İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə28/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   24   25   26   27   28   29   30   31   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Ali səviyyə

Qurani-kərimin ayələrində, eləcə də həzrət Peyğəmbər, imam Əli və digər məsum imamlardan nəql edilmiş hədislərdə tövhidlə bağlı məsələlər barəsində təqdim edilən xüsusi məntiq tövhid məsələləri ilə tanış olan tədqiqatçının heyrətə düşməsinə səbəb olur. Bu məntiq həmin əsr və zamanın, hətta bir neçə əsr sonra ilahiyyat elminin, məntiq və fəlsəfə kimi elmlərin geniş yayıldığı dövrün məntiqi ilə də düz gəlmir. O həmin dövrlərin məntiqindən qat-qat üstündür. Tale, qəzavü-qədər, fatalizm və ixtiyar barədə deyilənlər həmin məntiqin nümunəsidir. Bu, Qurani-kərimin başqa mənbədən qaynaqlanmasına, Quranı gətirən şəxsin tövhid həqiqətlərinə başqa gözlə baxmasına və onlan başqa cür görməsinə dəlalət edir. Həmçinin ondan belə məlum olur ki, Peyğəmbər Əhli-beytinin Quran məntiqi və Quran elmləri ilə tanışlığı başqalarından fərqli olub.

Məsələlərin səviyyəsi adi insanın idrak səviyyəsindən yuxarı olan yerlərdə onlar həqiqətləri xüsusi aydınlıqla bəyan ediblər. Buna görə də hətta şiə teoloqlanının bu məsələləri səhvə yol verməmək həddində düzgün dərk etməyə qadir olmaması təəccüblü deyil.

Adam Şeyx Müfid, Seyid Mürtəza, Əllamə Hilli, Məclisi və digər böyük şəxsiyyətlərin sözlərinə baxanda və ilahiyyat kitablarında və ya hədislərin izahında onların bu barədəki sözlərini oxuyanda görür ki, bu böyük şəxsiyyətlər də mötəzilə və əşərilərdən müəyyən qədər təsirləniblər və bu barədəki ayə və hədisləri yozmağa məcbur olublar. Əlbəttə, bu o böyük şaxsiyyətlər üçün eyib sayılmır. Kim onların yaşadığı şaraitdə yaşasaydı, bu təsirlənmələrdən amanda qalmazdı. Yer üzünün şərq və qərbində bu məntiq ancaq Qurani-kərimə, bu müqəddəs kitabın övladlarına və yetişdirdiyi şəxslərə, yəni din övliyalarına məxsusdur. Başqaları bu meydana tədricən, bu məsələlərlə əsaslı tanış olandan, Quranda, həzrət Peyğəmbərin, məsum imamların, xüsusila Imam Əlinin kəlamlarında onun barəsində deyilənlər haqqında dərindən düşünəndən sonra daxil olublar.

Bəzi müasir alimlər ictimai təfəkkür tərzi va ictimai məsələlərin təhlil edilməsində böyük maharət sahibi olsalar da, bu cür məsələlərə çatanda onlar da teoloqlar kimi çaşbaş qalırlar. Buna misal olaraq "Fəcrul-İslam", "Zuhal- İslam", "Zuhrul-İslam" və "Yaumul-İslam" kitablarının müəllifi, misirli alim Əhməd Əmini göstərmək olar.

Əhməd Əminin sosioloji araşdırmaları çox dəyərlidir. Amma bu məsələlərdə o da teoloqlar qədər aciz qalıb. Onun "Fəcrul-islam" kitabının sonunda "fatalizm və qəza" adlı bir fəsil var. Onun həmin fəsildə yazdıqlarından ümumilikdə bu qənaətə gəlmək olur ki, o da təqdirə etiqad bəsləməyi fatalizmə bərabər hesab edir. Əhməd Əmin "Nəhcül-bəlağə"nin həzrət Əlinin kəlamları olduğuna inana bilmədiyi kimi, təqdir barəsindəki hədislərin də doğru olduğuna inanmaq istəmir. Əlbəttə, o bu baxımdan günahkar deyil. Onun elmi bazası ona bunu qəbul etmək icazəsi vermir. Ümumiyyətlə, bunu bilmək lazımdır ki, bazası ancaq sosioloji elmlərdən ibarət olan şəxs - istər avropalı olsun, istər misirli, istərsə də iranlı - həmin baza ilə əsla islam maarifinin tarixi barədə fikir bildirə bilməz.

Avropalı tarixçi və şərqşünaslar bu məsələ barədə nə vaxt nəzar bildiriblərsə, ya islamı rəsmən fatalist bir din kimi təqdim ediblər, ya da qazavü-qədər inancının Quranda va islamın erkən dövründə olmadığını, onun sonradan teoloqlar tərəfindən icad edildiyini iddia ediblər. Məsələn, Albert Malet özünün "Tarix" kitabının üçüncü fəslinin 99-cu səhifəsində islam dininin prinsiplərinə toxunaraq belə yazır:

İslam dininin əsas prinsipləri budur: Allah təkdir, Məhəmməd Onun elçisidir. İslam alim va teoloqlar sonradan (insanlara) Allahın hər bir kəsin taleyini müəyyənləşdirməsi və Onun istəyinin dəyişməz olması fikrini öyrətməyə başlayıblar. Buna fatalizm deyilir…

Qüstav Lebon Quranı müdafiə etmək üçün belə deyir. Bu barədə Quranda olanlar digər müqəddəs kitablarda olanlardan çox deyil".

Sonra o, Qurani-kərimdən bəzi ayələr nəql edir, müəyyən məsələlarə toxunandan sonra belə deyir:

"İslamın barəsində dedi-qoduya səbəb olan təqdir məsəlasinə gəldikdə, qeyd etmək lazımdır ki, əslində, digər bəhanələr kimi o da əsassızdır. Biz bundan əvvəl qazavü-qadər barəsindəki ayələri oxuculara təqdim etdik. Həmin ayalərin sayı bizim müqəddəs kitabımızdakı ayələrin sayından çox deyil. Bütün (xaçparəst) filosof və sxolastiklər, xüsusilə Lüter dünyada baş verən və mövcud olan hadisələrin hamısının əvvəlcədən təyin olunmasına və onlarda heç bir dəyişikliyin baş verməsinin mümkün olmamasına etiqad bəsləyib, Xristian islahatçı alim Lüter yazır: "Bu baradə müqəddas kitabdan əldə olan bütün dəlillər iradə azadlığı ilə ziddiyyət təşkil edir. Bu dəlillər müqəddəs kitabın çox yerində var. Hətta bütün müqəddəs kitabların bu cür işaralarlə dolu olduğunu demək olar

O sonra "təqdir" inancının qədim rumlular və yunanlar arasında mövcud olmasına işarə edərək deyir: "Bütün bunlardan belə məlum olur ki, İslam "təqdir" məsəlasinə digər dinlərdən çox əhəmiyyət verməyi. Hatta islam bu məsələyə Laplas və Leybnisan sözlərinə tabe olub əhəmiyyət verən müasir alimlər qədər önəm verməyib”.76

Qüstav Lebon "təqdir" inancının fatalizmlə nəticələnməsini və iradə azadlığını inkar etməsini qəbul edir, amma bu inancın butün dinlarda və bir çox fəlsəfi məktəblərdə olduğunu və ancaq Qurana aid olmadığını deyir.

Cill Dürant "Sivilizasiya tarixi"ndə Quranın Allahın elm və istəyinin hamıya aid olması və ümumiliyi barəsindəki ayələrinin məzmununu nəql edəndən, eləcə də "Səhih Buxari" kitabındakı məşhur hədisə işarə edəndən sonra belə deyir:

“Bu qazavü-qədər inancı fatalizmi islam təfəkkürünün ayrılmaz hissələrindən birinə çevirib…”77

Yaxşı olar ki, burada cənab Dominik Surdelin sözləri ilə tanış olaq. O, qələmə aldığı və "Nə bilirəm" toplusunun içində çap edilmiş "İslam" kitabında belə yazır:

“…İslamın ilk dövrlərindən müsalmanlar öz xəyallarınca onda (Quranda) ziddiyyətlər tapdılar. Hətta mövcud hədisə əsasən, Peyğəmbər onlara belə buyurdu: "Narahatlığınıza səbəb olan şeyə iman bəsləyin Sonradan müsəlmanlar bəzi prinsipləri düşünüb dərk etmədən qəbul etmək istədikləri üçün Quranını bəzi ifadə və sözlərini təfsir etməyə çalışdılar. Buradan da təfsir elmi yarandı. Müsəlmanları düşündürən ilk sual belə idi ki, əgər insan Allahın əmrinə (qədərə) qarşı çıxa bilmirsə və buna baxmayaraq, Allah-taala onu yaxşı və pis əməllərinə görə mükafatlandırır və ya cəzalandırırsa, bu halda Allahın qüdrəti ilə insanın məsuliyyət daşıması arasında ziddiyyət yaranmırmı? Bu suala Qurani-kərim də cavab verməyib. Həqiqətən, Allahın kamil qüdrəti Quranın hər yerində elə nəzərə çarpır ki, insanın azadlığına yer qalmır. Buna görə də Allahın əmrinə təslim olmaq qarşısında insanın məsuliyyət hissi yox olur…”78

Cənab Dominik Surdelin kitabı bu cür "dərin araşdırmalar"la doludur!!! Bu, şərqşünasların təfəkkür tərzi və təhlillərinin, bu kimi məsələlər barədə fikir bildirmək səlahiyyətlərinin nə qədər olmasından xəbər verir.

Deyilənlərdən belə məlum olur ki, tale və qəzavü-qədər məsələsi Quranın özündə dəfələrlə qeyd edilib və teoloqların icadı, yeniliyi deyil. Bundan əlavə, Quranın təqdim etdiyi tale və ümumi qəzavü-qədərə inancı ilə fatalizm inancı arasında yerlə göy qədər fasilə var.

Mötəzilə əqidəsi daşıyıcıları qəzavü-qədəri inkar etdikləri üçün avropalı şərqşünaslar adətən onlar tərifləyirlər. Çünki şərqşünasların fikrincə, tale inancı eyni ilə fatalizm inancıdır.

Şübhəsiz, əgər mötəzilələri əşərilərlə müqayisə etsək, mötəzilələrin daha azad və müstəqil fikirli olduğunu görərik. Abbasi xəlifəsi Mötəsimin mötəzilələrə qarşı addımlarını və əşəriliyi yaymasını İslam dünyası üçün böyük faciə saymaq lazımdır.79 Amma tale və qəzavü-qədər məsələsində mötəzilənin səhv və sapıntısı əşərilərdən heç də az deyil. İslam maarifi ilə dərindən tanış olmayan və taleyə etiqad bəsləməyin eyni ilə fatalizm olduğunu güman edən şərqşünaslar bu məsələdə mötəzilələri tərifləyirlər.

Eduard Braun "İranın ədəbi tarixi" kitabının birinci cildinin 411-ci səhifəsində belə yazır:

"Qadəriyyə, ya mötəzilə firqəsi daha mühümdür, onlar iradə azadlığı və ya "təfviz" və insanın ixtiyara malik olmasına inanıblar. Dr. Steinerin dili ilə desək, mötəzilələrin ən yaxşı təsviri "Bu kimi düşüncələrin ortaya çıxmas sağlam ağlın həmişə zalımanə hökm və məhdud təlimlərə etdiyi etiraz qismindəndir", - deyə deməkdir. Mötəzilələr özlərini "əhlul-ədi vət-tauhid", yəni ilahi ədalət və tövhid tərəfdarları adlandırırlar. Onlar deyirdilər ki, əhli-sünnənin (əşərlərin) nəzərincə əzəli qismət Allahın hər bir kəsin taleyini əvvəlcədən müəyyənləşdirməsi, Özünün insana yüklədiyi günahlara cəza verməsi və insanın təqdir və tale qarşısında müqavimət göstərmək qüdrətinə malik olmamasıdır".

Mötəzilələrin bu təfəkkür tərzi, yəni tale inancının fatalizm ilə nəticələnməsi fikrini şərqşünaslar da tasdiqləyir.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə