İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə22/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
65 
uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiy-
yətlər,  fiziki  mədəniyyət  və  özünəxidmət  bacarıqları  aşılamaq”  (14, 
s.132).  
Adətən ənənəvi təhsil proqramlarında konkret məqsədlər göstə-
rilmir, lakin məzmun verilir, məzmunun reallaşdırılması üçün konkret 
məqsədlərin müəyyənləşdirilməsi tövsiyə olunur. 
Məşhur psixoloq alim B.Blum kurikulum nəzəriyyəsini özünün 
yaratdığı taksonomiyalarla zənginləşdirərkən qeyd edir  ki, arabanı atın 
qarşısına  qoşmaq  mümkün  olmadığı  kimi  məzmunu  da  məqsəddən 
əvvəl  müəyyənləşdirmək  olmaz  (127,  s.45).  Təbii  ki,  belə  yanaşma 
yanlışlığa  gətirib  çıxaracaqdır.  Psixoloqların  fikrinə  görə,  “məqsəd 
insan fəaliyyətinin yönəlmiş olduğu nəticənin dərk olunmuş surətidir” 
(20,  s.  395).  Ona  görə  də  məqsədlərə  əsasən  müəyyən  olunmuş 
nəticələr  bilavasitə  onlara  aid  olmaqla  həmin  məqsədlərdən  təşəkkül 
tapdığını açıq-aydın göstərir. 
İbtidai  təhsilin  məzmununa  daxil  edilmiş  məqsədlər  də  çox 
düzgün olaraq əvvəlcədən müəyyənləşdirilmişdir. Göründüyü kimi, bu 
məqsədlərdə  ən  zəruri  həyati  bacarıqlar,  təbiət  və  cəmiyyətə  aid 
biliklər, təfəkkür elementlərinin formalaşdırılması, hissi-emosional və 
fiziki  inkişafla  bağlı  keyfiyyətlər  əhatə  edilmişdir.  Bu  məqsədlərdən 
doğan və bilavasitə onlarla əlaqəliliyi aydın şəkildə göstərən nəticələr 
verilmişdir. İbtidai təhsil üzrə belə ümumi nəticələrin sayı ondur. 
Araşdırmalar onu göstərir ki, nəticələrin hansı prinsiplərə və ya 
tələblərə  əsasən  seçildiyi  məlum  deyildir.  Orada  yalnız  ənənəvi 
təcrübəyə  istinad  olunmuş və  bu  nəticələr  müəllimlərin  bəzi  empirik 
qənaətləri əsasında formalaşdırılmışdır. Həmin nəticələrdə struktur və 
məzmun cəhətdən mürəkkəblik nəzərə çarpır. Məsələn, “zəruri riyazi 
bilikləri həyatda tətbiq etmək” dedikdə hansi zəruri biliklərdən söhbət 
getdiyi,  “müstəqil  və  məntiqi  düşünmək”  dedikdə  bunun  hansı 
səviyyəsinin məqbul hesab edildiyi, “öz vəzifələrini yerinə yetirmək” 
tezisində hansı vəzifələrdən söhbət getdiyi məlum olmur. 


Gülarə Balayeva 
 
 
66 
İbtidai  təhsil  pilləsinə  aid  məqsəd  və  ümumi  nəticələri 
müqayisəli  şəkildə  nəzərdən  keçirərkən  məlum    olmuşdur  ki,  onlar 
arasında qarşılıqlı əlaqələr vardır.  
 
Məqsədlər 
Ümumi nəticələr 
Uşaqlarda  oxu,  yazı  və  hesablama 
vərdişləri  yaratmaq  və  möhkəmlən-
dirmək. 
 
Uşaqlara  insan,  cəmiyyət,  təbiət  və 
onlar  arasındakı  qanunauyğunluqlar 
haqqında ilkin həyati biliklərin veril-
məsini təmin etmək. 
 
Uşaqlarda məntiqi və yaradıcı təfək-
kür  elementlərini  formalaşdırmaq, 
istedadlı uşaqların  erkən  yaşdan üzə 
çıxarılması və inkişafını təmin etmək 
 
Uşaqlara  həssalıq,  estetik  və  bədii 
zövq,  əxlaqi-mənəvi  keyfiyyətlər, 
fiziki  mədəniyyət  və  özünəxidmət 
bacarıqları aşılamaq. 
Şagird bacarmalıdır: 
 
1)  şagird  zəruri  riyazi  biliklərini  həyatda    tətbiq 
etməyi  və  sadə  alqoritmləri  yerinə  yetirməyi, 
kompyuter texnikasından istifadə etməyi; 
2)müşahidə  etdiyi  obyekt  və  hadisələri  təsvir 
etməyi, 
onları 
səciyyəvi  əlamətinə  görə 
fərqləndirməyi; 
3)müstəqil  və  məntiqi  düşünməyi,  münasibət 
bildirməyi, ünsiyyət qurmağı,  əməkdaşlıq etməyi, 
fikirlərini aydın ifadə etməyi; 
4)mədəni  davranış,  şəxsi  gigiyena  və  müvafiq 
təhlükəsizlik qaydalarına əməl etməyi; 
5)tapşırılan işi, habelə  yaradıcılıq tələb edən işləri 
müstəqil  yerinə  yetirməyi,  sadə  əmək  vərdişləri 
tətbiq etməyi; 
6)öz  vəzifələrini  yerinə  yetirməyi,  özünün  və 
digərlərinin hüquqlarına hörmət etməyi;  
7)Azərbaycan 
xalqının  dili,  əxlaqi-mənəvi 
dəyərləri, milli adət-ənənələri, tarixi, mədəniyyəti, 
incəsənəti  haqqında  qazandığı  ilkin  bilikləri  sadə 
formada təqdim etməyi; 
8)yaşına  uyğun  bədii,  elmi-kütləvi  və  məlumat 
xarakterli  mətnləri  oxumağı,  mətndəki  əsas 
məzmunu  ayırmağı  və  ona  öz  fikrini  bildirməyi, 
lüğətlərdən, məlumat xarakterli kitablardan istifadə 
etməyi; 
9)insanlara,  təbiətə,  əməyə,  şəxsi  və  dövlət 
əmlakına  ədalətli, qayğıkeş və tolerant münasibət 
bəsləməyi,  gerçəkliyi  olduğu  kimi  qavramağı 
baçarır. 
 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
67 
Məqsəd və ümumi nəticələrin qarşılıqlı əlaqəsi 
  
Göründüyü  kimi,  bəzi  nəticələrin  hansı  məqsədlərə  aid 
olduğunu izah etməkdə çətinliklər meydana çıxır. Bu, xüsusən 1, 2, 
3, 6, 9-cu nəticələrdə özünü daha aydın göstərir. 
İbtidai  təhsilin  məzmunu  dedikdə,  həm  də  orada  konkret 
olaraq  fənlər  başa  düşülür.  “Azərbaycan  Respublikasında  Ümumi 
Təhsilin  Konsepsiyası  (Milli  Kurikulumu)”  sənədində  təhsil 
pillələri üzrə, o cümlədən ibtidai təhsil pilləsi üzrə fənlər verilir və 
əsaslandırılır. 
İbtidai təhsilin yeni məzmununun maraqlı xüsusiyyətlərindən 
biri  də  tədrisi  nəzərdə  tutulan  həmin  fənlərin  əsaslandırılması  və 
onlara aid nəticələrin verilməsidir. 
Fənnin  əsaslandırılması  onun  əhəmiyyətlilik  dərəcəsini, 
zəruriliyini  ifadə  edir.  Bu  isə  fənnin  təsadüfi  seçilmədiyini,  onun 
artıq  təlim  yükünə  çevrilmədiyini  və  şagirdlərin  inkişafında  nə 
dərəcədə praktik  rol oynadığını aydın şəkildə göstərir. 
Məsələn,  ana  dili  fənninin  əsaslandırılması  belədir:  ”Fənnin 
əsaslandırılması  əlifbanın  öyrənilməsi,  oxu  və  yazı  texnikasının, 
hüsnxət  qaydalarının,  düzgün,  sürətli,  şüurlu  və  ifadəli  oxu  üzrə 
ilkin  bacarıqların  mənimsənilməsi,  lüğət  ehtiyatının  tədricən 
zənginləşməsi,  ən  zəruri  qrammatik  qaydaların  və  ədəbi  tələffüz 
normalarının  öyrənilib  tətbiq  olunması,  ekspressiv  nitq 
bacarıqlarının  formalaşdırılması,  Azərbaycan  xalqının  dili,  əxlaqi-
mənəvi  dəyərləri,  milli  adət-ənənələri  haqqında  ilkin  anlayışların 
yaradılması təmin olunur” (14, s.134). 
Riyaziyyat  fənninin  isə  əsaslandırılması  belədir:  “Fənnin 
əsaslandırılması  şagirdlərin  hesab  əməllərini  yerinə  yetirmələri, 
yazılı  və  şifahı  hesablama  alqoritmlərinə  yiyələnmələri,  ədədi 
ifadələri hesablamaları, həll etmələri, ilkin ölçmə vərdişlərinə, fəza 
və həndəsi təsəvvürlərə malik olmaları, verilmiş məlumatları təsnif 
etmələri  təmin  olunur,  onlarda  riyazi  bilikləri  gündəlik  həyatda 
tətbiq etmək vərdişləri formalaşdırılır” (14, s.135). 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə