İnstitutu



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix04.02.2018
ölçüsü0,77 Mb.
#24312
1   2   3   4   5   6   7   8   9   ...   27

 

12 


Müqayisə və təhliletmə

 - 

xəritə üzərində təbii vilayətlərin müqayisəli təhlilini 

verir



statistik məlumatlar əsasında ölkələrin təbii ehtiyatlarla təminatını hesablayır 



və    müqayisə  edir

dünya


 

əhalisini  müxtəlif  xüsusiyyətlərinə  görə  (din,  dil,  ir

q) 

təhlil edir



 

Tətbiqetmə



Xəritə  üzərində    yaşadığı  ərazinin  mövqeyini  müəyyən  edir, 

onun  iri  yaşayış  məntəqələrdən  olan  məsafəsini  hesablayır

litosfer  tavaları 



anlayışını,  onların  üfüqi  yer  dəyişməsini  və  bunun  coğrafi  nəticələrini  təhlil  edib 

sxematik  təsvir  edir

problemlərin  həll  edilməsi  üçün    birgə  fəaliyyət  proqramı 



hazırlayır,  onu  hökümət  və    ya  qeyri-hökümət  təşkilatlarnın  işi  ilə  əlaqələndirir,  

layihəni  nümayiş etdirir.

 

 

Proqnozlaşdırma



Respublikanın  Avropa  və  Asiya  qitələri  arasında 

yerləşməsinin  müxtəlif  sahələrə    təsirini  proqnozlaşdırır

dağəmələgəlmə 



mərhələlərində    materiklərin  relyefindəki  dəyişikliklərin  ardıcıllığını    izah  edir, 

materiklərin    relyefinin    gələcək  təsvirinə  dair  proqnozlar  verir

respublikanın 



iqtisadiyyatının inkişaf perspektivlərinə dair proqnozlar 

verir. 


 

Sistemləşdirmə  və  təsnifetmə

dünyanın  müasir  siyasi  xəritəsindəki 

dövlətləri müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır

materiklərdə yerləşən dağları 



və  düzənlikləri  mənşəyinə  və  yaşına    görə  qruplaşdırır

müxtəlif  mənbələrdən 



istifadə  edərək  ən  mühüm  xammal  və  məhsulu  idxal–ixrac  edən  ölkələri 

qruplaşdırır 



 

Təqdimetmə

  - 

Ölkəmizin  elm  müəssisələrində    aparılın  tətqiqatların 

əhəmiyyətinə  və  əhatə  dairəsinə  dair  topladığı  məlumatı  təqdim  edir

materik  və 



okeanlarının  ekoloji  vəziyyətini  təhlil  edir,  ekoloji  problemlərin  həllinə  dair 

təqdimatlar  hazırlayır

informasiya   mənbələri əsasında  regionların   iqtisadi-sosial 



inkişafına dair topladığı məlumatları təqdim edir

.

 



 

 

1.5. Məzmun standartları 

 

VI sinif 

VI sinfin sonunda şagird: 

 



coğrafi kəşflər nəticəsində xəritədə və cəmiyyətdə baş verən dəyişiklikləri izah 

edir; 

 

məhəldə  cəhətlərin  təyin  edilməsində  alət  və  cihazlardan  istifadə  edir  və 



ərazinin planını tərtib edir; 

 



kainatda Yerin mövqeyini, hərəkətinin coğrafi nəticələrini təsvir edir; 

 



coğrafi  təbəqədə  baş  verən  hadisələri  və  onların  cəmiyyətdə  yaratdığı 

problemləri təsvir edir; 

 

dünyanın  siyasi  xəritəsində  respublikamızın  mövqeyini  təyin  edir,  müxtəlif 



xalqlar haqqında məlumat toplayır; 


 

13 


 

insanların  təsərrüfat  fəaliyyətlərinin  ətraf  mühitə  təsirinin  tarixən  dəyişməsini 



şərh edir. 

 

 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

 

1. Coğrafi məkan 

 Şagird: 

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid 

bilik və bacarıqlar nümayiş etdirir.  

1.1.1. Qədim insanların Yer haqqında təsəvvürlərini şərh edir.  



1.2.  Yerin  Günəş  sistemində  mövqeyi  və  hərəkətlərinə  dair  bilik  və  bacarıqlar 

nümayiş etdirir. 

1.2.1. Kainatdakı səma cisimlərinin hərəkətini fərqləndirir. 

1.2.2. Yerin öz oxu və Günəş ətrafında hərəkətini təsvir edir və onun coğrafi 

nəticələrini təqdim edir. 



1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir. 

1.3.1. Kartoqrafik təsvirlərdə istifadə olunan elementləri şərh edir. 

1.3.2. Yaşadığı ərazinin planını tərtib edir. 

 

2. Təbiət 

Şagird: 

2.1.  Coğrafi  təbəqədə  baş  verən  hadisə  və  proseslərin  ekocoğrafi  nəticələrini 

mənimsədiyini nümayiş etdirir. 

2.1.1.  Yerin  daxili  quruluşunu,  relyefini  və  orada  baş  verən  hadisə  və  prosesləri 

təsvir edir. 

2.1.2. İri relyef formalarını kontur xəritədə qeyd edir. 

2.1.3. Yerin hava qatını şərh edir. 

2.1.4. Hava üzərində müşahidələr aparır, nəticələrini təqdim edir. 

2.1.5. Yer səthində suyun paylanmasını şərh edir. 

2.1.6. Təbiətdə su dövranının sxemini tərtib edir. 

2.1.7. Canlı aləmin müxtəlifliyinin səbəblərini şərh edir. 

2.1.8. Ekskursiyalarda topladığı kolleksiyanı təqdim edir. 

 

3. Cəmiyyət 

Şagird: 

3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş 

etdirir. 

3.1.1. Dünya xalqlarının fərqli xüsusiyyətlərini təsvir edir. 

3.1.2. Kontur xəritədə ilk yaşayış məntəqələrini qeyd edir. 

3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş 

etdirir. 

3.2.1. Ölkələri müxtəlif əlamətlərinə görə müqayisə edir. 

3.2.2. Kontur xəritədə Azərbaycanla həmsərhəd ölkələri qeyd edir. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə