İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
110 
 
mam Rzanın (ə) həməsri olmuş xəlifələ
 
mam Rza (ə)  mam olduğu iyirmi ilin onunu Harun Ər-Rəşidlə, beş ilini 
Məhəmməd  Əminlə,  son  beş  ilini  isə  Abdullah  Əl-Məmunla  həmzaman 
olmuşdur. 
mam  Rza  (ə)  Məmunun  hakimiyyətə  gəlişinə  qədər  öz  doğma  vətəni 
müqəddəs Mədinə şəhərində yaşayırdı. Məmun hakimiyyətə gəldikdən sonra 
o  Həzrəti  Xorasana  çağırtdırır.  Nəhayət,  o  Həzrət  hicrətin  iki  yüz  üçüncü 
ilinin  səfər  ayında  (əlli  beş  yaşında  olarkən)  şəhadətə  qovuşur  və  elə 
Xorasanda da (Məşhəd şəhərində) dəfn olunur.
1
  
 
 
mam Rza (ə) Harunun dövründə 
 
Hicrətin 183-cü ili  mam Kazim (ə) Harunun əmri ilə Bağdad zindanında 
zəhərlənib  şəhid  olduqdan  sonra  mam  Rza  (ə)  mam  olduğu  müddətin  on 
ilini  Harunla  bir  dövrdə  yaşamışdır.  Bu  müddət  Harunun  özbaşınalıq, 
azğınlıq  mühiti  olması  ilə  yanaşı,  həm  də  mam  Rzanın  (ə)  nisbətən  azad 
yaşadığı  və  elmi-mədəni  fəaliyyəti  dövrü  hesab  olunur.  Çünki  Harun  bu 
müddət  ərzində  o  Həzrətə  toxunmamış  və  mam  Rza  (ə)  açıq  şəkildə 
fəaliyyət  aparmışdır.  Buna  görə  də,  o  Həzrətin  yetirdiyi  şagirdlər,  slami 
elmlər ocağında təlim etdiyi Quran həqiqətləri və  slam maarifi də, məhz bu 
dövrə  təsadüf  edir.  Harunun,  təzyiqləri  azaldaraq  mam  Rzanı  (ə)  nisbətən 
azad  buraxmasının  səbəbi  bəlkə  də,  onun  mam  Kazimin  (ə)  qətlindən 
yaranan  nigarançılığıdır.  Harun  bu  böyük  cinayətin  üstünü  örtməyə  çalışsa 
da,  məsələnin  üstü  açılır  və  camaatda  ona  qarşı  böyük  nifrət  hissi  oyanır. 
Buna  görə  də,  Harun  bir  təhər  özünə  bəraət  qazandırmaq  istəyirdi.  Onun, 
mam  Kazimin  (ə)  pak  cənazəsini  zalımların  əlindən  alıb  böyük  hörmətlə 
dəfn edən əmisi Süleyman ibn Əbu Cəfərə yazdığı “Allah Sindi ibn Şahikə 
lənət eləsin, o, bu işi mənim icazəm olmadan görmüşdür”
2
  
Bu  məsələni  təsdiq  edən  başqa  bir  fakt  da,  Harunla  Yəhya  ibn  Xalid 
Bərməkinin  mam  Kazim  (ə)  barədəki  söhbətidir.  (Hələ  əvvəllərdən  mam 
Kazimdən  (ə)  Haruna  şikayət  etmiş)  Yəhya  Haruna  dedi:  «Musa  ibn 
                                                            
1
 
Usul-Kafi, səh. 486 
2
 
Biharul-ənvar, c.48, səh. 227 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
111 
 
Cəfərdən  ( mam  Kazimdən  (ə))  sonra  onun  oğlu  yerinə  keçərək  mamət 
iddiası edir». (Demək istəyirdi ki, yaxşı olar indidən xəlifənin məmurları onu 
nəzarət  altına  alsınlar).  (Hələ  mam  Kazimin  (ə)  şəhadətini  unutmayan  və 
hələ də, onun aqibətindən nigarançılıq çəkən) Harun dedi: “Atasının başına 
gətirdiyimiz  bəs  deyil?  stəyirsən  ki,  bir  dəfəlik  qılınc  götürüb  bütün 
Ə
ləviləri  (Əlinin  nəslindən  olanları)  qırım?”
1
 Harunun  qəzəbi  sarayda 
olanları sakitləşdirib icazə vermədi ki, bir də kimsə  mam Rzanın (ə) ardınca 
pis-pis sözlər danışsın. 
mam  Rza  (ə)  Harunun  xəlifə  olduğu  müddətdə  yaranmış  bu  fürsətdən 
istifadə  edib  öz  mamətini  aşkar  edir  və  bu  barədə  ata-babalarından  fərqli 
olaraq heç də, təqiyyə etmirdi. Hətta o Həzrətin bəzi dostları onu bu işindən 
çəkindirir,  mam (ə) isə onları arxayın edib buyururdu ki, Harundan ona heç 
bir xətər toxunmayacaq.  
Səfvan  ibn  Yəhya  deyir:  “ mam  Kazim  (ə)  vəfat  etdikdən  sonra  mam 
Rza  (ə)  mamət  məqamını  aşkar  etdikdə,  o  Həzrətə  deyildi:  “Siz  çox 
məsuliyyətli  bir  işi  aşkar  edirsiniz,  biz  bu  zalımı  (Harunu)  sizin  üçün  çox 
təhlükəli sanırıq.”  mam Rza (ə) buyurdu: “O, nə qədər çalışsa da, mənə bir 
ş
ey edə bilməyəcək.”
2
  
Həmçinin,  Məhəmməd  ibn  Sənan  rəvayət  edib  deyir  ki,  Harun  xəlifə 
olduğu  vaxt  mam  Rzaya  (ə)  dedim:  “Harunun  qılıncından  hələ  də  qan 
damcıladığı  halda,  siz  mamət  məqamınızı  aşkar  edərək  atanızın  yerinə 
keçmisiniz.”  mam  Rza  (ə)  buyurdu:  “Peyğəmbərin  (s)  sözü  mənə  qüvvət 
verərək məni cürətləndirir. O Həzrət buyurmuşdur: “Əgər Əbu Cəhl mənim 
başımdan bir tük əskik edərsə, onda mən heç Peyğəmbər (s) deyiləm.” Mən 
də sizə deyirəm ki, əgər Harun mənim başımdan bir tük əskik edərsə, onda 
mən də, heç  mam deyiləm.”
3
  
 
Ə
min və Məmun  
 
Harun özü hakimiyyətdə olarkən (anası Zübeydə olan) Məhəmməd Əmini 
öz vəliəhdi seçib camaatdan onun üçün beyət alır və (anası iranlı qızı olan) 
Abdullah Əl-Məmunu isə özünün ikinci vəliəhdi təyin edir. Hicrətin 193-cü 
                                                            
1
 
Ə
xbari uyunir-Riza, 2, səh.226 
2
 
Ə
xbari uyunir-Riza, 2, səh.226 
3
 
Biharul-ənvar, c. 49, səh.155 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
112 
 
ilində  Haruna  xəbər  verirlər  ki,  Xorasan  əyalətinin  şəhərlərində  camaat 
qiyam etmiş, ordu başçıları nə qədər çalışsalar da, qiyamı yatıra bilməmişlər. 
Harun öz vəzir-vəkili, müşavirləri ilə məsləhətləşdikdən sonra bu qərara gəlir 
ki,  özü  şəxsən  qiyam  qaldırılmış  məntəqəyə  gedib  xilafət  ordusunu  qiyamı 
yatırtmaq  üçün  xorasanlıların  canına  salsın.  Bu  məqsədlə  oğlu  Əmini 
Bağdadda  öz  yerində  saxlayıb  Xorasana  vali  təyin  etdiyi  oğlu  Məmunu  isə 
özü ilə qiyam məntəqəsinə aparır. 
Harun  qiyamı  yatırda  bilir  və  necə  deyərlər  səs-küyün  qarşısını  alır. 
Ancaq o, bir daha xilafətin mərkəzi olan Bağdada qayıda bilmir. Hicrətin yüz 
doxsan  üçüncü  ili  cəmadiüs-saniyə  ayının  üçündə  (Məşhəd  şəhərinin 
yaxınlığındakı)  Tus  şəhərində  vəfat  edir  və  iki  qardaşı  rəqabət  səhnəsində 
yalqız buraxır.  
 
Ə
minin məğlub olması 
 
Harun Tus şəhərində vəfat etdikdən dərhal sonra camaat onun Bağdadda 
qalmış oğlu Əminə beyət edir. Onun xəlifə olmasından cəmi on səkkiz gün 
keçməmiş,  qardaşı  Məmunu  vəliəhdlikdən  çıxarıb  öz  oğlu  Musanı  vəliəhd 
seçmək  fikrinə  düşür.  O,  bu  barədə  öz  vəzirləri  ilə  məsləhətləşsə  də, 
Məmunun  vəliəhdlikdən  çıxarılmasını  təkid  edən  Əli  ibn  sa  Mahandan 
başqa heç kəs bu fikirlə razılaşmır. Əmin isə axırda qardaşının vəliəhdlikdən 
çıxarılması  barədə  qərar  verir.  Məmun  da  öz  növbəsində  qardaşının  bu 
hərəkətinə cavab olaraq onu xəlifəlik məqamından kənarlaşdırır. Aparılan bir 
sıra  nizami  mübarizələrdən  sonra  nəhayət  hicrətin  yüz  doxsan  səkkizinci 
ilində  Əmin  öldürülür.  Beləliklə,  ölkənin  bütün  işləri  Məmunun  ixtiyarına 
keçir.
1
 
 
mamın Əminin  
dövründəki nisbi azadlığı 
 
Xəlifə  Əminin  hakimiyyəti  və  Harunun  ölümündən  Məmunun  hakimiy-
yətə gəldiyi dövrə qədər  mam Rza (ə) ilə dövlət məmurları arasında heç bir 
toqquşma  tarixdə  gözə  dəymir.  Məlum  məsələdir  ki,  Bəni-Abbas  xəlifələri 
daxili  ixtilaflara,  Əminlə  Məmun  arasındakı  münaqişələrə,  Məmunun 
                                                            
1
 
 Əl-kamlu fit-tarix, c.6, səh.287 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə