
alır.  Politiya  -   müəyyən  senz  əsasında  seçilmiş  və  ümumun  ri- 
fahı  naminə  çalışan  çoxlugun  idarəçiliyi;  demokratiya  isə  -  
yoxsullardan  ibarət  çoxluğun  idarəçiliyi  olub,  müstəsna  olaraq 
bu çoxluğun  marağını  güdür.
Aristotelin  çox  diqqət  yetirdiyi  məsələlərdən  biri  də  dövlət 
çevrilişləridir.  Onun  bu  çevrilişlərin  səbəbləri  haqqında  olan  mü- 
hakimələri  zəngin  tarixi  misallara  əsaslanır.  Bu  çevrilişlərin  dəf
4
edilməsinə,  bu  və  digər dövlət  quruluşlarının  saxlanmasına  dair 
onun  ortaya  qoyduğu  fikirlər  də  çox  maraqlıdır.  Əsərin  axırıncı 
fəsillərində  isə  söhbət vətəndaşları  xöşbəxt  həyata  gətirib  çıxara 
biləcək  ən  yaxşı  dövlət  quruluşu  layihəsindən  gedir.  Təxminən 
20  çap  vərəqi  həcmində  olan  əsərin  qısa  məzmunu  bundan  iba- 
rətdir.
Bir  neçə  kəlmə  də  «Böyük  etika»  haqqında.  Etikaya  dair üç 
əsəri  Aristotelin  adı  ilə  bağlayırlar:  «Nikomax  etikası»,  «Yevdem 
etikası» və  «Böyük etika».  «Böyük etika»  digər iki  etikanın xülasə- 
sini  təşkil  edir.  Bu  əsər  şəxsiyyətin  və  cəmiyyətin  əxlaqi  prob- 
lemlərinə,  habelə  Aristotel  etikasının  əsas  prinsipi  olan  düzgün 
davranış  qaydalarına  həsr  edilib.  Aristotel  etikanı  siyasətin  tərkib 
hissəsi  hesab edir.  O,  göstərir ki:  «Doğrudan  da,  müəyyən  əxlaqi 
keyfiyyətlərə  malik  olmayan  adamın,  yəni  ləyaqətsiz  adamın  ic- 
timai  həyatda  fəəliyyət  göstərməsi  qətiyyən  mümkün  deyil.  Ləya- 
qətli  adam  olmaq  -   məziyyətlərə  malik  olmaq  deməkdir.  Və  hər 
kim  ictimai  və  siyasi  həyatda  fəaliyyət  göstərməyi  düşünürsə,  o, 
xasiyyətcə yaxşı  adam  olmalıdır».  O,  Pifaqorun  məziyyətlər xüsu- 
sunda  düzgün  mühakimə  yürütmədiyini  qeyd  edir,  Sokratın 
məziyyətləri  bilik  hesab  etməsinə tənqidi  yanaşır,  Platonun  da  bu 
xüsusda  söylədiyi  bəzi  fikirlərlə  razılaşmır.  Aristotel  göstərir  ki, 
insan  qəlbi  mürəkkəb  struktura  malik  olduğundan,  ondakı  məziy- 
yətlər də  müxtəlifdir.  Qəlb  əsas  etibarı  ilə  iki  -  şüurlu  və  şüurdan- 
kənar  hissələrdən  ibarətdir.  Qəlbin  şüurlu  hissəsinə  müdriklik, 
ağıllılıq,  öyrənmə  qabiliyyəti  və  s.,  şüurdankənar hissəsinə  isə  əx- 
laqi  məziyyətlər aiddir.  İnsan  şüurlu  hissəyə  aid olan  məziyyətlərə 
aldığı təhsil, əxlaqi  məziyyətlərə isə aldığı tərbiyə vasitəsi  ilə yetir.
Aristotel  məziyyətləri  müfəssəl  surətdə  araşdırır.  O,  mə- 
ziyyəti  iki  qüsurlu  cəhətin,  başqa  sözlə,  artığın  və  əksiyin  ortası 
kimi  müəyyənləşdirir.  Məsələn,  israfçılıq  əliaçıqlığın  artıqlığı, 
xəsislik isə onun  əksikliyidir.
5


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə