İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə56/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   49   50   51   52   53   54   55   56   57

169 
 
xarakterində  baş  verən  pozğunluqdur.  Hüceyrə  xarakteri 
nizamlı  quruluşdan,  hüceyrələrin  müəyyən  məkanda  və 
müstəvidə  nizamlı  sistemindən  ibarətdir.      Hüceyrələr 
azğınlaşırlar  və  orqanizmin  əvvəlki  sistemindən,  vərdiş 
olunmuş  sistemindən    “küsürlər”.  Əlaqələr  pozulur,  qapılar 
bağlanır.  Ölməyə  hazırlaşan  hüceyrələr  bu  kimi  vəziyyətləri 
yaradır. Ya da hüceyrə “eqosu” artır və imtina  yaranır.   Buna 
görə də enerji ilə təmin oluna bilmirlər. Azğınlaşmış hüceyrələr 
qan  dövranı  sisteminə,  qanın  normal  kütlə  ilə  axmasına,  qan 
təzyiqinə öz təsirini göstərə bilir. 
Hüceyrələrin bir qismi sistemindən yollarını azanda ümumi 
immunitet  sistemi  belə  hüceyrələrə  qarşı  mübariz  və  kəskin 
olurlar.  Ola  bilər  ki,  immun  sistemi  həmin  hüceyrələri  ac 
qoyur, onlara qapıları bağlayır.  
Diabet  böyrək  funksiyaların  pozulması  ilə  də  yarana  bilən 
bir  xəstəlik  ola  bilər.  Böyrəklərdə  soyuqlamalar,  infeksiyalar 
tez-tez  sidik  ifrazını  yaradar.  Bu  da  nəticədə  bədənin 
susuzlaşmasına  gətirib  çıxara  bilər.  Qanda  şəkərin  miqdarı  da 
arta bilər.  
Diabet  tez-tez  soyuq  su  içməkdən  də  yarana  bilər.  Su 
içmək  vərdişləri  bədənin  minerallarının,  vitaminlərinin 
yuyulmasına səbəb ola bilər ki, bu da nəticədə böyrəyin sürətlə 
işləməsinə səbəb ola bilər. Şəkər xəstəliyini soyuq su içmək də 
yarada bilər. 
 
Diabet zamanı əlamətlər və səbəblər: 
 
-qan  təzyiqində  kəskin  dəyişmələr-çünki  qan  enerji  ilə 
lazımi  orqanları  təmin  edə  bilmir.  Sürət  artır,  azalır.  Baş 
ağrıları, ürəkbulanmalar meydana gəlir
-qan azlığı-çünki, qan üçün lazımi elementlər çatışmır. Qan 
azlığı  da  orqanların  funksiyasını  dəyişir.  Orqanların 
parçalanmasına və ölümlə nəticələnən vəziyyətlərə səbəb olur


170 
 
-mədə  və  həzm  problemi-çünki,  mədə-bağırsaq sistemində 
maddələr  mübadiləsi  pozulur,  enerji  çatışmazlığı  sayəsində 
həzm    normada  getmir.  Qida  mədədə  qalır.  Bağırsaqlar 
ötürücülüyünü zəiflədir. Quruma gedir; 
-bədən 
temperaturu 
aşağı 
düşür-çünki, 
maddələr 
mübadiləsi  pozulur,  normal  enerji  üçün  lazımi  minerallar, 
zülallar, yağlar, karbohidratlar  çatışmır. Qan dövranı zəifləyir.  
Bu anda aktivlik üçün  orqanizm kənardan istilik tələb edir
-bədən  temperaturu    yüksəlir-ona  görə  ki,  mədəyə  daxil 
olan  qidanı  həzm  etmək  üçün  enerji  lazım  olur.  Temperatur 
enerji  çatışmazlığından  meydana  gələn  mənfi  halı  aradan 
qaldırmaq  üçün  qan  dövranının  sürətlənməsindən  yaranır.  Bu 
anda  insan  sərin  yer  axtarır  ki,  bədənə  əlavə  passiv  enerji 
versin.  Tez-tez  su  içir,  sərin  qida  qəbul  edir  ki,  daxili 
çatışmazlıqdan  yaranan  aktivliyi  aşağı  salsın.  Sərin  qida 
ümumən passiv enerji mənbəyidir. Sərin su daxildə orqanizmin 
parçalanmalarının qarşısını alır.  
     
 
Eqo və şəxsiyyət haqqında 
 
Eqo-yunancadan  “mən”  deməkdir.  Şəxs  cəmiyyətdə 
mövqeyi  olan  fərddir.  Şəxsiyyət  isə  daha  çox  nüfuzu  olan 
şəxsdir, fərddir.   Şəxs və şəxsiyyət fenomeni “mən” fenomeni 
ilə  təsdiq  olunur.  Çünki,    “mən”  fenomeni  şəxsin,  şəxsiyyətin 
özünüdərk,  özünüifadə,  özünütanıtım  elementidir.  Şəxs  və 
şəxsiyyət mənəvi aləmdə “mən” lə tanınır.  Məhz “mən” şəxsi 
şəxsiyyətə  çevirir.  Şəxs  və  şəxsiyyət  özü  ilə  “mən”  i  daşıyır. 
Bu  baxımdan  da  mən  şəxsiyyət  müstəvisində  fərdi  qoruyucu 
amil rolunu oynayır. Şəxsiyyət çox məkanlarda eqodan dəyərli 
istifadə  zamanı  yaranır.  Şəxsiyyət  eqoya  olan  hörmətdən 
meydana  gəlir.  Eqonun  bütün  məkanlarda  lazımi  istifadəsi, 
dəyər  kimi    tətbiqi  elə  özlüyündə  şəxsiyyətin  əsaslarını 
meydana  gətirir.    “Mən”  kriteriyası  insanın  mənəvi  keyfiyyət 


171 
 
elementlərini  dəyərincə  istifadə  etdirdikdə,  elementlərin 
cəmləşməsi şəxsiyyəti meydana gətirir.  
“Mən”  kriteriyası  mənəvi  aləmin  məcmusundan  meydana 
gələn  xarakterin  və  davranış  formalarının  daxilində  qərarlaşır. 
Davranış  formalarına  və  xarakterə  istiqamətlər  verir.  Hər  kəs 
bu baxımdan “öz məni” ilə hərəkət  edir.    “Mən”  nizamlayıcı 
faktor  rolunu    oynayır.  Bu  faktor  insanın  maddi-mənəvi  aləm 
körpüsünü yaradır.  
İnsanın  özünüdərkindən,  hərəkətlərini  ifadə  etməsi 
bacarığından tutmuş ömürünün sonuna qədər “mən” kriteriyası  
ilə  müşayiət  olunur.  Bu  kriteriya  “ömür  şəxsiyyəti”ni  yaradır. 
Hər  kəs  “mən”  olaraq  dünyaya  gəlir.  Lakin  “mən”lər  digər 
“mən”lərin  əhatəsində  yaşayırlar.  Bu  baxımdan  da  “mən”lər 
cəmləşir. Cəmiyyət adlanan toplum yaranır. “Mən” lər birləşib 
“bizlər”  i  əmələ  gətirir.    “Mən”  öz  mənafeyini  “bizlər”  dən 
təmin  edir.    Cəmiyyətdə  fərd  olaraq  “mən”in  yaşaması  digər 
“mən”lərin sayəsində mümkün olur. Dünyaya  gələn fərd qayğı 
ilə əhatə olunur. O, həm özü üçün fərd və “mən” olur, həm də 
ailə  üzvlərinin  “məni”ni  təşkil  edir.  Ailə  üzvlərinin  “mən” 
müstəvisində  yer  alır.      Ailə  üzvlərinin  məxsusi  “mənlər”inə  
çevrilirlər.  Fərdin  “mən”  kökü  üzərində  şəxsiyyət  kimi 
yetişməsi  baş  verir.  “Mən”in  topladığı  dəyərlər  şəxsiyyətin 
tərkib  elementlərini  təşkil  edir.  “Mən”  kriteriya  aidiyyat  və 
mənsubluq kriteriyasını meydana gətirir.  
“Mən” şəxsiyyəti müəyyən edən əsas kriteriyadır, bazadır. 
“Mən” fərdin cəmiyyətdə yaşamasından və digər fərdlərlə olan 
əlaqəsindən meydana gələn status kriteriyasını yaradır.   Fərdin 
həyatda, cəmiyyətdə qazandığı dəyərlər onun “məni”nin tərkib 
elementlərini  təşkil edir.  
 Hər bir şəxs “mən” sözü və bu sözdən  yaranan  status ilə 
ailədə,  məişətdə,  cəmiyyətdə,  dövlətdə    özünə  layiqli      yer 
tutur, milli, mədəni, sosial və siyasi mövqe qazanır. Bu qazancı 
ilə  də  öz  mövcudluğunu  təsdiq  edir  və  cəmiyyət  müstəvisində 
müvafiq   fəaliyyətini  əks  etdirir.   Şəxsiyyət  kriteriyası  “mən” 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə