İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

.............................................................................................................  
İmamların siması tarix guşəsində 
95 
 
  
 
 
 
 
 
MAM MUSEY -KAZ M (Ə
 
 
 
 
  
 
mam Kazimin (ə) həyatı barədə qısa məlumat 
 
 O  Həzrətin  adı  Musa,  ləqəbi  Kazim,  anası  Həmidə  adlı  çox 
fəzilətli  bir  qadın,  atası  isə  altıncı  mam  Həzrət  Sadiq  (ə
olmuşdur.  mam  Kazim  (ə)  hicrətin  128-ci  ilində  (Mədinənin 
yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş
hicrətin 183-cü (başqa bir versiyaya görə isə 186-cı) ilində şəhid 
olmuşdur. 
 
 
 
 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
96 
 
mam Kazimin (ə) həməsri olmuş xəlifələ
 
Həzrət Kazim (ə) aşağıda adları çəkilmiş xəlifələr ilə həməsr olmuşdur: 
1. Mənsur Dəvaniqi (136-158 hicri qəməri); 
2. Məhdi adı ilə tanınmış Məhəmməd. (158-169 hicri qəməri); 
3. Hadi (169-170 hicri qəməri); 
4. Harun (170-193 hicri qəməri). 
mam  Sadiq  (ə)  şəhid  olan  zaman  Mənsur  Dəvaniqi  öz  hakimiyyətinin 
kulminasiya  mərhələsini  yaşayırdı.  Mənsur  elə  bir  şəxsiyyət  idi  ki,  öz 
hakimiyyət  dayaqlarını  möhkəmləndirməkdən  ötrü  saysız-hesabsız  insanları 
qətlə  yetirirdi.  O,  bu  işdə  təkcə  şiələri  deyil,  eləcə  də,  onunla  müxalif  olan 
sünni  məzhəbinin  fəqih  və  digər  böyük  şəxsiyyətlərinə  ağır  əzablar  verirdi. 
Belə  ki,  Əbu  Hənifəni  (Abdullahın  oğlu  və  raqda  Abbasilər  qiyamının 
müxaliflərinin  başçısı  olan)  brahimi  himayə  edərək  onun  (Mənsurun) 
ə
leyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.
1
 
  mam  Kazim  (ə)  atasının  vəfatından  sonra  iyirmi  yaşında  slam 
hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə 
üzləşmişdi.  Mənsur  (Mədinə  hakimi  olan)  Məhəmməd  ibn  Süleymandan 
mam  Sadiqin  (ə)  vəfat  xəbərini  eşitdikdən  sonra  ona  bir  məktub  yazıb 
bildirdi ki, əgər Cəfər ibn Məhəmməd ( mam Sadiq (ə)) öz yerinə bir nəfər 
canişin təyin edibsə, onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki, Mədinə 
hakimi  Bağdada  (Mənsura)  aşağıdakı  məzmunda  bir  məktub  yazdı:  “Cəfər 
ibn  Məhəmməd  rəsmi  şəkildə  yazmış  vəsiyyətnaməsində  beş  nəfəri  öz 
canişini təyin etmişdir. O beş nəfər bunlardır: 
1. Dövrün xəlifəsi – Mənsur Dəvaniqi
2. (Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman
3. Abdullah ibn Cəfər ibn Məhəmməd ( mam Kazimin (ə) böyük qardaşı); 
4. Musa ibn Cəfər ( mam Kazim (ə)); 
5. Həmidə ( mam Sadiqin (ə) həyat yoldaşı);” 
Mədinə  hakimi  bunları  yazdıqdan  sonra  qeyd  etmişdi  ki,  bunlardan 
hansını çağırıb boynunu vurdurum? 
                                                            
1
 Tarixul-xüləfa, səh. 259 
 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
97 
 
Vəziyyətin  belə  alınacağını  gümanına  belə  gətirməyən  Mənsur  həddən 
artıq bərk qəzəblənib qışqırır ki, bunları öldürmək olmaz! 
mam  Sadiqin  (ə)  bu  vəsiyyətnaməsi  tamamilə  siyasi  bir  hərəkət  idi. 
Çünki  mam Sadiq (ə) özündən sonrakı  mamı və öz canişinini qabaqcadan 
ş
iələrə  tanıtdırmış,  lakin  Mənsurun  bu  cür  təhlükəli  planlarından  xəbərdar 
olduğu  üçün  yeddinci  mamın  canını  qorumaq  məqsədilə  vəsiyyətini  bu 
şə
kildə yazmışdı. 
 
Cəfəri məktəbinin himayətçisi 
 
 O dövrün vəziyyətinə nəzər saldıqda məlum olur ki, Mənsur hökumətinin 
ə
vvəlcədən  üzərində  nəzarəti  olan  hər  hansı  bir  qəti  iş  və  proqramı  həyata 
keçirmək  məsləhət  olmamışdır.  Buna  görə  də,  mam  Kazim  (ə)  atasının 
tutduğu elmi yolu davam etdirərək böyük elm ocağı (lakin  mam Sadiqin (ə) 
təşkil  etdiyi  elm  ocağından  kiçik)  yaradıb  tanınmış  elmli  və  fəzilətli 
şə
xsiyyətləri yetişdirməyə başlayır. 
Seyyid ibn Tavus yazır: “ mam Kazimin (ə) xüsusi dostlarının böyük bir 
qismi  və  həmçinin,  Bəni-Haşim  qəbiləsinin  böyük  şəxsiyyətləri  o  Həzrətin 
ə
trafına yığışaraq dürəfşan kəlamlarını, suallara verdiyi cavabları və qarşıya 
çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər.
1
  
Seyyid  Əmir  Əli  yazır:  “Hicrətin  148-ci  ilində  mam  Sadiq  (ə)  Mədinə 
şə
hərində  vəfat  etdi.  Ancaq  xoşbəxtlikdən  onun  təşkil  etdiyi  elm  ocağı 
bağlanmadı, əksinə o Həzrətin canişini – oğlu  mam Kazimin (ə) rəhbərliyi 
sahəsində bu elm ocağı öz parlaqlığını daha da qorudu. ”
2
  
Musa ibn Cəfər ( mam Kazim (ə)) öz dövrünün bütün alimlərini heyrətə 
gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da 
ad  çıxarmışdı.  Belə  ki,  o  Həzrətin  iftixar  dolu  həyatı  ilə  tanışlığı  olan 
alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər. 
Sünni  məzhəbinin  görkəmli  hədisçisi  və  alimi  ibn  Həcər  Heytəmi  yazır: 
“Museyi-Kazim  (ə)  atasının  elm  və  biliyini  irs  aparmış,  atasının  fəzilət  və 
kamalına malik olmuşdur. O, (cahil və nadan insanlarla) fövqəladə güzəşt və 
                                                            
1
 
Ə
l-ənvarul-bəhiyyə, səh. 170 
2
 
Müxtəsəri-tarixil-ərəb, səh. 209 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə