İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   49   50   51   52   53   54   55   56   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
160 
 
 
 
Həzrət Məhdinin (ə) qeybə çəkilməsinin 
 siyasi-ictimai səbəbləri 
 
mamların camaatı düz yola yönəltməkdə məqsədləri, onları kamalın son 
həddinə  çatdırmaq  olmasında  şübhə  yoxdur.  Bu  isə  o  vaxt  həyata  keçər  ki, 
camaat  bu  yönəltmədən  istifadə  etməyi  bacarsın.  Əgər  camaatda  belə  bir 
hazırlıq  olmasa,  onda  Allah  tərəfindən  təyin  edilmiş  rəhbərin  camaat 
arasında olmasının heç bir xeyri olmayacaq. Təəssüflər olsun ki,  mamların, 
xüsusən  də  mam  Cavaddan  (ə)  sonrakı  mamların  dövründəki  təzyiqlər  və 
son dərəcə məhdudiyyətlər göstərir ki, cəmiyyətin  mamların rəhbərliyindən 
istədikləri  kimi  istifadə  etməsi  üçün  lazımi  şərait  olmamışdır.  (Belə  ki,  bu 
təzyiqlər  nəticəsində  on  birinci  və  on  ikinci  mamın  fəaliyyəti  ən  aşağı 
səviyyəyə  çatmışdı.)  Bu  göstərir  ki,  mamların  cəmiyyətdə  rəhbərlik  və 
hidayətindən  istifadə  etmək  üçün  əlverişli  şərait  yox  idi.  Buna  görə  də, 
cəmiyyət  lazımi  hazırlığı  tapana  qədər  Allah-taala  on  ikinci  mamın  qeybə 
çəkilməsini məsləhət bilmişdir. (Bu barədə irəlidə söhbət edəcəyik.) Əlbəttə 
on ikinci  mamın qeybə çəkilməsinin bütün sirləri bizə məlum deyil, ancaq 
dediyimiz  amil  o  Həzrətin  qeybə  çəkilməsinin  əsas  səbəbi  ola  bilər.  slami 
rəvayətlərdə  on  ikinci  mamın  qeybə  çəkilməsinin  səbəbləri  sahəsində  üç 
məsələ əsas götürülür: 
 
1.  nsanları sınama 
 
Bildiyimiz  kimi  Allahın  sabit  adət-ənənələrindən  biri  də,  bəndələri 
imtahana  çəkib  pak  və  təmiz  insanları  seçməkdir.  Həyat  daima  imtahan  və 
sınaq  səhnəsi  olmuş,  bəndələr  bu  yolla  öz  iman  və  səbrləri  sayəsində  və 
özlərini Allahın əmrlərinə təslim etmək nəticəsində tərbiyə olunaraq kamala 
yetişməli, onların gizli istedadları çiçəklənməlidir. Həzrət Məhdi (ə) qeybdə 
olduğu müddətdə insanlar sınağa çəkilir.  man və əqidəsi möhkəm olmayan 
şə
xslərin iç üzü aşkar olaraq şəkkə düçar olur, lakin iman və əqidəsi qanına 
işləmiş  şəxslər  o  Həzrətin  zühurunu  gözləmək  və  çətinliklərə  sinə  gərmək 
nəticəsində  əqidələri  daha  da  möhkəmlənir,  Allahın  daha  böyük  mükafat-
larına layiq görülürlər. 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
161 
 
mam Museyi-Kazim (ə) buyurmuşdur: “Beşinci oğlum qeybə çəkildikdə 
dininizi qoruyun, muğayat olun kimsə sizi yolunuzdan çıxarmasın. O, istər-
istəməz  (məcburiyyət  qarşısında)  qeybə  çəkiləcək.  Onda  bəzi  möminlər  öz 
ə
qidələrindən  dönəcəklər.  Allah-taala  onu  qeybə  çəkməklə  Öz  bəndələrini 
sınağa çəkir...”
1
  
 
2.  mamın canını qorumaq 
 
Allah-taala  on  ikinci  mamı  qeybə  çəkməklə  onu  ölümdən  qurtarmışdır. 
Çünki əgər o Həzrət ömrünün ilk günlərindən camaatın arasında olsaydı, onu 
mütləq  öldürəcəkdilər..  Deməli,  o  Həzrət  münasib  vaxtdan  qabaq  da  zühur 
etsə,  yenə  həyatı  təhlükədə  olar,  nəticədə  öz  lahi  vəzifələrini  yerinə 
yetirməyə,  cəmiyyəti  islah  etmək  sahəsindəki  ali  məqsədlərini  icra  etməyə 
nail  olmazdı.  mam  Sadiqin  (ə)  səhabələrindən  olmuş  Zürarə  deyir:  mam 
Sadiq  (ə)  buyurdu:  “Gözlənilən  mam  qiyam  etməzdən  qabaq  bir  müddət 
gözlərdən itəcək.” Soruşdum ki, nəyə görə? Buyurdu: «Çünki canı təhlükədə 
olacaq».
2
  
 
3. Zəmanə zalımlarına beyət etmək alçaqlığından qurtarmaq 
 
On ikinci  mam heç bir rejimi, hətta təqiyyə üzündən də olsa belə, rəsmi 
tanımamış  və  tanımır.  O,  heç  bir  hakimin  hökumətini  qəbul  etmək 
məcburiyyətində  olmayıb  və  olmayacaq.  Öz  vəzifəsinə  uyğun  olaraq  rəftar 
edir,  Allahın  dinini  mükəmməl  şəkildə,  çəkinmədən  və  heç  bir  bəhanəni 
qəbul  etmədən  icra  edir.  Belə  olduqda  isə  kiminləsə  beyət  etməyə  lüzum 
qalmır.  Həsən  ibn  Fəzzal  deyir:  “ mam  Rza  (ə)  buyurdu:  “Sanki  üçüncü 
oğlumun ( mam Həsən Əskərinin (ə)) ölümündən sonra öz  mamını axtaran, 
lakin onu tapa bilməyən şiələrimi görürəm.” 
 Mən  dedim:  “Nə  üçün  o,  gözlərdən  itəcək?”  mam  cavab  verdi:  “Ona 
görə ki, əlində qılınc qiyam edəcəyi zaman heç kəsə tabe olmasın.”
3
  
 
                                                            
1
 
Ə
l-ğeybə, səh.154 
2
 
Usul-Kafi, c.1, səh.337 
3
 
Kəmaləd-din, səh.480 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
162 
 
mam Məhdinin (ə) xüsusi naibləri (nümayəndələri)
 
 
Həzrət  Məhdinin  (ə)  kiçik  qeybdə  olduğu  müddət  ərzində  qabaqkı 
mamların sabiqəli səhabələrindən və şiələrin böyük və təqvalı alimlərindən 
dördü  o  Həzrətin  xüsusi  nümayəndəsi  olmuşdur.  Onlar  öz  dövrlərinə  görə 
aşağıdakı tərtiblə nümayəndəlik etmişlər: 
1. Əbu Əmr Osman ibn Səid Əmri2. Əbu Cəfər Məhəmməd ibn Osman 
ibn Səid Əmri; 
3. Əbülqasim Hüseyn ibn Ruh Nobəxti; 4. Əbülhəsən Əli ibn Məhəmməd 
Səməri. 
Həzrət Məhdinin (ə) müxtəlif yerlərdə, o cümlədən Bağdad, Kufə, Əhvaz, 
Həmədan,  Qum,  Rey,  Azərbaycan,  Nişabur  və  s.  yerlərdə  başqa  vəkilləri 
olmuş,  lakin  onlar  ya  vəkillər  silsiləsinin  başında  duran  bu  dörd  nəfərin 
vasitəsilə camaatın (şiələrin) məsələlərini  mama çatdırır və eləcə də, onların 
həllinə dair  mamdan məktublar alırdılar.
1
 
 
1. Əbu Əmr Osman ibn Səid Əmri 
 
Osman  ibn  Səid  Bəni-Əsəd  qəbiləsindən  olmuş,  Samirra  şəhərində 
yaşadığı  üçün  Əskəri  də  adlandırılmışdır.  O,  etimadını  necə  lazımdısa 
doğrultmuş, şiələrin hamısı ona inanırdı. Qeyd etmək lazımdır ki, Osman ibn 
Səid  elə  mam  Əliyyən-Nəqi  (ə)  və  mam  Həsən  Əskərinin  (ə)  də, 
nümayəndə və yaxın dostlarından olmuşdur.
2
  
mam Həsən Əskəri (ə) vəfat etdikdə də, zahirdə ona qüsul verib kəfənə 
tutduqdan sonra dəfn etmiş şəxs Osman ibn Səid olmuşdu.
3
  
Osman  ibn  Səidin  vəfat  etdiyi  tarix  məlum  deyil.  Bəziləri  ehtimal 
vermişlər ki, o, hicrətin 260-280-ci illəri arasında vəfat etmişdir. Bəziləri isə 
onun iki yüz səksəninci ildə vəfat etdiyini qeyd edir.
4
  
 
 
2. Məhəmməd ibn Osman ibn Səid Əmri
 
 
                                                            
1
 
Ə
l-Məhdi, səh.189 
2
 
Ə
l-ğeybə, səh.214 
3
 
Ə
l-ğeybə, səh.216 
4
 
Tarixe siyasi.. səh.155-156 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə