İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
124 
 
mam Cavadın (ə) həməsri olmuş xəlifələ
 
mam Məhəmməd Təqi (ə) ( mam Cavad)  mam olduğu müddət ərzində 
iki  Abbasi  xəlifəsi  ilə,  yəni  Məmun  (193-218  h.q)  və  Mötəsimlə  (218-227 
h.q) bir dövrdə yaşamışdır. Adı çəkilən xəlifələrin hər ikisi o Həzrəti məcburi 
şə
kildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun  mam Rza (ə) barədə 
icra etdiyi siyasətini davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına 
almışlar. 
 
Xeyir-bərəkətli bir təvəllüd 
 
mam  Rzanın  (ə)  ailəsində  və  eləcə  də,  şiələr  arasında  mam  Cavad  (ə) 
xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani 
deyir:  “Bir  gün  mam  Rzanın  (ə)  yanında  idim.  Bu  vaxt  o Həzrətin  azyaşlı 
uşağı Cavad (ə) bizim yanımıza gəldi.  mam Rza (ə) buyurdu ki, şiələrimiz 
üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”
1
 
Deyilənlərə görə  mam Rza (ə) müxtəlif münasibətlərdə, yeri gəldikcə öz 
ə
ziz oğlunu bu cür yad edirdi. Belə ki, bu məsələ artıq şiələrin hamısına bəlli 
idi.  bn  Əsbat  və  Əbbad  ibn  smayıl  adlı  iki  şiənin  dediyinə  görə  bir  dəfə 
mam  Rzanın  (ə)  hüzurunda  olarkən  Həzrət  Cavadı  (ə)  onların  yanına 
gətirirlər.  Onlar  mam  Rzadan  (ə)  soruşurlar  ki,  bu,  həmin  dediyiniz  xeyir-
bərəkətli  uşaqdır?  mam  Rza  (ə)  onların  cavabında  buyurur:  “Bəli,  bu, 
slamda ondan xeyir-bərəkətlisi doğulmayan həmin uşaqdır.”
2
  
lk baxışda bu hədisdən belə başa düşülə bilər ki,  mam Cavad (ə) şiələr 
üçün  bütün  mamlardan  daha  xeyirlidir.  Xeyr,  bu  belə  deyildir.  Çünki  əldə 
olan sübutlar göstərir ki, bu hədisdən məqsəd  mam Cavadın (ə) doğularkən 
ş
iələrə  xüsusi  xeyir-bərəkət  ərməğan  etməsidir.  Belə  ki,  mam  Rzanın  (ə) 
dövrü  xüsusi  bir  mərhələ  olmuş  və  o  Həzrət  özündən  sonrakı  mamı  təyin 
etməkdə  keçmiş  mamların  heç  birinin  üzləşmədiyi  bir  sıra  çətinliklərlə 
üzləşmişdir.  Çünki  bir  tərəfdən  mam  Kazimin  (ə)  şəhadətindən  sonra 
Vaqifilər  adlanan  bir  dəstə  şiə,  maddi  məqsədə  görə  mam  Rzanın  (ə) 
mamətini  qəbul  etməmiş,  digər  tərəfdən  də,  o Həzrətin  ( mam  Rzanın  (ə)) 
təxminən  qırx  yeddi  yaşına  qədər  uşağı  olmaması  Peyğəmbərdən  (s)  olan 
                                                            
1
 
Ə
l-irşad, səh.319 
2
 
Biharul-ənvar, c.50, səh.20 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
125 
 
hədisdə şiə  mamlarının sayının on iki nəfər olub onların doqquzunun  mam 
Hüseynin (ə) nəslindən olacağı fikrinə əsasən, həm o Həzrətin öz  mamətini, 
həm də  mamətin davam edəcəyini sual altına alırdı. Vaqifilər də, məhz bu 
məsələni bəhanə gətirib  mam Rzanın (ə)  mamətini qəbul etməkdən imtina 
edirdilər.  Hüseyn  ibn  Qiyamə  Vasitinin  bu  barədə  mam  Rzaya  (ə)  etdiyi 
etiraz  və  o  Həzrətin  ona  verdiyi  cavab  bu  məsələyə  tam  bir  sübutdur. 
Vaqifilərin  başçılarından  olan  Hüseyn  ibn  Qiyamə  mam  Rzanı  (ə)  sonsuz 
qələmə verib ona yazdığı məktubda deyir: “Sənin uşağın olmadığı bir halda 
necə  mam ola bilərsən?”
1
  
mam  Rza  (ə)  onun  cavabında  yazır:  “Sən  haradan  bilirsən  ki,  mənim 
uşağım  olmayacaq?  And  olsun  Allaha,  bir  neçə  gün  keçməz  Allah  mənə 
haqqı batildən ayıran bir övlad verər.” 
2
 
 Hüseyn  ibn  Qiyamənin  (və  eləcə  də  digər  vaqifilərin)  bu  təbliğ  metodu 
təkcə  bununla  kifayətlənmir  və  bu  məsələyə  müxtəlif  münasibətlərdə 
dəfələrlə işarə edilirdi.  mam Rza (ə) da öz növbəsində onların bu sözlərini, 
bu “sübutlarını” cavabsız qoymurdu.
3
  
 Nəhayət,  mam  Cavadın  (ə)  doğulması  bu  ixtilafa  son  qoyur.  Beləliklə 
də,  mam  Rza  (ə)  və  şiələrin  bu  sahədəki  mövqeyi  möhkəmlənir,  nəticədə 
ş
iəliyin etibarı artır.
4
  
 
Azyaşlı  mam 
 
mam  Cavad  (ə)  uşaq  yaşlarında  mamət  məqamına  yetişmiş  ilk  mam 
olduğundan, o Həzrətin həyatını mütaliə edərkən irəli çıxan ilk sual bu olur 
ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və  mamət məsuliyyətini necə öz 
öhdəsinə  götürə  bilər?  nsan  bu  yaşda  olarkən  Peyğəmbərin  (s)  canişini 
olması  kamalına  çata  bilərmi?  Keçmiş  ümmətlərdə  də,  belə  bir  hadisə 
olubmu? 
Bu suallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın 
ə
qli  və  cismi  cəhətdən  ömrünün  özünəməxsus  çiçəklənmə  dövrü  vardır  və 
insan  həmin  vaxta  yetişdikdə,  əql  və  cismi  ən  kamil  həddə  çatır.  Ancaq  nə 
                                                            
1
 
Ə
l-irşad, c.3, səh.242 
2
 
Üsuli-Kafi, c.1, səh.320 
3
 
Usul-Kafi, səh.321 
4
 
mamul-cəad minəl-məhdi iləl-ləhd, səh.321 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
126 
 
eybi  var  ki,  hikmət  və  yenilməz  qüdrət  sahibi  olan  Allah  bəzi  məsləhətlərə 
görə  bu  prosesi  bir  sıra  xüsusi  bəndələri  üçün  qısa  bir  vaxt  ərzində  gətirib 
çatdırsın? Bəşəriyyət tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan 
istisna  olan  şəxslər  olmuş  və  Allah-taalanın  xüsusi  lütf  və  mərhəməti 
sayəsində  kiçik  yaşlarındaykən  mamət  və  xalqa  rəhbər  olmaq  məqamına 
yetişmişlər. Bu  məsələni daha  yaxşı izah etmək üçün gəlin bu istisnalardan 
bir neçəsini nəzərdən keçirək: 
1.  Qurani-Kərim  Həzrət  Yəhyanın  (ə)  peyğəmbərliyi  və  onun  uşaq 
yaşlarından Peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət 
[Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik] verdik.”
1
  
Bəzi  təfsirçilər  qeyd  etdiyimiz  ayədə  “hikmət”  sözünü  istedad  və  bilik 
mənasına,  bəziləri  isə  onu  peyğəmbərlik  mənasına  təfsir  etmişlər.  kinci 
versiyanı  “Usuli-kafi”  kitabında  olan  hədislər  də  təsdiq  edir.  O  hədislərdən 
biri  də,  mam  Baqirin  (ə)  qeyd  etdiyimiz  ayədəki  “hikmət”  sözünü  Həzrət 
Yəhyanın  (ə)  uşaq  ikən  Peyğəmbər  seçilməsinə  aid  edərək  bu  cür 
buyurmasıdır:  “Həzrət  Zəkəriyyanın  (ə)  vəfatından  sonra  oğlu  Yəhya  (ə) 
onun  kitab  və  hikmətini  ondan  irs  aparır.  Bu  isə  məhz  Allah-taalanın 
Quranda  “Ey  Yəhya!  Kitabdan  bərk  yapış!  [Tövratı  möhkəm  tutub  onun 
hökmlərinə  ciddi  əməl  et!]  Biz  uşaq  ikən  ona  hikmət  [Allah  kəlamının 
incəliklərini anlamaq, peyğəmbərlik] verdik” - deyərək buyurmasıdır.”
2
  
2.  Bilirik  ki,  uşağın  dil  açıb  danışması  üçün  təxminən  on  iki  ay  (bir  il) 
vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, Həzrət  sa (ə) dünyaya gəldiyi ilk 
günlərdə,  hələ  beşikdə  olarkən  danışmış  və  (Allahın  qüdrəti  nəticəsində 
evlənmədən  hamilə  olub  doğmuş  buna  görə  də,  ciddi  töhmətlərə  məruz 
qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan 
qaldırmışdır. Halbuki, bu cür danışmaq, özü də belə bir məfhuma malik söz 
demək  yalnız  böyüklərin  əlindən  gələ  bilər.  Qurani-Kərim  sanın  (ə) 
sözlərini  bu  cür  açıqlamışdır:  “[Allahdan  bir  möcüzə  olaraq  körpə  [ sa  (ə)] 
dilə gəlib] dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə 
kitab  [ ncil]  verdi,  özümü  də  Peyğəmbər  etdi.  O,  harada  oluramsa  olum, 
məni  mübarək  [həmişə  hamıya  xeyir  verən,  dini  hökmləri  öyrədən]  etdi  və 
mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin 
                                                            
1
 
Məryəm surəsi, ayə.12 
2
 
Usuli-Kafi, c.1, səh.382 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə