İnsan və təbiət silsiləsindən


Başın özündəki problemlər səbəbləri



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   49   50   51   52   53   54   55   56   57

157 
 
Başın özündəki problemlər səbəbləri 
 
Siqnal  qəbul  edən  duyğu  orqanlarının  funksiyalarının 
müvəqqəti və ya da uzun müddətə pozulması, o cümlədən 
-görmə qabiliyyətinin pozulması; 
-eşitmənin pozulması; 
-dadın pozulması; 
-iyinin pozulması; 
-dəri problemləri
-saç vasitəsilə qəbul olunan siqnalların pozulması; 
-ruhu  tarazlayan  informasiya  problemləri-informasiyaların 
qəbulu və ötürülmələri arasında olan tarazlıqların pozulması; 
-daxili  siqnalların  pozulması  və  beyini  lazımi  enerji  ilə 
təmin etməmək; 
-daxili  xəstəliklər  (baxmaq  olar-xəstəliklər  haqqında  olan 
bölməyə); 
-xəstəliklərin  aradan  qaldırılması  üçün  beyin  tarazlayıcı 
funksiyanı  yerinə  yetirir.  Xəstəlik  ağır  olduqda  beyini  poza  
bilər.  Beyinin  özünün  funksiyası  pozula  bilər.  Çünki  beyin 
tarazlayıcıdır; 
-ətraf mühit dəyişiklikləri zamanı; 
-çoxlu qida qəbul etdikdə-qan dövranının artması zamanı; 
-normadan  az  qida  qəbul  etdikdə-qan  dövranının  azalması 
hallarında və s.         
 
İnsanları  tanımağın  və xarakterə bələd olmanın  
əsasları  
 
İnsanlar  daxili  (özlərində  olan,  gendən  gələn)  və  xarici 
(ətraf  mühitdən  qəbul  etdikləri)  siqnallar  mübadiləsində, 
sintezində  yaşayırlar. Xarici  siqnallar daxildə  özlərinə  yer tuta 
bilirlər.  Bu  sintezdən  də  analizlər  edirlər.  Analizlər 
müəyyənləşdirmək prosesləridir. Nəticələr  (hər hansı  bir anda, 
məqamda,  məkanda)  başlanğıcları  və  səbəbləri  müəyyən  edir. 


158 
 
Siqnal  özü  zərrəciklər  axınıdır.  İnsanlar  özlərindən  siqnallar 
buraxırlar, ətrafdan da eləcə də digərlərindən də siqnallar qəbul 
edirlər. Siqnallar müəyyən bir fiziki obrazlanma prosesinin 
təzahürüdür.  Modellər,    quruluşlar,  subyektlərin  hərəkət 
vəziyyətləri 
barədə 
əks  tərəflərdə,  qəbuledicilərdə  
əksolunmadır.  Hər bir siqnal özü ilə obyekt barədə məlumat 
daşıyır.  Məsələn,  Günəş  şüaları  ilə,  Ayın  əks  olunması  ilə  bu 
səma  obyektlərinin  obrazını  yaratmaq  mümkündür.  Ən  əsası 
isə  kütləsi  çox  olan  siqnal  qəbul  etmək  lazımdır.  Siqnalın 
kütləsi  və  sürəti  çox  olanda  obyektə  yaxınlaşma  da  yaxından 
olur. Yaxın məsafəni axının sürəti müəyyən edir. Siqnal obyekt 
haqqında, onun fiziki quruluşu haqqında subyektdə, qəbuledici 
vasitədə    dolğun  məlumat  yarada  bilər.  Ən  əsası  çox  siqnal 
qəbul  etməkdir.    Siqnal  da  obyekt  və  subyekt  arasında  olan 
bağlılıqdan  meydana  gəlir.  Məsələn,  Günəş,  ulduzlar  və 
planetlər bir-birindən asılı olmasalar, kainat obyektləri hərəkət 
vəziyyətində olmasa  və  bir-birilərindən asılı olmasalar, siqnal 
da  ola  bilməz.  İnsan  gözü  təbiəti  ona  görə  görürr  ki,  ona 
bağlıdır,  ondan  nəisə  özünə  çəkir.  Günəşə  çox  baxmaqla 
Günəşin xarakterini qismən müəyyən etmək olur. İnsan təbiəti 
görürsə, deməli, onunla bağlıdır. İnsan ona bağlı olmayan şeyi 
görə, hiss edə və duya bilməz. Duyğu orqanları ona bağlı olan 
şeyləri  görür.  İnsanlar  onları  əhatə  edən  bütün  varlıqlarla 
təmasda  olurlar.  Uzaqdan  və  yaxud  da  yaxından  siqnal 
mübadiləsindədirlər. Günəş, hava insanlar və onları əhatə edən 
aləm arasında siqnal ötürülmələrini təmin edir.  
Bütün  insanlar,    canlı  aləm,  aktiv  və  passiv  canlılar(bərk 
materiya) 
hərəkət 
vəziyyətindədirlər. 
Onlar 
enerji 
mübadiləsində  olurlar.  İnsanlar  bir-birilərinə  enerji  ötürürlər. 
Enerji  zərrəcik  axınıdır,  ruhun  fiziki  aləmin  obrazlanmasıdır. 
İnsanlar  ətraf  aləmdən  də  enerji  yığırlar.  İnsanlar  zövqlü  iş 
görəndə  də  enerji  yığırlar  və  həvəs  bu  baxımdan  enerji 
anlamını verir. İnsanlar həvəslə  iş görüb  yorulurlar, doyurlar. 
Doymaq  rahatlanmaq  və  enerji  ilə  təminat  anlamını  verir. 


159 
 
Həvəsli  iş  görmək  rahatlanmaq  deməkdir,  enerji  boşluğunu 
doldurmaq  deməkdir.  Qarşılıqlı  həvəsli  məşğuliyyət  enerji 
boşluğunu doldurmadır. 
Hər  bir  insan  obrazlanır.  Obrazlanma  insanın  bioloji 
sisteminin inikasıdır. İnsan insanı ona görə duyur ki, qarşılıqlı 
əlaqələr müstəvisində bir-birilərinə siqnallar ötürürlər. İnsanlar 
hisslərlə (duyğularla), qavrayışla, emal və sintezlə, bu nöqteyi-
nəzərdən  universal  insani  priniplərlə  bir-birilərini  duyurlar, 
dərk  edir  və  başa  düşürlər.  İnsanların  xarici  görünüşləri, 
nəfəsləri,  baxışları,  danışıqları,  gözlərinın  enerjisi  özlüyündə 
xarakteri müəyyən edir. İstəkləri daxili vəziyyəti ortaya çıxarır. 
İnsan  davranışının  əsasları  onun  simasında  əks  olunur.  İnsan 
nitqi, ifadə isə daxili aləmin obrazını müəyyən edir.  İnsanların 
üz  cizgiləri  elə  xarakteri  müəyyən  edir,  daxildən  xəbər  verir. 
Bir  insan  digər  insana  diqqətlə  baxdıqda,  baxdığı  insanın 
enerjisini almağa başlayır. Eləcə də ona enerji ötürür.  İnsanın 
modeli subyektin beynində formalaşır, özünə məkan alır. Əgər 
subyekt,    insan  obyekt  insan  haqqında  dalbadal  enerji  alırsa, 
aralarında  uyğunluq  yaranır.  Bu  ardıcıl  proses  beyindəki 
informasiya 
məkanında 
müəyyənliyi 
ortaya 
çıxarır. 
Müəyyənlik  enerji  axınının  kəmiyyəti  ilə  çoxalır.  Bu  anda 
tanıtım  əmələ  gəlir.  Xarakterin  oxunması  cizgilərin, 
danışıqların  və  davranış  qaydalarının  əks  etdirdiyi  enerji 
axınının müəyyənlik dərəcəsi ilə yaranır. Müəyyənlik isə qəbul 
kəmiyyətindən  ortaya  çıxır.  Subyekt  öz  beynində  obyektin 
obrazlarını  toparlayır,  subyektin  beyin  informasiyaları  ilə 
obyektin  göndərdiyi  informasiyalar  arasında  uyğunluq  və 
sintezlik  üzərə  çıxır.  Bu  anda  tarazlı  insan  bir  obyekt  kimi 
subyektdə  dolğun  təəssürat  meydana  gətirir.  Obyektin  əks 
olunması, siqnallar subyektin siqnalları ilə üzvü sintez yaradır. 
Yerli siqnal ilə gəlmə siqnal arasında məkan uğrunda mübarizə 
gedir. Xarakter gəlmə siqnalın qəbulu tərzi ilə müəyyən olunur.  
Gəlmə siqnal özünə digər obyektdə (onu qəbul edən subyektdə) 
yer  edir.  Buna  görə  də  yerli  siqnalın  tanıtımı  ortaya  çxır. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə