İLLİk hesabat 2009



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix20.09.2018
ölçüsü4,75 Mb.
#69422
1   2   3   4   5   6   7   8   9   ...   15

12

      


WWW.UNIBANK.AZ

AZƏRBAYCAN İQTİSADİYYATI 

2009-CU İLDƏ

Azərbaycanın iqtisadiyyatı dünya maliyyə 

böhranının nəticələrinə nisbətən yaxşı 

davam gətirsə də, onlardan tam təcrid oluna 

bilmədi. 2009-cu ildə Ümumi Daxili Məhsulun 

(ÜDM) ümumi artım tempi əhəmiyyətli olmuş 

və 9,3% təşkil etmişdir. Lakin qeyri-neft 

sahələrində ÜDM-un artım tempi 2008-ci 

ildəki 16%-dən 2009-cu ildə 3%-ə qədər 

enmişdir. Neftə və digər birja mallarına 

dünya qiymətlərinin əhəmiyyətli dərəcədə 

enməsi büdcə və ixracat gəlirlərinin 

30%-dən çox azalmasına gətirib çıxardı. 

Bundan əlavə, bir sıra dövlət müəssisələri 

və banklar qısamüddətli xarici öhdəliklərin 

prolonqasiyası zamanı çətinliklərlə 

üzləşdilər. Bu isə bank sistemində müəyyən 

likvidlik çatışmazlığını meydana gətirdi və 

kreditləşdirilmənin artım tempinin kəskin 

surətdə azalmasına səbəb oldu. Dünya 

qiymətlərinin endiyi bir şəraitdə, inflyasiyanın 

orta illik tempi əhəmiyyətli dərəcədə zəiflədi: 

2008-ci ildəki 20%-dən artıqdan 2009-cu ildə 

1,5%-ə qədər.

Hökumətin və Azərbaycan Mərkəzi Bankının 

(AMB) dünya böhranına cavab olaraq həyata 

keçirdiyi uzaqgörən tədbirlər makroiqtisadi 

və maliyyə sabitliyinin və ÜDM-un tutarlı 

artım tempinin qorunub saxlanmasına kömək 

etdi. Hökumət, böhrana vaxtında reaksiya 

verərək, təsirli büdcə siyasəti tədbirləri 

qəbul etdi. Əvvəla o, Neft Fonduna nəzərdə 

tutulmuş ehtiyatlar həcmini əvvəlki kimi 

dövlət büdcəsinə köçürmək imkanı verməklə, 

neftin qiymətinin əhəmiyyətli dərəcədə 

düşməsinin büdcəyə təsirini məhdudlaşdırdı. 

İkincisi, dövlət neft və alüminium şirkətlərinə 

öz xarici öhdəliklərini ödəməkdə yardım 

etmək üçün, iri kapital daxil etmələri həyata 

keçirdi və borclar üzrə dövlət təminatları 

təqdim etdi. Üçüncüsü, hökumət, prioritet 

təşkil etməyən xərclərin ixtisar olunması və 

ancaq cari kapital sərmayəsi layihələrinin 

maliyyələşdirilməsi yolu ilə, gəlirlərin 

azalmasına uyğunlaşdı. Nəticədə nəinki 

büdcə çatışmazlığının, nefti nəzərə almadan, 

bütövlükdə sabit səviyyədə saxlanması, 

eyni zamanda sosial xərclərin artırılması da 

mümkün oldu. 2010-cu il üçün, nefti nəzərə 

almadan, büdcə çatışmazlığının azaldılması 

nəzərdə tutulur. Bu zaman gəlir və mənfəət 

vergilərinin azalacağı qəbul edilir.

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə 

sabitliyini, sabit mübadilə kursunun qorunub 

saxlanılması və bank sisteminə likvidliyin 

əlavə edilməsi yolu ilə, müvəffəqiyyətlə 

dəstəkləyirdi. Manatın məzənnəsinin 

azalacağına münasibətdə artan gözləntilərə 

baxmayaraq, 2009-cu ilin əvvəlində AMB, 

onun mübadilə kursunun ABŞ dollarına 

bağlılığının qorunub saxlanması üçün, 

müdaxilələri müvəffəqiyyətlə həyata keçirirdi 

ki, bu da inflyasiyanı azaltmağa və əhalinin 

və bankların balanslarına mənfi təsirdən 

yaxa qurtarmağa imkan verirdi, həm də 

iqtisadiyyatın sonrakı «dollarlaşdırılmasının» 

qarşısını alırdı. Likvidliyin pisləşməsinin 

dəf edilməsi və kreditləşdirilmə şərtlərinin 

sərtləşdirilməsi üçün, 2008-ci ilin sentyabr 

ayından 2009-cu ilin dekabr ayına kimi olan 

dövrdə AMB depozitlər üzrə məcburi ehtiyat 

normativlərini 12%-dən 0,5%-dək endirdi 

və yenidən maliyyələşdirilmənin dərəcəsini 

15%-dən 2%-ə qədər ixtisar etdi. Bundan 

əlavə, AMB, müvəqqəti olaraq likvidlik 

problemləri ilə rastlaşmış banklara, likvidliyin 

dəstəklənməsi şəklində, 1,1 mlrd. ABŞ dolları 

(ÜMD-un 2,6%-i) təqdim etdi. Nəhayət, 

depozitlərin sığorta olunmasının maksimal 

məbləği beş dəfə artırıldı ki, bu da bank 

sisteminə etimadın bərpa olunmasına yardım 

etdi.


Gözlənilir ki, qeyri-neft sektorunda ÜDM-

in artımı 2010-cu ildə 4,2%-ə qədər bərpa 

olunacaqdır, lakin şəraitin pisləşməsi riskləri 

hələ də mövcuddurlar. «Neft ÜDM-u» 

adlanan hissə, proqnozlara görə, ancaq 1,3% 

artacaqdır, bu isə o deməkdir ki, baş iqtisadi 

göstəricinin ümumi artım tempi ancaq 2,7% 

təşkil edəcəkdir. Qeyri-neft sektorunun 

canlanması və enerji daşıyıcılarına dünya 

qiymətlərinin artması ilə yanaşı, 2010-cu ildə 

inflyasiyanın sürəti artacaq və, gözlənildiyi 

kimi, 4% təşkil edəcəkdir.

Neft hasilatının gələcəkdə başlıca artım 

mənbəyi olmaqdan uzaqlaşacağını nəzərə 

alaraq, Azərbaycan iqtisadiyyatının 

ortamüddətli perspektivi, əhəmiyyətli 

dərəcədə, payına ümumi ixracatın 

ancaq 5%-i düşən qeyri-neft ixracatının 

iqtisadiyyatın başlıca artım amilinə  çevrilə 

biləcəyindən asılıdır. Gələcək üçün ən 

mühüm məsələr əldə edilmiş sabitliyin 

qorunub saxlanılmasından və iqtisadi artım 

mənbələrinin diversifikasiyasından ibarətdir. 

Bu, pul-kredit siyasətinin təsirinin ötürülməsi 

mexanizminin təkmilləşdirilməsini və 

qeyri-neft sektorları üçün kreditlərə 

buraxılışın yaxşılaşdırılmasını tələb edir. 

Bununla əlaqədar, Azərbaycan hökumətinin




İLLİK HESABAT 2009

      


13

vergi sisteminin, gömrükxananın və 

maliyyə sektorunun islahatlarının sonrakı 

irəliləyişi sayəsində, rəqabət qabiliyyətinin 

yüksəldilməsində və işgüzar mühitin 

yaxşılaşdırılmasında cəmlənmiş qeyri-neft 

sektorunun inkişaf etdirilməsi strategiyasını 

inkişaf etdirmək barədə qəti niyyəti 

alqışlanır.

Azərbaycan iqtisadiyyatınn əsas göstəriciləri

2009-cu il faktiki, 

mln. AZN

2009-cu il 2008-сi ilə 

nisbətən, %-lə

2008-ci il 2007-сi ilə 

nisbətən, %-lə

Ümumi daxili məhsul

34578.7

109.3


110.8

Sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumi həcmi

22184.4

108.6


106

Əsas kapitala yönəldilən investisiyalar

7358.7

81.3


134.3

Kənd, meşə və balıqçılıq təsərrüfatlarının ümumi məhsulu

3435.6

103.5


106.1

Nəqliyyat sektorunda yük daşınması, mlyn. ton

189.8

103.7


109.3

Poçt və rabitə xidmətlərinin həcmi

1010.5

113.1


129.8

Pərakəndə əmtəə dövriyyəsi

11828.5

108.9


116.1

Əhaliyə göstərilən pullu xidmətlər

4088.2

112.5


129.7

Xarici ticarət dövriyyəsi, mlyn. ABŞ $

20 826.9

37,9


4,7 dəfə artıb

ixracın ümumi həcmi

14 699.8

30,8


7,9 dəfə artıb

idxalın ümumi həcmi

10 325.9

85.5


125.5

Dövlət büdcəsinin gəlirləri

10 325,9

95.9


179.2

Dövlət büdcəsinin xərcləri

10 503,9

97.5


177.0

Dövlət büdcəsinin kəsiri

177,9

15,3 dəfə artıb



6,9 dəfə azalıb

Əhalinin gəlirləri

22396.1

108


142.4

Adambaşına düşən gəlirlər, manat

2537.2

106.7


140.5

Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı, manat

298

108.6


127.2

İstehlak qiymətlərinin indeksi

-

101.5


101.5


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə