İnsan və təbiət silsiləsindən



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə51/57
tarix26.09.2017
ölçüsü2,82 Kb.
#1663
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

154 
 
Qan artıq olanda (yeməkdən yarana bilər, güclü idmandan 
yarana  bilər)  beyin  qanın  paylanması  funksiyasını  yerinə 
yetirmək məcburiyyətindədir. Bu anda aktiv işləyir.  
Düşüncələrin  aktivləşməsi  beyinə  rahatlıq  vermir;  burada 
bizim fikirləşdiyimiz normal fəaliyyət nəzərdə tutulur.  
-Yemək çox yemək beyinə rahatlıq verə bilməz
-Çox işləmək beyinə rahatlıq verə bilməz; 
-Su çox içmək beyinə rahatlıq verə bilməz; 
-Çox informasiya beyinə rahatlıq verə bilməz; 
-Hava çox udmaq beyinə rahatlıq verə bilməz; 
-Zəhərlənmək beyinə rahatlıq verə bilməz; 
-Ac qalmaq beyinə rahatlıq verə bilməz, lazımi enerji əldə 
oluna bilməz; 
-Çox  görmək  və  siqnal  qəbul  etmək  beyinə  rahatlıq  verə 
bilməz; 
-Qeyri-normal  qan  dövranı  və  qan  təzyiqi  beyinə  rahatlıq 
verə bilməz; 
Ümumiyyətlə,  artıq  enerji,  artıq  enerjinin  əldə  olunması 
üçün lazımı mübadilə prosesləri beyini rahatlaya bilməz. Buna 
görə də ortaqlıq, orta xətt  lazımdır. 
Ac  insan,  soyuq  vuran  insan,  gündə  çox  qalan  insan,  çox 
yemiş insan, əsəbləşən insan yuxunu normal yata bilməz.  
Beyinin  özünün  qapanma      müddəti  vardır.  Məsələn,  bir 
insan  çox  yeyərsə,  beyin  narahat  olacaq,  insan  yata 
bilməyəcək.  Lakin  bir  müddətdən  sonra  beyin  özünü 
qapayacaq. Qalib gələcək. 
Yuxunu  ölümlə,  ruhla    eyniləşdirmək  düzgün  deyil.  Yuxu 
orqanizmin  fizioloji  proseslərinin  nəticəsidir.Yuxu  sadəcə  bir 
hadisədir.  Eyni  zamanda  gərgin  əsəb  sisteminin  nəticəsidir.  
Öldükdən  sonra  ruh  bədəndən  çıxır  və  tamamilə  ayrı  bir 
mövcudluq  yaranır.  Ruh  insanın  ətraf  aləmlə,  kainatla  olan 
əlaqəsinin  əsas  varlığıdır.  Öldükdən  sonra  ruh  bədəni,  canı 
əbədi olaraq tərk edir. Bioloji- fizioloji fəaliyyət başa çatır, ruh 
bədəndən ayrılır.  


155 
 
Sərinləşmək və qızmaq     
 
Sərinləşmək  odur  ki,  soyuq  suda  və  ya  da  soyuq  havada 
(hal  nisbətən  bərkləşmiş  olur)  axın,  orqanizmə  dəyən  axın 
orqanizmin yüngülləşməsinin bir qədər qarşısını alır. Günəşdən 
çox  yüngülləşən,  az  qala  “parçalana  bilən”  orqanizm  soyuq 
mühitdə  ağırlaşır.  Çox  soyuq  isə  ağırlaşmanı  və  bərkiməni 
yaradır.  Çox  isti  də    orqanizmin  kütləsini  artıra  bilər.  Günaş 
şüası  orqanizmə  daxil  olub,  onun  çəkisini  artıra  bilər. 
Orqanizm  bu  yöndə  parçalana  və  dağıla  da  bilər.  Çox  istidə 
durmaq şişkinlik  əmələ gətirə bilər.  Bu baxımdan da dəyişən 
mühiutdə  yaşamaq  sağlamlıqdır.  Günəş  genişləndiricidir, 
soyuq isə bərkidicdir. Lakin bərkimənin də həddi var. Bərkimə 
çox gedərsə, struktur da dağıla bilər. 
Qızmaq orqanizmin tərkib elementlərinin seyrəkləşməsidir. 
Dağılma  halına  getmədir,  bu  baxımdan  da  həm  də 
yüngülləşmədir.  Belə  deyək  ki,  isti  bir  yandan  artırır,  digər 
yandan isə azaldır.  Yüngüllüyün də son həddi sıxlaşmadır. Bu 
baxımdan  da Günəşli havada paltar geyinmək məsləhətdir ki, 
orqanizm dağılmasın, şişkinliklər yaranmasın.  
Orqanizmi  çox  istidə  və  Günəş  altında  və  isti  məkanlarda 
saxlamaq  olmaz.  Bu  halda  bədən  ümumilikdə  dəyişikliyə 
məruz  qala  biləcəkdir.  İsti  hava  axını  ağ  ciyərləri  tərkibini 
yumşalda  bilər,  orada  mikrorqanizmlərin  funksiyasını  dəyişə 
bilər.  Soyuq  hava  da  ağ  ciyərlərin  tərkibini  bərkidə  bilər  və 
mikroorqanizmlərin, 
ağciyər  hüceyrələrinin  hərəkətlərini 
zəiflədib,  bərkidə  bilər.  Çox  soyuq  hava  udmaqla  kimyəvi 
maddə bərkliyi təxminən eynidir. Çünki udulan ağır qazlar ağır 
metal  birləşmələridir.  Bu  da  kimyəvi  zəhərlənmələrdir. 
Kimyəvi  materiallların  yanması  sayəsində  ağır  qazlar  yaranır. 
Bu  materialları  daha  güclü  enerji  ilə  yandırıb  atmosferdə 
parçalamaq  lazımdır.  Əks  halda  insanların  həyatı  üçün  çox 
təhlükəlidir. 


156 
 
Soyuq sudan çox içmək və soyuq yeməklər yemək təbii ki, 
daxili oqranlarda quruluq əmələ gətirir. Həzm prosesi daha çox 
enerji  ayırmaq  məcburiyyətində    qalır.  Bu  baxımdan  da 
bərkimə  yaranır.  Çox  isti  yemək  də  yemək  olmaz.  Çox  isti, 
qaynar  su  oiçmək  də  orqanizmin  daxilini  yumşaldır.  Bu 
baxımdan da ortalıq bir temperaturu götürmək məsləhətdir. 
İstidən  soyuğa,  soyuqdan  istiyə  tez-tez  düşmək  məsləhət 
deyil. Düzdür, orqanizmin özü xaricə  mühitə adaptasiya oluna 
bilir.  Temperaturu  tənzimləyə  bilir.  Lakin  bu  vəziyyətlərdən 
qaçmaq  lazımdır.  Sərinləşmə  və  qızma  zamanı  qan  təzyiqi  və 
qan  dövranı  da  dəyişir.  Bu  səbəbdən  də  insanlar  özlərini 
narahat hiss edirlər.   
 
 
Baş ağrıları haqqında  
 
Beyin siqnalları taraz qəbul etməlidir. Siqnal tezliyi nə az, 
nə də çox olmalıdır. Baş ağrıları başda olan tarazlıqların (siqnal 
qəbulu  və  mübadiləsini  özündə  əks  etdirən  tarazlıqlar,  tarazlı 
vərdişlər)  pozulmasından  meydana  gələ  bilər.  Burada  beyinə 
daxil olan daxili (orqanizmdəki) siqnallar və xarici siqnallar və 
onların  beyin  tərəfindən  qəbulu  vəziyyətləri  də  baş  ağrılarını 
yarada  bilər.  Siqnallar  artanda  baş  ağrıya  bilər.  Çünki  siqnal 
qəbul  edən  kanalların  gücü  çatmaya  bilər.  Baş  ağrısı  təbii 
olaraq  təsirlərə  görə  funksional  və  orqanik  ola  bilər. 
Avitaminoz hallar sinir və damarlarda problem yarada bilər ki, 
bu da baş ağrısına gətirib çıxara bilər.  
Baş  ağrılarının  səbəblərini  iki  hissəyə  bölmək  olar: 
birincisi,  başın  (beyin  mərkəzinin)    özündə  bir  orqan  kimi 
problemlərin  meydana  gəlməsi;  ikincisi,  başın  siqnal  mərkəzi 
kimi  tarazlayıcı  funksiyasının  pozğunluğu-insanın  daxili 
xəstəlikləri.  Bu  problemlər  də  cəm  halda  daxildən  (orqanizm 
daxilindən) və xaricdən formalaşır.   
 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə