İnstitutu



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix04.02.2018
ölçüsü0,77 Mb.
#24312
1   2   3   4   5   6   7   8   9   10   ...   27

 

17 


Şagird: 

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid 

bilik və bacarıqlar nümayiş etdirir.  

1.1.1. Sivilizasiyaları coğrafi baxımdan təhlil edir. 



1.2.  Yerin  Günəş  sistemində  mövqeyi  və  hərəkətlərinə  dair  bilik  və  bacarıqlar 

nümayiş etdirir. 

1.2.1. Yerin hərəkətinin cəmiyyətin inkişafındakı rolunu əsaslandırır. 

1.2.2. Vaxt və fəsil dəyişkənliyinə aid hesablamalar aparır. 

1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir. 

1.3.1. Kartoqrafik təsvirlərin cəmiyyətin inkişafında əhəmiyyətini izah edir. 

1.3.2. Kartoqrafik elementlər əsasında topoqrafik xəritələri oxuyur. 

 

2. Təbiət 

Şagird: 

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini 

mənimsədiyini nümayiş etdirir. 

2.1.1. Yer qabığında baş verən hadisə və proseslərin iqtisadi həyata təsirini 

dəyərləndirir. 

2.1.2. Geoloji xarakterli tematik xəritələri oxuyur. 

2.1.3. Atmosferdə baş verən hadisə və proseslərin iqtisadi həyata təsirini təhlil edir. 

2.1.4. İqlim xəritələrini oxuyur, nəticələrini təqdim edir. 

2.1.5. Hidrosferin iqtisadi həyata təsirini izah edir. 

2.1.6. Kontur xəritədə hidroehtiyatların yerləşməsini qeyd edir. 

2.1.7. İqtisadiyyatın inkişafında bioehtiyatların və alternativ enerji ehtiyatlarının 

rolunu qiymətləndirir. 

2.1.8. Yaşadığı ərazinin  təbii komponentlərinə dair topladığı məlumatları təqdim 

edir  



 

3. Cəmiyyət 

Şagird: 

3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş 

etdirir. 

3.1.1.  Əhalinin  artım  dinamikasını  ölkələrin  iqtisadi  inkişaf  səviyyəsi  ilə 

əlaqələndirir. 

3.1.2. Topladığı məlumatlar əsasında hesablamalar aparır. 



3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş 

etdirir. 

3.2.1. Ölkələrin inkişafını tarixi-coğrafi baxımdan təhlil edir. 

3.2.2. Tarixi-coğrafi regionları kontur xəritədə qeyd edir. 

3.2.3. Təsərrüfat sahələrinin səciyyəsini verir. 

3.2.4. Təsərrüfat sahələrinin yerləşməsinin əlaqə prinsiplərinin sxemlərini qurur. 

3.2.5. Ətraf mühitdə yaranmış ekoloji vəziyyəti qiymətləndirir. 

 

 

 

X sinif 



 

18 


 

X sinfin sonunda şagird: 

 



təbiət 

və 


cəmiyyətin 

öyrənilməsində 

təbiət 

elmlərinin 



rolunu 

müəyyənləşdirir; 

 

Yerin hərəkətinin təbiətə təsirini riyazi üsullarla əsaslandırır; 



 

kartoqrafik proyeksiyalar zamanı yaranan təhriflərin səbəblərini əsaslandırır; 



 

xəritə üzərində hesablamalardan istifadə edə bildiyini nümayiş etdirir; 



 

coğrafi təbəqənin inkişaf mərhələlərini izah edir; 



 

müasir  dövrdə  dünya  əhalisini  müxtəlif  xüsusiyyətlərinə  görə  təhlil  edir, 



siyasi  və  iqtisadi  inteqrasiyaların  dünyanın  idarə  edilməsindəki  rolunu 

əsaslandırır; 

 

dünya ölkələrini müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırır. 



 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Coğrafi məkan 

Şagird: 

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid 

bilik və bacarıqlar nümayiş etdirir.  

1.1.1. Coğrafi hadisə və proseslərin öyrənilməsində təbiət elmlərinin qarşılıqlı 

əlaqəsini əsaslandırır. 

1.2.  Yerin  Günəş  sistemində  mövqeyi  və  hərəkətlərinə  dair  bilik  və  bacarıqlar 

nümayiş etdirir. 

1.2.1. Yerin və digər səma cisimlərinin əmələ gəlməsinə dair məlumatlar təqdim 

edir.  

1.2.2. Yerin hərəkətinin təbiətə olan təsirini riyazi üsullarla əsaslandırır. 



1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir. 

1.3.1. Kartoqrafik proyeksiyalar zamanı yaranan təhrifləri əsaslandırır. 

1.3.2. Kartoqrafik təsvirlər zamanı yaranan təhriflərə aid hesablamalar aparır. 

 

2. Təbiət 



Şagird: 

2.1. Coğrafi təbəqədə baş verən hadisə və proseslərin ekocoğrafi nəticələrini 

mənimsədiyini nümayiş etdirir. 

2.1.1. Yer qabığında dəyişikliklərə dair proqnozlar verir. 

2.1.2. Geoxronoloji cədvəli oxuyur. 

2.1.3. İqlim dəyişmələrinə və iqlim ehtiyatlarından istifadəyə dair təqdimatlar edir. 

2.1.4. İqlim göstəricilərinə əsasən hesablamalar aparır. 

2.1.5. Quru sularının xüsusiyyətlərinə dair layihələr hazırlayır, təqdim edir. 

2.1.6. Quru sularının xüsusiyyətlərinə dair hesablamalar aparır. 

2.1.7. Coğrafi təbəqənin qanunauyğunluqlarını izah edir. 

2.1.8. Coğrafi təbəqənin sxemini qurur. 

 

3. Cəmiyyət 

Şagird: 



 

19 


3.1. Dünya əhalisinin müxtəlifliyinin səbəblərinə dair bilik və bacarıqlar nümayiş 

etdirir. 

3.1.1. Əhalinin təbii artımının yaratdığı problemləri təhlil edir. 

3.1.2. Əhalinin sıxlığını hesablayır, nəticələrini təqdim edir.   

3.2. Cəmiyyətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə aid bilik və bacarıqlar nümayiş 

etdirir. 

3.2.1. Ölkələrin geosiyasi mövqeyini qiymətləndirir. 

3.2.2. Siyasi münaqişələrin xəritədə yaratdığı dəyişiklikləri qeyd edir. 

3.2.3. ETİ-nin təsərrüfatların ərazi və sahəvi strukturuna təsirini qiymətləndirir. 

3.2.4. ETİ-nin təsərrüfat sahələrinə təsiri sxemini qurur. 

3.2.5.  Qlobal  ekoloji  problemlərin  yaranmasında  antropogen  təsirin  rolunu 

qiymətləndirir. 

 

XI sinif 

 

XI sinfin sonunda şagird: 

 

coğrafi tədqiqatların nəticələrinin tətbiqinin iqtisadi əhəmiyyətini izah edir; 



 

xəritələrdən 



istifadə 

edərək 


təbiət 

və 


təsərrüfatın 

yerləşmə 

qanunauyğunluqlarını təhlil edir; 

 



Yer kürəsində  işıq  və  istiliyin  paylanmasının  insanın təsərrüfat fəaliyyətinə 

təsirini əlaqələndirir; 

 

coğrafi 



təbəqənin 

cəmiyyətin 

sosial-iqtisadi 

inkişafına 

təsirini 

qiymətləndirir; 

 

ölkələrin həyat səviyyəsini əhalinin həyat səviyyəsi ilə əlaqələndirir; 



 

təbiət  və  insanın  qarşılıqlı  əlaqəsindən  yaranan  problemləri  izah  edir  və 



proqnozlar verir. 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1.

 

Coğrafi məkan 

Şagird: 

1.1. Coğrafi kəşflər nəticəsində cəmiyyətdə və xəritədə baş verən dəyişikliklərə aid 

bilik və bacarıqlar nümayiş etdirir.  

1.1.1. Coğrafi hadisə və proseslərin cəmiyyətin həyatına təsiri ilə bağlı tədqiqatlar 

aparır və nəticələrini təqdim edir. 

1.2.  Yerin  Günəş  sistemində  mövqeyi  və  hərəkətlərinə  dair  bilik  və  bacarıqlar 

nümayiş etdirir. 

1.2.1.  Yerin  hərəkətinin  coğrafi  nəticələrinin  regionlar  üzrə  iqtisadiyyata  təsirini 

əsaslandırır. 

1.2.2. Yerin hərəkətinin coğrafi nəticələrini xəritə üzərində iqtisadi cəhətdən 

qiymətləndirir. 

1.3. Kartoqrafik təsvirlər üzərində bilik və bacarıqlar nümayiş etdirir. 

1.3.1.Xəritələrdə təsərrüfatın yerləşməsi qanunauyğunluqları və anomaliyalarına 

dair məruzə və referatlar hazırlayır. 

1.3.2. Kartoqrafik təsvirlər əsasında hər hansı ərazinin fiziki-iqtisadi təsvirini verir. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə