İLLİk hesabat 2009



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix20.09.2018
ölçüsü4,75 Mb.
#69422
1   2   3   4   5   6   7   8   9   ...   15

18

      


WWW.UNIBANK.AZ

fondlaşdırılması problemini həll etdi. Beləliklə, bank bazarının 

tənzimçisi əmanətçilər arasında yarana biləcək vahimənin qarşısının 

alınması ilə bərabər, bank sahəsinin nüfuzunu bərpa etdi.

Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlərin qanunauyğun 

yekunlarından biri kimi ölkənin bank sisteminin resurs bazasının 

artımını qəbul etmək olar. Banklarda əmanətlərin artırılması üçün 

əlavə stimullardan biri inflyasiya göstəricilərinin minimuma (1,5%) 

endirilməsi, habelə daşınmaz əmlak bazarında qiymətlərin enməsi 

oldu ki, bu da əhalinin gəlirlilik üzrə alternativ alətinin aşağı 

gəlirliliyini şərtləndirmiş oldu.

 

Yanvar-mart və aprel-dekabr aylarının müxtəlif istiqamətlənmiş 



dinamikasını nəzərə almaqla, 2009-cu ildə fiziki şəxslərin depozit 

portfelinin artımı 22,55% səviyyəsində qiymətləndirilir. Ötən ildə 

banklar məcmu şəkildə əlavə olaraq 348 mln. AZN cəlb etmişlər ki, 

bunun da 87%-i bank sisteminin özəyini təşkil edən 10 bankın payına 

düşür.

Eyni zamanda, 2009-cu ildə ikinci rübün ilk müsbət trendlərinin 



hesabına iyul ayının 1-i üçün banklar kreditlərin məcmu kredit 

portfelini 6463,8 mln. AZN-ə çatdırmışlar. İlin yekunlarına görə isə 

onların kredit portfeli 17,4% artmışdır. Faktiki olaraq. bu artım da 

ölkənin Mərkəzi Bankı tərəfindən real sektora göstərilən birbaşa 

dəstəklə bilavasitə bağlıdır.  

AMB iki sənaye nəhənginə - Azərbaycan Respublikasının Dövlət 

Neft Şirkətinə (ARDNŞ) və “Azəralüminium” ASC-nə cəmi 952 mln. 

AZN məbləğində kredit təqdim etmişdir. Ötən ilin ikinci rübündə 

korporativ müştərilərin banklardan mənimsəmələri, AMB-dən birbaşa 

2009-cu ilin iyul-dekabr aylarında bank aktivlərinin artımı, 

mln. AZN ilə

2009-cu ilin iyul-dekabr aylarında bank kreditlərinin artımı, 

mln. AZN ilə

AZƏRBAYCAN BANKLARI 

2009-CU İLDƏ



İLLİK HESABAT 2009

      


19

kreditləri nəzərə almadan, 905,1 mln. AZN artmışdır. Bu, 2009-cu ilin ilk 

aylarının enmələrini və staqnasiyasını əvəz etmişdir. 

Banklar praktiki olaraq məcmu pərakəndə kreditlər portfelini 

toxunulmamış saxlamağa müvəffəq oldular. Onun həcmi il ərzində ancaq 

6 mln. AZN azaldı. Nəticədə, bank kreditləşdirməsinin ümumi həcmində ev 

təsərrüfatı kreditlərinin xüsusi çəkisi 32,6%-dən 27,7%-ə qədər azalmışdır. 

Maraqlıdır ki, kreditləşdirilmənin valyuta strukturu bank sisteminin 

dedollarlaşdırıldığını göstərir. Belə ki hesabat ili ərzində manatla borcların 

payı 51%-dən 58%-ə qədər artmışdır. Uzunmüddətli kreditləşdirilmənin 

xüsusi çəkisi isə ilk dəfə 72% təşkil etmişdir.

Azərbaycanın bank sistemi 2009-cu hesabat ilini 252,98 mln. AZN-ə 

bərabər yekun gəliri ilə başa çatdırmışdır. Özü də ölkədə fəaliyyət 

göstərən 46 bankdan 39-u 269,57 mln. AZN həcmində gəlir haqqında 

hesabat vermişdir ki, bu da orta hesabla, onlardan hər biri üçün 2008-ci ilin 

yekunlarına görə əldə edilmiş 5,055 mln. AZN-ə qarşı 6,912 mln. AZN təşkil 

edir. Ümumilikdə, gəlir 77,49 mln. AZN və ya 40,34%-dən çox artmışdır. 

Likvidliyin azalması təhlükəsinə baxmayaraq, bankların fəaliyyətində 

gəlirlilik məqbul səviyyədə qalmaqdadır. Bank sahəsində gəlirliliyin 

məqbul səviyyəsi onu göstərir ki, AMB-nin fəal dəstəyi və nəzarəti 

ilə ölkənin bankları bütövlükdə qlobal iqtisadi-maliyyə böhranının 

nəticələrini müvəffəqiyyətlə dəf etmişlər. Hər bir bank qrupu üzrə aparıcı 

göstəricilərin trendləri də bunu göstərir.

Yuxarıda verilmiş göstəricilərə əsasən, aktivlərinin həcminə görə ilk 15 

bank sırasına daxil olan bankları bank artımının hərəkətverici qüvvəsi 

adlandırmaq olar. Onlar daha çox diversifikasiya edilmiş və uzunmüddətli 

fondlaşdırılma bazasına malikdirlər. Təsadüfi deyildir ki, TOP-15-də yer 

tutan banklar sahənin aktivlərinin 83%-nə malikdirlər. Onların likvidliklə 

bağlı riskləri artıq bir o qədər də aktual deyildir. AMB və ölkənin özəl 

banklarıının əksəriyyəti sübut etdilər ki, onlar pul bazarlarında təkliflərin 

azalmasının və istər fiziki şəxslərin, istərsə də hüquqi şəxslərin 

depozitlərinin axınının uzun sürən dövrünün öhdəsindən gələ bilirlər.



2009-cu ilin iyul-dekabr aylarında hüquqi şəxslərin 

depozitlərinin artımı, mln. AZN ilə

2009-cu ilin iyul-dekabr aylarında özəl əmanətlərin 

artımı, mln. AZN ilə


20

      


WWW.UNIBANK.AZ


İLLİK HESABAT 2009

      


21

Coşqu ilə oyna

Oyunun səndə yaratdığı həyəcan və duyğuları gizlətmə. Qoy 

emosiyaların ağlının atdığı hər addımı dəstəkləsin. Sənin emosional təsir 

gücün qələbə qazanmağa kömək edə bilər.



22

      


WWW.UNIBANK.AZ

SƏHMDARLAR VƏ KAPİTAL

2009-ci ildə «Unibank» Kommersiya Bankının səhmdarları 2 manat nominalda 7,5 milyon sayda adi adlı sənədsiz (elektron) səhmlərin 

buraxılması yolu ilə nizamnamə kapitalının artırmağını qərara aldılar. Fəaliyyətinin başlanğıcından ən iri səhm emissiyasının prospekti 30 mart 

2009-cu il tarixində Azərbaycan Respublikasının Qiymətli kağızlar üzrə Dövlət Komitəsində (QKDK) AZ100100202P qeydiyyat nömrəsi ilə 

qeydiyyata alınmışdır. İyunun 5-də isə QKDK 15 milyon manat həcmində buraxılan əlavə emissiyasının nəticələri haqqında hesabatı qeydiyyata 

alıb. Səhmlərin emissiyası yekunlaşdıqdan sonra Bankın ödənilmiş nizamnamə kapitalı iki dəfə artaraq 30 milyon manata bərabər olub.

Bu buraxılış nəticəsində «Unibank» ASC-nin səhmdar kapitalının strukturu əhəmiyyətli dərəcədə dəyişməyib. Çünki səhmlər Bankın, Avropa 

Yenidənqurma və İnkişaf Bankı və «DEG» Sərmayə qrupu da daxil olmaqla, hazırkı səhmdarları tərəfindən alınıb. Beləliklə, 2009-cu ilin sonu 

üçün Bankın səhmdarlarının tərkibi aşağıdakı kimi olmuşdur:



Bankın səhmdarları: 

Fiziki şəxslər

Eldar Qəribov

50.8083%


İqor Yakovenko

17.5301%


Emin Quliyev

7.5168%


Diqər fiziki şəxslər

0.6666%


Beynəlxalq maliyyə təsisatları

Avropa Yenidənqurma və İnkişaf Bankı

15,1515%

DEG Alman Sərmayə Korporasiyası

8,3333%



Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə