İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
92 
 
ixtiyarımızda  yetmiş  min  döyüşçü  var,  indi  öz  mövqeyini  müəyyən  et!” 
mam Sadiq (ə) yenə də əvvəlki cavabını verdi.
1
  
Ə
bu Bəkr Həzrəmi nəql edir ki, bir gün Əban ibn Təğliblə birlikdə  mam 
Sadiqin  (ə)  yanına  getmişdik.  O  vaxt  artıq  Xorasanda  qara  bayraqlar 
(Abbasilərin  bayraqları)  dalğalanırdı.  mam  Sadiqə  (ə)  dedik:  “Vəziyyətin 
gedişatı  barədə  nə  fikirləşirsiniz?”  O  buyurdu:  “Öz  evinizdə  oturun,  elə  ki 
gördünüz biz kiminsə başına toplaşmışıq, silah götürüb bizə tərəf gəlin.”  
mam  Sadiq  (ə)  başqa  bir  bəyanında  öz  səhabələrinə  buyurmuşdur: 
“Danışığınıza  fikir  verin  və  evinizdən  eşiyə  çıxmayın,  çünki  sizə  məxsus 
olan şey (əsl  slam hökuməti) bu tezliklə sizə nəsib olmayacaq...”
2
  
 
 
Nə üçün  mam Sadiq (ə) Abbasilər qiyamının başçılarının 
təklifini qəbul etmədi? 
 
mam  Sadiqin  (ə)  həyatında  diqqəti  cəlb  edən  məsələlərdən  biri  də,  o 
Həzrətin  Abbasilər  qiyamının  başçılarının  ona  beyət  etmək  təklifini  qəbul 
etməməsidir. Əgər bu məsələyə ötəri və səthi baxsaq, ola bilər belə fikirləşək 
ki,  bu  qiyamda  məzhəbi  fikirlərin  daha  çox  təsiri  olmuşdur.  Çünki 
qiyamçıların  bütün  şüarları  slami  şüarlar  və  bayraqları  üzərinə  yazılmış 
sözlərin  hamısı  Quran  ayələri  idi.  Onlar  özlərini  elə  qələmə  verirdilər  ki, 
guya  Əhli-beytin  (əleyhimussəlam)  xeyrinə  iş  görür  və  məqsədləri 
Peyğəmbər (s) ailəsinin Bəni–Üməyyə və Bəni–Mərvan tərəfindən axıdılmış 
nahaq  qanının  intiqamını  almaqdır.  Onlar  öz  qiyamını  Əhli-beyt 
(əleyhimussəlam) ilə əlaqələndirmək istəyirdilər. Düzdür, əvvəl camaatı ona 
tərəf dəvət etdikləri xəlifənin adını bildirməsələr də, ancaq şüarları belə idi: 
“Biz  Məhəmməd  (s)  ailəsindən  seçilmiş  bir  şəxsə  beyət  etmək  üçün  qiyam 
etmişik.” 
 Bütün bunların zahirindən belə başa düşülür ki, Abbasilər qiyamı  slam 
ehtivalı,  əzəmətli  bir  qiyam  olmuşdur.  Ancaq  hadisənin  gedişatında  bir  az 
diqqət  etsək  onların  bu  mövqedən  çıxış  etmələrinin  əsl  səbəbini  öyrənərik. 
mam Sadiq (ə) bilirdi ki, qiyam başçılarının qüdrətə yetişməkdən savayı bir 
                                                            
1
 
Bəharul-ənvar, c. 47, səh. 133 
2
 
Bəharul-ənvar, c. 52, səh. 139 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
93 
 
hədəfləri yoxdur. Əgər Əhli-beytin tərəfdarı olma şüarını söyləyirlərsə bu da 
sırf Əhli-beyti sevən kütlənin dəstəyini cəlb etmək üçündür. 
Tarixi  rəvayətlər  sübut  edir  ki,  Xorasan qoşunu  Kufəyə  gəldikdən  sonra 
Ə
bu  Sələmeyi  Xəllal  siyasi  işləri  öz  əlinə  alıb  ətrafındakı  siyasi  və  nizami 
təşkilatları  genişləndirməyə  başladı.  O  istəyirdi  ki,  Əlinin  (ə)  nəslindən  bir 
nəfər  xəlifə  seçilməklə  dövlətin  əsas  qüdrətini  özü  ələ  alıb  son  qərarı  özü 
çıxartsın, xəlifənin ancaq adı olub zahirdə görünsün.
1
 
  mam Sadiq (ə) bilirdi ki, Əbu Müslim və Əbu-Sələmə Əhli-beytdən olan 
tanınmış  bir  nəfəri  rəhbər  təyin  etməklə  öz  məqsədlərinə  çatmaq 
fikrindədirlər.  mam  (ə)  bilirdi  ki,  onlar  onu  mam  kimi  tanımır.  Əgər  onu 
mam  kimi  tanısaydılar,  onda  eyniməzmunlu  məktubu  Peyğəmbər  (s) 
ailəsindən olan üç nəfərə niyə yazırdılar? 
mam Sadiq (ə) son dərəcə qətiyyətlə bilirdi ki, qiyamın əsas təşkilatçıları 
Abbasilərdir,  onların  da  hakimiyyətə  gəlməkdən  başqa  bir  məqsədləri 
yoxdur. Əbu Müslim və Əbu Sələmə kimilər isə yalnız bir vasitədirlər.  mam 
Sadiq (ə) bilirdi ki, Abbasilər daha onlara lazım olmayan və yaxud da, onlara 
mane  olan  şəxsləri  tezliklə  aradan  götürəcəklər.  Elə  belə  də  oldu.  Əbu 
Müslim,  Əbu  Sələmə,  Süleyman  ibn  Kəsir  və  başqaları  tezliklə  aradan 
götürüldülər.  mam  (ə)  qətiyyətlə  bilirdi  ki,  Əbu  Müslim  və  Əbu  Sələmə 
kimiləri aldadılmışlardır və onlar heç də  slam və Əhli-beyt yolunda deyillər. 
Buna  görə  də,  onlarla  həmkarlıq  etməyə  və  gördüyü  işlərə  şəri  bəraət 
verməyə  razı  olmurdu.  Çünki  qiyam  başçıları  onun  məktəbinin  şagirdləri 
deyildilər. Onlar intiqam, hakimiyyətə gəlmək və eləcə də pis işlər uğrunda 
çox  ifrata  varmış  və  elə  işlər  görmüşdülər  ki,  özünü  müsəlman  bilən  şəxs 
onların  gördüyü  bu  işləri  əsla  təsdiqləyə  bilməzdi.  Necə  ki,  tarix  Əbu 
Müslimin  vəhşətli  qətillərinin  və  cinayətlərindən  xəbər  verir  ki,  bu  da 
Hoccac ibn Yusifin cinayətlərini zehinlərdə dirildir. 
mam  Sadiqin  (ə)  səhabələrindən  biri  ilə  etdiyi  söhbət  də  yuxarıda 
deyilənləri  təsdiq  edir.  Südeyr  Seyrofi  deyir  ki,  mam  Sadiqin  (ə)  yanına 
gedib  dedim:  “Nə  üçün  (sakit)  oturmusunuz?”  mam  Sadiq  (ə)  buyurdu: 
«Südeyr, məgər nə olmuşdur ki? 
Dedim: Dost, şiə və tərəfdarlarının çoxluğu barədə deyirəm. 
                                                            
1
 
Təbiətud-dəvətil-əbbasiyyə, səh. 226  
 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
94 
 
— Səncə onlar neçə nəfər olar? 
— Yüz min nəfər. 
— Yüz min nəfər? 
— Bəli, bəlkə də iki yüz min. 
—  ki yüz min? 
— Bəli, bəlkə də dünyanın yarısı.» 
Bu söhbətdən sonra  mam Sadiq (ə) Südeyrlə birlikdə Yənbə adlı bir yerə 
gələrək orada bir sürü keçi balası görüb buyurdu: “Südeyr, əgər bizim dost 
və  tərəfdarlarımızın  sayı  bu  keçi  balaları  qədər  olsaydı,  biz  sakit 
oturmazdıq.”
1
  
Bu hədisdən belə nəticəyə gəlirik ki,  mam Sadiqin (ə) fikri qətiyyən belə 
olmuşdur ki, təkcə hakimiyyətə gəlmək kifayət etmir, nə qədər ki, hökumət 
camaatın müxtəlif kütlələri tərəfindən himayə olunmur, köhnə rejimi aradan 
götürüb yeni - əsl  slami təməli qurmaq qeyri-mümkündür. Xalq kütləsi elə 
olmalıdır ki, hökumətin məqsəd və fikirlərini başa düşməli, hökumətin fikri 
ilə  həmfikir  olmalı,  onun  irəliləməsi  sahəsində  addım  atmalı,  camaat  üçün 
hökumətin tutduğu mövqeləri açıqlamalı və çətinliklərlə üzləşdikdə dözümlü 
olub səbr etməlidir.  mam Sadiqin (ə) söhbətindən belə başa düşürük ki, əgər 
o  Həzrətin  ixtiyarında  düşmənə  silahlı  mübarizə  yolu  ilə  qalib  gəldikdən 
sonra  slami məqsədlərini həyata keçirə biləcək dost və tərəfdarları olsaydı, 
yəqin  ki,  silahlı  mübarizəyə  başlayardı.  Ancaq  zamanın  şərait  və  vəziyyəti 
mama bu fürsəti vermirdi. Çünki bu iş elə bir iş idi ki, əgər yüz faiz məğlub 
da olmasaydı, yenə onun nəticəsi zəmanət olunmamışdı. Başqa sözlə desək, 
mövcud  olan  belə  şəraitlə  hərəkat  məğlubiyyətə  uğramasaydı  da,  onun 
qələbə ilə nəticələnəcəyi də qəti deyildi.
2
  
 
 
                                                            
1
 
Usul-Kafi c. 2, səh. 242 
2
 
mamlarımızın həyatının təhlili kitabı, səh. 183-185 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə