İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   49   50   51   52   53   54   55   56   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
155 
 
1)  Əbu  Haşim  Cəfəri  deyir:  “Maddi  cəhətdən  çox  pis  vəziyyətə 
düşmüşdüm.  Vəziyyətimi  məktub  vasitəsilə  mam  Həsən  Əskəriyə  (ə) 
bildirmək istədim, ancaq utandığımdan bu fikirdən əl çəkdim. Evə gəldikdə, 
mam  mənim  üçün  yüz  dinar  pul  göndərib  məktubda  da  yazır  ki,  nə  vaxt 
ehtiyacın  oldu  bizə  xəbər  ver,  utanma,  Allahın  sayəsində  öz  istədiyinə 
çatarsan.”
1
 
2) Əbu Tahir ibn Bilal bir dəfə həcc ziyarətinə gedib orada görür ki, Əli 
ibn  Cəfər  külli  miqdarda  pul  paylayır.  Həcdən  qayıtdıqdan  sonra  hadisəni 
mam  Həsən  Əskəriyə  (ə)  çatdırır.  mam  onun  cavabında  yazır:  “Əvvəl 
demişdim,  ona  yüz  min  dinar  versinlər,  sonra  bir  o  qədər  də  əlavə  etdik, 
ancaq  o,  bizi  nəzərə  alıb  bunu  qəbul  etmədi.”  Bu  hadisədən  sonra  Əli  ibn 
Cəfər  mamın hüzuruna gedir və  mamın əmrinə əsasən, ona otuz min dinar 
pul verirlər.”
2
  
Bu hadisədən belə başa düşülür ki, Əli ibn Cəfər Hicazda külli miqdarda 
pul paylamışdır. Onun payladığı pulların hara sərf edildiyi hədisdə müəyyən 
edilməsə də onun miqdarından belə başa düşülür ki, bu, geniş və qabaqcadan 
hazırlanmış  (nəzərdə  tutulmuş)  bir  proqram  əsasında  qurulmuş  və  təbii  ki, 
ehtiyacı  olan,  sayılıb-seçilmiş,  mübarizə  aparan  şiə  başçıları  həmin  puldan 
istifadə  etmişlər.  Şübhəsiz  ki,  bu  iş  mam  Həsən  Əskərinin  (ə)  göstərişi  və 
maddi köməyi ilə həyata keçmişdir. 
 
5.
  Mühüm şiə şəxsiyyətlərini siyasi baxımdan qüvvətləndirmə
 
mam  Həsən  Əskərinin  (ə)  ən  əsas  fəaliyyətlərindən  biri  də  şiələrin 
görkəmli  şəxslərini  siyasi  mübarizə  çətinlikləri  qarşısında  şiə  amalını 
müdafiə  etmək  məqsədilə  himayə  etməsi  olmuşdur.  Şiələrin  görkəmli 
nümayəndələri  çətinliklərlə  üzləşdiyindən  mam  Əskəri  (ə)  müxtəlif 
məqamlarda  yeri  gəldikcə  onlara  təskinlik  verib  öz  himayəsi  altına  alır, 
çətinliklər,  yoxsulluq, təzyiqlər qarşısında daha dözümlü olmaları və böyük 
siyasi-ictimai  məsuliyyətlərini,  dini  vəzifələrini  layiqincəsinə  yerinə 
yetirmələri üçün onları ruhlandırırdı. 
 Məhəmməd  ibn  Həsən  ibn  Məymun  deyir:  «Bir  dəfə  mam  Həsən 
Ə
skəriyə (ə) bir məktub yazıb kasıbçılıqdan şikayətləndim. Ancaq sonra öz-
                                                            
1
 
Ə
l-irşad, səh.343 
2
 
Ə
l-ğeybə, səh.212 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
156 
 
özümə  dedim  ki,  məgər  mam  Sadiq  (ə)  buyurmayıbmı  ki,  bizimlə  birgə 
kasıb  yaşamaq  başqaları  ilə  varlı  yaşamaqdan,  bizimlə  birlikdə  ölmək 
düşmənlərlə birgə yaşamaqdan yaxşıdır?»  mam Həsən Əskəri (ə) cavabında 
yazır:  “Bizim  dostlarımızın  günahları  çoxaldıqda,  Allah-taala  onları 
kasıblıqla  imtahana  çəkir.  Bəzi  vaxtlar  onların  bir  çox  günahlarından keçir. 
Özün  dediyin  kimi  bizimlə  kasıb  yaşamaq  başqaları  ilə  varlı  yaşamaqdan 
yaxşıdır. Biz, bizə arxalananlar üçün arxa, bizdən hidayət diləyənlər üçün bir 
nuruq.  Biz  (azğınlıqdan  qurtarmaq  üçün)  bizə  üz  tutmuş  şəxslərin 
gözətçisiyik.  Bizi  istəyən  şəxslər  (Allah  dərgahında)  yüksək  mərhələdə 
bizimlə  birlikdə  olacaqlar.  Bizim  yolumuzu  getməyənlər  isə  Cəhənnəm 
atəşinə tərəf getməli olacaqlar.”
1
  
mam  Həsən  Əskərinin  (ə)  böyük  şiə  fəqihlərindən  biri  olmuş  Əli  ibn 
Hüseyn ibn Babəveyh Qummiyə yazdığı məktub da bu məsələyə dair başqa 
bir sübut ola bilər.  mam (ə) bu məktubda bir sıra lazımi  məsləhətləri qeyd 
etdikdən  sonra  yazır:  «Səbirli  ol,  ( mamın)  zühurunu  gözlə.  Peyğəmbər  (s) 
buyurmuşdur ki, mənim ümmətim üçün ən yaxşı əməl zühuru gözləməkdir. 
Ş
iələrimiz,  oğlum  ( mam  Zaman  (ə))  zühur  edənə  qədər  daima  qəm-qüssə 
içərisində olacaqlar. Peyğəmbər (s) onun barəsində buyurub ki, yer üzü zülm 
və  haqsızlıqla  dolduğu  zaman  o  gəlib  yer  üzünü  haqq-ədalətlə  dolduracaq. 
Ey mənim etibar etdiyim böyük fəqih! Səbr et, şiələrimizi də səbirli olmağa 
çağır. Yer kürəsi Allahın ixtiyarındadır və bəndələrindən kimi istəsə, ora (yer 
kürəsinə)  hakim  seçər.  Yaxşılıq  yalnız  təqvalılara,  Allahdan  qorxanlara 
məxsusdur. Sənə və bütün şiələrə Allahın rəhmət və bərəkəti olsun!»
2
  
 
 
6.
  Tərəfdarlarını on ikinci  mamın qeybə çəkilməsi dövrü üçün 
hazırlamaq 
 
Hər hansı bir cəmiyyətin rəhbər və  mamının qeybə çəkilməsi qeyri-təbii 
bir  hadisə  olduğundan,  eləcə  də,  ona  inanmaq  və  onun  qeybə  çəkilməsi 
nəticəsində qarşıya çıxan çətinliklərə dözmək camaat üçün son dərəcə çətin 
olduğundan  slam  Peyğəmbəri  (s)  və  həmçinin,  mam  Həsən Əskəridən  (ə) 
qabaqkı  mamlar yavaş-yavaş camaatı bu məsələ ilə tanış edir və onlarda bu 
                                                            
1
 
Mənaqib, c.4, səh.435 
2
 
Mənaqib, c.4, səh.425 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
157 
 
məsələyə  dair  inam  yaratmağa  çalışırdılar.  On  ikinci  mamın  qeybə 
çəkiləcəyi dövr yaxınlaşdıqca camaatda bu məsələyə dair inam yaratmaq səyi 
mam  Əliyyən-Nəqi  (ə)  və  mam  Həsən  Əskərinin  (ə)  dövründə  daha  çox 
hiss  olunurdu.  Necə  ki,  mam  Əliyyən-Nəqinin  (ə)  həyatından  danışarkən 
qeyd  etdik  ki,  o  Həzrət  öz  işlərini  əsasən,  nümayəndələr  vasitəsilə  həyata 
keçirir  və  özü  isə  çox  nadir  hallarda  şəxsən  şiələrlə  əlaqədə  olurdu.  mam 
Həsən Əskərinin (ə) dövrünə gəldikdə isə bu məsələ özünü daha çox büruzə 
verirdi.  Çünki  mam  Həsən  Əskəri  (ə)  bir  tərəfdən  Həzrət  Məhdinin  (ə) 
anadan olmasına təkid etməsinə baxmayaraq, onu yalnız özünün ən yaxın şiə 
dostlarına  göstərir,  digər  tərəfdən  də,  özü  ilə  şiələrin  əlaqəsi  azalaraq 
məhdudlaşırdı.  Belə  ki,  hətta  Samirra  şəhərinin  şiələrinin  suallarına, 
müraciətlərinə məktubla və ya nümayəndələr vasitəsilə cavab verərək onları 
mamın  qeybə  çəkiləcəyi  dövrün  çətinliklərinə  dözməyə  və  mamla 
nümayəndə vasitəsilə əlaqə saxlamağa alışdırırdı. Sonralar on ikinci  mamın 
özü  də,  kiçik  qeyb  dövründə  bu  vasitədən  istifadə  etmiş  və  şiələri  böyük 
qeyb dövrünə hazırlamışdır. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə