Potensial təSİRİ “Pİsa 2006” -nin vacib məqamlari



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix01.07.2018
ölçüsü1,64 Mb.
#52592
  1   2   3   4   5   6   7   8   9   ...   21


2010

Rüblük Jurnal 



İCBARİ TƏHSİL MÜDDƏTİNDƏ 

EDİLMİŞ DƏYİŞİKLİYİN

QADINLARIN VƏZİYYƏTİNƏ 

POTENSİAL TƏSİRİ 

“PİSA 2006”

-NIN VACİB MƏQAMLARI:

AZƏRBAYCANLI ŞAGİRDLƏRİN İLK BEYNƏLXALQ

PROQRAMDA NÜMAYİŞ ETDİRDİKLƏRİ BACARIQ

BOLONİYA BƏYANNAMƏSİ:

GERİLƏMƏYƏ HAQQIMIZ YOXDUR!



ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BIRLİYİ



3

4

10

16

22

28

32

36

Baş redaktor: 

Dr. Anar Vəliyev



Redaksiya heyəti:

Fuad Əliyev

Vusal T. Xanlarov

Emin Huseynzadə

Yusif Axundov

Pərvanə Bayramova

Vuqar Allahverdiyev

Fuad Cəfərli

Fariz Hüseynov

Art-Direktor 

İman Hüseynov

© AAA. Müəlliflərin mövqeyi

AAA-nın mövqeyi ilə üst-üstə

düşməyə bilər.

AAA-nın ofis ünvanı

AZ1014, Azərbaycan, Bakı şəhəri, 

Rəşid Behbudov küç., 60

Azərbaycan Dillər Universiteti,

Amerika Mərkəzi

Tel.: (+994 12) 441 01 72

E-mail: office@aaa.org.az

www.aaa.org.az

Sədr və redaktordan məktub 

T

ÄDQİQAT MÄQALÄLÄRİ



İcbari təhsil müddətində edilmiş dəyişikliklərin 

qadınların vəziyyətində potensial təsiri

Sirac Mahmudov 

“PİSA 2006”-nın vacib məqamları: Azərbaycanlı şagirdlərin

ilk beynəlxalq proqramda nümayiş etdirdikləri bacarıq

Turqut Mustafayev

MÜSAHİB


ÄLÄR

Boloniya Bəyannaməsi: geriləməyə haqqımız yoxdur!

Asif Cahangirov

MÜZAKİR


ÄLÄR VÄ FİKİRLÄR 

Astara kənd məktəblərinin birində qizların təhsili

Aygün Dadaşova və Kati Taylor

“Müəllim, mən razı deyiləm!”. Atlantik okeanın 

o tayında fərqli təlim və təhsil

Rəşad Bayramov

Azərbaycandakı təhsillə bağlı düşüncələr

Amy Peterson

Azərbaycanda pedaqoji heyətin təkmilləşdirilməsi:

çətinliklər və imkanlar

Alison Mandaville

Rüblük Jurnal



ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ



Rüblük Jurnal

3

SӘDR VӘ REDAKTORDAN MӘKTUB



Әziz dostlar,

Bu, Amerika Məzunlar As‐

sosiasiyasının jurnalı olan

CONTEXT jurnalının ilk

nəşridir. Bildiyiniz kimi, Asosi‐

asiyanın məqsədi azad infor‐

masiya mübadiləsini inkişaf

etdirmək, peşəkar əlaqələrin

inkişaf etdirilməsinə yardım

etmək və ABŞ haqqında bilik‐

ləri Azərbaycanda yaymaq və

genişləndirməkdir. Bu sahədə

bir çox tanınmış elmi jurnalların olmasına baxmayaraq, jur‐

nalların heç biri Amerika Məzunlar Asosiasiyasının

məqsədlərinə cavab vermir. Amerika Məzunlar Asosi‐

asiyasının jurnalının məqsədi, ideyaların inkişaf etdirilməsi

üçün aktiv forumların keçirilməsi və Azərbaycana, o cüm‐

lədən, regiona aid bilik və informasiya mübadiləsini təmin et‐

məkdir.

CONTEXT jurnalının məqsədi, Azərbaycan və region ilə



bağlı mövzularda fikir mübadiləsinin aparılmasına, bilik və

məlumatların bölüşdürülməsinə nail olmaqdır. Jurnal müx‐

təlif perspektivlərdən və nəzəri cəhətdən bir sıra mövzuların

və cari siyasətin təhlilini əks etdirir. Jurnalın məqsədi Azər‐

baycan və region haqqında tədqiqatlara yön vermək, müqay‐

isəli araşdırmalara stimul yaratmaq və tələbələrə, gənc alim‐

lərə və tədqiqatçılara çap edilmək baxımından şərait

yaratmaqdan ibarətdir. Bu jurnal işgüzar mühit, hökumət

sektoru, tələbə və elm xadimləri arasında şəbəkə yaratmağa

xidmət edir. Fənlərarası jurnal olduğundan, o, bütün

akademik işçilər, qərarverici təbəqə, stajor, tələbə və ekspertlər

üçün stolüstü vəsaitdir. 

CONTEXT–in toxunacağı mövzular hər yerdə, xüsusilə,

inkişaf etmiş ölkələrin diqqət mərkəzində olan təhsil

barəsində olacaq. Müstəqillik əldə etdikdən sonra təhsildə baş

verən dəyişikliklərlə bağlı olan müzakirələr Azərbaycan icti‐

maiyyətində ən çox müzakirə edilən mövzulardan biridir. Bu

sahədə olan boşluqları hiss edərək jurnal, təhsil sahəsində

müxtəlif məsələlərə dair, o cümlədən, Bolonya prosesi, Azər‐

baycan reallığında qızların kənd yerlərində təhsili, müəllim‐

professor heyətinin imkanlarının inkişaf etdirilməsi,

Azərbaycanın təhsil sisteminin xaricilərin və başqalarının

gözü ilə. bağlı məqalələr nəşr edəcək.

CONTEXT jurnalının redaktor heyəti bütün oxucuları

salamlayır və ümid edir ki, jurnal cəmiyyətimizdə olan prob‐

lemlərə, çətinliklərə və imkanlara aydınlıq gətirəcək.



Dr.  Anar M. Vəliyev, 

Baş Redaktor

Әziz oxucular,

ABŞ Təhsilli Azərbay‐

can Məzunları ictimai bir‐

liyinin (AAA) rüblük

jur  nalı CONTEXT‐in ilk bu‐

raxılışında sizi salamla 

yıram. AAA altı il bundan



öncə bir əsas məqsəd

ətrafında yaradılmışdır:

ABŞ‐da müxtəlif proqram‐

lar xətti ilə təhsil almış

məzunları bir araya topla‐

yaraq onların bilik və bacarıqlarını Azərbaycanın

inkişafına yönəltmək. Artıq bu gün ölkəmizdə, ABŞ‐

da təhsil almış çoxlu kadrlar yetişmiş və onlar Azər‐

baycanın dövlət idarələrində, özəl şirkətlərdə və

QHT‐lərdə çalışırlar. Harada işləmələrindən asılı ol‐

mayaraq onlar əldə etdikləri təcrübələrini ətrafın‐

dakılarla paylaşaraq davamlı şəkildə Azərbaycanın

inkişafına öz töfhələrini verirlər. Fəaliyyətimizin yed‐

dinci ilinə qədəm qoyarkən hiss edirik ki, ABŞ‐da iqti‐

sadiyyat, dövlət idarəçiliyi, səhiyyə, təhsil, biznes

strategiyası, diplomatiya və başqa sahələrdə yüksək

təhsil almış məzunlarımızın fikir və ideyalarını bölüşə

bilmələri üçün davamlı və daha geniş bir vasitəyə

ehtiyacımız var. 

CONTEXT məzunlarımıza öz bilik və təcrübələrini

daha böyük auditoriya ilə paylaşmaq, hökümət,

vətəndaş cəmiyyəti, və elmi ictimaiyyət də daxil ol‐

maqla müxtəlif maraqlı tərəflərə öz fikir və

tövsiyyələrini çatdırmaq imkanı yaradacaqdır. Eyni

zamanda, CONTEXT Azərbaycanda və xaricdə olan

gənc tələbələr, elm  xadimləri və təcrübəçilərə imkan

yaradacaq ki, Azərbaycan, onun bu günü və sabahına

dair fikirlərini nəşr etdirib geniş auditoriyalarla

bölüşsünlər. 

Jurnalımızın ilk nömrəsi, Azərbaycanın bu günü

və sabahı üçün çox vacib olan, ölkəmizin güclü və

rəqabətədavamlı olmasında ən əsas şərtlərdən olan

təhsilə həsr edilmişdir.

CONTEXT jurnalının bütün redaksiya heyətinə və

xüsusilə də jurnalın yaranmasında və çap olun‐

masında əvəzolunmaz əməyi olan baş redaktoru Dr.

Anar Vəliyevə minnətdarlığımı bildirirəm. Bütün ox‐

ucularımıza xoş gəlmisiniz deyirəm və ümid edirəm

ki, bu jurnal sizin üçün çox oxunaqlı və düşündürücü

bir vəsait olacaqdır



Ceyhun Kərəmov

ABŞ Təhsilli Azərbaycan Məzunları 

ictimai birliyinin idarə heyətinin sədri


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə