İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə16/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
47 
Tədris  planının  ən  mühüm  əlamətlərindən  biri  onun  təlim 
yükünü nizama sala bilməsidir. Bu mənada “qızıl orta”nı müəyyən 
etmək və tədris planında onun ifadə olunmasına nail olmaq lazımdır. 
Bəzi  hallarda  təlim  yükü  çox  və  az  da  ola  bilir.  Y.Ş.Kərimov  bu 
məsələdən danışarkən bildirir ki, “Təlim yükünün ağırlığı nə qədər 
ciddi nöqsandırsa, yüngüllüyü iki qat nöqsandır” müddəasını nəzərə 
alaraq  təlimin  şagirdlərin  gücü  çatan  ən  yüksək  çətinlik  səviy-
yəsində qurulması ideyasını düzgün hesab edirik” (67, s.85). Biz də 
öz  tədqiqatlarımızda  bu  fikrə  əsaslanır  və  onun  ibtidai  siniflərin 
tədris planlarının qurulmasındakı elmi-nəzəri əhəmiyyətini bir daha 
qeyd edirik. 
Araşdırmalar onu göstərir ki, ümumtəhsil məktəblərində elm-
lərin əsasları tədris olunur. Şagirdlər ibtidai siniflərdən başlayaraq 
elmlərin əsaslarını təşkil edən anlayışları öyrənirlər. 
Bu,  ümumi  təhsilə,  onun  məzmununun  formalaşdırılmasına 
fundamental  yanaşma  tərzi  kimi  qiymətləndirilir.  Ümumi  təhsilin, 
xüsusən  ibtidai  təhsilin  funksiyalarının  nəzərə  alınmadığı  aydın 
görünür. 
“Bu gün” ibtidai siniflərdə kiçik yaşlı məktəblilərin ayrı-ayrı 
fənlər  üzrə  əldə  etdikləri  biliklər  həmin  fənlərin  mənsub  olduğu 
elmlərin əsasları deyil, sistematik kurslarda onların mənimsənilmə-
sinə  hazırlıq  mərhələsidir.  Bu  mənada    ibtidai  təlim    propedevtik 
kursdur”(67, s.74). Araşdırmalar  göstərir ki, bu kursun  məzmunu-
nun hazırlanmasında müxtəlif yanaşmalar olmuşdur. Ənənəvi ola-
raq tədris planlarına məzmunu ifadə edən tədris fənləri daxil edilir. 
Ötən  əsrin  90-cı  illərinin  sonundan  başlayaraq  tədris  planlarında  
fənlər təhsil sahəsi üzrə qruplaşdırılaraq  verilir. 
Növbəti  paraqrafda  tədris  planlarını  təhlil  edəcəyimizdən 
burada yalnız onu qeyd etməklə kifayətlənirik ki, tədris planlarının 
strukturuna  təhsil  sahələrinin  gəlməsi  orada  inteqrasiyanın  aparıl-
ması  zərurətindən  yaranmışdır.  Fənləri  müxtəlif  təhsil  sahələrində 
birləşdirməklə  blokların  yaradılması  onlara  ümumiləşdirilmiş  adın 
qoyulmasına imkan yaratmışdır. Lakin təhsilin məzmununda prak-
tik əhəmiyyəti olan nəticələrin faydalılığı diqqəti cəlb etməmişdir. 


Gülarə Balayeva 
 
 
48 
Ümumiyyətlə, tədris fənləri həmişə ibtidai təhsilin strukturunda öz 
yerini saxlamışdır. 
 Pedaqoji ədəbiyyatın araşdırılması göstərir ki, tədris fənni ilə 
bağlı məsələlər də tədqiqatçıların maraq dairəsində olmuşdur. Onun 
hər  hansı  elm  sahəsi  ilə  bağlılığı,  konstruksiyasının  mürəkkəb  və 
çətinliyi  mütəxəssisləri  düşündürmüşdür.  Ona  görə  də  tədris  fən-
lərilə bağlı zaman-zaman fikir mübadilələrinin aparılması, ona ay-
rılan saatların müzakirə obyektinə çevrilməsi ənənəvi hal almışdır. 
M.N.Skatkin və V.V.Krayevski yazırlar ki, “Tədris fənni adə-
tən  məktəbdə  öyrənilən  müvafiq  elmin  əsaslarını  müəyyən  edir. 
Tədris fənnində material məntiqi ardıcıllıqla sistem halında, əvvəl-
kilərə  istinad  etməklə  yerləşdirilir.  Lakin  onun  strukturu  müvafiq 
elm  sahəsinin  strukturuna  nisbətən  daha  sadədir.  Lakin  belə  tərif 
qeyri-dəqiqdir.  Göründüyü  kimi  təhsilin    məzmunu  elmə  aparıb 
çıxarmır. Tədris fənləri elmin məktəbdəki sadə “proyeksiya”nı, bu 
və ya digər elmi sahəsinin kiçildilmiş surətini özündə əks etdirmir” 
(153, s.89). 
Araşdırmalar  göstərir  ki,  fənlərin  elmin  əsaslarını  öyrətməsi 
onun  hər  hansı  elmi  sahəsi  ilə  eyniləşdirilməsi  barədə  fikirlər 
həmişə müzakirə obyekti olmuşdur. 
Biz  az  əvvəldə  qeyd  olunduğu  kimi,  ibtidai  siniflərdə  kiçik-
yaşlı məktəblilərin ayrı-ayrı fənlər üzrə əldə etdikləri biliklər həmin 
fənlərin mənsub olduğu elmlərin əsasları deyildir (153). Doğrudur, 
tədris  fənlərinin  müəyyən  olunmasında  uyğun  elm  sahələrinə 
məxsus  anlayışlar,  fakt  və  hadisələrdən  istifadə  olunur.  Lakin  bu, 
heç də tədris fənnini müəyyən elm sahəsi ilə eyniləşdirməyə imkan 
vermir. N.M.Kazımovun elmi qənaətinə görə, tədris fənni  müvafiq 
elmin  nəinki  bütün  sahələrini,  hətta  onun  əsaslarını  da  hərtərəfli 
ehtiva  etmir”  (54,  s.189).  Ona  görə  ki,  elm  sahəsindən  götürülən 
anlayışlar  şagirdlərin  səviyyəsinə  uyğun  olaraq  yenidən  işlənir, 
çalışma və tapşırıqlardan ibarət praktik materiallar hazırlanır. Tədris 
fənləri sadəcə anlayışların öyrədilməsinə xidmət göstərmir, o həm 
də şagirdlərin idrak fəallığının, hissi-emosional dəyərlərinin forma-
laşması vasitəsi kimi çıxış edir. Hər  hansı bir tədris fənninin, yaxud 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
49 
fənnə aid müəyyən anlayışların seçilməsi təsadüfi xarakter daşımır. 
Bunun üçün müxtəlif vaxtlarda araşdırmaların aparılması və onun 
nəticələrinə əsasən qərarların çıxarılması məqbul sayılır. Y.Ş.Kəri-
movun fikrincə, “İnsan həyatda çox rast gələcəyi çətinlikləri aradan 
qaldırmağa hazır olan şəxsiyyəti yetişdirmək üçün şagirdləri saysız-
hesabsız    informasiya  ilə  yükləmək  deyil,  ümumtəhsil  fənlərinin 
əsasını (minimum məzmunu) müxtəlif istiqamətlərdə biliklərə müs-
təqil yiyələnmək yollarını öyrətmək lazımdir.”(66, s.3). M.M.Əmirov 
araşdırmalar  apararaq  ibtidai  təhsilin  məzmununa  hüquqi  bilik  və 
bacarıqlarla  bağlı  əlavələrin  edilməsini  təklif  etmişdir.  (34,  s.18). 
S.Həmidov, A.Məcidova isə ibtidai təhsil üzrə araşdırmalarında belə 
nəticəyə  gəliblər  ki,  “ibtidai  siniflərin  riyaziyyat  kursunun  məzmu-
nunu müəyyən edərkən riyaziyyat təliminin məqsədi, həyatın məktəb 
qarşısında  qoyduğu  tələblər,  şagirdlərin  fiziki,  psixi  imkanları, 
riyaziyyatın  müasir  həyatda  rolu  və  mövqeyi  nəzərə  alınmalıdır.”     
(40, s.8). C.Əliyeva təhsilin məzmunu üçün zəruri olan bir cəhətin in-
teqrasiyanın əhəmiyyətini, onun nəzərə alınmasının təlimin keyfiyyəti-
nin yüksəldilməsinə təsirini əsaslandırmışdır (29, s. 32). 
Bütün bunları ümumiləşdirərək qeyd edirik ki, ibtidai təhsilin 
məzmununun  təkmilləşdirilməsi,  tədris  fənlərinin  gələcəkdə  yeni-
dən nəzərdən keçirilməsi dövri bir prosesdir. Zaman keçdikcə onun 
yeniləşməsi aktuallaşır. 
Fikirlərimizi aşağıdakı nəticələrlə ümumiləşdiririk. 
 
1) ibtidai təhsilin məzmununun elmi–nəzəri problemləri özü-
nün  aktuallığı ilə daim  gündəmdə olmuş, müxtəlif  pedaqoq  alim-
lərin diqqətini cəlb etmişdir. 
2) ibtidai təhsilin məzmun komponentləri təhsilin məzmunu-
nun mühüm problemlərindən biri kimi pedaqoq alimlər tərəfindən 
araşdırılmışdır. Tədqiqatçılar M.N.Skatkin və İ.U.Lerner tərəfindən 
müəyyən olunmuş təhsilin məzmun komponentləri ilə bağlı fikirlə-
rini  konseptual  əsas  kimi  nəzərə  alaraq  davam  etdirmiş,  həmin 
fikirlərin  ümumi  təhsilin  hər  bir  səviyyəsinə,  o  cümlədən  ibtidai 
təhsilə  də  aid  olması  qənaətinə  gəlmişlər.  Təhsilin  inkişafının 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə