İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
35 
məzmunun  müəyyən  olunmasıdır.  Tədqiqatçılar  çox  hallarda  bu 
məsələyə emprik səviyyədə  yanaşmağa səy göstərmişlər. Müxtəlif 
tədris planlarını hazırlamaqla məktəbin tələbatlarını ödəməyə üstün-
lük vermişlər.  
Mövcud  məzmunla  bağlı  vəziyyəti  növbəti  yarım  fəsildə 
nəzərdən keçirdiyimizi nəzərə  alaraq burada  yalnız məzmunun di-
daktik əsasları, onun hazırlanmasına verilən tələblərlə bağlı fikirləri 
şərh etməklə kifayətlənirik. 
İbtidai təhsilin məzmununun müəyyən olunması, onu şərtlən-
dirən amillər əhəmiyyətli rola malikdir. Bu məsələnin xüsusi didak-
tik əhəmiyyətini qəbul edən  tədqiqatçılar F.A.Rüstəmov, Y.P.Pod-
lasıy  N.Q.Kazanski,  T.S.Nazarova,  İ.İsayev,  A.Eminov  araşdır-
malarında ümumi təhsilin, o cümlədən ibtidai təhsilin məzmununu 
şərtləndirən amillərdən bəhs etmişlər . 
Azərbaycan Respublikasının təhsil naziri  ölkəmizdə  aparılan 
təhsil islahatlarının gedişi barədə danışarkən ümumtəhsilin məzmu-
nunda köklü dəyişikliklərdən söhbət açmış, onun bir sıra şərtlərini 
əsaslandırmışdır: “Müstəqil Azərbaycanda son illərdə təhsilin bey-
nəlxalq  standartlara  uyğun  qurulması  və  dünya  təhsil  sisteminə 
inteqrasiya edilməsi, təlim- tərbiyənin şagirdlərin meyl və maraqları 
əsasında  təşkil  edilməsi  tələbləri  ümumi  təhsilin  məzmununda 
köklü dəyişikliklərin aparılması zərurəti yaradır” (17). 
Doğrudan  da,  bu  gün  beynəlxalq  standartların  səviyyəsi, 
dünya təhsilində gedən inteqrasiya Azərbaycanda ümumi təhsilin, o 
cümlədən ibtidai təhsilin məzmununun qurulması üçün vacib amili-
dir. Onların səmərəli və məqsədyönlü şəkildə həyata keçirilməsində 
şagird marağının nəzərə alınması ciddi faktdır. 
Bu  məsələ  pedaqoq  alimlərin  marağını  çəkən  problem  kimi 
araşdırmalara cəlb olunmuş, ona münasibətlər bildirilmişdir. İbtidai 
təhsil  nəzəriyyəsinin  formalaşmasında  xidmətləri  olan  N.Q.Kazanskiy 
və  T.S.Nazarova  ibtidai  təhsilin  məzmununun  cəmiyyətin  inkişafı  ilə 
bağlı  olduğunu  vurğulayaraq,  bildirirlər  ki,  ”cəmiyyətin  inkişafı, 
böyüməkdə olan nəslin tərbiyəsinin məqsəd və vəzifələrinin dəyişməsi 
təhsilin məzmununun da dəyişməsinə səbəb olur” (134, s. 121). 


Gülarə Balayeva 
 
 
36 
Təhsilin  məzmununun  dəyişməsi  və  yeniləşməsində  başlıca 
səbəblərdən  biri  də  elmlərin  inkişafı,  biliklərin  artması,  yeniləş-
məsidir.  Sosioloji  araşdırmaların  nəticələri  də  bilavasitə  müasir 
dövrdə  biliklərin  inkişaf  etməsini  və  xarakter  etibarı  ilə  dəyişərək 
yeniləşdiyini təsdiqləyir. Y.Talıbov, Ə.Ağayev, İ.İsayev və A.Emi-
nov da araşdırmalarında bu qənaətə gəlirlər ki, “hər 7-10 ildən bir 
elmi  məlumatların  həcmi  ikiqat  artır.  Belə  bir  şəraitdə  təbiət, 
cəmiyyət  və insan haqqında biliklərin əsasını düzgün və obyektiv 
seçib  müəyyənləşdirmək  böyük  əhəmiyyət  daşıyır”  (118,  s.117). 
Pedaqogikadan yeni kursun müəllifi olan Y.D.Podlasıy araşdırma-
larında  diqqətini  ümumtəhsilin,  onun  ayrı-ayrı  səviyyələrinin  di-
daktik əsasının öyrənilməsinə  yönəltmişdir. Onun fikrincə, təhsilin 
məzmununa təsir edən amillərə bir neçe mövqedən yanaşılmalıdır. 
Birinci, həm cari, həm də perspektiv tələbatlar məzmunun mühüm 
amili  kimi  çıxış  edərək  onu  stimullaşdırır.  “Məzmun  cəmiyyətin, 
eyni  zamanda  ayrı-ayrı  insanların  həm  cari  həm  də  perspektiv 
tələbatlarını  əks  etdirməlidir.  Məhz  tələbatlar  məzmunun 
formalaşdırmasını  və  onun  müxtəlif  tipli  və  səviyyəli  tədris 
müəssisələrinin  proqramlarına  daxil  edilməsini  istiqamətləndirir” 
(142, s.317). 
İkinci,  cəmiyyətdəki  ideoloji  proseslərin  məktəbə  təsir 
göstərməsi  hesab  edilir.  Müəllif  bu  məsələdən  danışarkən  fikrini 
aydın  şəkildə  belə  əsaslandırır.  ”Digər  sistemlərdən  nəşət  tapan 
təhsilin məzmunu mürəkkəb və ziddiyyətlidir, çünki özündə  onun 
yaranmasına səbəb olan prioritetlər sistemlərin izlərini saxlayır. Bu 
baxımdan təhsilin məzmunu kəskin ideoloji mübarizənin, mübarizə 
edən  qüvvələrin  məktəb  və  onun  vasitəsi  ilə  bütün  cəmiyyət  üzə-
rində öz təsirini yaymağa can atmasının predmeti olmuş və olmaq-
da davam edir. Bu amil o qədər qeyri-keçici xarakterə malikdir ki, 
onu  təhsilin  məzmununun  formalaşdırılması  qanunauyğunluqla-
rından  biri  kimi  nəzərdən  keçirmək  məqsədəuyğundur”  (142, 
s.317). 
Tədqiqatçı  həm  birinci,  həm  də  ikinci  amili  xüsusi  qeyd  et-
məklə, onların məzmunun formalaşdırılmasındakı həlledici rollarını 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
37 
əsaslandırmaqla  yanaşı,  onun  hazırlanmasının  diqqət  mərkəzində 
saxlanılmasını  vacib  hesab  edir.  Cəmiyyətdəki  proseslərə  məxsus 
ideoloji  mübarizənin  xarakterindəki  qeyri-keçiciliyi  qanunauyğun-
luq hesab edərək zəruri amil kimi daha da qabarıqlaşdırır. 
Fikrimizcə,  müəllifin  bu  yanaşması  təhsilin  sosial hadisə  ol-
ması və onun cəmiyyət hadisələrini öz məzmununda ehtiva etməsi 
zərurəti  ilə  bağlıdır.  Hər  bir  millətin  təhsili  sosial  hadisə  kimi 
təzahür  etməklə  məzmununda təlim-tərbiyə  baxımdan  əhəmiyyətli 
olan  bütün  fakt,  hadisə  və  prosesləri  əks  etdirir.  Gələcəyin 
qurucularını  həmin  fakt,  hadisə  və  proseslərin  məntiqinə  uyğun 
olaraq forlamalaşdırır. 
Araşdırmalar  onu  göstərir  ki,  təhsilin  məzmununa  təsir  edən, 
onun  formalaşdırılmasında  rol  oynayan  amillərdən  biri  də  maddi  və 
formal  xarakter  daşıyan  təhsil  nəzəriyyələridir.  M.İsmixanov  təhsilin 
məzmunundan  danışarkən  belə  nəticəyə  gəlir  ki,  məhz  təhsilin 
məqsədi məsələsi uzun müddət ciddi mübahisə doğurmuşdur. Bununla 
əlaqədar  XVIII  əsrin  sonu  və  XIX  əsrin  əvvələrində  iki  nəzəriyyə 
meydana gəlmişdır: formal və maddi təhsil nəzəriyyələri“ (53, s. 110). 
Müəllif  bu  nəzəriyyələrə  münasibət  bildirərək  onların  hər 
hansı  birini  ayrılıqda  götürməyi  birtərəfli  yanaşma  kimi  dəyərlən-
dirmiş, hər ikisinin nəzərə alınmasını faydalı hesab etmişdir (53, s. 
110-111). 
Fikrimizcə,  müəllif  təhsilin  məzmununun  formalaşmasında 
mühüm  amil  kimi  formal və  maddi təhsil  nəzəriyyələrinin  rolunu 
nəzərə  alaraq  onlara  munasibət  bildirir  və  praktik  olaraq  həmin 
nəzəriyyələrlə  bağlı  təkliflərini  verir.  Ə.X.Paşayev,  F.A.Rüstəmov 
da  təhsilin  məzmununun  formalaşmasına  təsir  göstərən  bir  çox 
nəzəriyyələrin  olduğunu  qeyd  etmiş  və  onların  mahiyyətini 
açıqlamışlar.  Onlar  maddi  təhsilin  tərəfdarları  Y.A.Komenskinin 
belə  bir  fikrinə  istinad  edirlər  ki,  məktəbin  əsas  vəzifəsi  müxtəlif 
elm  sahələri  üzrə  şagirdlərə  geniş  həcmdə  biliklər  verməkdən 
ibarətdir. Məktəbi bitirənlər ensiklopedik biliyi ilə fərqlənməlidirlər.  
Bu  ideyanı  XIX  əsrdə  bir  çox  görkəmli  pedaqoqlar  medafiyə 
edirdilər.  Maddi  təhsilin  nöqsanları  fənlər  arasında  zəif  əlaqədə,  


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə