İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri
51
Hər bir ölkədə potensial imkana uyğun olaraq ibtidai təhsilin
müddətini müəyyənləşdirməli olmuşlar.
Araşdırmalar onu göstərir ki, dünyanın ən inkişaf etmiş
ölkələrindən olan ABŞ, İngiltərə və Kanadada ibtidai təhsilin
müddəti 5-6 ildir. Qardaş Türkiyədə də ibtidai məktəb 5 ildir.
Rusiyada isə ibtidai təhsilin müddəti 4 ildir. Bildiyimiz kimi,
Azərbaycanda da təhsilin müddəti belədir.
Maraqlıdır ki, ölkəmizin təhsil tarixində ibtidai təhsilin
müddəti həmişə 4 il olmamışdır. Ötən əsrin 60-ci illərinin əvvəlinə
qədər 4 illik olmuşdur. Bu dövrdə uşaqların təlim nailiyyətləri daha
çox yaddaşa əsaslandığından və şagirdlərin idrak fəallığına şərait
yaranması ibtidai təhsilin sistemində, o cümlədən müddətində
dəyişikliklərə gətirib çıxarmışdır. Y.Ş.Kərimov bu məsələdən
danışarkən açıq şəkildə bildirir ki, “60-ci illərin əvvəllərində ibtidai
təlimin yalnız yaddaşa əsaslanmaqla şagirdlərin təfəkkürünü
fəaliyyətə gətirməsi, 4 il ərzində onların, əsasən, oxumaq, yazmaq
və hesablamaq vərdişlərinə yiyələnmələri, çox cüzi biliklər
qazanmaları görkəmli pedaqoq və psixoloqların diqqətini cəlb etdi”
(63, s.10). 1969-1970-ci tədris ilində üçillik ibtidai təlimə keçildi.
Bu zaman şagirdlərin biliklərə yiyələnməsini təmin etməklə yanaşı,
onların təfəkkürünün inkişaf etdirməklə idrak imkanlarını
genişləndirmək sahəsində irəliləyişlərin əldə olunması mühüm
vəzifələrdən hesab edilirdi. Aşağıdakı xüsusiyyətlər ibtidai təhsilin
məzmununun qurulması üçün zəruri şərtlər hesab olunurdu: “a)
təlimin şagirdlərin gücünə müvafiq yüksək çətinlik səviyyəsində
qurulması; c) nəzəri biliklərin həcminin artırılırması və aparıcı rol
oynaması; ç) proqram materiallarının sürətli öyrənilməsi; d)
məktəblilərin təlim prosesini anlamaları.” (68, s.3). Üçillik ibtidai
təhsilin nəticələrində olan üstün cəhətlər onu daha yaxşı xarakterizə
etməyə imkan verirdi. Xüsusən şagirdlərin inkişafını stimullaşdırıl-
ması baxımdan əlamətdar cəhətlər qabarıq şəkildə diqqəti cəlb edir.
Eksperimental yolla 6 yaşdan təlimə keçid öz növbəsində
dördillik ibtidai təhsil ideyasının yaranıb inkişaf etməsinə imkan