I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

45 

 

Döş  qəfəsinin palpasiyası zamanı ağrılığı təyin etmək olar. Bu zaman onun  



lokalizasiyasını  müəyyən  etmək,  eləcə  də  qabırğaaltı  sinirlərin,  əzələ  və 

qabırğaların zədələnməsi  ilə bağlı  olan  səthi ağrınıdərin-plevral ağrıdan ayırmaq 

lazımdır.  

Plevral ağrılar xəstə sağlam tərəfə  əyildikdə (zədələnmiş tərəfə   ağciyərlərin 

ekskursiyası artır), dərindən nəfəs aldıqda və öskürdükdə güclənir. Döş  qəfəsini əl  

ilə    yanlardan  iki  tərəfdən  sıxaraq  immobilizə  etməklə    plevral  ağrını  azaltmaq 

mümkündür. 

Palpasiya  zamanı  həmçinin  səstitrəməsidə  təyin  edilir.  Böyüklərdən  fərqli 

olaraq uşaqların səsi zəif olub,  yüksək tonallığa malik olur. Buna görə  də onlarda 

səs  titrəməsini  təyin  etmək  çətin  olur.  Bu    “R”    hərfini  aydın  tələffüz  edən 

uşaqlarda dahayaxşı təyin edilir. 

Həkim əllərini uşağın  döş  qəfəsinə  qoyur, bu zaman uşaq ucadan  vibrasiya 

edən səslər  tələffüz edir (traktor, raket). Həkim əlinin altında (daha çox ovucu ilə, 

barmaqları ilə yox) titrəmə hiss edir ki, bu da səs titrəməsi adlanır. 

Ovuclar  döş  qəfəsinin  simmetrik  nahiyələrinə  qoyulur.  Ön    səth    boyunca 

yuxarı şöbələr, yan səthlərlə yan şöbələr (əllərinqoyulması yanlardan döş  qəfəsinin 

elastikliyi  təyin  edildiyi  halda  olduğuna  analojidir,  arxadan  kürəkaltı  nahiyə  və 

kürəklərarası və aşağı  şöbələr müayinə edilir.  

Həm  həkimin  əllərinə  münasibətdə,  həm  də  uşağın  vəziyyətinə  münasibətdə  

müayinələrin  simmetrikliyinə  diqqət  yetirmək  lazımdır.  Həkimin    əlləri  bir-birinə 

toxunmamalıdır. Normada səs titrəyişləri simmetrik   nahiyələrdə bərabər şəkildə 

ötürülür, ağ  ciyərlərin sağ zirvə hissəsində bir qədər güclü olur (sağ, nisbətən qısa 

olan  bronx  qırtlaqdan  titrəyişlərin  ötürülməsi  üçün  daha    əlverişli    şərait  yaradır) 

Patologiya  zamanı  o,  güclənmiş,  zəif  olabilər  və  zədəyə  müvafiq  olaraq  mövcud 

olmaya bilər. 

Palpasiya  ilə  plevranın  sürtünmə  küyü  (çoxlu  və  kobud  fibrin  çöküntü 

olarsa), bronxitlər  zamanı quru, vızıldayan aşağı tonlu xırıltılar, dərialtı  emfizema 

zamanı krepitasiya xırıltıları eşidilə  bilər.  

 



46 

 

PERKUSSİYA 



Perkussiya  döş  qəfəsi  orqanları  xəstəliklərinin  diaqnostikasında  daha 

informativ  metod    hesab  edilir.  Yaşdan,  məqsədlərdən  və    şəraitdən  asılı  olaraq 

bütün  metodlardan, perkussiyanın bütün növ və  üsullarından istifadə edilə bilər- 

vasitəsiz  və  vasitəli,  topoqrafik  və    müqayisəli,  eləcə  də  auskultofriksiya    - 

perkutor göstəricilərin auskultativ təyin  edilməsi. 

Perkussiya  zamanı  uşağın  düzgün  vəziyyətdə  yerləşməsinə  xüsusi  diqqət 

yetirmək  lazımdır,  döş  qəfəsinin  simmetrikliyitəmin  edilməlidir.  Kiçik  uşaqlar 

müayinə  edildikdətibbi  personalın  və  ya  valideynlərin  köməkliyindən  istifadə 

edilməlidir, elə vəziyyətyaradılmalıdır ki, əzələlərdə gərginlik  olmasın.  

Bir    aylıq  uşaqda    döş  qəfəsinin    ön  və  yan  səthlərinin  perkussiyası  zamanı 

onu  arxası  üstə  tutmaq  məqsədəuyğundur,  arxa  nahiyə  perkussiya  olduqda  uşaq 

ananın  əllərində oturaqvəziyyətdə olmalı,  başı tutulmalıdır. Bu zaman uşağı   onu 

tutanın  sinəsinə  tərəf  bərk  sıxmaq  tövsiyə  edilmir.  Başını  tuta  bilməyən  uşaqları  

qarnı üstə  uzadaraq və ya sol əl üstə tutaraq perkussiya etmək olar. Bu zaman uşaq 

həkimin sol ovcunda uzanmış olur, həkimin baş  barmağı qoltuqaltına  yerləşdirilir, 

şəhadət    barmaq    sağ  körpücük  sümüyündə,  qalan  barmaqlar  isə  sağdan  döş 

qəfəsinin  yan  səthində    olur.Perkussiya  zamanı  barmaqların  vəziyyəti  aşağıda 

təsvir olunub (Şəkil 6).  

 

Şəkil 6 (a;b). Düzgün (a)  və qeyri-düzgün (b) perkutor vurmalar. 



47 

 

 



Böyük  yaşlı  uşaqlarda  ağciyərlərin  perkussiyasını  sakit  şaquli  vəziyyətdə  

aparmaq əlverişlidir. Döş  qəfəsinin ön  səthinin perkussiyası zamanı uşaq sakitcə 

duraraq əllərini aşağı salır. Arxa səthin perkussiyası zamanı uşağın çiyinləri aşağı 

sallanmış, başı bir qədər önə əyilmiş olur.  

Kürəklərarası  sahə müayinəedildikdə, uşaq  kürəklərini bir qədər aralayır ki, 

müayinə  üçün  əlverişli  sahə  yaransın.  Əlləri  sinədə  birləşdirmək  olmaz,  çünki  bu 

zaman əzələlər gərgin olur, perkussiyaya mane olur. Döş  qəfəsinin yan səthlərinin 

perkussiyası zamanıəllər yanlara açılır, daha yaxşı olar ki, başın arxasına aparılsın. 

Adətən,  erkən  yaşlı    uşaqların  perkussiyası  vasitəsiz,  5  yaşdan    böyük  uşaqların 

perkussiyası vasitəli aparılır. 



Topoqrafikvə  müqayisəli  perkussiya  ayrılır.  Topoqrafik  perkussiya 

ağciyərlərin  aşağı  sərhəddini,  zirvəsini,  ağciyərlərin  aşağı  kənarlarının 

hərəkətliliyini təyin etmək məqsədilə aparılır.  

Ağciyərlərin  sərhədlərinin  təyin  edilməsinə    adətən    sağ  ağciyərin  aşağı 

sərhədindən  başlayırlar  (ağciyər-qaraciyər  sərhəddi).  Ardıcılolaraq  orta  körpücük, 

qoltuq  və  kürək  xətləri  üzrə  yuxarıdan  aşağıya    perkussiya  olunur.  Barmaq-

plessimetr  qabırğaarasında  yerləşdirilməlidir.  Ağciyərin  sərhədi  aydın  ağciyər 

tonunun küt tona keçməsinə uyğun olur. Sol ağciyərin aşağı sərhədi qoltuqvə kürək 

xətləri  üzrə  təyin  edilir.    Ağciyərlərin  aşağı  kənarının  sərhədləri  2-ci  cədvəldə 

verilmişdir.  Ağciyərlərin  aşağı  sərhədində  müəyyən  qeyri-simmetrikliyin  olması  

mümkündür (qaraciyərə görə sağdan bir qədər yuxarı  ola  bilər). 



Cədvəl 2 

Ağciyərlərin aşağı sərhədləri 

Xətt 

Sağdan 

Soldan 

Orta körpücük 

Altıncı qabırğaarası 

Ön qoltuq 



Yeddinci qabırğaarası 

Yeddinci qabırğaarası 

Orta qoltuq 

Yeddinci-doqquzuncu 

Səkkizinci-doqquzuncu 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə