İnsan və təbiət silsiləsindən


-dərinin  nəfəsini  təmin  edə  biləcək  yaxşı  və  rahat



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə49/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

148 
 
-dərinin  nəfəsini  təmin  edə  biləcək  yaxşı  və  rahat 
paltarlar 
geymək-dəri 
hissiyyat 
orqanıdır. 
Lazımi 
informasiyaları bütün orqanlara çatdırır. Bu baxımdan da insan 
sağlamlığı  dəridən  çox  asılıdır.  Dərini  gözəlləşdirmək  üçün 
yaxşı paltarlar geymək, vaxtında çimmək, enerjili vasitələrdən 
istifadə  etmək  lazımdır.  Hətta  keyfiyyətli  ayaqqabılar  da 
geyilməlidir ki, informasiyanı ayaq dəriləri yaxşı qəbul etsin
-saça  qulluq  etmək-  saç  da  insana  ətraf  mühitdən  enerji 
verir.  Bu  baxımdan  da  saçın  özünün  tellərini  daima  daramaq, 
tumarlamaq  lazımdır  ki,  ətrafdan  informasiyanı  yaxşı  qəbul 
etsin; 
-dırnaqlara  qulluq  etmək-bu  da  özlüyündə  insanların 
daxili orqanlarına enerji verir
-qadın-kişi  münasibətlərində  yaxşı  seçim  etmək-sevgi, 
məhəbbət,  eşq  hissləri,  ehtiraslar  insanın  enerjisini  artırır. 
Çünki  sintez  üçün  uyğun,  harmonik  zərrəciklərin  birləşməsi 
ortaya  çıxır.  Bu  baxımdan  sevib  evlənmək  daha 
məqsədəuyğundur; 
-dostluq  münasibətlərində  olmaq-mənəvi  hisslər  də 
enerji verir.  
 
Yaxşı  görünütlər,  müxtəlif  cür  sintez  olunmuş  fəlsəfi 
görüntülər  enerji  verir.  Ən  yaxşı  halda  hərəkət  olan  və 
dəyişən  görüntülər  enerji  verir.  Belə  bir  sual  oluna  bilər-nə 
üçün?  Hərəkət  zamanı  müxtəlif  mənzərələr,  sintezlər  görmə 
yolu  ilə  insan  beyininə  daxil  olur.  Hərəkətdə  olan  (prosesli) 
görünütlər  beyinin  hüceyrələrini  də  hərəkətə  gətirir.  Hərəkət 
sayəsində  birləşib  qalmış,  sintez  olunmuş  beyin  hüceyrələri  
aralanır  və  hərəkət  etməyə  başlayır.  Bu  baxımdan  da  boşalma 
yaranır.  Gərginlik  aradan  qalxır.  Bu  boşalmanı,  hərəkəti  də 
görüntüdən əldə olunan səhnələrin zərrəcikləri meydana gətirir. 
Xəstəliklərin  müalicəsində  hərəkət  mənzərələrinə  (təbiət 
şəlaləsi,  yağış,  şimşək  çaxmaq,  dəniz  dalğaları,  çay  axması, 
balıqların  hərəkəti,  müxtəlif  seyrangahlar  və  s.)  baxmaq,  dadı 


149 
 
dəyişik  yeməklərdən  yemək,  müxtəlif  iyilər  iyiləmək,  yaxşı 
informasiyalar    eşitmək  müalicə  effektlidir.  Enerji  verir, 
gərilmiş,  bir  yerə  toplanmış  qeyri-taraz  enerjini  dağıdır. 
Ünsiyyət  və  əlaqəda  olmaq,  pulla  təmin  olunmaq,  resurslarla 
təmin  olunmaq  və  s.    kimi  hallar  da  enerji  verir,  hərəkətə 
gətirir. 
Ürəkdən gülmək də enerji verir. Çünki əsəb gərginliyindən
yorğunluqdan  bir  yerə  toplanmış,  “bərkləşmiş”  hüceyrə 
sintezləri dağılır. Boşalma əmələ gəlir.  
Qışqırmaq və ağlamaq  da enerjini (daha doğrusu bir yerə 
toplaşmış  enerjini)    boşaldır.      Əlavə  enerji  verir.  Çünki  bu 
hallarda  çıxıntı  var.  Bu  çıxıntı  hüceyrələrin  hərəkətini  və 
təzələnməsini təmin edir. Çıxan enerji yeni enerjini istəyir.  
Xoş  musiqi  altında  rəqs  etmək  də  enerji  qəbulu  və  çıxışı 
arasında balans yaradır. Ruh təzələnir.  
Mahnı  ifa  etmək  və  ifa  ilə  rəqs  etmək,  musiqi  alətlərində 
ifa  etmək,  şer  demək,  ürəkdən  fikir  danışmaq,  nağıla  qulaq 
asmaq  və  s.  kimi  estetik  zövq  verən  prosesli  vəziyyətlərlə 
məşğul olmaq və dinləmək lazımdır.  
Yaxşı  yazı  yazmaq,  maraqlı  kitab  oxumaq,  ev  tikmək, 
tikinti  proseslərini  izləmək,  quruculuqla  məşğul  olmaq,  nəisə 
toxumaq,  rəsm  çəkmək,    filmə  baxmaq,  teatr  tamaşalarını 
izləmək  və  s.  kimi  prosesli  vəziyyətlər  hüceyrə  hərəkətlərini 
yaradır ki, bu zaman da enerji əvəzlənməsi baş verir.  
Hərəkətdə  olmaq  orqanizmin  bütün  orqanlarını  lazımi 
harmonik  vəziyyətdə  saxlayır.  İnsan  orqanların  fəaliyyətindən 
ümumi enerji yaranır.  
Lazımi  anlarda  yaxşı  uzanmaq  (çəmənlikdə  və  təbiət 
qoynunda,  yaxşı  rahat  yerlərdə  və  s.)  enerji  verir.  Orqanların 
bütün üzvləri arasında harmonik əlaqə yaradır.  
Yaxşı  şeylər  haqqında  düşünmək  enerji  istehsal  edir. 
Nisbətən az düşünmək də enerji verə bilir.  
Təbii ki, hər şey bezdirici, doydurucu ola bilir. Bu o halda 
baş  verir  ki,  artıq  həmin  vasitələrdən  lazımi  enerji  alınır. 


150 
 
Doyma  baş  verir.  Yeni  vasitələrin  olması  lazım  gəlir.  Bu 
baxımdan  da  təzələnmə  proseslərini  həyata  keçirmək  olar: 
evlərin  içinin  təzələnməsi,  geyimin  təzələnməsi,  yeməyin 
təzələnməsi və s. hallar enerji verici əhəmiyyət daşıyır. 
Enerji  bütün  xəstəlikləri,  hətta  ən  çətin  xəstəlikləri  də 
sağalda bilər. Ən əsası odur ki, həyat tərzi yeni enerjini versin. 
Mikrobları da öldürmək üçün, hətta belə xərçəngi də sağaltmaq 
üçün həyat tərzi lazımdır. 
Düz  söz  danışmaq,  düzgün  əməllə  məşğul  olmaq,  saf 
düşünmək,  səliqəli  olmaq,    aydınlaşdırmaq,  problemləri  həll 
etmək, qaranlıq qalan nəisə müəyyən etmək,  qayğı göstərmək,  
rəhmli  olmaq,  nailiyyət  əldə  etmək,  uzaqda  olana  qovuşmaq, 
yaxınları  görmək,    uğur  qazanmaq  və  sevinmək  və  rahatlıq 
gətirən digər pozitiv   hallar enerji  verir. Rahatlanmağı  özü elə 
enerjinin əldə olunması və köhnə enerjidən yaxa qurtarmaqdır. 
Ardıcıl  və  həvəslə    işləmək,  istirahət  etmək,  avtomobil 
sürmək,  avtomobildə  gəzmək,  qayıqda  gəzmək,  qatarda 
gəzmək  və  mənzərəli  yerlərdən  keçmək,  dəniz  səyahətinə 
çıxmaq, dənizdə və çaylarda çimmək, şəlalədə çimmək, şehdə 
gəzmək,  çəmənlikdə  gəzmək,  ümumiyyətlə,  təbiətlə  tam 
təmasda  olmaq,  axın  mənzərəsinin  tərkibində  və  içində  olmaq 
insanlara  enerji  verir.  Bu  kimi  yerlərdə  olmayan  insanlar  öz 
daxili  enerjilərindən  istifadə  edərək  onu  tükədə  bilərlər, 
orqanizmlərini  zəiflədə  bilərlər  və  xəstələnərlər.  Unutmaq 
olmaz  ki,  ən  ağır  xəstəliklər  genetik  olur  və  ardıcıl  qeyri-
balanslı  həyat  tərzindən  yaranır.  İnsanın  ruhu  zəngin 
olmayanda sağlamlığı  ola bilməz. Ruhun da zənginliyini  ətraf 
material  aləm  və  daxildə  onun  sintezi  yaradır.  Deməli, 
sağlamlıq  ətrafla  daxilin  sintezindən  əldə  olunan  uğurlu, 
faydalı nəticədir.  
 
 
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə