İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə14/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   10   11   12   13   14   15   16   17   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
41 
“1.Təhsilin  məzmunu  şagirdlərin  inkişaf  səviyyəsindən  geri 
qalmamalıdır. 
  2.  ETT
 
dövründə  yeni  biliklər  öz  əksini  təhsilin  məzmu-
nunda tapmalıdır. 
  3. Şagirdlərin  yaş və fərdi xüsusiyyətləri, inkişaf səviyyəsi 
nəzərə alınmalıdır və s.” (1, s. 39-40). 
İlkin yanaşmada aydın görünür ki, müəlliflər müəyyən etdik-
ləri prinsiplərin yalnız bir hissəsini vermişlər. Bundan əlavə, prin-
sipləri  müəyyənləşdirərkən  yalnız  şagirdlərə  məxsus  cəhətlər  və 
elmi texniki–tərəqqi ilə bağlı biliklər nəzərə alınmışdır. Məzmunun 
özünəməxsus  xarakterik  cəhətləri,  şəxsiyyətin  formalaşması  üçün 
zəruri  hesab  edilən  milli  və  beynəlmiləl  dəyərlər  nəzərə  alınma-
mışdır. 
F.Rüstəmov və T.Dadaşova, ümumiyyətlə, təhsilin məzmunu 
üçün  vacib  olan  tələblərdən  danışarkən  onlara  daha  konseptual 
yanaşır,  tələblərin  təhsilin  hər  hansı  pilləsinə  şamil  ola  bilməsini 
diqqət  mərkəzində  saxlayırlar.  Onlar  təhsilin  məzmunu  ilə  bağlı 
fikirlərini  açıqlayarkən  onun  müəyyən  olunması  üçün  didaktik 
əhəmiyyət kəsb edən tələblərdən danışırlar. Qeyd edirlər ki, “Təh-
silin məzmunu tədris müəssisələrinin tipinə və onun qarşısında du-
ran təhsil – tərbiyə məqsədlərinə görə müəyyən edilir. Digər tərəf-
dən, təhsilin məzmunu müəyyənləşdirilərkən konkret tarixi dövrün 
inkişaf  səviyyəsi  və  perspektiv  istiqamətləri,  dövlətin  mənafeyi, 
cəmiyyət üzvlərinin tələb və maraqları nəzərə alınır.” (115, s.153). 
1999-cu  ildən  başlayaraq  Respublikamızda  müstəqil  Azər-
baycanın yeni təhsil sisteminin qurulması istiqamətində işlər aparılır. 
Bu  işlərin  içərisində  yeni  məzmunun  qurulmasına  xüsusi  önəm 
verilir. Bu zaman bir neçə məsələnin zəruri tələb kimi gözlənilməsi 
vacib hesab edilir. 
Aparılan  araşdırmalarda    da  bu  barədə  xüsusi  qeyd  olunur: 
“Müasir dövrdə təhsilin məzmunu elə qurulmalıdır ki, təhsil siste-
mində  gedən  islahatlara  dair  dövlət  siyasətinə  və  tədris  prosesinin 
modernləşdirilməsi  tələblərinə  cavab  verə  bilsin.  Müasir  şəraitdə 
milli-mənəvi  və  ümumbəşəri  dəyərlərin  prioritetliyi  və  vəhdətinə 


Gülarə Balayeva 
 
 
42 
əsaslanan  təhsil  sisteminin  qurulması,  ilk  növbədə,  təhsilin 
məzmununun yeniləşdirilməsini  tələb edir.” (105, s.37).  
Bütün  bunlar  Azərbaycanda  ibtidai  təhsilin  məzmununun 
müəyyən  olunması,  o  cümlədən  bu  işin  didaktik  prinsiplərinin 
araşdırılmasını bir vəzifə kimi qarşıya qoyur. 
Təhsilin  məzmununa  nələrin  daxil  edilməsi  tarix  boyu 
müzakirələrə  səbəb  olmuşdur.  Tarixin  müxtəlif  dövrlərində  
cəmiyyətin  tələbatlarına  əsasən  bu  problemin  reallaşdırılmasına 
rəvac verilmişdir. Məzmunu bilavasitə məqsəddən asılı olan anlayış 
kimi  xarakterizə  etmişlər.  Məqsədi  izah  etmək  üçün  isə  müxtəlif 
nəzəriyyələr yaranmışdır. 
Mənbələrə əsasən belə bir mülahizə yürütmək mümkündür ki, 
XVIII əsrin sonu və XIX əsrin əvvəllərində təhsilin məqsədini şərh 
edən  iki  nəzəriyyə  meydana  gəlmişdir.  Onların  birincisi  formal 
təhsil nəzəriyyəsi adlanır. Bu nəzəriyyəyə görə, idrakın, ağılın rolu 
üstünlük təşkil edir. Bu movqedən çıxış edən pedaqoqların (Dekart, 
Leybints, Kant və b.) fikrincə, məktəb bütün bilikləri uşaqlara verə 
bilməz.  Bu,  praktik  cəhətdən  mümkün  olmadığı  üçün  şagirdlərə 
bilikləri  müstəqil  əldə  etmək  bacarıqları  aşılamaq  faydalı  bilinir. 
Belə  bir  yanaşma  tərzi  ilə  istədikləri  bilikləri  əldə  etmək  üçün 
onlara şans verilir. 
Maddi  təhsil  nəzəriyyəsi  adlandırılan  ikinci  nəzəriyyə  daha 
çox şagirdlərin  praktik  bacarıqlarının verilməsinə  üstün  yer  ayırır. 
Bu  nəzəriyyənin  tərəfdarları  məktəbin  mühüm  vəzifəsini  
şagirdlərin həyata hazırlanmasında görür, təhsilin məzmununun da 
məhz  həmin  məqsədə  yönəlməsini  düzgün  hesab  edirdilər  (53, 
s.110-111). 
Təbii olaraq bu fikirlər özlüyündə təhsilin, o cümlədən ibtidai 
təhsilin məzmununun gah nəzəri, gah  da praktik istiqamətdə güc-
ləndirilməsi ilə nəticələnmişdir. Təhsilin məzmun komponentlərinin 
müəyyən olunmasına təşəbbüs göstərilmişdir. 
Doğrudan da, ibtidai təhsilin zəruri bir mərhələ kimi bir sıra 
vəzifələri  yerinə  yetirməsi  onun  özünəməxsus  məzmununundan 
xəbər verir. S.P.Baranov da ibtidai təlimə aid araşdırmalarında onun 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
43 
məzmunu ilə bağlı belə bir nəticəyə gəlir: “İbtidai təlimin məzmunu 
şagirdlərin  sonrakı  orta  və  yuxarı  siniflərdə  aldıqları  müasir  elmi 
təhsilin əsasını qoyur. Uşağın  gələcəyi, intellektual inkişafı, maraq-
ları və tədrisə, sonra isə əmək fəaliyyətinə münasibəti çox zaman 
ibtidai  siniflərdə  təlimin  məzmunu  ilə  müəyyən  olunur.”(145, 
s.115). 
Bir halda ki, məzmun ibtidai təhsilin mərkəzində durur, təh-
silin digər parametrlərini tənzimləyir, onlara təsir göstərir, o zaman 
məzmunda hansı komponentlər əsas götürülməlidir? 
V.V.Krayevski və İ.L.Lerner yazırlar ki, “Məzmunun tərkibi 
onun komponentləri ilə izah olunur. Bu komponentlər aşağıdakılar-
dır: biliklər, dəyərlər, bacarıqlar, münasibətlər. Texnokratik
 
fəlsəfi 
istiqamətin tərəfdarı olan müəlliflər elmi texniki tərəqqinin inkişa-
fına istinad edərək öyrənmək, bilik əldə etmək, problemləri həll et-
mək  bacarıqlarını  fərqləndirmək  məsələlərini  təhsilin  məzmu-
nununda  başlıca  komponentlər  hesab  edirlər.  ETT-nin  təsiri  ilə 
cəmiyyətin qeyri-humanistləşdirilməsini iddia edən fəlsəfi konsep-
siyaya əsaslanan digər müəlliflər məzmunun elementlərinə hissləri, 
emosiyaları  və  münasibətləri  daxil  edirlər.  Bəzi  tədqiqatlarda  isə 
məzmun dedikdə yalnız biliklər nəzərdə tutulur.” (159, s.38). 
M.Q.Kazanskiy  və  T.S.Nazarov  ibtidai  təhsilin  nəzəri  prob-
lemlərini araşdırarkən təhsilin məzmununun müxtəlif olması barədə 
məşhur  didaktik  alimlər  M.N.Skatkin  və  U.Y.Lernerin  tədqiqatla-
rına  istinad  edirlər.  İbtidai  təhsilin  məzmununun  komponentləri 
barədə klassik pedaqogikanın qənaətlərinin düz olduğunu qeyd edə-
rək aşağıdakı təsnifatı irəli sürürlər: “1) dünya (ətraf aləm) haqqında 
biliklər; 2) bacarıq və vərdişlər, fəaliyyətin icrasının rasional üsulla-
rı; 3) yaradıcı (qeyri-standart) fəaliyyət təcrübəsi; 4) dünyaya və bir-
birinə münasibətlərin (ruhi, mənəvi, estetik) normaları, yəni tərbiyə-
lilik normaları” (134, s.137). 
Göründüyü kimi, bu yanaşmada da bilik, bacarıq və münasi-
bətlərin təhsilin məzmun komponentləri kimi dəyərləndirildiyi ay-
dın görünür. Şagirdlərin yaradıcı fəaliyyət təcrübələri xüsusi olaraq 
göstərilir. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə