İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə57/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   49   50   51   52   53   54   55   56   57

172 
 
üzərində  və  “mən”lə  birlikdə  formalaşır.  Eqo  şəxsiyyətin 
qidasını  təşkil  edir.  Nüvəsində  oturur  və  onu  dəyər  kimi 
meydana  gətirir.  Eqo  şəxsiyyəti  qoruyur,  çünki  şəxsiyyət 
özünütəsdiqin,  özünüdərkin  əsasını  ifadə    edir.    Eqo  sanki 
şəxsiyyəti bürüyən, onun inkişafını təmin edən üst qat, “qabıq” 
rolunu  oynayır.  Qabıq  içərisində  olan  meyvə  məhz  şəxsiyyət 
kimi  təsəvvür  oluna  bilər.  Qabıq  müəyyən  qalınlıqla  meyvəni 
qoruyur  və  meyvə  həm  kökdən,  budaqdan,  həm  də  ətrafdan-
Günəşdən,  atmosferdən-qidalanır.  Qabıq  əgər  daxilə  xidmət 
etməzsə,  öz  ölçüsünü,  zəruri  qalınlığını    itirərsə,  onda  daxili 
meyvə  də  yetişə  bilməz.  Ətrafla  əlaqə  kəsilər,  zəifləyər.  
Lazımi elementlərlə qidalanma kəsilər və ya da zəifləyər. 
Hər bir şəxsdə eqo ilə şəxsiyyət arasında balanslaşdırılmış 
vəziyyət  olmalıdır.    Bu  tarazlı    vəziyyət  sanki,  şəxsiyyətin  bir 
dəyər  kimi  yetişməsinə  və  qorunmasına  xidmət  edər.  Şəxs 
özünü 
cəmiyyətdən 
təcrid 
edərsə, 
ətrafla 
element 
mübadiləsində  olmazsa  bir  şəxsiyyət  kimi  cəmiyyətdən  itər. 
Çünki,    onun  yetişməsində  lazımi  elementlər  olmaya  bilər. 
Şəxsiyyətin  tərkibini  təşkil  edən  pozitiv  elementlər  öz  qida 
mənbəyini  maddi  baxımdan  təbiət  resurslarından  götürürlər. 
Mənəvi qida isə ətrafdan, münasibətlər və əlaqələr sferasından  
daxil  olur.  Şəxsiyyət  insanın  etik  davranışından,  mənliyinin 
yetişməsindən  və  mənliyinin  sərtləşməməsindən  (burada 
passivləşməməsindən)  meydana gələn etnososial və etik-insani 
bir  fenomendir.  Şəxsiyyətin  üzərini  örtən  eqo  çox  nazilə 
bilməz. Bu halda şəxsiyyət itər.  
"Mən"  özünüdərk  və  özünütəsdiq  kriteriyası  şəxsiyyətin 
yetişməsində  əsas  mənbə  rolunu  oynayır.  Şəxsiyyətin 
mövcudluq  və  fəaliyyət  sərhədlərini  meydana  gətirir.    "Mən" 
kriteriyası sükan olaraq şəxsiyyəti idarə edir. “Mən” hərəkətləri 
idarə  edir,  özünü  yönləndirmə  kriteriyasını  təşkil  edir.  Bu 
kriteriya  hərəkətlrə  müstəvisində  insanın  özünütəsdiqini  təmin 
edir. Ona qazanclar verir. İtkilər də “mən” kriteriyasının tətbiqi 
ilə meydana gəlir.  


173 
 
Eqo ilə şəxsiyyət fenomeni arasında tarazlıq olmalıdır. Ona 
görə  ki,  bu  tarazlığın  pozulması  şəxsiyyətin  itməsinə,  tərkib 
elementlərinin  kasadlığına    səbəb  ola  bilər.  Fərdin  “mən”inin  
artması onun şəxsiyyətinin müstəvisinin daralmasına səbəb ola 
bilər.  Şəxsiyyət  dəyərləri  müstəvidən  götürür.  Bu  müstəvi  isə 
digər  “mən”lərin  hesabına  böyüyür.  Digər  “mən”lər  olmasa 
şəxsiyyət  öz  müstəvisini  daralda  bilər.  Lazımi  elementlərini 
əldə etməyə bilər. Bu baxımdan da “mən”lə şəxsiyyət arasında 
tarazlığın  saxlanılması  və “mən”lər müstəvisinin  genişlənməsi 
özlüyündə şəxsiyyətin dəyərlərinin artmasına səbəb ola bilir.  
Eqo  ilə  şəxsiyyət  amili  arasında  tarazlığın  pozulması  iki 
mühüm  məzmunda  baş  verə  bilir:  birincisi,  eqonun 
məhdudlaşması  fonunda  yaranır.  Eqo  digər  eqolarla  olan 
əlaqəni  məhdudlaşdırır,  öz  məkanının  onlara  verir  və  bu 
aspektdə  şəxsiyyətin  yetişməsi  prosesləri  ləngiyir.  Şəxsiyyət 
daima  yetişmə  mərhələsini  yaşayır.  Ləngimə  zamanı  lazımi 
dəyərlərin  çatışmazlığı  baş  verir.  Bu  anda  eqonun  dairəsi 
məhdudlaşır. 
İkincisi,  eqonun  çox  genişlənməsi  və 
radikallaşması fonunda baş verir. Burada da iki mühüm məqam 
ortaya  çıxır:  birincisi,  eqonun  yumşaq  tərzdə  genişlənməsi 
prosesləri 
baş 
verir. 
Bu 
proseslər 
şəxsiyyətin 
möhkəmlənməsini  təmin  edir.  Dəyərlər  şəbəkəsi  və  müstəvisi 
yaranır.  İkincisi,  isə  eqonun  radikallaşmasına  səbəb  olur. 
Radikallıq  fonunda  genişlənmə  cəmiyyətdə  bir  şəxsin 
avtoritarlığına  gətirib  çıxarır  və  radikal  təsirlər  fonunda 
müstəvi  böyüyür.  Bu  böyümə  prosesləri  cəmiyyətdə,  dövlətdə 
diktatorluğun  yaranmasını  şərtləndirir.  Şəxsiyyətin  sərt 
formada  böyüməsi  eqoizmə  səbəb  olur  ki,  bunun  da  dairəsi 
müəyyən məqamda məhdudlaşır. Eqoizm ifrat mərkəzləşmə və 
passivləşmə  formasıdır.    Sərt  təsirlər  əslində  şəxsiyyət 
haqqında  neqativ  təəssüratları  oyatmış  olur.  Eqonun  mərkəzə 
doğru daralması passiv eqonun yaranmasını təmin edir. Eqonun 
mərkəzdən  ətraflara  doğru  genişlənməsi  isə  aktiv  eqonun 
yaranmasına səbəb olur. Passiv eqo şəxsiyyəti məhdudlaşdırır, 


174 
 
onun  məkanını  azaldır,  aktiv  eqo  isə  şəxsiyyəti,  nüfuzu,  təsiri  
artırır. 
Eqosentrizm-əksər  məkanlarda  fərdin  “mənəmlik”,  yəni 
ifrat  mənlik  şüurunun  əsasını  təşkil  edən  baxışlardır. 
Eqosentrizm  daha  çox  məhdudluğa  səbəb  olan  düşüncə 
formasıdır. Bu düşüncə kriteriyası ilə hərəkət forması məkanda 
bir  çox  çətinliklərlə  qarşılaşa  bilir.    Eqosentrizm  insanları 
bütün hərəkət müstəvilərində müşayiət edən faktordur.  
Eqonun müsbət və mənfi mövcudluğunun təsdiqi əməllərlə 
müəyyən olunur.   Aktiv eqo şəxsiyyətin dəyərlər qazanmasını 
təmin  edir,  eləcə  də  fərdə  digər    qazanclar  (məsələn,  maddi 
qazanclar)  gətirir.  Xoş  xasiyyətli  insanların  davranışları  da 
mülayim  olur  ki,  bu  da  hərəkətlər  müstəvisində,  “eqolar” 
məkanında şəxsə, fərdə olan inamı və etibarı artırır.  
Eqo  və  şəxsiyyət  tarazlığı  təbii  ki,  insanların  təkmil 
xarakterlərinin  əsaslarını  təşkil  edir.    Xarakter  və  əməl  burada 
mənin özünün də zənginləşməsinə səbəb olur. Bu da özlüyündə 
şəxsiyyəti və onun cəmiyyətdə nüfuz və hörmətini artırır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


175 
 
ƏLAVƏ: Dinlər haqqında 
  
 
 
Din vicdandır, həyata inamdır, varlığa inancdır, münasibət 
və  əlaqələrdə  tərbiyəvi  əhəmiyyətlidir.  Din  xalqların  yaşadığı 
məkanlarda  dəyərlər  yaratmaq  və  mövcud  dəyərlərə  hörmət 
modelidir.  Din  mənəvi  spektrdir,  həmçinin  maddi  aləm 
üzərində münasibət və əlaqələrin ölçü meyarıdır. Din əxlaqdır. 
İnsanların  hüquqlarının  normalarla  ifadəsini  müəyyən  edən 
istiqamətlər  məcmusundan  ibarətdir.  Dinlərin  daşıyıcıları 
xalqlardır, insanlardır. Din insanlar və xalqlar arasında inam və 
inancı  bir  məkana  toplayan  ümumdəyərlər  və  istiqamətlər 
məcmusunu ifadə edir. Xalqları və insanları mənəvi bütövlükdə 
təcəssüm etdirir.  
Dünya  Türklərinin  yaşadığı  məkan  buddizm,  hunduizm, 
xristianlıq  və  islam  dinləri  arasındakı  coğrafi-mədəni  zolağı  
əhatə edir.  
Türk  dünyası  əsasən,  Avro-asiya  məkanında  xristian  və 
islam sivilizasiyaları arasında birləşdirici körpü rolunu oynayır. 
Gələcəkdə  bu  rol  daha  da  güclənəcəkdir.  Bu  baxımdan  da  hər 
bir  türkün  çoxmədəniyyətliliyi  qəbul  etməsi  tarixi-siyasi  və 
coğrafi  zərurətdir.  Hər  bir  türk  fərdinin  bütün  dinlərə  hörmət 
etməsi məsləhətdir.  
 
Allahın (ULU Tanrının) mütləq varlığı haqqında  
 
Allah vahiddir,  ölçüsüzdür, çəkisi olmayandır,  sonsuzdur, 
əbədidir,  sərhədlərsizdir,  ümumən  zamansızdır  (zaman  yalnız 
Allahın daxilindədir, forma və məzmun dəyişmələrində, daxili 
tərkibin  hərəkətlərində    təzahür  olunur),      forması  tam,  yəni 
sərhədləri  ilə    bilinməyəndir.  Bütün  tarazlıqlar  və  qeyri-
tarazlıqlar, harmonik və disharmonik vəziyyətlər, simmetrik və 
asimmetrik vəziyyətlər Ulu Tanrının daxilindədir. Bütün qeyri-
müəyyənliklər,  qaranlıqlar,  işıqlar  Onun  daxilindədir  və  Onun 


176 
 
özüdür,  tərkibidir.    Kainatın  bütün  elementləri  Onun 
daxilindədir.  Bu  baxımdan  da  qeyri-müəyyən  mütləq  və 
müəyyən  mütləqdir.  Zərurətlər  və  təsadüflər,    baş  verən 
hadisələr,  fikirlər  və  düşüncələr,  əməllər  və  yollar,  hərəkət 
istiqmətləri,    müsbətlər  və  mənfilər,  artıb-azalmalar,  inam  və 
şübhələr  Ona  bağlıdır,  çünki  o  qədər  böyükdür  ki,  hər  bir 
əlaməti  insanlara  və  digər  canlılara  görünə  bilməz.        Allah 
daxilində  əlamətlər  var.  Bu  əlamətlər  rənglərlə,  dad  və  iyilər 
yolu  ilə  müəyyən  olunur.  Allah  əlamətlərdə  müəyyən  olunur. 
Əlamətlər  Allahın  tərkib  elementlərinin  ayırd  edilməsi  üçün 
insanlara və digər canlılara bir qədər qabiliyyət bəxş edib.  
Kainatda  mövcud  olan  enerji,  enerjinin  yaratdığı  qüvvə, 
enerjini  yaradan  kəmiyyət  məhz  Allaha  məxsusdur.  Bütün 
elementlərin  sintezi  və  əldə  olunanlar  Allahın  varlığına 
sübutdur.  Allah  görünən  və  görünməyəndir.  Duyulan  bütün 
aləm Odur, həm də görmədiyimiz, hiss edə bilmədiyimiz Odur.    
Allah  insanlar  üçün    kənar    tərəf  deyil,  çünki  tərəf  olan 
şeylər  (elementlər)  bir-biriləri  ilə  ölçü  ilə  (burada  kəmiyyət, 
miqyas,  kütlə,  həcm,    məsafə)  müqayisə  olunur.    Məsələn, 
ulduzlar  və  planetlər  bir-birilərindən  kənar  tərəflərdir.  Bir-
birilərindən  asılıdırlar,  ancaq  vahid  kainat  müstəvisində 
müstəqil  məkanlara,  trayektoriyalara    sahibdirlər.  Özlərində 
nisbətən  müstəqil  qüvvəni  birləşdirirlər.    Kənar  tərəflər 
görünən  olar,  çünki  sərhədləri  onları    qonşu,  bitişik  aləmdən 
fərqli edir.   
Biz  insanlar  və  heyvanlar,  bitkilər-aktiv  canlılar,      təbiət 
elementləri-passiv  canlılar  (böyük  enerji  mənbələri)  olan  su, 
torpaq,  od,  hava-ümumən  hər  bir  sadə  və  mürəkkəb  birləşmə 
Allahın  tərkibiyik.  Tam  görünməyən,  lakin  mövcud  olan 
varlığın  tərkibiyik.  Bütün  elementlər  eyni  qüvvəyə,  enerjiyə 
malik ola bilməzlər. Bu baxımdan biz insanlar da fərdi qaydada 
eyni  qüvvəyə,  qüdrətə,  hikmətə,  ümumən  enerjiyə  malik  ola 
bilmərik. 


177 
 
İnsanlar  sonsuz  enerji  mənbəyində  fərqli  şəkildə 
qidalanırlar  və  formalaşırlar.  Allah  daxilində  (bütün  məkanlar 
və  elementlər  elə  Allahın  müstəvisidir)    hər  kəs  eyni  deyil. 
Burada  universallıqla  yanaşı,  məxsusilik  də  mövcuddur. 
İnsanlara  qeyri-adi  varlıqları  göstərmək,  onlara  duydurmaq 
qabiliyyəti  yalnız  Allaha  məxsusdur.  Qeyri-adi  varlıqlar  aşkar 
olunmayan  mütləq  varlıqlardır.  Çünki  Allahın  tərkibidirlər. 
Bununla  yanaşı,  Allah  öz  seçdiyinə  də  qeyri-adi  qüvvə  bəxş 
edə  bilir.  Mən  deyərdim  ki,  qeyri-adi  zühurlar  elə  sonsuz  və 
əbədi  qüvvələrin  əlamətidir.  Allah  öz  seçdiyinin  ruhunu  daha 
çox  zəngin  və  taraz  edir.  Seçilmişlər  enerjili  olurlar.  Onların 
enerjisi paylanılır. 
İnsanlar  və  canlılar,  “cansız”    aləm  Allahın  tərkibidir.  Bu 
baxımdan  da  Allah  bütün  maddi  birləşmələrə,  fiziki 
birləşmələrə  müəyyən,    insanlar  üçün  qeyri-adi  olan  əlamətlər 
verə bilər. Bununla da öz varlığını təəccüb şəkilində canlılarda, 
əşyalarda  sübuta  yetirə  bilər.  Zühur  əlamətləri  görüntülərdə, 
səslərdə, düşüncələrdə əks oluna bilər.  
Allahın peyğəmbəri İsa Məsih də fərqli qüdrətə və qüvvəyə 
malik olub. Alla özündən ona daha çox pay verib. Bununla da 
özünü  onda  digər  insanlara  nisbətən  daha  çox  təzahür  etdirə 
bilib.  İsa  Məsih  daha  çox  Allahdan  parça  olub.  İsa  Məsih  O 
Sonsuz  Olanı  özündə  daha  çox  cəmləşdirə  bilib.  İsa  Məsihin 
timsalında  Allah  özünü  çox    zühur  etdirib.  İnsanlara  güclü 
qüdrəti və hikməti bəxş etdirə bilib.     Allah İsanın timsalında 
bəzi qeyri-müəyyənliyi müəyyən edib.   
 
Allah  xristian  peyğəmbəri  İsa  Məsihin  simasında 
insanlara nəyi sübut etdi 
 
Bəşəriyyəti təbliğ edən bütün dinlərlə yanaşı, xristian dini 
də  ədalət,  tarazlıq,  mərifət,  qanacaq,  təmizlik,  paklıq, 
məsumluq,  insaf,  rəhm,  sülh  və  insanın  əhatə  olunduğu  və 
insanın  əhatə  etdiyi,  insanın  özündə  təcəssüm  etdirdiyi  bütün 


178 
 
müsbət  keyfiyyətlərin  ümumiləşdirilmiş  ilahi  dəyəridir. 
Xristian  dini  özündə  humanizmin,  bəşəri  dəyərlərin 
məcmusunu  yaradan  bir  pak  dindir.  Xristian  dininin 
peyğəmbəri İsa Məsih öz şəxsiyyətliliyində Allahın insan üçün 
bəxş  etdiyi  məcmu  dəyərlərin  humanist  formasını  təcəssüm 
etdirdi.  O,  pak  ruhlu  bir  insan  kimi  nümunə  olaraq  dünyaya 
gəldi  və  əzablara  düçar  olan  saf  ruhlu  Allah  elçisi  kimi  bu 
dünyanı cismən tərk etdi.  
Allah  onun  simasında  insanlara  nəyi  sübut  etdi: 
 
-Əsil insanpərvərliyi; 
-İnsanın humanist məzmununu
-İnsanın ədalətli və xeyirxah olmasını; 
-Pak ruhun bədəndə necə ola bilməsini; 
-İnam, etibar, sədaqət kimi mənəvi keyfiyyətləri
-Nəfsə hakimliyi; 
-Dünya malına göz toxluğunu; 
-Mübarizliyi, 
əzmkar 
ruhu, 
möhkəm 
iradəliliyi, 
qətiyyətliliyi və dönməzliyi; 
- Ağılı və kamala yetişməni
-Saf ruhun xain və paxıllar önündə əbədiliyini; 
-İnsanın  insana  qarşı  rəhmli  olmasını  və  çoxlu  sayda 
müsbət keyfiyyətləri. 
 
Allah İsanı yer üzünə elçi göndərdi, Özündən ona daha çox 
verdi, onu seçdi və üstün etdi.  Onu nümunə göstərdi. Sonra da 
öz yanına çəkdi ki, əzablara düçar olmasın, pak ruh hörmətdən 
düşməsin. İsa  vasitəsilə Allah insanın ədalətdən həm də uzaq 
olan  təbiətini  açdı.  İnsanın  ümumən  vəhşi  simasını,  əzazil  və 
qəddar olmasını, yaxşını qəbul edə bilməməsini sübuta yetirdi. 
İnsanın  ümumən  vəhşi  simasını  aşkarladı.  Ədalətin 
sarsılmazlığı  xristian  dinin  yayılması  və  insanların  qəlbində 
İsanın  yaşaması  ilə  sübuta  yetirildi.  Safllığın,  ədalətin  şər 
üzərində əbədi qələbəsi sübuta yetirildi.  


179 
 
Xristian cəmiyyətlərinin sivil dəyərləri haqqında 
 
Xristian  dininin  müqəddəsliyi  kamil  insan  düşüncə  və 
əməllərində  sübuta  yetirilməkdədir.  Xristian  dininin  pozitiv 
mahiyyəti  bu  gün  Avropa  cəmiyyətlərində  düşüncə  və  əməlin 
vəhdətində  özünü  təsdiq  etməkdədir.  Xristian  dininə  etiqad 
edən  Avropa  fərdi  öz  müstəqil  ruhu  ilə  dininin  mahiyyətini 
dərk  edə  bilir.  Avropa  cəmiyyəti  bir  tərəfdən  dinini  qoruyub 
saxlayır,  digər  tərəfdən  də  özünü  dindən  azad  və  sərbəst  hiss 
edir. Bu da özlüyündə dinin dəyərli nemət olmasını təmin edir. 
Avropanın əksər cəmiyyətləri ümumən elmdən istifadə edərək, 
bir  tərəfdən  inkişaf  edirlər,  digər  tərəfdən  öz  ruhlarının  da 
mənən  sağlam  qalmasını  bu  inkişaf  prosesləri  üzərində  təmin 
edə  bilirlər.  Əlaqə  və  münasibətlərdə  ədalət  kriteriyasının  bir 
etalon  kimi  tətbiq  olunmasına  çalışırlar.  Bu  da  özlüyündə 
humanizmin  təcəssümünü  təmin  edir.  Ədalətli  inkişaf  sosial 
cəmiyyətlərin qurulması yollarını açır. Xristian dini və xristian 
fərdinin  fəaliyyətinin  sintezi  ədalətli  cəmiyyətin  qurulmasını 
təmin  edə  bilir.  Bununla  da  din  əslində  insana  xidmət  etmiş 
olur. 
 
Multikulturalizm və din 
 
Mədəniyyət  insanın  yaradıcılığında,  quruculuğundan, 
münasibət və əlaqələrdə davranışında, ədəbi fikirlərindən ibarət 
olan  sistemli  normativ  konsepsiyadır.  Hər  bir  fərdin  həm 
universal,  həm  də  fərdi  mədəni  imkanları  mövcuddur. 
Mədəniyyət  adi  məişətdən  tutmuş,  cəmiyyəti  əhatə  etməklə,  
dövlət  səviyyəsinə,  ondan  da  ali  olan  xalqlararası  və 
dövlətlərarası  səviyyələrə  qədər  yüksəlir.  Bütün  mərhələlərdə 
mədəniyyət  davranışdan, nəticəsi  olan  fəaliyyətdən ibarət  olan 
bir  dəyərdir.  Hər  bir  xalqın  özünəxas    mədəniyyəti  vardır  və 
çünki, fərqli adətləri, ənənələri, ədəbiyyatı və incəsənəti, eləcə 
də dini və mifik inancları mövcuddur. Xalqların dünyada toplu 
halda  yaşaması  da  özlüyündə  məhz  dünyanın  mədəniyyət 
çalarlarını  yaratmışdır.  Çoxlu  sayda  danışıq  dilləri,  xalqların 


180 
 
məxsusi  həyat  tərzi,  o  cümlədən  adət-ənənələri  elə  həmin 
xalqların  etno-milli  identifikasiyasını  meydana  gətirir. 
Mədəniyyət  cəmiyyətdən  dövlətə  qədər  yüksəlməklə,  özünü  
müxtəlif  sahələrdə  formalaşdıran  dəyər  kimi  çıxış  edir.  Bu 
baxımdan  ailə,  məişət,  cəmiyyət  və  siyasət  mədəniyyəti 
anlayışları ortaya çıxmış olur.  
Bütün  xalqların  mifik,  dini  inanclarında    və    dünya 
görüşlərində Ulu Tanrı, təbiət yaradıcı tərəf kimi çıxış edir. Bu 
da  insanın  təbiətə  bağlı  olaraq,  qabiliyyətli,  bu  baxımdan  da 
əqli  və  yüksək  şüuru  olan  tərəf  kimi  özünə  verdiyi  dəyərlərin 
əsaslarını təşkil edir. İnsan fərd kimi özünü bütün institutsional 
məkanlarda mədəni qurucu şəxs kimi təsdiq edir. Mədəniyyətin 
ən  yüksək  göstəricisi  məhz  insanın,  insan  amilinin    mərkəzdə 
bir  dayaq    kimi  görülməsindən  ibarətdir.  Mədəniyyətin  ən  ali 
səviyyəsi Allahın qəbulundan və dərkindən ibarət olur.  
Multikulturalizm 
çoxmədəniyyətlilk 
deməkdir. 
Çoxmədəniyyətlilik  bir  dövlətdə,  regionda  və  ümumən 
dünyada  mövcuddur.  Fərdi  mədəni  amillər  müəyyən  bir 
məkanda birləşərək özünü etnik,  sosial-siyasi amillərə transfer 
edir.    Bu  baxımdan  hər  bir  xalq  mədəniyyət  ünsürüdür, 
subyektidir,  daşıyıcısıdır.  Bir  dövlətdə  bir  və  ya  da  bir  neçə 
xalq  öz  mədəniyyətini    vahid  siyasi  təşkilatda  birləşdirir. 
Burada  vahid  siyasi  mədəniyyət  yaranır.  Multikultural 
dəyərlərin  qəbul  olunması  böyüklük,  müdriklik,  yüksək  əxlaqi 
keyfiyyətlərə  malik  olmaq  əlamətidir.  Bu  ideya  özündə  “taraz 
bölgü”,  “qəbul”,  “adaptasiya”,  “harmoniya”,  “simmetriya” 
kimi  əxlaqi  uyğunluq  və  bərabərlik  ruhunu  birləşdirir. 
Çoxmədəniyyətlilik  bəşəri  bir  ideyadır  və  özündə  insan 
məfhumunu ümumiləşdirir. Son nəticə olaraq Allahın vahidliyi 
ideyasına,  inamına  aparıb  çıxarır.  Mədəniyyət  insanlara, 
xalqlara təbiətdən gəlməklə yanaşı, Allah vergisi kimi də qəbul 
olunmalıdır. Çünki, Allah rəngarənglik və qarşılıqlı inkişaf və 
dəstək  üçün  çoxlu  sayda  xalq  yaradıb  və  onlara  qabiliyyətlər, 
istedadlar verib. 
Çoxmədəniyyətliliyi  qəbul  etmək  sivil  dəyərlərin  yüksək 
olmasından, xalqların qəlb genişliyindən xəbər verir.  


181 
 
NƏTİCƏ: 
 
İnsan fəlsəfi düşüncəsi  insanın özünü mahiyyətdə görməsidir. 
Düşüncələri ilə dərk etməsidir.  İnsan özünü sistemli  dərk  etməyə 
çalışır.    Buradan  da  mürəkkəb  təfəkkürlü  insanlar  formalaşır. 
Mürəkkəb  təfəkkür  fəlsəfə  və  elmi  ali  məqamlarda,  yüksək 
zirvələrdə  tamamlayır.  Belə  təfəkkür  axtarışlı,  konstruktiv, 
konseptual  və  yaradıcı  olur.  Axtarışın,  yaradıcılığın  əsas  məqsədi 
özünüdərketməyə 
söykənir. 
İstəklər 
məhz 
düşüncələrin 
sistemləşməsini 
zəruriləşdirir. 
Düşüncələrin 
sistemləşməsi 
sayəsində  insan  özünü  daha  da  aydınlaşdırır.  Düşüncələr 
dərinləşdikcə  insan  kainatda  öz  missiyasını  dərindən  dərk  etməyə 
başlayır. 
Fikirlərin,  düşüncələrin  sonsuz  kainat  məkanında  tam 
sonluğu yoxdur. Sadəcə olaraq müəyyən məqamlarda bitkinliyi 
və  qəti  sonluğu  vardır.  Fikirlərdən  fikirlərin  törəməsi  insan  
düşüncələrinin  sonsuz  potensiala  sahibliyini  əks  etdirir. 
Kainatın  daxili  enerji  potensialı,  müəyyənliklərin  artması 
düşüncələrin  genişlənməsini    şərtləndirir.  Subyektiv  və 
obyektiv  fikirlərdən  yeni  fikirlər  ortaya  çıxır.  Konstruksiyalar 
cızılır. Müstəvilər meydana gəlir.  
Əsərdə düşüncə konstruktivliyi yolu ilə subyektiv əsaslarla 
təbiət  və  insan  haqqında  əlaqələndirici,  bağlayıcı  fikirlər 
bildirildi.  Bu  fikirlərin  tam  həqiqətə  uyğunluğu  elmi  sübutlar 
əsasında həyata keçirilə bilər. Gümanlar, təxminlər, ehtimallar 
isə  həqiqətə  bir  qədər  yaxın  ola  bilər.  Elm  yolu  ilə  gümanlar, 
təxminlər öz məkanlarını təsdiq etməlidir.  
Əsərdə  insan  kimi  mən  özümü  öz  hisslərimlə  və 
düşüncələrimlə  təbiət  ünsürü  kimi  təsdiq  etməyə  başladım. 
Daxilimdən  gələn  aydınlıqlar  hesabına  müəyyən  nəticələr 
ortaya  qoydum.  Öz  daxilimindən  gələn  cərəyanlarla    özümün 
hisslərimi müəyyən etdim.  
İnsan  kimi  mən  siqnal  mənbəyini    əsas  üç  xətt  üzərində 
güman  etdim:  insan  genetik  məxluqdur-bioloji  amillərə 
bağlıdır; insana daxil olan  siqnallar ətraf aləmdəndir; başqa bir 
siqnal yolu makrodandır, sonsuz aləmdəndir. Bu, siqnal hər kəs 
üçün deyil. Müəyyən məqamlarda insanlara verilir.  


182 
 
 
 
 
 
 
 
 
 
 
 
Elşən Misir oğlu Nəsibov 
 
DÜŞÜNCƏLƏRİM III HİSSƏ: 
 
TƏBİƏT VƏ İNSAN 
 
(Əlaqələr sistemində) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Elm və Təhsil” nəşriyyatı 
 
 
 

Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə