İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə24/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   20   21   22   23   24   25   26   27   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Mənəvi amillər

Taleyin dəyişməsinə təsir edən səbəb və amillər barədə öncə qeyd edilən misallar maddi amillərə və onların təsirinə aid idi. Yəni onlarda hadisələr külliyyatı ancaq maddi və fiziki əlaqələr cəhətindən nəzərə alınmışdır və səbəb və nəticələr sırasına daxil edilən amillər yalnız maddi və fiziki amillərdən ibarət idi. Bəllidir ki, materialist dünyagörüşü prizmasından həmin amillər və onların arasındakı səbəb-nəticə əlaqələri ilə kifayətlənmək lazımdır. Amma gerçəkliyi maddə, cisim, fiziki xüsusiyyət va təsirlər çərçivəsində məhdudlaşdırmayan teist dünyagörüşü prizmasından hadisələr külliyyatı daha çox və daha mürəkkəb detallardan ibarətdir və hadisələrin yaranmasında iştirak edən amillərin sayı olduqca çoxdur.

Materializm baxımından əcəl, ruzi, sağlamlıq və xoşbəxtliyə təsir göstərən amillər ancaq maddidir. Əcəli yaxınlaşdıran və ya uzaqlaşdıran, ruzini bol edən və ya azaldan, bədənə sağlamlıq bəxş edən və ya onu alan, xoşbəxtliyinə və ya bədbəxtliyinə səbəb olan yeganə faktor, maddi faktordur, Amma teist dünyagörüşünə əsasən, əcəl, ruzi, sağlamlıq, səadət və s. bu kimi nəsnələrə maddi faktorlarla yanaşı, ruhi və mənəvi faktorlar da təsir göstərir. Teist dünyagörüşü baxımından aləm canlı və şüurlu bir vahiddir və insanın əməl və işlərinin hesab və əksül- əməli var. Dünya miqyasında "yaxşı" ilə "pis" arasında fərq var, İnsanın yaxşı və pis amallari dünyanın bir sira reaksiyaları ilə qarşılaşır və insan bəzən həyatında onu görür. Canlı varlığın – istər heyvan olsun, istər insan - xüsusilə ata, ana və müəllim kimi haqq sahiblərinin incidilməsi həmin işi görən şəxsin həyatına elə bu dünya həyatında mənfi təsirlər göstərir. Təbiət əməllərə qarşlıq verir. Həmin təsir və nəticələrin özü qəzavü-qadərin təzahürlərindən biri hesab olunur. Əlbəttə, bu kimi işlər və hadisələr arasındakı əlaqələr kainatı iradə və şüura malik vahid canlı varlıq hesab edən teist dünyagörüşü ilə izah edilə bilər və bu, kauzal əlaqələrin bir hissəsini təşkil edir. Amma bu deyilənlər materialist təfəkkür tərzi və dünyagörüşü ilə izah edilə bilməz.

Teist dünyagörüşü baxımından kainat həm eşidir, ham də görür; o, canlıların çağırış və fəryadını eşidir, onlara cavab verir. Buna görə də kainatda olan səbəblərdən biri "dua"dır. Dua insanın taleyinə təsir edir, bəzi hadisələrin qarşısını alır və ya bəzi hadisələrin yaranmasına səbəb olur. Başqa sözlə desək, dua qəzavü-qədərin təzahürlərindən biri kimi çıxış edir. Dua hər hansı bir hadisənin gedişatına təsir göstərə və ya qəzavü-qədərin qarşısını ala bilar.

"Dua "qəza"nı hətta möhkamlənmiş olsa belə, geri qaytarır".53

"Bəndələrim Məni səndən sonuşanda (de ki,) Mən (onlara) yaxınam. Məni çağıranda çağıranın səsinə səs verirəm”.54

Qəzavü qədərin tazahürlərindən biri də sədəqə və yaxşı işlərdir. Onlar mənəvi yollarla talelərin dəyişməsinə təsir göstərir.

Ümumiyyətlə, günah va itaət, tövbə etmək və etməmək, ədalət və zülm, yaxşı və pis iş, dua va nifrin və s. bu kimi aməllər ömrün müddəti, sağlamlıq və ruzi baxımından insanın taleyinə təsir edir, İmam Sadiq belə buyurmuşdur:

"Günah sayəsində ölənlərin sayı əcəl sayəsində ölənlərin sayından daha çoxdur. Həmçinin yaxşı işlər görmək nəticəsində uzun ömür sürənlərin sayı əsl ömür müddəti ilə yaşayanlardan daha çoxdur”.55

Hədis demək istəyir ki, günahlar əcəli dəyişdirir və görülən yaxşı işlər isə ömrün uzanmasına səbəb olur. Yəni əcəl və ömür ilahi qəzavü-qədər ilə təyin olunsa da, bu işlər qəzavü qədərin dəyişməsinə gətirib çıxarır. Əlbəttə, öncə də qeyd etdiyimiz kimi, bu dəyişikliyin özü də ilahi qəzavü-qədərin içərisindədir.

Bizim burada mənəvi işlərin maddi işlərə necə təsir etməsini araşdırmaq və bu məsələnin səbəb-nəticə əlaqələrini göstərmək imkanımız yoxdur. Bu barədə dini sözlərlə də tam uzlaşan dəqiq fəlsəfi görüşlər irəli sürülüb. Həmçinin biz burada mənəvi səbəblərin təsir etməsinin şərtlərindən - məsələn, dua və sədəqə, eləcə də zülm, haqsızlıq, başqasının haqqının tapdanmsı və s. bu kimi əməllərin hansı şəraitdə əks təsir doğurmasından - danışmaq istəmirik. Bəlkə də, bu məsələ insanların şahidi olduğu hadisələr, onların şəxsi təcrübələri nəzərə alınaraq izah edilsə, çox qalın bir kitab çıxar, Biz burada diqqəti sadəcə bu nüansa yönəltmək istəyirdik ki, sadalanan misallar aləmdə olan səbəb və nəticələrin yalnız maddi və fiziki səbəb və nəticələrlə məhdudlaşması təsəvvürünü yaratmamalıdır.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə