İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   49   50   51   52   53   54   55   56   57

163 
 
Səslər haqqında 
 
Səs insanda və digər canlılarda  bir enerjidir, enerji axınını 
yaradan  uzun  və  qısa  məsafəli    dalğadır.  Səs  gücdür, 
qəbuledicilərdə  oyadıcı  effekt  meydana  gətirir.  Səs  tərkib 
etibarilə zərrəciklərdən, yəni kiçik elementlərdən ibarətdir. Səs 
yaradan tellərdəki sürtünmələrdir.  Bu baxımdan da boğazların 
sağlamlığı  vacibdir.  Səsin  gücü  minerallardan  meydana  gəlir. 
Tərkibi elementlərlə zənginləşir. Səslərin təsnifatı səs tellərinin 
sürtünməsindən  meydana  gəlir.  Tellərin  təsnifatı  zərrəciklərin 
xarakterinə  bağlıdır.  Obyekt  zərrəcikləri  qəbulediciyə  ötürür, 
obyektin  əlamətlərindən  təsirlər  meydana  gəlir.  Səs  boğaz  və 
danışıq  üzvlərinin  simmetrik  sintezini  və  şərtləndiriciliyini 
yaradır.  
Səs  insanı  ətraf  aləmə  bağlayan  bir  teldir  və  təsiredici 
gücdür,  qüvvədir,  sürətə  malikdir.  Sürət  çox  olanda  tərkib 
elementlər  də  zəngin  olur,  kütlə  artır.  Səs  bu  anda  həm 
qalınlaşır,  həm  də  nazilərək  şiddətlənir.  Qalınlaşma  və 
nazikləşmə səs elementlərinin gücündən, sürətindən və tellərin 
xüsusiyyətlərindən asılı olur.  
Səsin  subyektinə,  yəni  səsin  sahibinə  səs  məxsusluğu 
ilahidən və təbiətdəndir. Kimisinə bir qədər az, kimisinə isə bir 
qədər çox verilir. 
Səsləri  xoşagəlimlik  baxımından  təsnif  etmək  olar:  zil 
səslər,  iti  və  şiddətli  səslər,  aşağı  sürətli  səslər  və  taraz-
məlahətli,  eləcə  də  şirin-mülayim  səslər.  İnsanlar  ilahidən  və 
təbiətdən,  anadan    enerjili  doğularkən  səsləri  də  enerjili  olur. 
Bir çox insanlarda səs, digərlərində fiziki güc, bir başqalarında 
isə  digər  qabiliyyətlər  mövcud  olur.    Səsin  gücü  və 
xoşagəlimliyi  onun  sahibinin  xarakterini  və  gücünü  də 
müəyyən edir.  
Səsin güclü və məlahətli olması, eləcə də mülayim və şirin, 
xoşagəlimli olması  onun sahibinin ruh tarazlığından irəli gəlir. 
Taraz  insanların  səsi  dolğun  olduğundan  şirin  olur.    Taraz 


164 
 
insanlarda səslərin polefoniyası (yəni, çoxsəslilik) cəmləşir. Bu 
da  sanki  simfonik  (səs  birləşmələri)  effekt  verir.  Dolğun  səs 
əks tərəfdə əhatə edicilik yaradır. 
 
İnsanlar öz səslərini idarə edə bilirlər və  güc  yolu ilə onu 
qalınlaşdırıb  və  nazikləşdirə  bilirlər.  Bu  kimi  tərkibdən  də 
məlahətlilik (pozitivlik) və mənfilik meydana gəlir.   
Səslər  əks  tərəfdə,  onu  qəbul  edənlərdə  müxtəlif  təsirlər 
bağışlayır.  Şirin  səslər  qəbuledici  insanlarda  könül  xoşluğunu 
yaradır. Rahatlayıcı və sazlayıcı, xoş effektverici, sakitləşdirici 
funksiya kəsb edir. Şirin, məlahətli səslər sanki insanların sinir 
hüceyrələrini  tarazlı  olaraq  fəaliyyətə  cəlb  edir.  Nizamla 
hüceyrələr  hərəkətə  gəlir  və  demək  olar  ki,  eyni  aramla  arda-
arda  sistemli  qaydada  düzülür.  Bu  anda  sinir  tarazlığı  bərpa 
olunur.  Bərpa  zamanı  da  səslərin  rahatlayıcı  effekti  meydana 
gəlir.  Simfonik  melodiyalar  da  buna  xidmət  edir.  Muğamlar, 
segahlar və digər melodiyalar da bu kimi effekt yaradır. 
Səs  həmçinin    qəbul  edilən  zərrəciklərin  analizidir.  Səsi 
buraxmaqla  insan  öz  daxilində  yığılmış  enerjini  xaric  etmiş 
olur.  Səs  insan  xarakterini  müəyyən  edən  elementlər 
toplusudur.  İnsan  ruhunun  əsasları  səslərdə  müəyyən  olunur, 
toplanır. Səslər  yolu  ilə  insan daxili  gərginliyini  boşalda bilir. 
Səs  verməklə,  qışqırmaqla  çatışmayan  enerji  boşluğunu 
doldurur.   
 
 
Stresslər haqqında 
 
Orqanizm ətraf təbii və sosial  mühitlə əlaqəli olduğundan 
bioloji və mənəvi təsirlərə məruz qalır. Orqanizm özü bir bütöv 
sistem  kimi    xarici  təsirləri  tənzimləyir.  Orqanların  hər  biri 
ayrılıqda  və  ümumi  olaraq  xarici  təsirlər  önündə  tab  gətirir. 
Enerjisi  azalmış  orqanizm  xarici  təsirlər  önündə  tab  gətirə 
bilmir.  Zəiflik  əmələ  gəlir.  Bu  zəiflik  orqanizmin  ehtiyyatı 


165 
 
yaranana qədər davam edir. Xaricdən qida və hava qəbulu, xoş 
mühitdə yaşamaq orqanizmin enerji təminatını meydana gətirir. 
Zəifləmiş,  enerjisini  azaltmış  orqanlar  xarici  mühitlə  təmasda 
olan zaman əlaqələr zəifləmiş olur.  
Stresslər  halı    duyğu  orqanlarının  normadan  artıq  siqnal 
qəbul  etməsindən  (müsbət  siqnallar  pozitivlik  yaradır.  Mənfi 
hallar  isə  orqanizmdən  enerji  aparır)  yaranan  gərginlik 
vəziyyətidir.  Zəif  orqanizm  gərgin  stresslərdə  enerji  itirə  bilər 
və  bu  da  sonluqla  nəticələnə  bilər.  Stresslər  uyğunsuzluq  və 
sistemdə  olan  əlaqələrin  problemlər  yaratması  vəziyyətləridir. 
Stresslər  depressiyalardır,  sıxılmalardır.  Stresslər  bədənin, 
orqanizmin  funksional  tarazlığına  zərbələr  vuran  amillərdir. 
Orqanizm  vərdiş  olunmuş  tarazlı  sistemdə  fəaliyyət  göstərir. 
Siqnallar normadan artıq daxil olanda və ya da itəndə  əvvəlki 
vərdiş  olunmuş  tarazlı  sistem  öz  vəziyyətini  pozur.  Bu  anda 
orqanlar  arasında  normal  tarazlı  əlaqələr  itir.  Stresslər  siqnal 
ölçülərini,  axın  kəmiyyətini  pozur.  Stresslər  anında  pozulmuş 
vəziyyətdən  həm  orqanizmin  daxili  orqanları  arasında 
pozğunluq  yaranır,  həm  də  duyğu  orqanlarının  funksional  və 
orqanik  pozğunluqları  yarana  bilir.  Stresslər  orqanizmin 
qıcıqlarını  artırır,  gələn  artıq  informasiyaya  qarşı  orqanizmin 
immunitetini birdən gücləndirir.  
 
Stresslərin təsiri necə ola bilər: 
 
Beyin və duyğu orqanlarının fəaliyyətində 
 
-bayılma  baş  verə  bilər,  şüuru  pozğunluq  yarana  bilər. 
Mərkəzi  sinir  sistemi  pozula  bilər,  çünki  siqnalların  axın 
kütləsi arta bilər və ya da çox azala bilər
-korluq, göz zəifliyi yarana bilər
-dadbilmə  və  iyibilmə  qabiliyyətində  dəyişikliklər  yarana 
bilər; 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə