İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə10/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
29 
fəaliyyətə  emosional  dəyər  münasibətlərində  əks  olunur.  İnsanın 
ətraf gerçəkliyə münasibəti, onun hisslərinin  əhatə dairəsi nə onun 
bu gerçəklik haqqındakı bilikləri, nə də bacarıq və vərdişləri ilə üst- 
üstə düşür. 
Məzmunun qeyd olunan elementlərinin bütün bu özünəməx-
susluqları ilə yanaşı, qeyd etmək lazımdır ki, onların hamısı bir–biri 
ilə  qarşılıqlı  əlaqədədir.  Biliksiz  bacarıq  mümkün  deyil.  Yaradıcı 
fəaliyyət  bilik  və  bacarıqlara  aid  müəyyən  məzmunlu  materiallar 
üzrə həyata keçirilir. Tərbiyəlilik bu və ya digər münasibətlərlə mü-
əyyən  olunan  gerçəkliyi,  bu  və  ya  digər  emosiyalar  doğuran 
fəaliyyət haqqında bilikləri, bacarıq və vərdişləri nəzərdə tutur. 
Eyni zamanda məzmunun hər bir elementi sonrakı olmadan 
mənimsənilə  bildiyi  üçün  bütün  növlərin  zəruriliyini  dərk  etmək 
vacibdir. 
Beləliklə,  aparılmış  araşdırmalar  aşağıdakı  nəticələrə  gələ-
məyə imkan verir. 
1.
 
Təhsilin  məzmunu  əsas  pedaqoji  anlayışlardan  biri  kimi 
pedaqoji  araşdırmaların  mərkəzində  dayanmış,  xüsusən  onun  ma-
hiyyəti ilə bağlı müxtəlif yanaşmalar olmuşdur. Ənənəvi olaraq bu 
yanaşmalarda onun bilik, bacarıq və vərdişlər sistemindən ibarət ol-
ması qənaətinə gəlinmişdir. 
2.
 
Araşdırmalar göstərir ki, “təhsilin məzmunu” və “təlimin 
məzmunu”  eynimənalı  anlayışlar  kimi  işlənməkdədir.  Bu,  onların 
eynimənalı  ifadələr kimi başa düşülməsindən irəli gəlir. Bilik, ba-
carıq və vərdişlər onların hər ikisinin mühüm əlaməti kimi başa dü-
şülür. Bundan əlavə, araşdırmalar həm də bu vəziyyətin son vaxtlar 
“təhsil”  və  “təlim”  anlayışlarına  münasibətin  dəyişməsindən  irəli 
gəldiyini söyləməyə imkan verir. 
3.
 
Təhsilin məzmunu mühüm pedaqoji anlayışlardan biri ki-
mi bilik, bacarıq və vərdişlərin sistemini əhatə etməklə yanaşı, şa-
girdlərin  əldə  etdikləri  idraki,  əxlaqi-mənəvi  və  fiziki  dəyərləri 
ehtiva edir. 
4.
 
Sosial  hadisə  kimi  təhsilin  məzmununun  formalaşdırıl-
masında aşağıdakı şərtlər həlledici rol oynayır: 


Gülarə Balayeva 
 
 
30 
-  Dünyada məlumatların  çoxalması,  informasiya  bolluğunun 
yaranması. 
- Təhsilin demokratik və humanist prinsiplər əsasında qurul-
ması. 
- Təhsilin ictimai xarakterə malik olması. 
- Keyfiyyətin qiymətləndirməsi. 
 
 
1.2 Problemin pedaqoji ədəbiyyatda qoyuluşu 
 
İbtidai  təhsil  ümumi  təhsilin  başlanğıcı  hesab  edilir. 
Azərbaycan  Respublikasının  Təhsil  Qanununda  göstərildiyi  kimi, 
ümumi təhsilin birinci səviyyəsi ibtidai təhsil adlanır. “İbtidai” ərəb 
sözü olub mənası “başlanğıc” deməkdir. 
Təhsilin  bu  mərhələsinin    müəyyənləşdirilməsi  cəmiyyətin 
tarixi  inkişafının məhsulu kimi  dəyərləndirilir. Təhsilin  pillələr və 
mərhələlər  üzrə  qurulması,  onların  məntiqi  ardıcıllıqla  sıralanması 
və insanın formalaşması istiqamətinə  yönəldilməsi  təhsil tarixinin 
inkişafında  obyektiv  bir  yanaşma  tərzi  hesab  edilir.  Ona  görə  də, 
demək  olar  ki,  dünyanın  əksər  ölkələrində  ibtidai  təhsilə 
ümumtəhsil  məktəblərinin  başlanğıc  mərhələsi  kimi  yanaşılır. 
Araşdırmalar  onu  göstərir  ki,  məktəbdarlıqla  məşğul  olan  və 
məktəbə  xüsusi  diqqət  yetirən  insanlar  da  təhsilin  başlanğıc 
mərhələsinin  özəlliklərini  xüsusi  olaraq  vurğulamışlar.  Milli 
mətbuatımızın bünövrəsi hesab edilən “Əkinçi”nin 1877-ci il mayın 
26-da  çap  olunan  11-ci  nömrəsində  yazılmışdır  ki,  “Millətin 
xoşbəxt  və  ya  bədbəxt  olmasına  bais  uşaqların  ibtidai  təhsilidir” 
(63,  s.9).  İbtidai  təhsilin  yaxşı  olması    isə  onun  elmi,  pedaqoji 
əsaslar üzərində qurulmasından asılıdır. Uzunillik təcrübələr də onu 
göstərir ki, təhsilin etibarlı özül üzərində qurulması üçün pedaqoji, 
psixoloji  araşdırmaların  aparılması və  onun  nəticələrindən  istifadə 
edilməsi  yaxşı nəticələr  verir.  Biz də  ibtidai  təhsilin məzmununun 
nəzəri-pedaqoji problemlərini daha səriştəli həll etmək üçün belə bir 
araşdırmanın  aparılmasını  faydalı  hesab  edirik.  Məsələni  məntiqə 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
31 
uyğun  həll  etmək  üçün,  ilk  növbədə,  problemlə  bağlı  pedaqoji 
ədəbiyyatları araşdırmağı qarşıya məqsəd qoymuşuq. 
Ümumtəhsildə ibtidai təhsilin özül rolunu oynaması təbii ki, 
onun bütöv bir mərhələ kimi formalaşmasını tələb edir. İbtidai təh-
silin  formalaşması isə zəruri  komponent  kimi  məzmunun  yaradıl-
ması zərurətini qarşıya qoyur. Araşdırmalar  onu göstərir ki, bu mə-
sələ pedaqogika sahəsində tədqiqat aparan alimlərin (Y.Ş.Kərimov, 
Y.R.Talıbov, Ə.A.Ağayev, Ə.X.Paşayev, F.A.Rüstəmov, L.M.Qa-
sımova, E.Y.Monoszon, B.B.Krayevski, İ.Y.Lerner və b.) diqqətini 
haqlı olaraq cəlb etmişdir. Tədqiqatçıların, demək olar ki, hamısı ib-
tidai  təhsilin  baza  rolunu  dəyərləndirməklə  onun  daha  möhkəm 
əsaslar üzərində qurulmasını zəruri hesab etmişlər. 
Təhsilin başlanğıc mərhələsi hesab edilən ibtidai təhsil məktə-
bəqədər təhsillə orta təhsil səviyyəsi arasında bir körpü rolunu oy-
nayır. Kiçik yaşlı məktəblilər bu mərhələdə həm məktəbə adaptasi-
ya olunur, həm də məktəbəqədər təhsildə qazandıqları idraki, əxla-
qi-mənəvi və fiziki bacarıqları davam və inkişaf etdirirlər. 
İbtidai  təhsilin  əhəmiyyətini  vurğulayan  tədqiqatçılar  bu  sə-
viyyənin həm də çox zəruri olmasını, onun ümumi təhsildə xüsusi 
funksiya daşıdığını əsaslandırırlar. 
Məlum olduğu kimi, şagirdlər ümumi təhsilin, orta təhsil və 
tam orta təhsil pillələrində insan, cəmiyyət və təbiət haqqında bilik-
lərini  tədricən  genişləndirir,  müxtəlif  elmlərin  əsaslarına  yiyələ-
nirlər. Bunun üçün ayrı-ayrı anlayışları mənimsəyir, biliklərə sahib 
olurlar. Təhsilin növbəti pillələrində fəaliyyət göstərməyə, ümumiy-
yətlə,  davamlı  təhsilə  hazırlaşırlar.  Təbii  ki,  fənləri  ayrı–ayrılıqda 
differensiasiya olunmuş şəkildə birbaşa öyrənmək təlim prosesində 
çətinliklərin  yaranmasına  səbəb  olur.  Ona  görə  də  təhsilin  ibtidai 
pilləsində  şagirdlərə  inteqrativ  bilik  və  bacarıqların  verilməsi, 
onların  nisbətən  daha  mürəkkəb  təhsil  şəraitinə  hazırlanması  son 
dərəcə  zəruri  hesab  edilir.  Pedaqoji  biliklərin  əsaslarını  araşdıran 
E.İ.Monoszon I-IV siniflərdə ibtidai təhsilin və onun məzmununun 
zəruriliyini  belə  əsaslandırır:  “Bu  pillədə  ümumi  təhsilin  ilkin 
elementləri  və  politexnik  biliklərin  əmək  bacarıqlarının  rüşeymi, 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə