İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə1/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
  1   2   3   4   5   6   7   8   9   ...   47


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ 
 
 
 
 
 
 
GÜLARƏ ELMAN QIZI  BALAYEVA 
 
 
 
 
İBTİDAİ  TƏHSİLİN  
MƏZMUNUNUN  
NƏZƏRİ-PEDAQOJİ  
PROBLEMLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2012 


Gülarə Balayeva 
 
 

 
Elmi redaktor:   
Fərrux Rüstəmov  
                              
Əməkdar elm xadimi, 
               pedaqogika üzrə elmlər doktoru, professor,  
                                    
 
 
Rəyçilər:  
 
 Hikmət Əlizadə 
                
 
 pedaqogika üzrə  elmlər doktoru, professor 
             
 
 Nadir Abdullayev 
               
 
 pedaqogika üzrə fəlsəfə doktoru, professor 
             
 
 Ənvər Abbasov 
              
               pedaqogika üzrə fəlsəfə doktoru, dosent 
 
 
 
 
 
 
Gülarə Balayeva.  
İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri.  
Bakı, “Elm və təhsil”, 2012,  152 səh. 
 
Kitabda  ibtidai  təhsilin  məzmununun  nəzəri  problemləri  araşdırılır, 
ibtidai  təhsilin  məzmununun    prinsipləri,  funksiyaları,  stuktur  məsələləri 
təhlil edilir. 
Kitab müəllimlər və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.    
 
 
2012
098
4602000000

N
 
грифли няшр
 
                       © 
«Elm və təhsil», 2012
 
 
 
 
 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 

 
 
 
 
 
 
Ö
n söz  
 
Azərbaycanda  aparılan  ictimai,  iqtisadi  və  mədəni 
dəyişikliklər  onun  müstəqil  bir  ölkə  kimi  sürətlə,  inkişaf 
etdirilməsinə  yönəlmişdir. Artıq on ildən çoxdur ki, Azərbaycanın 
təhsil  həyatında  uğurlu  təhsil  islahatları  həyata  keçirilir.  Təhsilin 
bütün pillələrində, o cümlədən ümumi təhsildə köklü dəyişikliklər 
aparılır. Təhsilin  bütün səviyyələrində  qlobal dünyanın tələblərinə 
uyğun  standartların,  pedaqoji  texnologiyaların,  idarəetmə  və 
qiymətləndirmə  mexanizmlərinin  hazırlanması  istiqamətində 
tədbirlər  görülür.  Ölkəmizin  təhsil  siyasətinə  uyğun  olaraq  bu 
işlərin uğurla həyata keçirilməsi, Azərbaycan cəmiyyətinin inkişaf 
etdirilməsi  baxımından  daha  da  təkmilləşdirilməsi  hazırkı  dövrün 
ən  məsul  və  ciddi  vəzifələrindən  hesab  edilir.  Həmin  vəzifələrin 
reallaşdırılması,  həyata  keçirilməsi  zəruri  bir  problem  kimi 
gündəmdə dayanır. 
Elmi-pedaqoji  ictimaiyyətə  təqdim  olunan  Gülarə  Balaye-
vanın 
“İbtidai 
təhsilin 
məzmununun 
nəzəri-pedaqoji 
problemləri”  adlı  kitabı  bu  baxımdan  aktuallıq  kəsb  edir.  Əsər 
müəllifin  mənim  rəhbərliyimlə  pedaqogika  üzrə  fəlsəfə  doktoru 
elmi  dərəcəsi  almaq  üçün  müdafiə  etdiyi  eyni  adlı  dissertasiyanın 
materialları əsasında hazırlanmışdır.  
İbtidai təhsilin yenidən qurulması, bir sistem kimi formalaş-
dırılması  onun  məzmununun  düzgün  müəyyənləşdirilməsindən 
asılıdır.  Uzun  illər  bu  bir  problem  kimi  Azərbaycan  təhsilində 


Gülarə Balayeva 
 
 

maraq  doğurmuş,  onun  həlli  istiqamətində  tədbirlər  görülmüşdür. 
Ayrı-ayrı fənlərin tədrisi ilə bağlı aparılmış araşdırmalar daha çox 
metodik  xarakter  daşımışdır.  Bu  kitabda    isə  ibtidai  təhsilin 
məzmunu,  onun  nəzəri-pedaqoji  problemləri  tədqiqat  obyektinə 
çevrilmiş,  ciddi  araşdırmalar  aparılmış,  mövcud  elmi-nəzəri 
ədəbiyyata,  təhsillə  bağlı  hüquqi-normativ  sənədlərə,  bu  sahədə 
qazanılan təcrübəyə istinadən maraqlı ideyalar tədqiqat predmetinə 
çevrilmişdir.  
Kitabın  birinci  fəslində  tədqiqatın  ümumi  məsələləri  mü-
zakirə obyektinə çevrilmişdir. Təhsilin məzmunu mühüm pedaqoji 
anlayışlardan biri kimi müasirlik müstəvisində araşdırılmış, şəxsiy-
yətyönümlülük,  nəticəyönümlülük  prinsipləri  əsasında  qurulan 
Azərbaycan təhsilinin tələbləri baxımından dəyişdirilmişdir. Bu gün 
daha çox eyni semantik məqamlarda işlənən “təhsilin məzmunu” və 
“təlimin məzmunu” anlayışlarına münasibət bildirilmişdir. 
Əsərdə  ibtidai  təhsilin  mövcud  vəziyyətinin  təhlilinə  təd-
qiqatın ümumi məsələləri kimi yanaşılmışdır. Ədəbiyyatın təhlilin-
də  ümumləşdirmələr  aparılmış,  məzmunun  müəyyən  olunmasının 
əhəmiyyəti,  onun  prinsipləri,  funksiyaları,  struktur  xüsusiyyətləri 
prioritet istiqamətlər kimi diqqət mərkəzində saxlanılmışdır. 
İbtidai təhsilin mövcud vəziyyəti araşdırılarkən Azərbaycan 
hökumətinin 1999-cu ildə, eləcə də 2006-cı ildə ümumi təhsillə, o 
cümlədən ibtidai təhsillə  bağlı  sənədlər  nəzərdən  keçirilmiş, təhlil 
edilmişdir. 
 Kitabın  ikinci  fəsli  ibtidai  təhsilin  məzmununun  mühüm 
pedaqoji  problemlərinin  öyrənilməsinə  həsr  olunmuşdur.  Təd-
qiqatın  ümumi  strukturunda  belə  bir  ardıcıllığın  müəyyənləşdiril-
məsi  mühüm  əhəmiyyət  kəsb  edir.  İbtidai  təhsilin  məzmununun 
pedaqoji problemlərinin araşdırılması qarşıya qoyulmuş məqsədin, 
müəyyən olunmuş nəzəri müddəaların reallaşdırılmasını təmin edir. 
Məlum olduğu kimi, pedaqoji ədəbiyyatlarda təhsilin məz-
mununun müəyyən olunması, prinsipləri ilə bağlı xeyli yanaşmalar 
vardır.  Onların  müəyyən  qismində  həm  də  konkret  olaraq  ibtidai 
təhsilin  məzmunundan  bəhs  edilir.  Kitabda  bu  məsələyə  aydınlıq 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə