İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

151 
 
Dırnaq haqqında  
 
Orqanizm inkişaf edir. Enerji istehsalını həyata keçirir. Bir 
müddətdən  sonra  boyun  artması  dayanır.  Sümüklər  bərkiməyə 
başlayır. Orqanizm ancaq fəaliyyətdə olur. Dırnaqlar elə sümük 
inkişafının,  sümük  artımının    davamı  kimi  qəbul  oluna  bilər. 
Dırnaq orqanizmdən xaric olunan və sümüklər üçün lazım olan 
maddələrin  artığıdır.  Dırnaqlar  hissiyyat  orqanlarıdır.  Belə 
güman etmək olar ki, dırnaqlar və saçlar insanları ətraf mühitin 
müəyyən cərəyanlarından qoruyurlar. Sinir uclarını qoruyurlar. 
Dırnaqlar  fiziki  quruluşun  əsaslarını  da  təşkil  edirlər.  Fiziki 
quruluşun normal duruşunu təmin edirlər. Əl və ayaqların fiziki 
hərəkətlərinin  qoruyucuları  kimi  çıxış  edirlər.  Yerimə  zamanı 
və əllə iş görərkən sümüklərin möhkəmliyini və tab gətirməsini 
yaradır.   
 
 
Saçlar və tüklər haqqında 
 
Saçlar  da  demək  olar  ki,  sümüklər  üçün  lazım  olan,  eləcə 
də  digər  orqanlar  üçün  vacib    olan  maddələrin  təminatından 
sonra artıq qalan hissələrdir. Bu hissələr xaric edir. Dırnaqlar, 
tüklər  və  saçlar  orqanizmin  təmizlənmə  funksiyasını  həyata 
keçirir.  Saçlar  da  elə  sümük  materialından  olur.  Baş  saçları 
kəllə sümüyünün maddələrinin artıq hissələrinin ifrazıdır. Buna 
görə  də  uzanır.  Saçlar  və  tüklər  daha  çox  enerji  olan  yerlərdə 
mövcud  olur.  Belə  güman  etmək  olar  ki,  saçların  ağarması 
sümük  üçün  lazım  olan  maddələrin  daha  artıq  istehsal 
olunmasıdır.    Sümük  ağ  rəngdədir,  saç  da  ağ  rəngi  almağa 
başlayır. Əslində də saçlar ağ rəngdə (sümük rəngində)  olur. 
Orqanizmin  ətraf  mühitlə  təması  və  reaksiyalar  sayəsində 
saçlar  öz  rəngini  dəyişir.  Tüklər  də  ağ  rəngdə  olur.  Sonradan 
ağarma  da  artıq  ətraf  mühitin  qalıb  gələ  bilməyəcəyi  rəngdir. 
Yəni sümük rəngi saçlarda üzərə çıxır.  


152 
 
Yeniyetməlik  və  gənclik  dövrlərində  tüklər  və  saçlar  daha 
da  çox  çıxa  bilər.  Çünki  sümüklərin  inkişaf  prosesləri  gedir. 
Yaşlı adamlarda bu proses ləng gedə bilər. 
Yeni  doğulmuş  uşağın  tükləri  və  dırnaqları  nisbətən 
yumşaq olur. Bu onunla əlaqəlidir ki, onların sümükləri də hələ 
yumşaq olur.  
 
 
İnsanların fərqli olmaları   
 
Kainat  daxilən  eyniliklərdən  və  fərqliliklərdən  ibarətdir. 
Eyniliklər  sadə  elementlərdə  mövcud  olur.  Birləşmələr 
mürəkkəbləşdikcə, məkan də rəngarəngləşir. Bu anda sintezlər 
yaranır və fərqliliklər üzərə çıxır. Fərqliliklər fərqli ölçülərdən 
meydana gəlir. 
İnsanlar  xarici  və  daxili  quruluş  etibarilə  oxşar 
xüsusiyyətlərlə  yanaşı, həm də fərqli formalı mövcudluqlardır. 
Bu  fərqlilik  təbiət  məkanlarının  fərqliliyindən,  genetik 
trayektoriyadan meydana gəlir.   
Gözün rənginin fərqli olması, saçların və dərinin rənginin 
fərqli  olması,  eləcə  də  boy  fərqləri,  ümumiyyətlə  fərqli  bədən 
quruluşu  onu  deməyə  əsas  verir  ki,  insanlar  fərqli  olurlar. 
Çünki,    rənglər  sintezdən  meydana  gəlir.  Bir  qrup  insanlarda 
dəri ağ, bir qrupunda qara, digərlərində isə başqa çalarda olur. 
Bu  o  deməkdir  ki,  insanlarda  sintez  fərqli  olur.  Nəzərə  almaq 
lazımdır  ki,  dəri  orqanizmi  örtən  bir  örtükdür.  Deməli, 
nəticədir.  Daxildən  gələn  sintezin  nəticəsidir,  analizidir.  Bu 
aspektdə  də  hesab  etmək  olar  ki,  insanlar  başqa  cür 
xarakterdədirlər.  Eyni  bioloji  struktur  və  forma  olmadığından 
tam eyni məna ola bilməz. 
Bioloji  fərqlər  onu  deməyə  əsas  verir  ki,  fərqli  dərili 
insanların  müalicəsi  də  fərqli  aparılmaıdır.  Onların 
orqanizmləri 
də 
bir-birindən 
fərqlənməlidir. 
İnsanların 


153 
 
öyrənilməsinə  yanaşma  metodu  həm  universal,  həm  də  fərdi 
məxsusi olmalıdır. Çünki insanlar fərqlidirlər. 
 
 
Xarakter haqqında  
 
Xarakter  insanın  anadangəlmə  təbiətindən  (genlərin 
təsirindən),  fövqəlqüvvədən  və  ətraf  mühitdən  formalaşır. 
Xarakter  ətrafa  reaksiya  verməkdən,  siqnallardan  yaranır. 
Xarakter 
hüceyrələrin 
hərəkət 
əsaslarından 
ibarətdir.   
Siqnalların  gücü,  kəmiyyəti,  çəkisi,  ölçüsü  xarakteri  yaradır. 
Xarakter  hərəkətdə  olan  zərrəciklərin  udulma  kəmiyyətindən 
meydana  gəlir.  Bu  udulma  həcmi  ilə  daxili  siqnallar  arasında 
üzvü  bağlılıq  yaranır.  Sintez  daxili  aləmlə  xarici  aləmin 
vəhdətini meydana gətirir. 
Xarakter  hüceyrələrin  hərəkət  və  əlaqə  xüsusiyyətlərindən 
də meydana gəlir. 
Xarakter  fərdin    obyektə  və  subyektə  olan  davranışıdır. 
Xarakter  davranış  norma  və  qaydalarıdır.  Xarakter  təsirdən 
meydana gələn əks-təsirdir.  Xarakter münasibətlər və əlaqələr 
sisteminin 
şəbəkəsidir. 
Xarakter 
cəmləşmiş 
reaksiya 
elementlərinin təzahürüdür.  
Xarakter müəyyənləşdirici kriteriyadır.      
 
 
Yuxu haqqında 
 
Beyin insanın sağ olan vaxtı tam fəaliyyətini dayandırmır; 
çünki həm də qan paylayır.Beyin fəaliyyət və həzm prosesində 
yaxından iştiark edir.  Yuxu görmək oyanmadan qabaqkı bir 
prosesdir.  İnsan  həm  də  dərin  yuxuya  qədər  yuxu  görə  bilər. 
Yuxu  beyinin  tam  (müəyyən  dərəcədə  tam)  yatmayan  bir 
vəziyyətidir.  Belə  təxmin  etmək  olar  ki,  yuxugörmə 
oyanmadan  qabaqkı mərhələdir. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə