İnstitutu



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə4/27
tarix04.02.2018
ölçüsü0,77 Mb.
#24312
1   2   3   4   5   6   7   8   9   ...   27

 

10 


 

səma  cisimlərini  müqayisə  edir,  onların  hərəkətlərinin  qarşılıqlı  təsirini 



əsaslandırır və həyatın inkişafındakı rolunu izah edir; 

 



yaşadığı ərazidə müşahidələr, hesablamalar apararaq nəticələrini müqayisə 

edir, məhəlin kartoqrafik təsvirini verir, ondan istifadə bacarıqlarını nümayiş 

etdirir; 

 



kartoqrafik  təsvirlər  əsasında  hər  hansı  ərazinin  fiziki-iqtisadi,  geosiyasi 

mövqeyini müəyyən edir.  

 

2. Təbiət 

Şagird: 

 



coğrafi  təbəqənin  özünəməxsusluğu  və  inkişafını,  onlarda  baş  verən  təbii 

hadisə və proseslərin səbəblərini təhlil edir, insanların həyat və fəaliyyətinə 

təsirini izah edir; 

 



təbii  şərait  və  ehtiyatların  yerləşməsinin  müxtəlifliyini  müəyyən  edir  və 

onlardan istifadə imkanlarını təhlil edir; 

 

təbii  hadisə  və  proseslərin  müşahidəsi  üçün  müvafiq  cihaz  və  alətlərdən 



istifadə edir, nəticələrini təqdim edir. 

 

 

3. Cəmiyyət 

Şagird: 

 



dünya  əhalisinin  müxtəlif  xüsusiyyətlərini  təhlil  edir,  regionlar  üzrə 

paylanmasının səbəblərini izah edir;  

 

dünyada  təbii  və  sosial  amillər  ilə  iqtisadiyyatın  inkişafı  arasındakı  əlaqəni 



izah  edir,  əmək  ehtiyatlarından  və  təbiətdən  istifadəyə  dair  mülahizələr 

söyləyir; 

 

insan  fəaliyyətinin  ətraf  mühitə  təsirini  izah  edir,  ekoloji  tarazlığın 



qorunmasını dəyərləndirir. 

 

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 

1. Coğrafi məkan 

Şagird: 

 



səma  cisimlərinin  mövqeyini,  hərəkətlərini,  bununla  bağlı  yaranan  coğrafi 

hadisələrin nəticələrini riyazi üsullarla əsaslandırır; 

 

coğrafi  elementlər  əsasında  kartoqrafik  təsvirləri  təhlil  edir,  təbiət  və 



təsərrüfatın  yerləşməsi  qanunauyğunluqlarına  və  anomaliyalarına  dair 

referatlar hazırlayır; 

 

müxtəlif  məzmunlu  xəritələrdən  istifadə  etməklə  hər  hansı  ərazinin  təbii 



şərait  və  ehtiyatlarını  qiymətləndirir,  ona  müvafiq  olaraq  iqtisadiyyat 

sahələrinin yerləşdirilmə imkanlarına dair təkliflərini verir, bunları yazılı və 

ya şifahi təqdim edir. 

 

2. Təbiət 



Şagird: 


 

11 


 

coğrafi təbəqənin inkişafında baş verən dəyişikliklərin yaratdığı problemləri 



təhlil edir, proqnozlar verir;  

 



təbii coğrafi şərait və ehtiyatların yerləşmə qanunauyğunluğunu izah edir və 

insanların təbiətdən istifadəsində ekoloji tarazlığın saxlanılmasının yollarını 

qiymətləndirir;  

 



mənbələrdən  topladığı  məlumatlar  əsasında  ərazini  fiziki-iqtisadi  cəhətdən 

səciyyələndirir, nəticələrini təqdim edir.  



 

3. Cəmiyyət 

Şagird: 

 



dünya ölkələrinin sosial-iqtisadi inkişaf səviyyəsi ilə demoqrafik vəziyyətin 

əlaqəsini təhlil edir və dəyişmə dinamikasını proqnozlaşdırır; 

 

iqtisadiyyatın  inkişafının  və  siyasi-iqtisadi  münasibətlərin  insanların  həyat 



səviyyəsinə təsiri ilə bağlı tədqiqatlar aparır, nəticələrini təqdim edir; 

 



ətraf  mühitin  dəyişməsində  antropogen  təsirin  rolunu  qiymətləndirir, 

cəmiyyətin  dayanıqlı  sosial-iqtisadi  inkişafını  təmin  etmək  üçün  proqnozlar 

verir. 

 

 



1.4. Fəaliyyət xətləri 

 

Fəaliyyət  xətti  məzmun  xətlərində  əks  olunan  biliklərin  əldə  edilməsində 

şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə 

əlaqəlilik əsasında tətbiq olunur.  

Coğrafiya fənninin tədrisində 8 fəaliyyət xətti əsas götürülür:  

 

Problemin  həlli  -  dünyanın    siyasi  xəritəsində  mövcud  olan

  “

qaynar 


nöqtələri

,  onların  yaranma  səbəblərini  və  həlli  yollarını    təhlil  edir,  dünyada  və 



respublikada  antropogen  landşaftların  yayıldığı  ərazilərdə  yaranan  ekoloji 

problemlərin  həlli  yollarına  dair  layihələr  hazırlayır,  dünyada  və

 

respublikada 



miqrasiya problemlərini  həllinə dair apardıqları araşdırmaların  nəticələrini təqdim 

edir. 


 

Mühakimə  yürütmə

  - 

Azərbaycanın    dünyada  və  türk  dövlətləri  arasında 

mövqeyinin  üstün  cəhətlərini  əsaslandırır,  qeyri

ənənəvi  (iqlim,  kosmik, 



geotermal, rekreasiya

alternativ və s.) enerji resurslarının istifadə edilməsinə artan 



marağın  səbəblərini  izah  edir,  ekoloji  problemlərin  qloballaşması  təhlükəsinin 

reallığını əsaslandırır

 

Əməkdaşlıq/ictimaiyyətlə  əlaqə



 

dünya  miqyasında  Azərbaycan 

respublikasının mövqeyini müəyyənləşdirir, ölkələrlə əməkdaşlıga dair məlumatlar 

toplayır,  onların  əhəmiyyətini  izah  edir

yaşadığı  ərazidə  ekoloji  tarazlığı  pozan 



mənbələri  müəyyən edir, qruplarda  işləyərək ekoloji  monitorinq keçirir

hər  hansı 



müəssisənin fəaliyyətinə dair  özünün sərbəst topladığı məlumatı təqdim edir

.

 



 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə