İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə15/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

Gülarə Balayeva 
 
 
44 
Məlum olduğu kimi, dəyərlər və yaradıcı fəaliyyət təcrübəsi 
eyni  məna  daşımır.  Bu  anlayışlara  mahiyyət  etibarı  ilə  münasibət 
bildirməli olsaq, o zaman dəyərlərin şəxsiyyətin keyfiyyət göstərici-
si olduğunu, ilkin formalaşdığını, praktik fəaliyyət təcrübəsinin isə 
onun əsasında yarandığını xarakterik cəhət kimi qeyd etməliyik. 
Təhsil  standartlarını  təhsilin  məzmunu  kimi  qəbul  edən 
A.O.Mehrabov  da  araşdırmalarında  bu  məsələyə  öz  münasibətini 
belə  bildirir:  “Təhsil  standartlarının  şəxsiyyətyönümlü  məzmunu-
nun  əsas  elementi  kimi  təhsilin  məzmunu  və  fəaliyyət  sahəsində 
şagirdlərin yiyələndikləri sosial təcrübə qəbul olunur.” (88, s.291). 
Müəllif təhsil standartlarına müasir təhsil anlayışlarından biri 
kimi  yanaşır,  onu  təhsilin  məzmunu  kimi  qəbul  edərək  bilavasitə 
şagirdlərə  yönəlmiş  məzmun  kimi  dəyərləndirir.  Onun  element-
lərinə  gəldikdə  isə  məzmunu  və  fəaliyyəti  bir–birindən  ayıraraq 
onların hər ikisini məzmuna aid edir. 
Fikrimizcə,  müəllif  məzmun  və  fəaliyyət  deməklə  bilik  və 
fəaliyyəti  nəzərdə  tutmuş,  onların  inteqrativ  formada  müasir 
məzmunu ifadə etdiyini bildirmək istəmişdir. 
Bütün bunlar  ibtidai  təhsilin məzmun  komponentləri  barədə 
alimlərin müxtəlif yanaşmalarının olmasını, lakin həmin  yanaşma-
larda onların bir–birilərinə yaxın fikirlər söylədiklərini göstərir. Bu 
isə araşdırmaların obyektiv aparıldığına, tədqiqatçıların fikirlərinin 
inandırıcı olmasına dəlalət edir. 
Bilik,  bacarıq,  yaradıcı  fəaliyyət  təcrübəsi  və  ünsiyyət  kimi 
komponentlərdən  ibarət  olan  ibtidai  təhsilin  məzmunu  necə 
qurulur? 
İlk  növbədə,  onu  qeyd  etmək  lazımdır  ki,  didaktikaya  dair 
aparılan  araşdırmalarda    təhsilin  elmi-nəzəri  əsasları  öyrənilərkən 
onun məzmununun hansı sənədlərdə ifadə olunduğu xüsusi olaraq 
qabarıqlaşdırılmışdır. Onların, demək olar ki, hamısında tədris planı, 
tədris proqramları və dərsliklərdən təhsilin məzmununu əks etdirən 
sənədlər  kimi  bəhs  olunmuşdur.  N.M.Kazımov,  Ə.Ş.Həşimov  və 
S.P.Baranovun  əsərlərində  təhsilin  məzmunu  məsələləri  tədris 
fənninin  nümunəsində  bir  az  da  dərinləşdirilməklə  daha  geniş 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
45 
miqyasda öz əksini tapmışdır. Araşdırmalar onu göstərir ki, təhsilin 
məzmununun  ənənəvi  olaraq  mahiyyət  etibarilə    bilik,  bacarıq  və 
vərdişlər sistemindən ibarət olması barədə qənaətlər vardır. 
Ona  görə  də  müxtəlif  səviyyəli  pedaqoji  təhsil  verən 
müəssisələr üçün pedaqogika kitablarında (54; 74; 110; 118) tədris 
planı,  proqram  və  dərsliklərə  təhsilin  məzmununu  əks  etdirən 
sənədlər kimi yanaşılmışdır. 
Təhsilin  məzmununa  onu  əks  etdirən  sənədlər  baxımından 
yanaşılması  məntiqi  cəhətdən  tədris  vəsaitlərinin,  müxtəlif  təlim 
vasitələrinin  burada  əhatə  olunmasını  tələb  edir.  Çünki  təlim 
prosesində  istifadə  olunmaq  üçün  bütün  resurslar  konkret  təyinatı 
ilə hazırlanır və mahiyyət etibarı ilə təhsilin məzmununu ifadə edir. 
Əks  halda  onun  dərsdə  istifadə  edilməsi  pedaqoji  qaydalara  zidd 
hesab  olunur.  Belə  olduğu  halda  təhsilin  məzmununun  ifadə 
edildiyi sənədlər kimi yalnız tədris planı, proqram və dərsliklərdən 
danışılmasının zərurəti aydın olmur. 
İkincisi, təhsilin məzmununun əhatə olunduğu sənədlər geniş 
mənada  başa  düşülərsə,  vahid  prinsiplərə  tabe  olan  sənədlər  kimi 
şərh və təqdim olunmalıdır. 
Ümumpedaqoji aspektdə aparılan araşdırmalarda tədris planı 
ümumpedaqoji anlayış kimi şərh olunur. Onun mühüm əlaməti aşa-
ğıdakı kimi qeyd edilir: “Tədris planı tədris müəssisəsində seçilmiş 
uyğun  elm  və  incəsənət  sahəsinə  aid  bilik,  bacarıq  və  vərdişlər 
sisteminin didaktik cəhətdən əsaslandırılmasıdır.” (144, s. 412). 
Bu  müddəa ibtidai  təhsilə də  aid  edilir.  Ona  görə  də ibtidai 
təhsil üçün tədris  planı  bilavasitə  onun  məzmununun  əsaslandırıl-
mış ifadəsi kimi başa düşülür. 
Araşdırmalar onu göstərir ki, pedaqoqlar bu sənədin mühüm 
pedaqoji xüsusiyyətlərinin şərhinə daha çox üstünlük vermiş onun 
ümümtəhsil  məktəbinin  məzmununda  əks  olunmasını  məqsədə-
uyğun  hesab  etmişlər.  Y.R.Talıbov,  Ə.A.Ağayev,  İ.M.İsayev, 
A.İ.Eminov  ümümtəhsil  məktəbinin  tədris  planına  xas  olan 
pedaqoji xüsusiyyətləri aşağıdakı kimi ümumiləşdirmişlər: 


Gülarə Balayeva 
 
 
46 
“Məktəbdə  tədris  planlarının  bir  sıra  xüsusiyyətləri  vardır. 
Hələlik onlar aşağıdakı kimi qəbul olunmuşdur: 
-  Tədris  planları  şəxsiyyətin  hərtərəfli  inkişafına  xidmət 
etdiyindən, həmin planlarda təbiət-riyaziyyat və humanitar silsiləli 
fənlərə təxminən eyni miqdarda saat verilir. 
- Müxtəlif tipli məktəblər (ümumtəhsil və ixtisas məktəbləri, 
gündüz,  axşam  məktəbləri,  qiyabi  məktəblər)  üçün  tədris 
planlarının ən mühüm xüsusiyyəti təhsilin məzmunca vahidliyi və 
varisliyidir. 
-  Tədris  planlarında  ümumi,  politexnik  və  şagirdlərin 
peşəyönümü arasındakı qarşılıqlı əlaqə öz əksini tapır. 
-  Tədris  planlarında  hər  bir  tədris  fənninin  yeri,  saatların 
miqdarı, ardıcıllığı müəyyən edilir.” (118, s.120). 
N.B.Savin isə “İbtidai siniflər üçün tədris planı və proqramla-
rı”nı səciyyələndirən xüsusiyyətləri aşağıdakı kimi konkretləşdirir: 
“- təlimin nəzəriyyə və təcrübəsinin yaxınlığı; 
- öyrənilən məsələlər arasında qarşılıqlı əlaqə;  
-təbiət  hadisələrinin,  insanların  əmək  fəaliyyətinin  öyrənil-
məsi zamanı bilavasitə qavrayışdan istifadə olunması; 
- öyrənilən hadisələrin qarşılıqlı əlaqə və qanunauyğunluqları; 
- cəmiyyətin həyatı, elm və texnikanın görkəmli nailiyyətləri 
haqqında şagirdlərdə geniş təsəvvür yaratmaq; 
-böyük idrak əhəmiyyəti kəsb etməyən köhnəlmiş materialla-
rın kənarlaşdırılması; 
- materialın şagirdlər tərəfindən şüurlu mənimsənilməsi üçün 
asan olması onun sonrakı siniflərdə yenidən öyrənilməsi məqsədilə 
əsaslandırılmış formada təqdim edilməsi.” (152, s.97-98).  
Bu xüsusiyyətlər ibtidai sinif şagirdlərinin təlimi üçün zəruri 
olan  bilik,  bacarıq  və  vərdişlərə  tələblər  qoyur.  Həmin  tələblərdə 
daha çox təlim materialları üçün xarakterik olan xüsusiyyətlər qeyd 
edilir.  
Tələblərin  həm  də  tədris  proqramlarına  aid  edilməsinə 
baxmayaraq,  orada  təlim  yükünün  hüdudları  barədə  göstərişlər 
nəzərə çarpmır. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə