İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə11/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

Gülarə Balayeva 
 
 
32 
uşaqların  fiziki  və  əqli  qüvvələrinin  və  qabiliyyətlərinin,  mənəvi 
tərbiyənin  tələbləri  baxımından  onların  dünyagörüşünün,  davranış 
və xarakterinin  əsası qoyulur. Məktəb müntəzəm olaraq kiçikyaşlı 
məktəblilərdə  biliklərə  həvəs  oyadır,  onların  əqli  qabiliyyətlərini 
inkişaf  etdirir,  öyrənilən  hadisələri  bir-  birindən  təcrid  olunmuş 
halda  deyil,  qarşılıqlı  əlaqədə  nəzərdən  keçirməyi,  hadisələrin 
səbəbini  aydınlaşdırmağı,  müşahidə  olunan  faktlardan  müvafiq 
nəticələr çıxarmağı öyrədir” (140, s. 112). 
İbtidai təhsilin nəzəri və praktik problemlərini ardıcıl olaraq 
araşdıran Y.Ş.Kərimov da ibtidai təlimi təhsil sisteminin bünövrəsi 
kimi  dəyərləndirərək  onun  məzmununun  problemlərinin  həll 
olunmasını  zəruri  hesab  etmişdir:  “İbtidai  təlim  təhsil  sisteminin 
bünövrəsidir.  Bir  sıra  ümumpedaqoji  bacarıq  və  vərdişlər    (dinlə-
mək və eşitmək, baxmaq və görmək, sual vermək, suala cavab ver-
mək, oxumaq, yazmaq, saymaq, hesablamaq, fəaliyyəti planlaşdır-
maq  təlim  tapşırığını  yerinə  yetirmək,  özünənəzarət  və  özünüqiy-
mətləndirmə üzrə ilkin vərdişlər və s.) bu mərhələdə yaranır. Bu ba-
xımdan  əgər  söhbət  təhsil  sisteminin  məzmunundan  gedirsə,  ilk 
növbədə,  məhz  ibtidai  mərhələnin  məzmunu  məsələsi  həll  olun-
malıdır”(67, s.150). 
Araşdırmalar onu göstərir ki, təhsilin məzmun komponentləri 
özlüyündə elmi polemikaya səbəb olan və müzakirə tələb edən bir 
məsələdir.  Çünki  məzmunun  əhatə  dairəsini  konkretləşdirmək, 
onun  ehtiva  etdiyi  məsələləri  aydınlaşdırmaq  o  qədər  də  asan 
deyildir.  Bu  problemin  həll  olunmasına  təşəbbüs  göstərən 
tədqiqatçılar  arasında  İ.Y.  Lerner və  M.N. Skatkinin  araşdırmaları 
daha  uğurludur.  Onlar  ümumtəhsil  məktəblərinin  problemlərini 
araşdırarkən  təhsilin  məzmun  komponentlərini  konkretləşdirməyə 
çalışmış  və  belə  qənaətə  gəlmişlər  ki,  təhsilin  məzmun 
komponentləri  dörddür;  1)  dünya,  ətraf  aləm  haqda  biliklər;  2) 
bacarıq  və  vərdişlər–tipik  stereotip  fəaliyyətin  icrasının  rasional 
üsulları; 3) yaradıcı (qeyri- standart) fəaliyyət təcrübəsi; 4) dünyaya 
və bir–birinə münasibətlərin (ruhi, mənəvi, estetik) normaları, yəni 
tərbiyəlilik normaları (128, s.102).  


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
33 
Sonralar  M.Q.Kazanskiy  və  F.S.Nazarovanın  birgə  hazırla-
dıqları  “Didaktika”  (ibtidai  siniflər)  kitabında  ibtidai  təhsilin 
məzmunu problemi araşdırılmışdır. Onlar M.N.Skatkin və İ.U.Ler-
nerin bu məsələ ilə bağlı tədqiqatlarına istinad etmiş, onların ibtidai 
təhsilin məzmun komponentləri ilə  bağlı  fikirlərini  qəbul  etmişlər. 
Eyni  zamanda  belə  nəticəyə  gəlmişlər  ki,  “Məzmunun  bu  dörd 
növünün biri digərini əvəz etmir. Təhsilin məzmununun bu anlamı 
hələ  hamı  tərəfindən  qəbul  edilməmişdir.  Lakin  o  perspektivlidir” 
(133, s. 97).  
Azərbaycanda  da  təhsilin  məzmun  komponentləri  məsələsi 
maraq  doğurmuş  onun  müəyyənləşdirilməsi  istiqamətində  araşdır-
malar  aparılmışdır.  M.A.İsmixanov  təhsilin  məzmununu  ümumi 
təhsil  problemi  kimi  tədqiqata  cəlb  etmiş,  onun  komponentləri 
barədə konkret nəticəyə gəlmişdir: “Məktəbin qarşısında duran əsas 
vəzifə böyüyən nəsli rəngarəng fəaliyyət növləri ilə tanış etməkdən 
və onları bu fəaliyyət növlərinə hazırlamaqdan ibarətdir. Didaktika 
bu  çox  cəhətli  fəaliyyət  sahələri  üçün  ümumi  cəhətlərin  başlıca 
ünsürlərini  aşkara  çıxarmalıdır.  Aparılmış  xüsusi  tədqiqatlar 
əsasında  (İ.Y.Lerner,  M.N.Skatkin)  sosial  təcrübənin  dörd  ünsürü 
müəyyən edilmişdir: 
-
 
təbiət, cəmiyyət, texnika və təfəkkürə aid biliklər; 
-
 
məlum  fəaliyyət  növlərini  həyata  keçirmək  təcrübəsi 
(bacarıq və fəaliyyət) 
-
 
yaradıcı  fəaliyyətin  təcrübəsi  bilik  və  bacarıqların  yeni 
hallara müstəqil tətbiqi, yeni problemlərin həlli yollarının axtarışı; 
-
 
ətraf  mühitə,  insanlara  münasibət  təcrübəsi  (emosional, 
mənəvi, estetik və iradi tərbiyəlik sistemi)” (53, s.106). 
Bu yanaşmada bir neçə cəhət xüsusi maraq doğurur. Əvvəla, 
müəllif  təhsilin  məzmun  komponentlərini  ümumtəhsilin  bütün 
səviyyələrinə şamil olunan yanaşma tərzi kimi təqdim edir. İkincisi, 
ümumi təhsilin məzmun komponentlərini sosial təcrübənin ünsür-
ləri  kimi  izah  edir.  Üçüncüsü,  araşdırmalarında  İ.Y.Lerner  və 
M.N.Skatkinin  tədqiqatlarına  əsaslandığını  xüsusi  olaraq  vurğula-
yır. 


Gülarə Balayeva 
 
 
34 
İbtidai təhsilin məzmununun müəyyənləşdirilməsi məsələsin-
də ənənəvi olan və bu gün daha çox müzakirə doğuran bir məsələ 
vardır ki, o da məqsədin nə zaman, hansı məqamda müəyyən olun-
masından ibarətdir. 
Məqsəd fəlsəfi kateqoriyadır. Mahiyyət etibarı ilə nəticələrin 
əvvəlcədən təsəvvürdə canlandırması, təsəvvür olunması  kimi başa 
düşülür. Hər hansı fəaliyyət sahəsində məqsəd konkret olaraq özü-
nün yerini görülmüş işdən əvvəl tutur. Bu mənada ibtidai təhsildə 
də  məqsədlərin  məzmundan  əvvəl  gəlməsi,  onun  tənzimləməsi 
labüddür. Bu məsələ tədqiqatçıların araşdırmalarında xüsusi olaraq 
vurğulanır.  Ümumtəhsilin  məzmununu,  müasir  inkişaf    istiqamət-
lərini  araşdıran  M.N.  Rıjakov  kurikulum  ideyasını  açıqlayarkən 
təlim məqsədlərinin şəbəkəsini  yaratmışdır.  Blumun taksonomiya-
larının  meydana  gəlməsini  mütərəqqi  bir  hal  kimi  dəyərləndir-
mişdir. Fikirlərini ümumiləşdirərkən belə bir qənaətə gəlmişdir ki”, 
“arabanı  atdan  qabağa  qoşmaq  mümkün  olmadığı  kimi,  məqsədi 
müəyyənləşdirməzdən əvvəl məzmunu işləyib hazırlamaq mümkün 
deyildir” (151, s.7).  
Azərbaycanda  son  dövrlərdə  aparılan  araşdırmalar,  təhsilin 
mövcud durumu ilə bağlı öyrənilmiş vəziyyət də bilavasitə məzmun 
islahatlarının  bu  istiqamətə  yönəldilməsinin  zəruriliyini  aydın 
şəkildə göstərmişdir. 
Bütün  bunları  ümumiləşdirməklə  onu  söyləmək  olar  ki,  ib-
tidai  təhsilin  məzmununun  hazırlanmasında  məqsədlərin  müəyyən 
olunması  önəmlidir. Bunun nəzərə alınması ibtidai təhsilin məzmu-
nunun  cəmiyyətin  tələbatlarına  yönəldilməsi,  sistemli  qurulması 
baxımından əhəmiyyət daşıyır. Əgər biz məqsədlərin müəyyənləş-
dirməsi və ona istinad olunmasını mühüm amillərdən biri kimi belə 
təsəvvür etmiş olsaq, onda ibtidai təhsilin məzmununun yaradılması 
barədə  düşünmək  ehtiyacı  yaranmış  olar.  Tətqiqatçılar  ibtidai  təh-
silin məzmununun seçilməsi və  formalaşdırılması,  ona təsir göstə-
rən amillər üzərində xeyli araşdırmalar aparmışlar. 
Araşdırmalar onu göstərir ki, ibtidai təhsilin nəzəri problemlə-
ri  ilə  məşğul  olanların  daha  çox  diqqət  yetirdikləri  məsələ  məhz 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə