İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə29/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   24   25   26   27   28   29   30   31   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Məsələnin tarixi kökü

Maraqlı mövzulardan biri də budur ki, görəsən, bu fikir və əqidələr, bəhs və mübahisələr haradan yaranıb? Necə olub ki, müsəlmanlar həmin əsrin birinci, ya ən azından ikinci yarısından fatalizm və qədər mövzusuna girişiblər. Şübhəsiz, müsəlmanların bu bəhslərə qoşulmasının səbəbi Quran ayələri və həzrət Peyğəmbərin kəlamları olub. İnsanın azadlıq və iradə azadlığı mövzusu hər bir kəsin təbil maraq göstərdiyi məsələlər sırasına daxildir. Bu məsələnin müsəlmanların səmavi kitabında dəfələrlə irəli sürülməsi, bəzi ayələrin açıq şəkildə taleyin mövcud olmasını bəyan etməsi, bəzi ayələrin isə həmin açıqlıqla insanı ixtiyar sahibi və azad varlıq kimi təqdim etməsi onları istər-istəməz bu barədə düşünməyə və fikir mübadiləsı aparmağa sövq edirdi.

Lakin şərqşünaslar və onların ardıcılları həmin təfəkkürün kökünün başqa şeydən qaynaqlandığını iddia edirlər. Öncə də qeyd etdiyimiz kimi, bazi avropalı tarixçilərin fikrincə, tale, fatalizm və ixtiyar məsələsi sonradan müsəlman teoloqlar arasında yaranıb və İslamda ondan – nə fatalizm, nə də ixtiyardan söz açılmayıb!!! Amma onların başqa bir dəstəsinin sözündən belə çıxır ki, əşərilərin fatalizm və insanın azadlığa malik olmaması barasindəki sözləri İslam təlimlərindən qaynaqlanır, sadəcə mötəzilə islamın ağıl və məntiqlə düz galməyən digər sözləri kimi bu sözünün də qarşısında təslim olmayıb və müsəlmanlar arasında insanın azadlıq və ixtiyar məsələsini ilk dəfə onlar irəli sürüblər; əslində, bu fikir mötəzilənin öz fikri deyil, onlar digər xalqlar, xüsusilə xaçpərəstlərlə ünsiyyət və yaxınlıq nəticəsində bu ali fikri dərk ediblər.

Eduard Braun "İranın ədəbi tarixi" kitabının birinci cildinin 413-cü səhifəsində belə yazır:

"Fon (Von) Kremerin fikrincə, iradə azadlığı düşüncəsini Məbəd Cühəni, Sinbuyə Əsvari adlı iranlıdan götürüb və (milad təqvimi ilə) VIl əsrin sonlarında Dəməşqdə yaymağa başlayıb".

O həmin kitabın 412-ci səhifəsində belə yazır:

"Fon (Von) Kremerin fikrincə, bu dəstənin inanclarının yaranma və inkişaf yeri Dəmaşq olub və onlar bizans ilahiyyatçılarından, xüsusilə Yəhya Dəməşqi va onun müridi Teodor Əbu Qürrədən təsirləniblər". Buradan belə məlum olur ki, Fon (Von) Kremerin fikrincə, insanın azad və ixtiyar sahibi olması fikrini Məbəd Cuhəniyə ilk təlqin edən iranlı şəxs də xristian bizans ilahiyyatçılarının fikrindən istifadə edib!!! Belə olan halda biz gərək tövhid, məad, hətta namaz və oruc kimi məsələlər barədə danışanda da bu kimi tarixi köklər axtaraq. Onda belə çıxır ki, müsəlmanların tövhid, məad, namaz və oruc barəsində danışmalarının səbəbi də həmin bəhslərin tarixi keçmişinin xristianlıqda olması olub!!!

Əslində, şərqşünaslar islam inanc və düşüncələri baradə nə araşdırma aparmaq səlahlyyətinə malikdirlər, nə də bu masələdə niyyətləri safdır. Onlar İslam inancı və düşüncələrini təhlil edəndə, məsələn, islam ilahiyyatı, irfan, təsəvvüf və ya fəlsəfəyə aid mövzulara daxil olanda özlərindən o qədər şeylər uydururlar ki, insanın təəccübünə, hətta bəzən gülüşünə səbəb olur. Məsələn, onların bu sözlərinə fikir verin:

Eduard Braun "İranın ədəbi tarixi" kitabının birinci cildinin 422-ci səhifəsində məşhur holland şərqşünas Duzinin "İslam tarixi" adlı kitabından mötəzilə barəsində belə nəql edir:

Oniar şəriət qanunları baradə düşündükləri üçün ağıl və əsaslandırma tərəfdarı oldular. Buna görə də onların ən mühüm sözlərindən biri, hətta Peyğəmbərin kəlamı ilə ziddiyyət təşkil etsə də. Quranın "hədis", yəni yaradılmış olması məsələsidir.80 Onlar deyirdilər ki, Quranın qədim və yaradılmış olmamasının mənası iki əzəli və əbədi varlığa etiqad bəsləməkdir və əgər Quranı, yəni Allahın kəlamını yaradılmışların sırasına daxil etsək, onu Allahın zatına aid edə bilmərik. Çünki Allahın zatı dəyişməzdir".81



"Beləcə, vəhyin nazil olması etiqadının təməli süstləşdi. Mötəzilənin çoxu açıq-aşkar deyirdi ki, Qurarın bənzərini, hətta ondan daha yaxşısını yazmaq mümkündür. Buna görə də onlar Quranın səmavi kitab olmasına və vəhy mənbəyindən nazil olmasına etiraz edirdilər. Onların Allah barəsindəki etiqadı şəriət meyarlarına riayət edənlar və əhli-sünnənin (əşərilərin) etiqadından daha pak və ali idi. Çünki mötəzilələr heç vaxt yaradanın cismani təzahür edə bilməsi fikrini qəbul etmir və bu kimi sözlərə əhəmiyyət vermirdilər. Hadislərdə hazrət Peyğəmbərin belə buyurması nəql edilib: "Bir gün Rəbbini Bədr müharibəsində ayı tam gördüyün kimi görəcəksən".82 Şəriət meyarlarına riayət edənlər bu kəlamı zahiri mənasında qəbul etdikləri üçün bu məsələ həmişə mötəzilələrin yolunda maneə olmuşdur. Bura görə də onlar daim onu təfsir və izah etməyə çalışırdılar və insanın öləndən sonra Allahı ruhun gözü, yəni əqli dəlil ilə görəcəyini deyirdilər. Həmçinin onlar bağışlayan Allahın kafirləri yaratmasırı inkar edirdilər".83

Bunlar qeyd etmək istədiyim nümunələr idi, "Iranın ədəbi tarixi" kitabının müəllin Eduard Braun həmin möhtərəm şərqşünasın bu "xariqüladə tədqiqat"ından sitatlar nəql edir və heç nəyi tənqid etmədən onların üstündən keçir.

Man bilmirəm, bu işləri cəhalət adlandırım, yoxsa cinayət. Daha çox təəssüf doğuran məsələ isə bu şərqşünasların şərqli tərəfdarlarının şərq və İslam düşüncələrini birbaşa öz mənbəyindən araşdırmaq əvəzinə, bu kimi şərqşünaslardan öyrənmələri, onların fikirlərini meyar kimi qəbul etmələri və yaymalarıdır.


Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə