İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   49   50   51   52   53   54   55   56   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
158 
 
 
 
 
 
 
 
MAM MƏHD  (ƏC.) 
 
 
 
 
 
 
 
 
mam Məhdinin (ə) həyatı barədə qısa məlumat 
 
On ikinci imam-  mam Həzrət Məhdi ibn HəsəƏskəri (ə) hicrətin 255-
ci ili şəban ayının on beşində Samirra şəhərində anadan olmuşdur
1
.  
Onun  adı  slam  Peyğəmbərinin  (s)  adından,  yəni,  M.Ü.H.Ə.M.M.Ə.D, 
künyəsi  də  Peyğəmbərin  (s)  künyəsindəndir,  yəni,  Əbülqasimdir.  Məsum 
mamlar onun əsl adının çəkilməsini qadağan etmişlər.
2
  
 Onun  ləqəblərindən  Hüccət,  Qaim,  Xələfisaleh,  Sahib  əz-zaman  və 
Bəqiyyətullahı qeyd etmək olar. Ən məşhur ləqəbi isə Məhdidir.
3
  
 Atası on birinci  mam Həzrət HəsəƏskəri (ə), anası isə çox hörmətli 
Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə 
də  tanınmışdır.  Nərcis  xanımın  fəzilət  və  mənəviyyatı  o  dərəcədə  çox 
olmuşdur  ki,  özü  mamət  ailəsinin  fəzilətli  qadınlarından  biri  olan  mam 
Ə
liyyən-Nəqinin  (ə)  bacısı  Həkimə  xanım  onu  (Nərcisi)  öz  nəslinin  ə
fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.
4
  
 
                                                            
1
 
Ə
l-irşad, səh.346 
2
 
Usul-Kafi, səh.332 
3
 
sbatul-vəsiyyə, səh.248 
4
 Əl-irşad, səh.346 
 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
159 
 
Kiçik və böyük qeyb dövrü 
 
Həzrət Məhdi (ə) iki dəfə qeybə çəkilmişdir. Bunlardan biri qısamüddətli 
(kiçik  qeyb  dövrü),  digəri  isə  uzunmüddətli  (böyük  qeyb  dövrü)  olmuşdur. 
Kiçik  qeyb  dövrü  hicrətin  260-cı  ilindən  (11-ci  mamın  şəhadətindən) 
hicrətin 329-cu ilinə qədər (xüsusi naiblərin naiblik dövrünün sonuna qədər) 
davam etmiş. Bu müddət təxminən 69 il çəkmişdir.  
 Kiçik qeyb dövründə şiələrin əlaqəsi  mamla tamamilə kəsilməmiş, onlar 
xüsusi şəkildə və çox məhdud şəkildə  mamla əlaqə saxlayırdılar. Bu müddət 
ə
rzində  müəyyən  şəxslər  o  Həzrətin  xüsusi  vəkili  olmuş,  şiələr  də  onların 
vasitəsilə öz məsələ və müşkülatını  mamın hüzuruna çatdırıb cavab alırdılar. 
Bəzi  vaxtlar  mamla  görüşə  də  bilirdilər.  Buna  görə  deyə  bilərik  ki,  mam 
Məhdi (ə) bu müddət ərzində həm qeybdə, həm də aşkarda olmuşdur. 
Bu  dövrü  tərəfdarlarının  böyük  qeyb  dövrünə  hazırlamaq  mərhələsi 
adlandırmaq  olar.  Çünki  sonrakı  mərhələdə  şiələrin  mamla  əvvəldə  olan 
azacıq  əlaqələri  də  kəsilir,  şiələr  öz  məsələlərində  o  Həzrətin  ümumi 
vəkillərinə, yəni, müctehidlik səlahiyyəti olan və  slam hökmlərinə dərindən 
bələd  olan  alimlərə  müraciət  etməli  olurlar.  Böyük  qeyb  dövrü  birdən-birə 
başlasaydı,  fikirlərin  çaşqınlığına  səbəb  olar  və  zehinlər  onu  qəbul  edə 
bilməzdi.  Ancaq  əvvəlki  mamların  qeyb  dövrünə  zəmin  yaratmaları  üçün 
ağıllı tədbirlərindən əlavə kiçik qeyb dövrünün özü də, yavaş-yavaş zehinləri 
hazırlayır  və bunun ardınca da böyük qeyb dövrü başlayır. Həmçinin, kiçik 
qeyb dövründə xüsusi vəkillərin o Həzrətlə əlaqədə olması və eləcə də, bəzi 
ş
iələrin bu  müddət ərzində o Həzrəti görməyə nail olması,  mam Məhdinin 
(ə) doğulmasını və hal-hazırda da yaşaması məsələsini daha da təsdiqlədi.
1
  
mam Məhdinin (ə) qeybə çəkilməsinin birinci mərhələsi başa çatdıqdan 
sonra  uzunmüddətli  və  böyük  qeyb  dövrü  başlamış,  bu  mərhələ  indiyədək 
davam  edir  və  bundan  sonra  da,  Allah-taala  o  Həzrətə  qiyam  etmək  üçün 
zühur  –  üzə  çıxma  icazəsi  verənə  qədər  davam  edəcək.  On  ikinci  mamın 
qeybə  çəkilməsinin  hər  iki  mərhələsi  ondan  əvvəlki  mamlar  tərəfindən 
qabaqcadan  xəbər  verilmiş  və  elə  həmin  dövrdən  də  ravi  və  hədisyazarlar 
tərəfindən öyrənilərək hədis kitablarında qeyd edilmişdir.
2
  
                                                            
1
 
Ə
l-Məhdi, səh.183 
2
 Əl-ğeybə, səh.170-173 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə