İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   49   50   51   52   53   54   55   56   57

160 
 
Tanıtım  məkanda  qarşılaşmadır  və  sintez  olunmadır.  Obyekt 
bir daha siqnal verməyəndə məkanda boşluq yaranır. Bu boşluq 
insanda  enerji  çatışmazlığını  (darıxmanı)    ortaya  çıxarır. 
Subyektin siqnal mərkəzində başqa birisinin də yer alması onu 
deməyə  əsas  verir  ki,  qəbul  edənin  beyin  mərkəzi  (beyin 
tutumu)    çoxdur.  İnsanlar  bir-birilərindən  siqnallar  qəbul 
edərək  öz  daxillərində  xarici  siqnallar  üzərində  qalib  gəlməyə 
çalışırlar. 
Düz insanlar, taraz və bu baxımdan da dolğun insanlar əks 
tərəfdə,  siqnal  ötürdükləri  tərəfdə  obyektin  siqnallarını 
tarazlaşdırırlar.  Bu  aspektdə  düzgünlük  siqnallar  arasındakı 
(göndərilən  və  qəbul  olunan)  simmetrik  uyğunluqdan  yaranır. 
Hər  iki  mərkəzdə  sıralanma  düz  olduqda  insanlar  arasında 
uyğunluq xarakteri formalaşır. Siqnalların rahat “həzmi”, rahat 
şəkildə  məkan  tutması  baş  verir.  Bu  baxımdan  da  siqnallar, 
insanların  saflığı,  qeyri-saflığı  və  digər  xüsusiyyətlərini  
müəyyən  edir,  aşkarlayır.  İnsanların  daxili  siqnallarını  bioloji 
faktorlar  da  müəyyən  edir.  Orqanik  əsaslar  daxili  siqnalları 
yaradır.  Daxili  orqanların  və  qanın    xüsusiyyəti  insan 
xarakterini  müəyyən  edə  bilir.  Çünki  duyğu  orqanlarının 
xaricdən qəbul edilən siqnalları daxili siqnallara oturur. Onunla 
birgə daxili siqnalların, ümumi siqnalların tərkibini təşkil edir. 
Daxili  siqnalların  “açarı”  mövcud  olur  ki,  həmin  açarlar  da 
xarici siqnalları qəbul etmək funksiyasını yerinə yetirir.  
Siqnal  qəbul  edən  subyekt  qəbul  etdiyi  siqnalları  kasad 
görürsə,  onda,    siqnal  buraxan  tərəfi  yetişməmiş  qəbul 
edəcəkdir.  Buna  görə  də  xarakter  insanların  müqayisələrində, 
təmas fərqində meydana gəlir, üzərə çıxır. 
İnsanlar  siqnalları  bol  olan  (bu,  anadangəlmə  olur, 
həyatdan  qazanılır,  duyğu  orqanları  güclü  işləyir)  və  nisbətən 
az  olan  hissələrə  ayrıla  bilərlər.  Bu  kəmiyyət  fərqi,  miqdar 
fərqi  məhz  xarakter  fərqini  ortaya  çıxarır.  Yetişmiş  insanlar 
(dolğun  enerjili  və  mülayim  xarakterli,  rəvan  axıcı  xarakterli 
insanlar)    çalışırlar  ki,  onunla  təmasda  olanlara  siqnallar 


161 
 
versinlər  və  onların  səviyyələrini  yüksəltsinlər,  daxillərini 
zənginləşdirsinlər.  Çoxlu  yaxşı,  xoşagələn    informasiya  qəbul 
etmək xarakteri zəngin edir. Təmaslar və öyrənmələr siqnalları 
zənginləşdirir.  
İnsanları siqnalları iti olan və siqnalları zəif olan kəslərə 
ayırmaq  olar.  Siqnal  bolluğu  iti  axını  yaradır.  Onların  siqnal 
ötürülmələrində  olan  bu  fərq  uyğunsuzluğu  meydana  gətirir. 
Siqnal sürəti fərqi ortaya çıxarır.  Xarakter düz gəlmir. 
 
İnformasiyanı  alıb  tez  ötürən  insanlar-belə  insanlar   
sözü  saxlaya  bilməyənlərdir.  Bir  qədər  zəif  ola  bilərlər.    Hər 
hansı  bir  insan  obyekt  haqqında  informasiya  yığır.  Bir 
variantda  təzyiqdən  həmin  informasiyanı  özündən  buraxır. 
Təzyiq odur ki, əvvəlcə əldə edilmiş informasiyadan daha çox 
insan  üçün  informasiya  gətirir.  Sonrakı  informasiya  əvvəlki 
informasiyanı  vurub  məkandan  çıxarır.  Digər  variantda  isə 
enerjisi çatışmayan, zəif olan insanlar informasiyanı alıb və tez 
də ötürmək marağında olurlar. Məkana informasiyanı tez qəbul 
edib,  tez  də  ötürmək  funksiyasını  daha  çox  aktiv  insanlar 
edirlər.  Ağır  təbiətli  passiv  insanlar  aktiv  insanlara  nisbətən 
qapalı  olurlar.  Aldıqları  informasiyanı  elə  özlərində 
saxlayırlar. Sakit insanlar daha çox sirr saxlayan olurlar.   
 
 
 
Sevgi, məhəbbət, eşq duyğuları və istəklər 
 
Sevgi (eşq, məhəbbət) hissləri iki fərqli insan (oğlan və qız, 
kişi  və  qadın)  arasında      hisslərin  uyğunlaşdırılmasından 
meydana  gələn  oyanmış  duyğulu    vəziyyətlərdir.  Məhəbbət 
hisslərində  insanlar  arasında  tellər  hissi  yollarla  möhkəmlənir. 
Daha  doğrusu  hisslərin  qarşılıqlı  axını  əvvəlki  vəziyyətlərdən 
daha güclü olur. Sevgi mühafizə və yaxınlaşdırma hissidir. 
Məhəbbət  hissləri  insanlar  arasında  enerji  mübadiləsinin 
kəskin  səviyyədə  artması  ilə  izah  oluna  bilər.  Bu  bağlılıq 


162 
 
sayəsində  sanki  doğmalıq  yaranır.  İnsanlar  arasında  hisslər 
mübadiləsində 
məkanlar 
dolur. 
Hisslərin 
qəbulu 
və 
ötürülməsinin  normal  tərkibi  (eşq  üçün  normal  səviyyə) 
formalaşdıqda  bu  hisslərdən  qarşılıqlı  razılıq  əldə  olunur. 
Hisslər  çatışmayanda  tərəflər  arasında  narazılıq  ifadə  olunur. 
Buna görə də iki sevgili şəxs daima bir-birini görmək istəyir. 
Məhəbbət  hissləri  zamanı  beyində  tərəflərin  hissi 
məkanları  genişlənir.  İki  bir-birini  sevən  şəxs  öz  beyinlərində 
bir-birilərinin  enerji  potensiallarını  artırırlar.  Enerji  məkanı 
başqalarına  nisbətən  daha  geniş  olur.    Enerji  ötürülmələrində 
meydana  gələn  aktivlik  yaxınlaşma  vərdişlərini  ortaya  qoyur. 
Bu  baxımdan  sevgi  hisslərini  yaşayanlar  daima  bir-birilərini 
görmək  istəyirlər.  Sevgi  hissi  əsasən  gözlərdə  yaranan  və 
gözlər  vasitəsilə  ötürülən  hisslərdən  ibarət  olur.  Gözlər 
əlamətləri  tez-tez  bir-birinə  ötürür.  Buradan  da  siqnal  axınları 
meydana gəlir. 
Sevgi  (məhəbbət)  hissləri  ədalətli  və  düzgün,  şəffaf 
hisslərdir.  Bu  baxımdan  da  əsil  insani  hisslərdir.  Bəşəri 
dəyərləri tərənnüm edən duyğulardır. Sevgi hissələri humanizm 
məzmunludur,  kövrəldicidir,  yumşaldıcıdır,  dəyərlər  vericidir. 
Dəyərlərin  başa  düşülməsinə  və  duyulmasına  əsaslanır.  Sevgi 
(eşq,  məhəbbət)  hissləri  insanları  sərhədləyən,  daxildən  islah 
edən  tənzimləyici,  sistemli  hisslərdir.  Belə  hisslər  insanların 
daxili  gözəlliyini  aşkar  edir  və  əks  tərəfdə  də  gözəllik  hissləri 
yaradır.  Sevgi  hissləri  etika  və  estetikanın  tərkibinə  aid  olan 
hisslərdir. 
Sevgi  hissləri  həm  də  qarşılıqlı  idarəedici  hisslərdir.  Bu 
hisslərə  mübtəla  olanlar  bir-birilərini  idarə  etmək  və  qarşılıqı 
diqqət göstərmək funksiyasını yerinə yetirir.   
 
   


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə