İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
127 
 
məni  anama  qarşı  olduqca  itaətkar  və  nəvazişkar  etdi,  [heç  kəsə  qarşı] 
zülmkar, asi [dikbaş] eləmədi.”
1
  
Qeyd  olunanlardan  belə  nəticəyə  gəlirik  ki,  mamlardan  qabaq da,  digər 
mömin insanlar bu  lahi nemətdən bəhrələnmiş və bu, təkcə  mamlara xas bir 
ş
ey olmamışdır. 
mamların həyatını mütaliə etdikdə məlum olur ki, bu məsələ  mamların, 
xüsusən,  mam  Cavadın  (ə)  öz  dövründə  də,  daima  müzakirə  mərkəzinə 
çevrilmiş,  onlar  da  eynilə  bu  sübutla  irad  tutanlara  cavab  vermişlər.  ndi 
nümunə üçün oxucuların diqqətini bu barədə olan üç rəvayətə cəlb edirik: 
1)  mam Rzanın (ə) səhabələrindən biri deyir: “Bir dəfə Xorasanda  mam 
Rzanın  (ə)  hüzurunda  idik.  Orada  olanlardan  biri  mama  (ə)  dedi  ki,  ey 
mənim ağam, (Allah eləməsin) birdən sizin başınıza bir iş gəlsə, biz sizdən 
sonra  kimə  müraciət  edək?  O  Həzrət  buyurdu:  “Oğlum  Cavada.”  Bunu 
deyəndə  həmin  şəxs  mam  Cavadın  (ə)  yaşının  az  olduğunu  bildirdi.  mam 
Rza (ə) buyurdu: “Allah-taala Həzrət  sanı (ə) Cavaddan da kiçik yaşlarında 
Peyğəmbər və yeni şəriət sahibi qərar vermişdi.”
2
  
2)  mam  Rza  (ə)  Müəmmər  ibn  Xəllad  adlı  səhabəsinə  buyurur:  “Mən 
Cavadı  öz  yerimdə  əyləşdirib  onu  öz  canişinim  təyin  etmişəm.  Biz  elə  bir 
nəsildənik ki, kiçiklərimiz hər şeyi böyüklərimizdən irs aparır.”
3
  
 
 
Ə
qidə çaşqınlığı 
 
Kiçik  yaşında  ikən  mamət  məqamına  nail  olmağın  mümkünlüyü 
haqqında  kifayət  qədər  danışılsa  da,  mam  Cavadın  (ə)  yaşının  az  olması 
məsələsinin  söz-söhbəti  səngimək  bilmirdi.  Bu  söz-söhbətdə  nəinki  bir  çox 
adi şiələrin, eləcə də, bəzi şiə alimlərinin payı var idi. Buna görə də,  mam 
Rzanın  (ə)  şəhadətindən  sonra  mamətin  mam  Cavadın  (ə)  öhdəsinə 
düşdüyü bir dövrdə şiələr (xüsusilə, adi şiələr) çox təhlükəli, o vaxta qədər 
misli  görünməmiş  bir  əqidə  çaşqınlığı  ilə  üzləşir  və  mam  Cavadın  (ə) 
yaşının  az  olması  böyük  bir  müşkülə  çevrilmişdi.  Hicri  tarixi  ilə  dördüncü 
ə
sr alimi ibn Rüstəm Təbəri yazır: 
                                                            
1
 
Məryəm surəsi, ayələr 30-32 
2
 
Usuli-Kafi, səh. c.1, səh.322, 384 
3
 
Ə
l-irşad, səh. 318 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
128 
 
 “O,  ( mam  Cavad  (ə))  altı  yaş  bir  neçə  aylıq  olarkən,  Məmun  onun 
atasını şəhid edir və nəticədə şiələr çaş-baş qaldığı üçün camaat arasında fikir 
müxtəlifliyi yaranmağa başlayır.”
1
 
 Bu  məsələni  həll  etmək  məqsədilə  şiələr  yığıncaqlar  təşkil  edib  mam 
Cavad  (ə)  ilə  görüşlər  keçirərək  o  Həzrətin  mamət  üçün  lazım  olan  elmə 
malik olub-olmaması baxımından arxayın olmaq üçün ona suallar verir və o 
Həzrətdən qəti və qaneedici cavablar aldıqda arxayınlaşırdılar. Tarixçilər bu 
barədə  yazırlar:  “Hicrətin  iki  yüz  ikinci  ili  mam  Rza  (ə)  vəfat  edərkən, 
mam  Cavadın  (ə)  təxminən  yeddi  yaşı  var  idi.  Buna  görə  də,  Bağdad  və 
digər şəhərlərdə camaat arasında müxtəlif fikirlər yaranmağa başlayır“.  
O  vaxt  qarşıdan  həcc  mövsümü  gəlirdi.  Bağdad  fəqih  və  alimlərindən 
səksən nəfəri həcc ziyarətinə çıxıb  mam Cavad (ə) ilə görüşmək məqsədilə 
Mədinə şəhərinə yola düşürlər. Mədinəyə çatdıqda,  mam Sadiqin (ə) evinə 
gedirlər. Bu vaxt  mam Cavad (ə) gəlir. Hamı ayağa qalxıb onu qarşılayaraq 
salam  verir.  mam  daxil  olub  əyləşir.  Camaatın  hamısı  sakit  oturmuşdu. 
Sonra isə bir-bir hərə öz sualını o Həzrətə verir.  mam Cavad (ə) onlara qəti 
və  qaneedici  cavablar  verdikdə,  onlar  sevinib  o  Həzrətə  dua  edərək 
təriflədilər.
2
  
Həmin il bu dəstənin arasında olmuş  shaq ibn  smayıl deyir: “Mən də o 
Həzrətdən sual soruşmaq üçün on məsələ hazırlamışdım. Həmin vaxt həyat 
yoldaşım hamilə idi. Öz-özlüyümdə dedim: Əgər suallarıma cavab verə bilsə, 
onda,  ondan  xahiş  edərəm  ki,  Allah-taaladan  həyat  yoldaşımın  bətnindəki 
uşağın oğlan olmasını istəsin. Camaat öz suallarını verib qurtardıqdan sonra 
mən  də  suallarımı  demək  üçün  ayağa  qalxdım.  O  Həzrət  məni  görcək 
buyurdu:  “ shaq,  onun  adını  Əhməd  qoyarsan!”  Bu  hadisədən  sonra  həyat 
yoldaşım bir oğlan uşağı doğdu. Mən də onun adını Əhməd qoydum.”
3
  
Beləliklə,  mam  Cavad  (ə)  ilə  olmuş  bu  cür  görüş,  bəhs  və  müzakirələr 
ş
iələrə o Həzrətin  mam olduğuna dair arxayınlıq gətirərək onların fikrindəki 
şə
kk-şübhələri aradan qaldırır. 
 
 
                                                            
1
 
 Dəlailul-əimmə, səh.204 
2
 
Biharul-ənvar, c.50, səh.98 
3
 
sbatul-vəsiyyə, səh.215 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
129 
 
mam Cavadın (ə) elmi müzakirələri 
 
Qeyd  etdiyimiz  kimi  mam  Cavad  (ə)  uşaq  ikən  mamət  məqamına 
yetişmiş  ilk  mam  olduğundan,  o  Həzrət  bir  sıra  elmi  müzakirələr  təşkil 
etmiş  və  bəzi  vaxtlar  da  həmin  müzakirələr  çox  təntənəli  şəkildə 
keçirilmişdir.  Bu  müzakirələrin  təşkil  edilməsinin  əsas  səbəbi  o  idi  ki,  bir 
tərəfdən  o  Həzrətin  yaşının  az  olmasına  görə  onun  mam  olması  bir  çox 
ş
iələr üçün hələ tam sübuta yetməmiş (baxmayaraq ki, şiələrin əsas alim və 
başbilənlərinin  şiə  əqidələrinə  dair  bu  barədə  heç  bir  şəkk-şübhəsi 
olmamışdır), buna görə də, arxayınlıq əldə etmək məqsədilə o Həzrətə çoxlu 
sayda suallar verirdilər. Digər tərəfdən də,  mam Cavadın (ə) yaşadığı dövr 
Mötəzilə  məzhəbinin  qol-budaq  atıb  genişlənərək  nüfuz  tapdığı  bir  dövr 
olmuş,  yerli  hökumət  də,  onları  himayə  edir  və  bu  məzhəbin  əqidələrini 
möhkəmlətmək,  digər  məzhəbləri  isə  nüfuzdan  salmaq  üçün  əlində  olan 
bütün  maddi  və  mənəvi  imkanlardan  istifadə  edirdi.  Mötəzilə  məzhəbinin 
ə
qidələri  bəşərin  naqis  və  səhv  edən  ağlına  arxalanır. Mötəzilə  məzhəbində 
olanlar dini hökmləri ilk növbədə öz ağılları ilə ölçərək ağılları qəbul edənə 
ə
məl  edir  və  ağıllarının  qəbul  etmədiklərini  isə  inkar  edirdilər.  Bir  uşağın 
kiçik yaşlarından ümmətə rəhbər və  mam seçilməsi onların ağlına sığmadığı 
üçün  öz  fikirlərində  mam  Cavadı  (ə)  elmi  mübarizə  meydanında  məğlub 
edəcəklərini düşünüb, o Həzrətə çətin və dolaşıq suallar verirdilər. Ancaq bu 
müzakirələrin hər birində  mam Cavad (ə) ( mamət elmi  sayəsində) öz qəti 
və aydın cavabları ilə özünün  mam olması məsələsi üzərindən bütün şəkk-
ş
übhəni qaldıraraq  mam olduğunu və ümumiyyətlə,  mamət məsələsini isbat 
edirdi. Buna görə də, daha  mam Hadinin (ə)  maməti dövründə (o Həzrət də 
kiçik  yaşlarında  ikən  mamət  məqamına  yetişmişdi)  bu  məsələ  heç  bir 
müşkül doğurmurdu. Çünki artıq hamıya məlum olmuşdu ki, yaşın az olması 
Allah  tərəfindən  verilmiş  bu  məqama  heç  bir  təsir  göstərə  bilməz.  ndi  isə 
Həzrətin elmi mübahisələrindən birini nəzərinizə çatdırırıq: 
 
Yəhya ibn Əksəmlə elmi mübahisə 
 
Məmun Tus şəhərindən Bağdada köçdükdən sonra  mam Cavada (ə) bir 
məktub  yazıb  onu  Bağdada  dəvət  edir.  Bu  dəvət  də,  mam  Rzanın  (ə)  Tus 
(Mərv) şəhərinə dəvət olunması kimi zahirdə könüllü, həqiqətdə isə məcburi 
bir səfər olmuşdur.  mam Cavad (ə) Məmunun dəvətini qəbul edib Bağdada 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə