İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə30/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   24   25   26   27   28   29   30   31   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Hədis bəhsi

Hədislər arasında bəzən deyilənlərlə ziddiyyət təşkil edən fikirlərə rast gəlmək olur. Amma bilmək lazımdır ki, bu kimi ziddiyyətlərin səbəbi ya bəzi ravilərin hədisin məzmununu nəql edən zaman yol verdiyi səhvlərdir və hədisləri bir-birilə müqayisə etməklə həmin səhvləri üzə çıxarmaq mümkündür, ya da həmin ziddiyyətlər zahiri ziddiyyətlərdir və bir az dərindən düşünəndə ortada heç bir ziddiyyətin olmaması məlum olur. Biz indi bu qəbildən olan hədislərin hər ikisinin nümunəsi ilə tanış olacağıq:



  1. "Səhih Buxari" kitabının 8-ci cildinin 158-ci səhifəsində Yəhya ibn Yəmir Aişədən belə nəql edir: "Həzrət Peyğəmbərdən taun xastəliyi barəsinda sual soruşdum. O həzrətsə buyurdu:

“Taun Allahın istədiyi şəxsə göndərdiyi əzabdır. Amma Allah onu möminlər üçün rəhmət edib. Taun yaylımış şəhərdə məskunlaşan, orada qalıb şəhərdən çıxmayan, Allaha xatir səbir edən va Allahın yazdığından başqa bir şeyə düçar olmayacağına etiqad bəsləyən şəxsə (Qiyamət günü) şəhid mükafatı verilər".

İndi bu barədə başqa bir hədis nəql edək: "əl-Kafi" kitabının 8-ci cildinin 108-ci səhifəsində belə yazılıb: "Übeydullah Hələbi İmam Sadiqdən taun barəsində belə bir sual soruşdu ki, şəhərin bir məhəlləsində taun xastəliyi yaranır və həmin şəxs başqa məhəlləyə köçür; yaxud bir şəhərdə taun xəstəliyi yaranır və həmin şəxs xəstəlik olan şəhərdən çıxıb başqa şəhərə gedir. Bu işi görmək olar, ya yox?" İmam Sadiq onun cavabında belə buyurur:

"Olar. Həzrət Peyğəmbərin konkret bir hadisə zamanı insanlan taun olan yerdən çıxmaqdan çəkindirməsinin səbəbi bu idi ki, həmin vaxt müsəlmanlar düşmən qarşısında dayanmışdılar və öz mərkəzlərini (mövqelərini) qorumalı idilər. Bu vaxt birdən taun xəstəliyi yarandı və onlar həmin yerdən qaçdılar. Həmin vaxt həzrət Peyğəmbər belə buyurdu: "Bu vəbadan qaçmaq döyüş meydanından qaçmaq kimidir və günahdır". Həzrət Peyğəmbər bu cümləni ona görə dedi ki, müsəlmanlar düşmən qarşısındakı mərkəzlərini (mövqelərini) boşaltmasınlar".

İmam Sadiqin bu kəlamı həzrət Peyğəmbərin baş vermiş konkret hadisə zamanı vəba və ya taun xəstəliyindən qaçmaqdan çəkindirməsinin səbəbinə aydınlıq gətirir və bildirir ki, həmin çəkindirmədə məqsəd müsəlmanların vəba xəstəliyi gələndən sonra düşmən qarşısındakı vəzifələrini unutmamaları və özlərini daha böyük təhlükə ilə qarşılaşdırmamaları olub. Yoxsa ki, həzrət Peyğəmbər həmişəlik ümumi bir göstəriş verməyib və hər hansı bir yerdə vəba va ya taun xəstəliyi yarananda öz can və malını qorumaq məsuliyyəti daşıyan müsəlmarın bu xəstəlik qarşısında əlini əlinin üstünə qoyub oturmalı və taleyin onun qarşısına nə çıxaracağını gözləməli olduğunu demək istəməyib.

Lakin hədislərin ravilər arasında əldən-ələ keçməsi onu "Səhih Buxari"də gördüyümüz kimi ümumi bir göstəriş şəklinə salıb. Xoşbəxtlikdən, İmam Sadiq "Əhli-beyt evdə olanları daha yaxşı bilir", - kəlamının nümunəsi olaraq həqiqətə aydınlıq gətirərək həzrət Peyğəmbərin məqsədinin nə olduğunu bəyan etmişdir.

Ola da bilər ki, "Səhih Buxari dəki hədis başqa məqsədlə deyilib və məqsəd başqa şey olub. Məsələn, həzrət Peyğəmbər hər hansı bir şəhərdə taun və ya vəba xəstəliyi yarananda və bəzi insanlar istər-istəməz bu xəstəliyə tutulanda həmin şəhər əhalisinin oradan çıxmaması göstərişini bu xəstəliyin başqa yerlərə yayılmaması və heç olmasa digər şəhərlərin əhalisinin canının bu xəstəlikdən amanda qalması üçün veribmiş. Çünki qədimdə bu xəstəliklərin nə müalicə vasitələri olub, nə sərhədlərdə karantin tətbiq edilib, nə də şəhərlərin insanların yoxlanılması şəraitinə malik və sağlamlıqları yoxlanılandan sonra giriş icazəsi verən darvazalar olub. Ona görə də həmin xəstəliyin yayılmasının qarşısını almağın ən yaxşı yolu xəstəlik yaranan şəhərin əhalisinin həmin şəhərdən başqa şəhər və ya kəndə getməməsi və xəstəliyin yayılmasına səbəb olmamasıdır.

İbn Əbilhədid "Nəhcül-bəlağə"nin 132-ci xütbəsinin sərhində Ömərin Şama səfərini izah edərkən belə yazır: "Ömər Şamda taun xəstəliyi olduğunu biləndən sonra şəhərə daxil olmamaq qərarına gəldi. Əbu Übeydə Cərrah ona etiraz edərək dedi: "Allahın qazavü qədərindən qaçmaq istəyirsən?!" Ömər isə dedi: "Əbdürrəhman ibn Auf həzrət Peyğəmbərdən belə eşitdiyini nəql edib: "Əgər bir şəhərdə taun xəstəliyi yayılsa və siz həmin şəhərdə olsanız, oradan çıxmayın. Amma əgər bir şəhərdə taun xəstəliyi olsa və siz şəhərdən kənarda olsanız, hərnin şəhərə daxil olmayın".

Buna görə də ola bilər ki, "Səhih Buxarinin nəql etdiyi hədis İmam Sadiqin vəba haqqında izah verdiyi hadisə barəsindədir. Ola da bilər ki, İmam Sadiqin izah etdiyi hadisə bir başqa hadisə olub və bu hədis ona aid deyil və tauna tutulmuş insanların başqa yerlərin əhalisinin sağlamlığını nəzərə almaları, şəhərdən çıxıb başqa yerə getməmələrinə aiddir. Hər halda, şübhəsiz, məqsəd Aişənin hədisinin zahirindən başa düşülən məna deyil və hədis raviləri onun məzmununu nəql edən zaman səhvə yol veriblər.



  1. "əl-Kafi" kitabının 2-ci cildində İmam Sadiqin belə buyurması nəql edilir:

"Əli əyri bir divarın dibində oturub insanlar arasında qəzavət edirdi, Bir nəfər o həzrətə dedi: "Burada oturma, divar uçmaq üzrədir". Əli isə belə buyurdu: "Əcəl insanın qoruyucusudur", Əli oradan qalxan kimi divar uçdu", İmam Sadiq buyurur: "Əli bu cür işlər görürdü. Budur, yəqin".

İndi kimsə bu hədisin öncə Səduqun "Tövhid" kitabından nəql etdiyimiz hədislə ziddiyyət təşkil etdiyini deyə bilər. Həmin hədisdə Əsbəğ ibn Nəbatə nəql edirdi ki, İmam Əli əyri divanın dibindən qalxıb başqa bir divarın dibində oturdu. Bir nəfər o həzrətə etiraz edərək: "Allahın qəzavü-qədərindən qaçırsanmı?!" deyəndə, o həzrət cavab verdi ki, "Allahın bir qəzavü-qədərindən başqa qəzavü-qədərinə qaçıram". İndi kimsə deyə bilər ki, necə olur, Əli özü əyri divarın dibindən durub başqa divarın dibində oturanda və kimsə bunu o həzrətə irad tutanda, "Allahın bir qəzavü-qədərindən başqa qəzavü-qədərinə qaçıram", - deyir, amma divarın əyriliyini onun yadına başqası salanda əcəlin qoruyucu olduğunu deyir?! Digər tərəfdən, uçmaqda olan divarın dibində oturmaq şəriət qanunları baxımından haram və qadağandır. Belə olan halda Əli "Əcəl insanın mühafizidir", - deyib, öz yerində necə oturur?! Deməli, bu hədis qəbul edilə bilməz.

Amma bizim fikrimizcə, öncə qeyd etdiklərimizi nəzərə alaraq bu hədisi nə Səduqun "Tövhid" kitabındakı hədislə, nə də canın qorunmasının vacib olması və özünü təhlükəyə atmağın haram olması hökmü ilə ziddiyyət təşkil etməyəcək şəkildə izah etmək olar.

Biz "Mənəvi amillər" başlığı altındakı söhbətimizdə qeyd etdik ki, qəzavü-qədər amillərini və səbəb-nəticə əlaqələrini ancaq maddi və üçölçülü aləmlə məhdudlaşdırmaq olmaz. Mənəvi amillər də bu aləmin səbəb-nəticələri sırasına daxildir. Buna görə də biz bəzən hər hansı bir hadisəyə ancaq maddi səbəb və fiziki cəhətdən baxanda kamil səbəb-nəticə əlaqəsinin olduğunu görürük. Amma başqa baxışlarla baxıb başqa gizli hadisələr müşahidə etsək, səbəb saydığımız şeyin nəticənin yaranması üçün yetərli olmadığını və bizim nəzərdə tutduğumuz hadisəyə təsir edən başqa bir gizli hadisənin olduğunu görərik. Biz orada qeyd etdik ki, sədəqə, yaxşılıq, yaxşı niyyət, eləcə də insanın niyyət və mənəviyyatından doğan əməlləri aləmin səbəb- nəticə prosesinə təsir göstərir. Əgər kimsə bizdə olan idrak qüvvəsindən əlavə bir hissə malik olsa və həmin hadisələri həmin hissi ilə dərk etsə, bəzən onun çıxardığı hökm bizim çıxardığımız hökmlərdən fərqli olar. Bu, üçölçülü varlıq olan bizlərin ikiölçülü olan və ikidən artıq ölçünü dərk edə bilməyən varlıqlardan fərqli idrakımıza bənzəyir. Belə ki, əgər həm biz, həm də onların mülahizə yürütmək istədiyi məsələ ikiölçülü olsa, şübhəsiz, mülahizələrimiz eyni olacaq. Amma əgər həmin məsələ üçölçülü olsa, şübhəsiz, bizimlə onların mülahizələrimiz fərqli olacaq. Yəqin əhli, yəni başqa hiss və baxışa malik olan şəxslər aləmi bizim gördüyümüzdən başqa istiqamətdə və başqa səmtə doğru hərəkətdə görürlər və bəzən onların mülahizələri bizimkindən fərqli olur. Məsələn, ola bilər, o, gizli aləmi dərk etdiyi üçün bizim ölümün səbəbi hesab etdiyimiz şeyi ölümün səbəbi hesab etməsin. Belə olan halda, mənəvi hadisələr baxımından bəzi şeylərin ömür, sağlamlıq və ruzini siğortalamasında, ömrün uzanmasına, sağlamlığa və ruzi bolluğuna təsir göstərməsində və yəqin əhlinin bundan xəbərdar olmasında nə problem var?! Hər halda bu hədisin yozumu var, Əlbəttə, bu, çox geniiş bir mövzudur.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə