I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   2   3   4   5   6   7   8   9   ...   21

 

TƏNƏFFÜSÜN FİZİOLOGİYASI 



 

 

Tənəffüs aktı atmosferdən oksigeni qəbul edib daxildən karbon qazı və suyu 

xaric edən  mürəkkəb fizioloji prosesdir. Maddələr mübadiləsinin zirvəsi olan qaz 

mübadiləsini bu  bioloji  proses  təmin  edir.  Şərti  olaraq, tənəffüs  üç  fazadan  ibarət 

olub,  aşağıdakı  mərhələlərdən  keçir:  xarici  tənəffüs  (atmosfer  havası  ilə  qan 

arasında  qaz mübadiləsi), qanla  qazların nəql edilməsi  toxuma yaxud daxili 



tənəffüs (qanla toxuma arasında qaz mübadiləsi). 

 

Xarici  tənəffüs  xüsusi  orqanların  iştirakı  olmaqla  yalnız  alveollarda  baş 



verir.  

Tənəffüs  orqanları  (üzvləri)  anlamına    daxildir:  tənəffüs  yolları  (yuxarı  və 

aşağı), ağ ciyərlərin parenximası və tənəffüs əzələləri. Tənəffüs yollarından  keçən 

zaman hava kütləsi tozdan, qatışıqlardan təmizlənir, bədən hərarətinə qədər istiləşir 

və  nəmlənir.  Uşaqlarda  ümumi  böyümə  və  inkişaf  qanunlarına  müvafiq  olaraq 

tənəffüs üzvləri  morfoloji  və funksional xüsusiyyətlərə malikdir. 

Hüceyrələrdə əmələ gələn karbon qazının ağciyərlərin kapilyarlarına nəqli -

üç formada həyata keçirilir: karbohemoqlobin (15%), plazmada həll olunan karbon 

qazı (5-6%), 70-80% endogen karbon qazı qanda hidrokarbonatlarla birləşir. 

Oksigenin  ağ  ciyərlərindən  toxumalara  nəqlini  əsasən  hemoqlobin 

tənzimləyir. 94% oksigen oksihemoqlobin (HbO

2

) formasında ötürülür. 1 qram Hb 



1,4  ml  O

2

  birləşir.  Hemoqlabinin  oksigenlə  doyması  zamanı  1  litr  qanda  200  ml 



oksigen  olur-qanın  oksigen  həcmi  (QOH).  Böyüklərdə  18-22%  həcmindədir, 

yenidoğulanlarda    1-4  yaşa  qədər  azalır,  sonralar  həddi  hülul  dövrdə  böyüklərə 

çatır.  

Toxuma  (daxili)  tənəffüs  –toxumalarda  oksigenin  daxilə,  karbon  qazın  isə 

xaric edilməsidir.  

Qaz  mübadiləsi  ilə  yanaşı  ağ  ciyərlər  digər  funksiyaları  da  icra  edir- 

metabolik, termorequlyator, sekretor, ekskretor, baryer və s. 

Metabolik  funksiyası  lipid    mübadiləsini,  yağ  turşularının  və  asetonun  

sintezi, surfaktantın  və s. istehsalı.  



 

Sekretor  funksiya  (ixtisaslanmış  hüceyrələr  və  vəzifələr  tərəfindən)  seroz-



mukoz  sekretin  aşağı  hüceyrələrdən  yuxarıya  hərəkət  edərək  tənəffüs  yollarını 

nəmləndirir  və  müdafiə  edir.    Eyni  zamanda  laktoferin,  lizosim,  zülalı  zərdab, 

anticisimlər, antimikrob təsirə malikdir. 

Eksretor  (uçucu  metabolitlərin,  eksogen    maddələrin  aseton,  amiak  xaric 

edilmişdir). 

Soruyucu  –alvelyar  –kapilyar  membranın  keçiricilik  xüsusiyyətinə  əsasən 

(yağlar,  efir,  xloroform)  suda  və  yağda  həll  olunan  maddələrə  əsaslanır.  Bu 

xüsusiyyətə  əsaslanaraq  bəzi  dərman  vasitələrinin  inqalyasiya  yolu  ilə  tətbiqi 

istifadə olunur.   

 

SƏBƏBKAR  FAKTORLAR VƏ ÜMUMİ MÜDDƏALAR 

 



 

Pnevmoniya bəşəri xəstəlikdir, dünyada uşaqların ölüm faizinin 15% 5 yaşa 

qədər körpələr təşkil edir.  

 



Pnevmoniya – tənəffüs pozulmaları sindromu və/və ya fizikal əlamətlərə və 

həmçinin, rentgenoqramda infiltrativ dəyişikliklərə əsasən müəyyən olunan, 

ağciyər parenximasının kəskin infeksion iltihabi xəstəliyidir.  

 



Pnevmoniya  ağ  ciyərin  iltihabıdır,  onun  yaranmasında  müxtəlif 

bakteriayalar,  viruslar  və  digər  törədicilər,  o  cumlədən  köbələklər  rol 

oynayır.  

 



Pnevmoniya ağ ciyərlərdə allerqik reaksiyanın nəticəsidə ola bilər.  

 



Xəstəliyin  inkişafına  bir  başa  həddən  artıq  (kəskin)  soyuqlama,  vitamin 

çatışmazlığı, yorğunluq təsir edir.  

 

Böyüklərdə  kimyəvi  və  fiziki  amillər,  termik  faktorlar,  radiaktiv  şualanma 



(adətən infeksiyalaşma ilə birlikdə). 

 

Yeni  doğulmuşlarda  və  erkən  yaşlı  uşaqlarda  pnevmoniyaya  meyillik 



aşağıdakılara əsaslanır:  

 



Perinatal patologiya  


10 

 



 

Aspirasiya sindromu (qusma və qaytarma)  

 

Ürək qüsurları  



 

Raxit və digər hipovitaminozlar  



 

İmmunodefisit vəziyyət 



 

Yenidoğulmuşlarda  və  erkən  yaşlı  uşaqlarda  tənəffüs  sisteminin 

morfoloji xüsusiyyətləri:  

 



tənəffüs  üzvlərinin  nisbətən  kiçik  ölçüdə  olması  və  onların  morfoloji 

inkişafının başa çatmaması  

 

burun keçəcəyinin dar olması və aşağı burun keçəcəyinin olmaması  



 

burun  ətrafı  ciblər  zəif  inkişaf  etmişdir.  Alın  və  əsas  boşluqlar  1  yaşdan 



sonra inkişafa başlayır. 6 yaşdan sonra sürətlə formalaşır, Haymor boşluqları  

yalnız 2 yaşdan sonra, 7 yaşa isə sürətlə böyüyür 

 

dil nisbətən böyük olduğundan qırtlaq üstünün arxadan tutulması nəticəsində 



ağızdan nəfəsalmanın mümkün olmaması  

 



udlaq  enlidir,  udlaq  limfa  adenoid  həlqəsi-Valdeyer  Piroqov  zəif  inkişaf 

etmişdir 

 

traxeyanın  qıfabənzər,  boşluğunun  dar  və  divarlarının  batıq,  qığırdağın 



yumşaq olması və asanlıqla yapılması  

 



bronxların qısa və geniş olması, bronxiolaların isə daha dar olması  

yuxarı tənəffüs yollarının selikli qişalarının qan damarları ilə zəngin, ödemə 

meyilli olması, elastik toxumanın zəif inkişaf etməsi 

 

Yenidoğulmuşlarda tənəffüs sisteminin morfoloji xüsusiyyətləri   

 

ağciyər  toxumasının  az  havalı,  sinusların  arakəsmələrinin  isə  birləşdirici 



toxuma  və  qan  damarları  ilə  zəngin  olması,  elastik  toxumanın  kifayət  qədər 

olmaması  

 

tənəffüsün  dərinliyinin  xeyli  aşağı  olması,  bu  da  ağciyərlərin  kütləsinin 



azlığı  və  döş  qəfəsinin  quruluş  xüsusiyyəti  ilə  əlaqədardır  (döş  qəfəsinin  ön-


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə