İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   49   50   51   52   53   54   55   56   57

166 
 
-eşitmə pozula bilər və müxtəlif səslər eşidilə bilər, qarışıq 
səslər yarana bilər; 
-nitq və ifadəetmə problemləri yaranar; 
-dəri rəngində  pozulma əmələ gələ bilər; 
-saçlarda və dırnaqlarda dəyişikliklər əmələ gələ bilər; 
-səslərdə və danışıqlarda problemlər yarana bilər 
 
Daxili orqanların fəaliyyətində 
 
-həzm  sistemində    pozğunluq  yaranar-az  və  yaxud  da  çox 
yemək halları ortaya çıxa bilər; 
-qusma və ürəkbulanma yarana bilər; 
-böyrək funksiyaları dəyişə bilər, o cümlədən,  
-sidik-cinsiyyət  orqanlarının  funksiyaları  dəyişə  bilər-tez-
tez sidiyə getmək yarana bilər, yaxud da sidik ifrazı azala bilər. 
Cinsi aktivlik yarana bilər, yaxud da zəiflik ortaya çıxar; 
-həzm  sistemində  iştirak  edən  hormonların  tərkibi  dəyişə 
bilər  və  hormonları  ifraz  edən  orqanların  (qaraciyər,  mədəaltı 
vəzi,  böyrəküstü  vəzi,  prostat  vəzi)  fəaliyyəti  pozula  bilər. 
Ölçüləri dəyişə bilər; 
-tənəffüs problemləri  yarana bilər və  nəfəsalma çətinləşər, 
yavaşıyar və yaxud da tezləşər
-hüceyrələrin 
xarakterində 
dəyişiklik 
yarana  bilər. 
Hüceyrələr  arasında  əlaqələr  öz  sürətini  dəyişə  bilər. 
Hüceyrələr məkanlarını dəyişə bilər; 
-sinir  sistemində  dəyişiklik  yarana  bilər:  əl  və  ayaq 
hərəkətlərində  dəyişiklik  yarana  bilər,  gözlərdə,  dodaqlarda, 
dildə müəyyən dəyişiklik üzərə çıxa bilər; 
-qan  dövranında  və  qanın  tərkibində  dəyişiklik  meydana 
gələ bilər; 
-ürəklə bağlı problemlər meydana gələ bilər; 
-dəridə problemlər yaranar, məsələn, vitamin və minerallar 
itkisindən  dərinin  kobudlaşması,  dərinin  nazikləşməsi  halları 
yarana bilər və s.   


167 
 
Göz haqqında 
 
Gözdə,  göz  bəbəyində    kainatın  kiçik  modeli    görünür.  
Kainatla göz təmasdadır. Göz öz quruluşunu kainatdan götürür. 
Kainatla  göz  oxşar  funksiyalara  malikdir.  Hər  iki  tərəf  enerji 
qəbul  edir  və  ötürürlər.  Hər  iki  tərəf  arasında  axn  telləri 
mövcuddur.  Gözün  funksiyaları  başlıca  olaraq  enerjidən  asılı 
olur.  Bu  enerji  daxildən  gəlir  və  Günəşdən  və  ulduzlardan, 
Günəşin  planeti  işıqlandırmasından  formalaşır.  Qaranlıqlar  da 
enerji  məkanlarıdır.  Lakin  passiv  məkanlar  olduğundan 
qaranlıqlarda yaşayan canlıların göz nisbətən zəif ola bilər.  
Gözdə  cazibə  var,  cəzbetmə  var.  Göz  ən  böyük  və  ən 
funksional duyğu orqanı hesab oluna bilər. Göz vasitəsilə digər 
duyğu orqanlarının  da funksiyalarına aid olan məlumatlar əldə 
oluna  bilər.  Məsələn,  göz  yeməli  bir  şeyi  gördükdə  dadbilmə 
mərkəzində  həmin  şeyin  dadı  haqqında  kiçik  məlumat  yarana 
bilər.  Şirin,  acı,  turş  yeməklər  haqqında  məlumatlar  göz 
vasitəsilə əldə oluna bilər. 
Göz  insanın  fəlsəfəsi  haqqında,  o  cümlədən  xarakteri 
haqqında  məlumatlara  malikdir.  Gözlər  insanla  ətraf  aləm 
arasında  əlaqə  yaradan  ən  həssas  orqandır.  Göz  körpü  rolunu 
oynayır  və  insanla  ətraf  aləmi  bütövləşdirir.  Göz  nizamlayıcı 
və tarazlaşdırıcı orqandır. 
Gözdə  insanın  daxili  xəstəlikləri  haqqında  məlumatlar 
toplana  bilər.  Çünki  çıxacaq  bir  üzvdür.  Baxmaqla  müalicə 
terapiyası  formalaşa  bilər.  Məsələn,  insanlar  mənzərəli  bir 
məkanı gördükdə, gözəl insani münasibətlər sferasına baxdıqda  
həmin  məkandan  enerji  ala  bilərlər.  Bütün  duyğu  orqanları 
vasitəsilə  müalicə  olunmaq  olar.  Məsələn,  xoşagəlimli  iyi 
vasitəsilə, dadlı yeməklər yeməklə sağlamlığı bərpa etmək olar. 
Xoş  sözlər  eşitməklə  əhval-ruhiyyəni  qaldırmaq  olar.  Göz 
bütün  duyğu  orqanları  içərisində  ən  mühüm  əhəmiyyət  kəsb 
edəndir. Göz çatışmayan və gərilən enerjinin sürətli bərpası və 
tarazlaşdırılması  üçün  ən  əsas  orqanlardan  biridir.  İnsan 


168 
 
sağlamlığının əsası onun duyğu orqanlarının və düşüncələrinin 
sağlamlığından asılıdır. 
Belə  qəbul  edək  ki,  göz  qoruyucu  təbəqədən  və  daxili 
qatdan  ibarətdir.  Siqnal  daxili  qata  daxil  olur  və  beyinə 
ötürülür.  Daxili  hissədə  siqnalların  emalı  prosesləri  həyata 
keçirilir.  Belə  qəbul  edək  ki,  bütün  duyğu  orqanlarının  daxili 
və  xarici  təbəqələri  vardır.  Ümumiyyətlə,  bütün  orqanlar 
birləşmədən  ibarət  olduğundan  onların  daxili  və  xarici  qatları 
mövcud  olur.  Göz  bir  duyğu  orqanı  kimi  düşüncələrə  çox 
bağlıdır.  Düşüncələr  özünü  gözdə  də  əks  etdirir.  Göz  insanın 
daxili  aləmi  və  xarakteri  haqqında  dolğun  məlumatlar  verir. 
Göz müdafiəedici bir duyğu orqanıdır. 
Gözlə  insan  xarakterini  müəyyən  etmək  mümkündür.  
Çünki  insanlar  gözlərlə  siqnal  ötürürlər.  Gözün  rəngi  də  insan 
xarakterini  müəyyən  edə  bilər.  Gözün  fərqli  rəngi  gözlərdə 
olan fərqli  enerji kəmiyyətindən də  yarana bilər.   Fərqli rəngli 
gözlər canlılarla kainat arasında fərqliliyi meydana gətirir. 
Göz duyğu orqanı olduğundan, olmayan halda (itirilərkən) 
başqa  duyğu  orqanlarına  öz  funksiyasını  ötürə  bilər.  Daha 
doğrusu,  beyin  başqa  duyğu  orqanlarına  gözün  funksiyalarını 
ötürə bilər.        
 
 
Diabet (şəkər)  xəstəliyi haqqında 
 
Diabet  enerji  itkisi  xəstəliyidir.  Enerji  qəbulu  ilə  itki 
arasında disbalanslı vəziyyətlərdir. Enerjini yaxşı qəbul etmək 
üçün təmiz hava, su, qida və həyat tərzi vacibdir.  
Təxmin  etmək  olar  ki,  bu  kimi  xəstəlik  orqanizmdə 
hüceyrələr  arasında  olan  əlaqələrin  pozulması  ilə  xarakterizə 
olunur. Digər xəstəliklər kimi, bu xəstəlik də hüceyrə xarakteri 
xəstəliyidir.  Sistem  pozulur,  hüceyrələr  qidalanmır  və  enerji 
sərfiyyatından  çoxluğundan  azalan  enerji  meydana  gəlir.  
Ehtimal  etmək  olar  ki,  diabet  xəstəliyi  hüceyrələrin 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə