İnstitutu



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix04.02.2018
ölçüsü0,77 Mb.
#24312
1   2   3   4   5   6   7   8   9   ...   27

 



 

müəyyən ərazinin kartoqrafik təsvirini verir, xəritə və plan üzrə təhlillər 

aparır, xəritədən, coğrafi məlumatlardan, statistikadan istifadə edərək 

müvafiq hesablamalar aparır və nəticələrə dair diaqramlar, cədvəllər 

qurur; 



 



Azərbaycanın, eləcə də müxtəlif ölkələrin təbiəti, təbii ehtiyatları, əhalisi, 

iqtisadi  inkişaf  meyilləri  haqqında  əlavə  məlumatlar  toplayır, 

sistemləşdirir, onların əsasında təqdimatlar edir. 

 

Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird: 

 

coğrafi  təbəqənin  tərkib  hissələrinin  inkişaf  qanunauyğunluqlarını, 



onların  qarşılıqlı  əlaqəsini,  ətraf  mühitə  təsirinin  nəticələrini  izah  edir, 

təbii  komplekslərin  müqayisəli  təhlilini  aparır,  onlarda  baş  verən 

dəyişikliklərin səbəblərini nümunələr əsasında şərh edir; 

 



ətraf  mühitin  dəyişilməsi  prosesini  müşahidə  etmək  üçün  təcrübələr 

aparır, sınaqlar keçirir, onların nəticələrini ümumiləşdirib təqdim edir; 

 

müvafiq nəzəri biliklər əsasında iqtisadi səmərəliliyin təmin olunması ilə 



bağlı  fərdi  qaydada,  habelə  qrup  daxilində  kiçik  layihələr  hazırlayır, 

hesablamalar aparır, nəticələrin tətbiqi üzrə mülahizələr irəli sürür; 

 

müxtəlif  məzmunlu  plan  və  xəritələr  hazırlayır,  ayrı-ayrı  sahələr  üzrə 



coğrafi  hesablamalar  aparır  və  müvafiq  diaqramlar,  sxem  və  cədvəllər 

tərtib edir; 

 

geosiyasi  dəyişiklikləri  təhlil  edir  və  ümumiləşdirmələr  aparır,  bu 



dəyişikliklərin ölkəmizə təsiri barədə mülahizələr irəli sürür; 

 



öz  biliyini  və  məlumat  dairəsini  genişləndirmək  üçün  əlavə  materiallar 

toplayır, onları sistemləşdirib yazılı və şifahi təqdim edir. 



 

 

1.2. Məzmun xətləri 

 

Coğrafiya  fənni  üzrə  ümumi  təlim  nəticələrinin  reallaşdırılmasını  təmin 

etmək üçün məzmun xətləri aşağıdakı kimi müəyyən edilmişdir: 

 



Coğrafi məkan 

 



Təbiət 

 



Cəmiyyət 

 

Coğrafi məkan 

Coğrafiyanın tədrisində  «Coğrafi  məkan»  məzmun  xətti şagirdlərdə  qlobal, 

regional və lokal  miqyasda  məkan anlayışını formalaşdırır. Günəş sistemində Yer 

planetinin  tutduğu  vəziyyətin  və  bununla  bağlı  baş  verən  hadisələrin  təhlilini 

aparmağa  imkan  yaradır.  Yer  kürəsində  coğrafi  obyektlərin  yerləşməsinə  dair 

əhatəli  və  dəqiq  məlumat  almağa,  ayrı-ayrı  əraziləri  təsvir  etmək  qabiliyyətinə 

yiyələnməyə kömək edir. Coğrafi məkana dair qazanılan biliklər məhəldə cəhətləri 

təyin etmək, istənilən  məntəqəyə qədər olan məsafələri ölçmək, onları kartoqrafik 

təsvirlər  vasitəsilə  təqdim  etmək,  tələb  olunan  ərazilərin səth  quruluşunu,  coğrafi 




 

xüsusiyyətlərini  müqayisəli  təhlil  etmək,  hər  hansı  əraziyə  dair  əlavə  məlumat 



toplamaq  bacarığını  formalaşdıraraq,  şagirdlərdə  idrak  fəaliyyətinin  inkişafına, 

nəzəri bilikləri praktik olaraq tətbiq etmək vərdişinin yaranmasına səbəb olur. 



 

Təbiət 

Orta məktəblərdə “Təbiət” məzmun xətti şagirdlərdə Yer kürəsini vahid təbii 

sistem kimi qavramağa, təbii hadisələrin inkişaf qanunauyğunluğunu dərk etməyə 

imkan  yaradır,  onlar  təbii  proseslərin  səbəblərini  təhlil  edir,  nəticələrini 

aydınlaşdırır, gələcək inkişafının proqnozunu verirlər. Yer təbəqələrinə aid biliklər 

şagirdlərdə  ekstremal,  təbii  dağıdıcı  hadisələr  zamanı  davranış  qaydalarına 

yiyələnməyə  kömək  edir.  Təbii  komplekslərin  yaranması  mexanizminin  dərk 

edilməsinə, müxtəlif coğrafi amillərdən asılı olaraq ayrı-ayrı materik və okeanların 

daxilində  coğrafi  paylanma  qanunauyğunluğunun  izah  olunmasına  şərait  yaradır. 

Şagirdlər  Yer  kürəsini  təşkil  edən  iri  təbii  komplekslərin  (materik  və  okeanların) 

özünəməxsus  coğrafi  xüsusiyyətlərini  mənimsəməklə  müasir  qloballaşma 

şəraitində gərginləşən ekoloji problemlərin səbəb və nəticələrini şərh edir, onların 

həlli  yollarına  dair  təkliflər  verir,  respublikada,  eləcə  də  onu  əhatə  edən  ətraf 

mühitdə yaranmış ekoloji vəziyyəti qiymətləndirirlər. 

 

Cəmiyyət  

Orta  məktəblərdə  Yer  kürəsində  cəmiyyətə  dair  biliklər  şagirdlərə  dünya 

əhalisinin  irqi,  milli,  dini,  etnik  tərkibinin  müxtəlifliyini  dərk  etməyə,  digər 

xalqların  həyat tərzi  və  maraq  dairəsi  ilə  tanış  olmağa  imkan  yaradır.  Bu  biliklər 

onlarda xalqların adət-ənənələrinə, özünəməxsus xüsusiyyətlərinə tolerant yanaşma 

hissini yaradır və onun əsasında milli şüuru formalaşdırır. 

Şagirdlərə  əhalinin  təbii  amillərlə  yerləşməsi  və  sosial-iqtisadi  fəaliyyəti 

arasındakı  qanunauyğunluqları  başa  düşməyə,  təbii  və  sosial  amillərin 

iqtisadiyyatın  inkişafında  rolunu  təhlil  etməyə,  elmi  nailiyyətlərin  tətbiqi 

nəticəsində  insanın  təbiətdən  asılılığının azalma  dinamikasını  dərk  etməyə  imkan 

yaradır. 

Onlar  ölkədaxili  və  beynəlxalq  siyasi-iqtisadi  münasibətlərin  insanların 

həyat  səviyyəsinə  təsirini  başa  düşür,  iqtisadi  inkişafın  yaratdığı  ekoloji 

problemlərin  başvermə  səbəblərini  müəyyən  edərək,  təbii  tarazlığın 

saxlanılmasında  qlobal  layihələrin  tətbiqini,  hər  bir  fərdin  iştirakının  vacibliyini, 

dünyada münaqişə zonalarının yaranma səbəblərini və onların həllində beynəlxalq 

təşkilatların rolunu qiymətləndirir. 

Yer  kürəsində  cəmiyyətə  dair  biliklər  şagirdləri  gələcəkdə  əməkdaşlıq 

etmək, mədəni və iqtisadi əlaqələr qurmaq bacarığına istiqamətləndirir. 

 

 



1.3.Məzmun xətləri üzrə təlim nəticələri 

 

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 

1. Coğrafi məkan 

Şagird: 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə